Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“General İlham Mehdiyevin hərbi xidmət yolu hər bir gənc sərhədçiyə nümunədir”

"General-leytenant İlham Mehdiyevin hərbi xidmət yolu hər bir gənc sərhədçiyə nümunədir"

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Ad günü münasibətilə İlham Mehdiyevi təbrik edən polkovnik Cəlil Xəlilov, onun dövlətimiz qarşısındakı xidmətlərinə diqqət çəkib:

“2 avqust İlham Mehdiyevin ad günüdür. Mən öncə ad günü münasibətilə hörmətli generalımızı təbrik edir, ona həm şəxsi, həm də xidmət həyatında uğurlar arzulayıram.

İlham Mehdiyev bütün həyatını sərhədə, onun təhlükəsizliyinə, toxunulmazlığına həsr edən təcrübəli general, təcrübəli sərhədçidir. Təsadüfi deyildir ki, o, hələ mayor rütbəsində olarkən  - 16 avqust 2002-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş, onun xidmətləri dövlətimiz təərfindən yüksək qiymətləndirmişdir.

İlham Mehdiyev 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızın azad edilməsində də yaxından iştirak etmiş, bu mübarizədə böyük qəhrəmanlıqlar sərgiləmişdir. Məhz bu fədakarlığına və qəhrəmanlığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyevə “Vətən müharibəsi Qəhrəmanı” adı verilmişdir.

General İlham Mehdiyev bu gün də sərhədlərimizin keşiyində dayanmaqda, gənc sərhədçilərimizlə öz zəngin təcrübəsini bölüşməkdədir. Əminəm ki, onun təcrübəsinin öyrənilməsi gənc sərhədçilərimizin peşəkarlığının artırılmasına böyük töhfə verəcək, onlar üçün hər zaman zəngin mənəvi məktəb rolunu oynayacaq.

Bir daha general İlham Mehdiyevi təbrik edir, ona və onun timsalında bütün sərhədçilərimizə uğurlar arzulayıram”.

 Seymur ƏLİYEV

 

 

 

 

2023-08-03 10:40:29
6161 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları ilə görüş keçirilmişdir

25 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Federasiyasının Azərbaycan  Respublikasındakı Səfirliyinin nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə Respublika Veteranlar Təşkilatının dünyada sülhün təmin olunmasında fəaliyyəti, Rusiya Federasiyasının veteran təşkilatları və digər qurumları ilə əlaqələri haqqında qonaqlara məlumat verildi. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqələrin möhkəmləndirilməsi və bundan sonrada əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edildi. Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.

Hamısını oxu
Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı”

"Sonuncu dəfə babası ilə danışmışdı. “Hər şey yaxşıdır, məndən narahat qalmayın” deyib. Hər birimizə salam-dua, sevgilər göndərib”. Bunu Oxu.Az-a iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərlə şəhid olan, bu gün doğulduğu rayonda torpağa tapşırılan şəhidimiz Xəyyam Daşdəmirovun atası Məhəmməd Daşdəmirov deyib. Şəhid atası oğlunun mərd, vətəni canından çox sevən olduğunu deyib:   “Xəyyam torpağına bağlı oğul idi. Çox vətənpərvər ruhda bir əsgər idi. Hər dəfə onunla telefonda danışanda “Məndən narahat olmayın, vətənimə xidmət edirəm” deyirdi. Sonuncu dəfə Xəyyam babası ilə danışmışdı. İki gün əvvəl babası ilə hər birimizə salamlarını, sevgilərini göndərmişdi. İndi isə oğlum şəhid oldu. Vətən sağ olsun. Bütün şəhid ailələrinə səbr diləyirəm. Allah rəhmət eləsin”. Şəhidin əmisi Cümşüd Daşdəmirov da Vətən uğrunda şəhid olan bütün oğullara Allahdan rəhmət diləyib: “Bizim üçün çox ağırdır. Xəyyam çox cəsur, igid oğul idi. Vətən yolunda xidmətə getdi. Vətən yolunda da canından keçdi. Allah bütün şəhidlərə rəhmət eləsin!” Könül Cəfərli 

Hamısını oxu
Epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati işlərə baxan qurumların sayı artırıldı – FƏRMAN

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanda dəyişiklik edib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmanla Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə yeni səlahiyyətlər verilib.   Dəyişikliyə qədər Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi baxırdı. Bundan sonra isə Səhiyyə Nazirliyi, Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti də həmin işlərə baxacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələri müəyyənləşdirir. Prezidentin digər fərmanları ilə “Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə və “Dövlət Turizm Agentliyi haqqında Əsasmayə” müvafiq dəyişikliklər edilib.

Hamısını oxu
YAP hər zaman etimadı doğruldur

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı rayonu, Viləş və Şıxlar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.Görüşü giriş sözü ilə açan YAP Masallı rayon seçki qərargahının üzvü Cəlal Əliyev bildirib ki, postmüharibə dövründə zamanın tələbinə uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yeni reallıqlardan doğan zərurətdir.Seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka çağıran C.Əliyev YAP-ın hər zaman verdiyi sözlərə əməl etməsi ilə etimadı doğruldaraq xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, bu uğurların kökündə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.M.Məmmədov hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, regionların sosial-iqtisadi inkişafından, Masallı rayonunun istər Vətən müharibəsi dövründə, istərsə də hazırda dövlətin rifahı naminə hər zaman fəallıq göstərdiyini diqqətə çatdırıb. M.Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.Görüşdə çıxış edən seçicilər Bayram Əsgərov, Allahverdi Ağayev, Əlisa Qədiyev, Tahir Əzizov, Subhan Babayev və Miryəhya Bədirov Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara xidmət edən çoxşaxəli islahatların bəhrəsini gördüklərini, YAP-ın hər zaman etimadlarını doğrultduğunu bildiriblər.  

Hamısını oxu