Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov yubiley münasibətilə sabiq diplomat Yaşar Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polklovnik Cəlil Xəlilov Rəyasət Heyəti adından sabiq səfir və millət vəkili Yaşar Əliyevi 75 illik yubileyi münasibətilə təbrik edib, onu Təşkilatın xüsusi mükafatı ilə təltif edib. 

Görüş zamanı sabiq diplomata veteranların təbrikini çatdıran polkovnik Cəlil Xəlilov, Yaşar Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağını bildirib:

“Uzaq Çindən tutmuş Şərqi Asiyanın bir çox dövlətlərində - Vyetnam, Cənubi Koreya və s. ölkələrdə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi şərəflə xidmət etmiş, müstəqilliyimizin bu coğrafiyada tanınması və möhkəmlənməsi istiqamətində əzmlə çalışmısınız. Təsadüfi deyil ki, Sizin səfir kimi fəaliyyət göstərdiyiniz dövlətlərlə Azərbaycan arasında hər zaman xoş, isti münasibətlər formalaşmış, milli maraqlarımıza hörmət və ehtiram ifadə olunmuşdur.

Bu gün hamımızın vətəni olan doğma Azərbaycanımız XX əsrin sonlarındakı Azərbaycandan müqayisəedilməz dərəcədə qüdrətli və yenilməz olsa da, xalqımız çətin zamanda ölkəsinə sədaqətlə xidmət edən insanları unutmur, vətənimizin bu gözəl günlərə çıxmasında bir çox insan kimi Sizin də əməyinizin önəmini yaxşı dərk edir. Sizin xalqımız və dövlətimiz qarşısındakı xidmətləriniz bu gün də fərəh doğurmaqda, minnətdarlıq hissi ilə yad edilməkdədir. Əmin ola bilərsiniz ki, bundan yüz illər sonra da Siz və Sizin milli dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən əməlləriniz xalqımız tərəfindən əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Bir daha 75 illik yubileyinizi təbrik edir, bütün arzularınızın ən qısa zamanda reallığa çevrilməsini diləyirik!”

Seymur ƏLİYEV

 

2023-07-05 19:37:18
3159 baxış

Digər xəbərlər

Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirib. Tədbir başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbiri  rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərini xüsusi vurğulayıb. O, qeyd edib ki, bu gün Ümummilli Liderin arzuları reallaşmışdır. Azərbaycan öz tarixi torpaqlarına qovuşmuş, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz Ermənistanın əsarətdə saxladığı  torpaqlarımızı işğaldan azad edilmişdir.  Tədbirdə Beynəlxalq Heydər ata mükafatı laureatı Gülbala Teymur, şəhid atası Mehman Əliyev, Qarabağ qaziləri İctimai Birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə nümayəndəsi  Cavidan Rəşidov, tanınmış qələm adamları Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevə olan ehtiramlarını bildirmiş,  əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq qazanılmış  böyük zəfərdən, doğma Qarabağımızda gedən quruculuq işlərindən danışıblar.

Hamısını oxu
Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

AZXEBER.COM BAKU.WS-ə istinadən məlumatına görə, üzərinə "Polad Həşimov" yazılan lövhələr artrıq küçə boyu yerləşdirilib. Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq vermişdi.    

Hamısını oxu
Cəlil Xəlilov: “Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir”

