Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati işlərə baxan qurumların sayı artırıldı – FƏRMAN

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanda dəyişiklik edib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmanla Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə yeni səlahiyyətlər verilib.

 
Dəyişikliyə qədər Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi baxırdı. Bundan sonra isə Səhiyyə Nazirliyi, Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti də həmin işlərə baxacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələri müəyyənləşdirir. Prezidentin digər fərmanları ilə “Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə və “Dövlət Turizm Agentliyi haqqında Əsasmayə” müvafiq dəyişikliklər edilib.

2020-09-24 00:00:00
3237 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Prezident İlham Əliyevin Nizami Gəncəvi Mərkəzi beynəlxalq platformasındakı çıxışına həsr edilən tədbir keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mayın 21-də videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr, həmin müzakirələr zamanı səslənən fikirlər və onlardan irəli gələn vəzifələrlə bağlı tədbir keçirilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Veteranların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkə başçısının sözügedən tədbirdə səsləndirdiyi fikirləri geniş şərh edib, bu çıxışda irəli sürülən mülahizələrin sadəcə Azərbaycanın deyil, ümumilikdə regionun gələcəyi baxımından mühüm önəm kəsb etdiyini bildirib:   “30 illik işğal faktının bütün regionda sülh və tərəqqinin inkişafına mənfi mənada təsir göstrərdiyi, ciddi  problemlərə səbəb olduğu məlumdur. Qürurvericidir ki, 30 ilə yaxın müddətdən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğaldakı torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü təmin olundu.   Bu gün regionda inkişaf və əməkdaşlıq üçün yeni perspektiv açılıb. Ölkə başçısı mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi müzakirələr zamanı da bu məsələyə diqqət çəkdi. Prezident qeyd etdi ki, məhz erməni işğalı son 30 ildə regionda sülh və əməkdaşlıq üçün əsas maneə təşkil edir, ciddi problemlər yaradırdı. Lakin artıq bu problem ortadan qalxıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi Qafqaza, bütün regiona sülh gətirib”.   Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın işğal siyasəti onun özü üçün acınacaqlı nəticələrə səbəb olub:   “Məsələ bundadır ki, Ermənistanın işğal siyasəti onu bütün regional iqtisadi layihələrdən kənarda qoyub. Bu gün Ermənistan böhrandan çıxmaq, normal iqtisadi inkişafa nail olmaq istəyirsə, Azərbaycanın sülh və əməkdaşlıq səylərini dəstəkləməli, təxribatçı və məkirli addımlardan imtina etməlidir. Ermənistan anlamalıdır ki, regionda əməkdaşlıq hər kəsdən daha çox onun özü üçün gərəklidir. Çünki bu gün Ermənistanın necə ağır bir böhranla üzləşdiyi bütün dünyaya məlumdur”.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov  da Vətən müharibəsindən sonra regionda əməkdaşlıq üçün geniş imkanlar yarandığını, bu imnkanları düzgün dəyərləndirmək üçün bütün region dövlətlərinin prezident İlham Əliyevin səylərini dəstəkləməsinin vacib olduğunu qeyd edib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının filial sədrləri də Prezident İlham Əliyevin sülh və əməkdaşlıq səylərinin bütün regionun bugünü və gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Zinaida Rəsulova – 100!

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, İkinci Dünya Müharibəsi veteranı Rəsulova Zinaida İliniçnanın 100 illik yubileyidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Zinaida Rəsulovanı yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. P.S.Xatırladaq ki, 23 iyun 1923-cü il təvəllüdlü Zinaida Rəsulova İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə aktiv iştirak edib, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunub.

Hamısını oxu
Prezident DSX rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb. General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir. Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu