Digər xəbərlər
“2023-cü ilin 19-20 sentyabr tarixlərini əhatə edən dövlət suverenliyinin tam bərpası əməliyyatı xalqımızın, dövlətimizin 8 Noyabr zəfərindən sonra əldə etdiyi ən böyük uğur, ən böyük nailiyyətdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu əməliyyat suverenliyimizi bərpa etməklə yanaşı, bölgədəki separatizmə də son qoydu: “2023-cü ilin dövlət suverenliyinin tam bərpası əməliyyatı həm hərbi, həm də siyasi nəticələrinə görə olduqca unikal və təkrarsızdır. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirdiyi bu əməliyyat nəticəsində respublikamızın suverenliyi bərpa olundu. Bölgədə uzun müddətdir ki, mövcud olan separatizmə son qoyuldu. Bu, Azərbaycan dövləti, Azərbaycan xalqı adına ikiqat uğur, ikiqat nailiyyət oldu. Bu gün suverenliytimizin tam bərpasından iki il ötür. Hazırda respublikamızın hər bir guşəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Vaxtiylə xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçıları bu gün Bakı Hərbi Məhkəməsində törətdikləri qanlı əməllərə görə cavab verməkdədirlər. Onlar xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyanın gözləri qarşısında etiraf edirlər. Bütün bunlar dövlətimizin gücünün, Prezidentimizin qətiyyətimizin isbatıdır. Mən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün veteranlar adından xalqımızı təbrik edir, hər bir vətəndaşı bundan sonra da dövlətimiz, prezidentimiz ətrafında sıx birləşməyə çağırıram. Unutmamalıyıq ki, gələcək uğurlarımızın açarı birliyimiz, həmrəyliyimizdir”. Seymur ƏLİYEV
Hamısını oxu
2 Fevral Azərbaycan gəncliyi üçün xüsusi məna daşıyan tarixi gündür. Bu gün gənclərimizə göstərilən dövlət qayğısının, onlara olan inamın və etimadın təcəssümüdür. Milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik tariximizdə gənclərin rolu həmişə mühüm olub. Qüdrətli orduların tərkibində xidmət edən, dövlət və hökumət qurumlarının aparıcı hissəsini təşkil edən gənclər ölkəmizin müdafiəsində də əvəzsiz xidmətlər göstərirlər. Ötən əsrin əvvəllərində Şərqin İlk Demokratik Cümhuriyyətini quran liderlərimiz “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə yoxdan bir dövlət yaratdılar və onu Azərbaycan gəncliyinə etibar etdilər. Həmin gənclik müxtəlif sınaqlardan - müharibələrdən, repressiyalardan, II Dünya Müharibəsinin qanlı dövrlərindən, milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən və Birinci Qarabağ müharibəsindən keçdi. Bu sınaqlar gənclərimizin vətənpərvər ruhunu möhkəmləndirdi və onları xalqımızın gələcəyinin təminatçısına çevirdi. Bu əlamətdar tarixi gün siyasi fəaliyyətinin hər iki mərhələsində gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onları dövlətin gələcəyi hesab edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, siyasi hakimiyyətinin hər iki mərhələsində gəncləri önə çəkmişdir. Ulu Öndər sağlam düşüncəli yeni bir nəslin yetişdirilməsi sahəsində cəsarətli addımlar ataraq mühüm qərarlar aldı. Onların Vətənpərvər ruhda yetişməsi, ölkənin intellektual potensialının formalaşması üçün çoxsaylı elm və təhsil mərkəzlərinin təməlini qoydu. Gənclərin böyük bir qismini SSRİ-nin nüfuzlu universitetlərinə təhsil almağa göndərməklə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin elm, təhsil siyasətini uğurla davam etdirmədi, milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə həmin əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə qüdrətli sərkərdələr yetirən Vətən tarixində yeni bir səhifə yazıldı. Bu liseyin açılması gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, hərpi peşəyə marağının artmasına zəmin yaratdı. Siyasi hakimiyyətinin ikinci mərhələsində dövlətçilik təlimində yenə də gənclər siyasətinə mühüm əhəmiyyət verən Ulu Öndər gənc nəslin yenidən mütəşəkkil formada yetişdirilməsi üçün tarixi bir qərar aldı: 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin təməlini qoydu. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm nəaliyyətlərə imza atıldı. 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 1996-cı il fevralın 2-də respublikamızda gənclərin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də Gənclərin I Forumunun ildönümündə Ulu Öndərin fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı sərəncamı imzalandı. Bu sərəncam ölkənin ən ciddi kadr potensialı olan gənclərə göstərilən etimad, verilən dəyər idi. Bu gün Azərbaycanda Ulu Öndərin gənclər siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. Gənclər ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, könüllülük hərəkatı fəaliyyətə başladı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur, kadr kimi yetişirlər. Azərbaycan gənclərinin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alınaraq, 30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib. 2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanmasında və diaspor fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsi və ölkəmizlə daha yaxından tanış edilməsi mühüm nailiyyətlərdəndir. Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstəricisi kimi 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsini göstərmək olar. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın, Fondun Vitse-Prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. “Sağlam bədəndə sağlam ruh olar!” nidasına söykənən Respublikamızda idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Bunun sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Hazırda respublikamızda 50-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına, Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Tarixin bütün dönəmlərində qüdrətli sərkərdə-xaqanlar yetişdirən Odlar Yurdu Azərbaycanın qüdrətli ordusu, peşəkar zabitləri, vətənpərvər əsgərləri ilə 44 günlük Vətən müharibəsində tarix yaradan Azərbaycan xalqı məhz gənclərə söykəndi. Gənclərimiz Azərbaycan bayrağını Xudafərin körpüsündən, Şuşa qalasından asdı, Şuşanın sərt,sıldırım qayalarını aşıb, Cıdır düzünə vardı. Qəhrəman gənclər ordunun aparıcı qüvvələri kimi tarix yazdılar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.” Bu fikirlər Azərbaycan gəncliyinə verilən yüksək dəyərin və etimadın bariz ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qazilərimiz və veteranlarımız isə bu gün gənclərimiz üçün qürur və şərəf nümunəsidir. Əminliklə deyə bilərik ki, gənclərlə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq, müstəqil dövlətimizin daha da güclənməsinə xidmət edəcəkdir. Sonda bir daha bütün gənclərimizi “2 Fevral – Gənclər Günü” münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uğurlar və Vətənimizin inkişafı naminə daim yüksək əzmkarlıq arzulayıram. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə Milli Qəhrəman Mübariz İbrahimovun 7 fevral doğum günündə onun haqqında yazılmış "Mübarizdən sonra" kitabının təqdimatını keçirib. Rayondakı Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, yaradıcı ziyalılar, İctimai Birliklərin rəhbərləri və mədəniyyət işçiləri iştirak ediblər. Öncə öz canı və qanı bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman çıxış edərək əfsanəvi qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalmış Mübariz İbrahimovun həyat və döyüş yolundan danışıb, onun kimi şərəfli tarix yazan igidlərimizin bu gün gənclərimizə örnək olduğunu xüsusi vurğulayıb. Təqdimatı keçirilən kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Müşfiq Muğanlı kitabın araya-ərsəyə gəlməsində Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim dayının göstərdiyi mənəvi dəstəyi və kitabın nəşr olunması üçün Heydər Əliyev Fondunun etdiyi maddi köməkliyi minnətdarlıq hissi ilə qeyd edib. Bildirib ki, qəhrəman şəhidimizə həsr olunmuş "Mübarizdən sonra" kitabı respublikamızın bütün kitabxanalarına hədiyyə olaraq veriləcək. "Əməkdar Mədəniyyət işçisi" Cahangir Muradov, şəhid atası Mehman Əliyev, polkovnik-leytinant Zamin Həsənov, "Mübarizsevərlər" İctimai Birliyinin sədri Əbülfəz Şahmarov, müharibə veteranı Qurban Əhmədov, "Biləsuvar.info" saytının baş redaktoru Surxay Şahbazov, həkim Mirhənifə Sultanov, şair İman Abdulla, MKS-nin şöbə müdiri Nüşabə Nərimanova və başqaları öz çıxışlarında kitabın müsbət məziyyətlərindən danışıblar və qeyd ediblər ki, belə kitabların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rolu vardır. Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Rasim İbrahimov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib, şəhid ailələrinə həmişə yüksək diqqət və qayğı göstərdiyinə görə dövlətimizə öz minnətdarlığını bildirib.
Hamısını oxu“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ Milli Parkının yaradılması erməni işğalının təbiətdəki fəsadlarının aradan qaldırılmasına tarixi töhfədir”. Bunu saytımza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məlum Sərəncam erməni işğalı dönəmində təbiətə dəyən zərərin aradan qaldırılması, pozulan ekoloji tarazlığın bərpası kimi problemlərin həllinə Azərbaycan dövlətinin verdiyi önəmi göstərir: “Təbii ki, Qarabağ Milli Parkının yaradılması Prezidentimizin təbiətə, ekologiyaya olan həssas və qayğıkeş münasibətinin nəticəsidir. Heç kimə sirr deyil ki, 30 illik işğal dönəmində erməni tapdağında qalan ərazilərimizdə meşələr kütləvi şəkildə məhv edilib, təbiət və ekologiyaya ağır zərbə dəyib. İşğaldan azad olunan hər bir ərazidə ermənilər tərəfindən su hövzələrinin və torpaq örtüyüyü çirklənməsi, yaşıllıqların məqsədli şəkildə məhvi hallarına rast gəlinir ki, bu da problemin həlli istiqamətində effektiv və miqyaslı tədbirlər görməyi zəruri edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin bilavasitə nəzarəti və qayğısı altında təbiətə dəyən ziyanın aradan qaldırılması, ekoloji tarazlığın bərpası istiqamətində fundamental tədbirlər, nəhəng layhələr həyata keçirməkdədir. Təbii meşələrin bəpası və eləcə də süni meşələrin salınması, yaşayış məntəqlərinin ətrafı ilə yanaşı, həm də onların daxilində yaşıllıqların genişləndirilməsi işğaldan azad edilən ərazilərdə həyata keçirilən mühüm tədbirlərdən biridir. Zəngilan rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bunun ən böyük isbatıdır. Bu baxımdan Qarabağ Milli Parkının yaradılması dövlətimizin və Prezidentimizin bu istiqamətdə atdığı çoxsaylı addımların davamı kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan dövləti və xalqının təbiətə olan qayğıkeş münasibətinin, sağlam ekoloji mühit formalaşdırmaq əzminin göstəricidir. Əminliklə demək olar ki, Qarabağ Milli Parkının yaradılması işğal dönəmində təbiətə dəyən zərərin nəticələrinin daha sürətlə bərpasına öz müsbət töhfəsini verəcək, məlum prosesi əhəmiyyətli dərəcədə optimallaşdıracaq. Bu baxımdan Prezident Qarabağ Mili Parkının yaradılması ilə bağlı Sərəncamını alqışlayır, bunu təbiətin qorunması və erməni işğalının nəticələrinin aradan qaldırılması yolunda tarixi qərarlardan biri kimi yüksək qiymətləndiririk”. Seymur ƏLİYEV
Hamısını oxu