“Brüssel görüşü dövlətimizin Ermənistan üzərində növbəti qələbəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Brüssel görüşü bir çox baxımdan mühüm əhəmiyyətə malikdir: “Brüssel görüşünü əhəmiyyətli edən ən mühüm amillərdən biri Brüssel formatının yenidən bərpa edilməsi ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan hər zaman Brüssel formatından, eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin vəziyyətindən razı olub. Tarixə nəzər salsaq görərik ki, buna mane olan yalnız Fransa olub. Hansı ki, artıq Fransanın bu müstəvidəki təxribatlarının qarşısı alınıb. Fransanın özünün də Avropa İttifaqında nüfuzu zəifləyib. Bu isə ölkəmizə imkan verir ki, öz maraqlarını Brüssel formatı və Avropa ittifaqı ilə münasibətlərdə daha uğurla bərpa etsin”. Cəlil Xəliov qeyd edib ki, Azərbaycan Brüssel görüşündə Ermənistanı bir çox həqiqətləri etiraf etməyə, eyni zamanda mövcud reallığı qəbul etməyə vadar edib: “Brüssel görüşünün digər bir önəmi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması oldu. Bu görüşdə rəsmi İrəvan liderlərin 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə sadiqliyini təsdiqlədi, Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın isə 86,600 kvadrat kilometr ərazisiyə malik olduğunu etiraf etdi. Bu, dövlətimizin Ermənistan üzərində növbəti diplomatik qələbəsi oldu. Bundan başqa, Ermənistan Zəngəzur dəhlizinin açılmasının da zəruriliyini təsdiqlədi. Zəngəzur dəhlizinin açıması ideyası Avropa Birliyi tərəfindən də ciddi şəkildə dəstəkləndi. Başqa sözlə desək, Brüssel görüşü Zəngəzur dəhlizinin açılması prosesinə bir qədər də təkan verdi, onun strateji önəmini bir daha ortaya qoydu”. Polkovnik qeyd edib ki, qarşıdakı Kişinyov görüşündə ermənipərəst Fransanın iştirakı formal xarakter daşıyır və heç bir ciddi önəm kəsb etmir:  “Bildiyiniz kimi, qarşıda Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşü gözlənilir. Lakin tərəflərin bu tərkibdə bir araya gəlməsi format deyil. Bu, orada keçiriləcək sammit çərçivəsində qeyri-rəsmi bir görüş olacaq. Görüşdə hər zaman Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək nümayiş etdirən Almaniya da iştirak edəcək ki, bu da Fransa faktorunu tamamilə neytrallaşdıracaq. Bir sözlə, Fransanın Kişinyov görüşündə iştirakı heç bir əhəmiyyət kəsb etməyəcək. Azərbaycan Brüssel görüşündə olduğu kimi qeyri-rəsmi Kişinyov görüşündə də öz mövqeyini qətiyyətlə müdafiə edəcək və Ermənistanın diplomatik məğlubiyyəti daha da dərinləşəcək”.  

Hamısını oxu
Şuşa – Azərbaycanın Qələbə Nişanı

Azərbaycanın torpaqlarına 33 il əvvəl vurulan yara nəhayət ki, sağaldı. Azərbaycanın tarixində, ruhunda və mədəniyyətində xüsusi yerə malik olan müqəddəs Şuşa şəhəri azadlıq uğrunda aparılan mübarizənin şanlı zəfəri ilə azad edildi. Bu qələbə bütün bir millətin əzmini, iradəsini və azadlıq ideallarını təcəssüm etdirən tarixi dönüş nöqtəsi idi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin "Şuşa azaddır!" ifadəsi milyonlarla azərbaycanlının qəlbində silinməz izlər buraxdı. Bu sözlər yalnız qələbə müjdəsi deyil, 30 illik həsrətin, mübarizənin və sarsılmaz inamın təntənəsi idi. Şuşanın azad olunması ilə xalqımızın ürəyindəki ən böyük nisgil sonsuz sevincə çevrildi. Bir zamanlar Ümummilli lider Heydər Əliyevin dilə gətirdiyi böyük arzu - Şuşanın azadlığı  bu gün reallığa çevrilib. 1992-ci il 8 may tarixində işğal olunan Şuşa düz 28 il sonra 2020-ci il 8 noyabrda öz azadlığına qovuşdu. Bu zəfər böyük bir hərbi uğur olmaqla yanaşı, həm də Azərbaycanın milli iradəsinin, dövlətçilik prinsipinə sadiqliyinin və xalqın birliyinin bariz nümunəsi idi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl hərbi-strateji əməliyyat bu uğurun əldə edilməsinin başlıca səbəbi idi. Şuşanın qurtuluşunun əhəmiyyətini yalnız onun hərbi-strateji mövqeyi ilə deyil, həm də mədəni və mənəvi dəyəri ilə ölçmək lazımdır. Əsrlər boyu Azərbaycan musiqisinin, poeziyasının və memarlığının beşiyi olmuş bu şəhər dahi sənətkarlarımızın doğulub boya-başa çatdığı müqəddəs məkandır. Məhz buna görə də Şuşanın işğaldan azad olunması xalqımızın tarixi və mədəni kimliyi ilə yenidən qovuşması anlamına gəlirdi. Prezident İlham Əliyevin illər boyu apardığı məqsədyönlü siyasət, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyinin tanıdılması və ölkəmizin dünya miqyasında artan nüfuzu bu qələbənin siyasi əsaslarını formalaşdırdı. Bu həm də Azərbaycanın müstəqil və prinsipial dövlət kimi dünyada öz hüquqlarını müdafiə etmək gücündə olduğunu sübut etdi. Şuşaya bayrağımızın sancıldığı gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarından birini yaşadı. Hər bir şəhər və kəndimizdə üçrəngli bayrağımız dalğalandı, xalqın qəlbində sevinc və qürur hissi coşdu. Bu bayraq təkcə bir qələbənin yox, həm də Azərbaycanın milli müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin rəmzinə çevrildi. Lakin bu tarixi hadisələrin və görüləcək işlərin sonu deyildi, əksinə yeni bir başlanğıcın simvolu idi. Şuşanın azad edilməsindən dərhal sonra digər kənd və qəsəbələrin də işğaldan azad olunması xəbəri gəldi. Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəklik nöqtəsinin azad edildiyini elan etdi. Ermənistan acı məğlubiyyətlə barışaraq kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, diplomatik arenada da öz təsdiqini tapdı. Bu zəfər yalnız Azərbaycan üçün deyil, həm də Cənubi Qafqaz regionunda ədalətin, beynəlxalq hüququn və sabitliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan əsassız iddiaların qarşısını alaraq bölgədə hüquqi və geosiyasi reallıqları təsdiqlədi. Bu qələbə bir millətin varlığını, tarixini və gələcəyini qorumaq uğrunda apardığı mübarizənin təntənəsidir. Şuşanın azad olunması Azərbaycan xalqının birliyinin, əzminin və milli ruhunun parlaq təzahürüdür. Bu müqəddəs şəhər sadə bir coğrafi məkan deyil, xalqımızın simvoludur. O, bir yurdun, bir mədəniyyətin və bir millətin varlığını təcəssüm etdirən canlı tarixdir. O, öz sahibinə qayıtdı və bu qayıdış Azərbaycanın müstəqillik tarixində əbədi bir qürur səhifəsinə çevrildi. İndi Şuşa təkcə keçmişin acı xatirələri ilə deyil, həm də gələcəyin ümidi, dirçəlişi və azadlığın rəmzi kimi anılır. Bir zamanlar susan bu şəhər bu gün azadlıq nəğməsi oxuyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində Şuşada yollar çəkilib, məktəblər və mədəniyyət ocaqları fəaliyyətə başlayıb. Burada görülən işlər yalnız bir şəhərin bərpası deyil, eyni zamanda milli yaddaşın yenidən dirçəlişi və Azərbaycanın mədəniyyətinin, sənətinin, tarixinin yenidən canlanmasıdır. Şuşa öz zəngin ənənələrini, musiqisini və mədəniyyətini bir daha dünyaya təqdim edir. Bülbülün səsi yenidən Şuşanın dağlarında əks-səda verir. Onun sənəti və arzuları bu şəhərin ruhunda yaşayır. “Xarıbülbül” musiqi festivalı bu qədim şəhərin dirçəlişini və mədəni həyatının yenidən bərpasını simvolizə edir. 32 ildən sonra Cıdır düzündə keçirilən bu festival Şuşanın geri dönüşünün təntənəsidir. Hər notada, hər musiqidə və hər səslə Azərbaycan xalqının həsrəti, mübarizəsi və zəfəri əks olunur. Əlbəttə ki, Şuşanın azadlığı ilə nəticələnən bu tarixi qələbə Azərbaycan xalqının mübarizə iradəsinin və milli həmrəyliyinin ən uca nümunəsi olmaqla yanaşı, öz canından keçərək Vətən uğrunda şəhid olan qəhrəmanların qanı və qazilərimizin rəşadəti hesabına qazanılmışdır. Bu gün Azərbaycan xalqı Şuşaya qovuşubsa, bu məhz şəhidlərimizin müqəddəs qanı, onların göstərdiyi şücaət və fədakarlığın nəticəsində mümkün olmuşdur. Vətən müharibəsində həyatlarını itirən minlərlə igid oğul Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü naminə canlarını fəda etdilər. Onların hər biri tariximizin əbədi qəhrəmanına çevrilərək xalqımızın yaddaşında daim yaşayacaq. Şəhidlərin müqəddəs ruhu qarşısında baş əyir, ailələrinə sonsuz hörmət və ehtiram ifadə edirik. Həmçinin qazilərimiz - bu torpaqlar uğrunda sağlamlıqlarından keçən vətənpərvər döyüşçülər bu qələbənin canlı simvoludurlar. Onların rəşadəti, döyüş meydanında göstərdikləri qəhrəmanlıq Azərbaycan Ordusunun peşəkarlığını və xalqımızın əyilməz iradəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün Şuşada dalğalanan bayraq şəhidlərimizin ruhuna hörmət, qazilərimizin fədakarlığına dərin ehtiram, xalqımızın mübarizə əzminə verilmiş dəyərdir. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə daim qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu da dövlətin öz qəhrəmanlarına verdiyi dəyərin bariz nümunəsidir. Unutmayaq ki, Şuşaya gedən yol şəhidlərin və qazilərin qanı ilə yazıldı. Bu torpaq, bu bayraq, bu qələbə onların bizə mirasıdır. Onları daim yad etmək, xatirələrini yaşatmaq, ruhlarını uca tutmaq hər birimizin vətəndaşlıq borcudur. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu