Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şəhidlərimiz canları və qanları bahasına xalqımızın yenilməz olduğunu sübut etdi”

Talıb Əliyev: “27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür”

“27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür”.

Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib, məhz 27 sentyabr tarixində ayağa qalxan Azərbaycan xalqı qəhrəman ordusunun və Ali Baş Komandanının fədakarlığı sayəsində tarixi zəfərə imza atdı, dünya hərb tarixində yeni bir səhifə açdı:

“27 sentyabr sadəcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi baxımından son dərəcə əlamətdar gündür. Çünki məhz bu tarixi gündə Azərbaycan xalqı 30 illik erməni işğalına son qoymaq üçün qəti şəkildə ayağa qalxdı, qanlı hərb meydanında öz haqqının axtarışına çıxdı. Azərbaycan xalqı öz qəhrəman ordusu və yenilməz Ali Baş Komandanı sayəsində düşmənə, onun havadarlarına, eləcə də bütün dünyaya sübut etdi ki, onu yenmək, onun haqqını qəsb etmək, torpağını əsarətdə saxlamaq mümkün deyil. Azərbaycan xalqı həm də onu sübut etdi ki, o, zəngin mənəvi dəyərlər malikdir və bu cür dəyərlər malik xalqa zor gücünə nəyisə diktə etmək imkansızdır.

Bu baxımdan əminliklə demək olar ki,  27 sentyabr Azərbaycanm xalqının özünütəsdiq günüdür. Azərbaycan xalqı 30 ildən sonra öz haqqı ilə yanaşı, həm də qürurunu, vüqarını bərpa etdi, mənəvi baxımdan yeni bir zənginliyə qovuşdu”.

Talıb Əliyev bildirib ki, əldə edilən bu tarixi zəfərə görə ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq:

“Təbii ki, müharibə həm də şəhid, göz yaşı, itki deməkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı üç minə nəfərə qədər şəhid verdi, minlərlə qazimiz sağlamlığını itirdi. Mülki vətəndaşlarımız arasında da şəhidlər oldu. Lakin bütün bu itkilər Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Əksinə, Ordumuz şəhdilərimizin qısasını döyüş meydanında aldı. Qəhrəman şəhidlərimiz, qazilərimiz həyatları, canları və qanları bahasına mənfur düşməni tarixi torpaqlarımızdan qovmaqla yenidən o torpaqlara azadlıq bəxş etdi.

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda geniş yenidənqurma işləri həyata keçirilməkdədir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlərin qayıdışı təmin olunub. Gələn il biz Qarabağa yön alan daha böyük köçlərə şahidlik edəcəyik. Və heç vaxt unutmayacağıq ki, bütün bunlara görə müqəddəs şəhidlərimizə, onların qəhrəmanlığına borcluyuq.

Şəhidlərimizə rəhmət diləyir, vətənimizə əbədi sülh və firavanlıq arzulayıram!”

Seymur ƏLİYEV

 

 

2022-09-27 12:26:00
1164 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 9 may - Qələbə Günü münasibətilə veteranlara təbriki.

Hamısını oxu
Fransa Müqavimət Hərəkatı qəhrəmanına həsr olunan kitab təqdim edilib

Bakı Kitab Mərkəzində “Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında döyüş yolu” adlı kitabın Azərbaycan dilində nəşrinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr edildiyini bildirib. O diqqətə çatdırıb ki, belə nəşrlər gələcək nəsillərin tarixi daha dərindən öyrənməsi baxımından xüsusi əhəmiyyət daşıyır və mərkəz üçün də dəyərli vəsaitdir. Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində azərbaycanlılar Avropanın müxtəlif ölkələrində — Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. “Qərbi Avropa ölkələrinin işğaldan azad olunması uğrunda döyüşən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Məmməd Məmmədov kimi həmvətənlərimizin şücaətləri bu gün də fədakarlıq rəmzi, hünər və cəsarət nümunəsi kimi yaşayır. Bu, həmçinin Azərbaycan xalqının sülhə, azadlığa və ümumbəşəri dəyərlərə bağlılığının yüksək göstəricisidir. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində dərin iz qoyub və xalqımız bu igidlər ilə haqlı olaraq fəxr edir. Məhz buna görə də azərbaycanlı döyüşçülərin xatirəsinin daim yaşadılması, onların mübarizə yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfirliyinin və Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu fəaliyyət xüsusilə Fransa ictimaiyyətinin İkinci Dünya müharibəsi zamanı ölkənin alman faşizmindən azad olunması uğrunda döyüşmüş azərbaycanlılar barədə məlumatlandırılmasını əhatə edir: “Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Məsələn, iki il əvvəl Parisdəki Mədəniyyət Mərkəzində rejissor Tahir Tahiroviçin müəllifi olduğu, Mədəniyyət Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal edilən “O, Xarqo idi” adlı sənədli filmin Fransadakı ilk təqdimatı keçirilib. Tədbirdə tarixi yaddaşın qorunması, təbliği və gələcək layihələrin hazırlanması ilə bağlı mühüm təkliflər irəli sürülüb”. Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatən qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Onun sözlərinə görə, əsər yalnız bir insanın qəhrəmanlıq tarixçəsi deyil, eyni zamanda Azərbaycan və Fransa arasındakı dostluq əlaqələrinin də əksidir. Aleksandr Vatən bildirib ki, Əhmədiyyə Cəbrayılovun nümunəsi digər qəhrəman döyüşçülərə də hörmət hissi aşılayacaq. Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib: “Bu kitab sayəsində daha çox insan onu tanıya biləcək. Şəkiyə səyahət edən zaman qəhrəmanın ailə üzvləri ilə görüşdüm, onlar qəhrəmanın xatirəsini böyük fədakarlıqla qoruyurlar”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. “Qəhrəman döyüşçülərin xatirəsinin yaşadılması tarixi yaddaşın qorunması baxımından vacibdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu dəyərlərin qorunmasına xidmət edir”, - deyə C.Xəlilov əlavə edib. Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib. Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər. Kitabın fransız dilindən Azərbaycan dilinə tərcüməçisi Kolmar Apellyasiya Məhkəməsi yanında andlı tərcüməçi, məhkəmə eksperti Elnarə Ramazanovadır.

Hamısını oxu
MİRİİB sədri Zamin Zeynal: Sosial Şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğinə ehtiyac var

MİRİİB sədri Zamin Zeynal: Sosial şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğ edilməsi ilə yanaşı İCTİMAİ QINAĞIN olması da vacibdir. İnformasiya mədəniyyəti nədir? İnformasiya mədəniyyəti informasiyanın məqsədyönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Bir sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri aşağıdakılardır: – Telefondan tutmuş fərdi kompüterlərə və kompüter şəbəkələrinədək müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri; -İnformasiya texnologiyalarını mənimsəmək bacarığı (məsələn: ofis proqramlarını, qrafik redaktorları və s.-ni bilmək); -İstər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informasiya almaq bacarığı (məsələn: hər hansı qəzet, yaxud jurnalın saytını açıb oxumaq); -İnformasiyanın anlaşıqlı şəkildə təqdimatı və ondan səmərəli istifadə etmək bacarığı; -İnformasiyanın emalının müxtəlif üsullarını bilmək; – Müxtəlif növ informasiya ilə işləmək bacarığı. Ölkəmizdə informasiya mədəniyyətinin ən vacib göstəricilərindən biri də insanların ingilis dilini necə bilmələridir.Bu gün informasiya texnologiyalarını müəyyən edən proqram məhsullarının, demək olar ki, hamısı ingilis dilində təqdim olunur. Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqe tutur.Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, onun köməyi ilə müxtəlif sənədlər yaratmaq bacarığına, proqramların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə bəzən kompüter savadlılığı deyilir. Başqa insanlarla əlaqə qurmaq üçün kommunikasiya vasitələrindən lazımi səviyyədə istifadə edə bilmək vacib keyfiyyət hesab olunur. Bura elektron yazışma vasitələrindən istifadə, informasiya sistemlərində lazım olan məlumatları əldə etmək, hüquqi və etik normaları (qaydaları) bilmək və onlara əməl etmək aiddir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq hər gün əhəmiyyətli dərəcədə artmaqdadır. Ümumiyyətlə “sosial şəbəkə” nədir, hansı zərurətdən yaranıb? Sosial şəbəkələr – sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (insanlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. “Sosial şəbəkə” termininin 1954-cü ildə ortaya çıxdığı düşünülür. “Sosial şəbəkə” anlayışı sosioloq Ceyms Barnes tərəfindən təqdim edilib. İnternetin yaranması (1969) ilə Ceyms Barnesin elmi konsepsiyası məşhurlaşmağa başlayıb. İlk müasir sosial media isə 1997-ci ildə yaradılan “Six Degrees” olub. Müasir dövrün bəzi məşhur sosial şəbəkələri, onların əsas fərqləndirici xüsusiyyətləri və istifadə imkanları ilə gəlin birlikdə tanış olaq: “Facebook” – ən iri sosial şəbəkə olmaqla, insanların yoldaşlarıyla ünsiyyət qurması və məlumat almaq məqsədi ilə yaradılan bir ictimai veb saytıdır; “YouTube” – istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir; “WhatsApp” – mobil və digər platformalar üçün ismarışların ani mübadilə sistemi olmaqla, mətn ismarışları, şəkil, video və audio göndərməyə imkan verir; “Instagram” – şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir; “TikTok” – musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarışlar yollamağa imkan verən sosial şəbəkədir; “Twitter” – onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən saytdır. Onun vasitəsi ilə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn sms-ləri göndərə bilirlər; “LinkedIn” – işgüzar əlaqələrin qurulması və professional peşələrin insanları üçün sosial şəbəkə saytıdır; “Skype” – səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır; “Pinterest” – hər növ şəkillərin paylaşıldığı və panorama sistemi vasitəsi ilə çalışan internet vebsaytıdır; “Viber” – ağıllı telefonlar və digər əlaqə vasitələri tərifindən 3G və ya Wi-Fi şəbəkəsi üzərindən mesajlaşma və səsli görüşmə imkanı təqdim edən əlaqə vasitəsidir; “Odnoklassniki” – Azərbaycan dilində mənası “sinif yoldaşları” olmaqla, Rusdilli internetin ən populyar sosial şəbəkələrindən biridir; “WeChat” – mətn və səs ismarışlarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir. Bu gün bəzi insanlar üçün sosial şəbəkələr gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisidir. Əgər bir neçə il öncə sosial şəbəkələr gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa, son zamanlar bu münasibət tamamilə dəyişmişdir. Hazırda sosial şəbəkələr həm ünsiyyət və müxtəlif sosial əlaqələrin qurulması, həm də maariflənmək və öyrənmə prosesində iştirak üçün bir platforma rolunu oynayır. Belə ki, sosial şəbəkələrdən ünsiyyət vasitəsi kimi dünyanın hər yerindən olan insanlarla virtual ünsiyyət yaratmaq, dostlarla görüşmək və ya köhnə dostları tapmaq, iş axtarışı, tanışlıqlar, ictimai həyatda baş verən aktual məsələlər barədə fikir bildirmək, qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədilə istifadə olunur. Təhsil, təlim-tədris və digər maarifləndirmə proseslərində isə canlı yayım vasitəsilə müxtəlif iclaslar, müzakirələr keçirmək, onlayn rejimdə keçirilən müxtəlif forumlarda iştirak etmək, marketinq və ya biznes işi qurmaq, dil öyrənmək, müxtəlif sorğular təşkil etmək, elmi yeniliklərlə bağlı məlumat əldə etmək və digər məqsədlər üçün sosial şəbəkələr olduqca əhəmiyyətli rola malikdir. Lakin sosial şəbəkələrdən istifadənin müsbət tərəfləri ilə yanaşı, istifadəçilər üçün mənfi təsirləri də var. Belə ki, sosial şəbəkələrdən çox istifadə bir müddətdən sonra asılılıq yaradır. Bu asılılıq “hypertext” (gündə minimum 120 mesajın yazılması) və “hypernetworking”ə (gündə üç saatdan çox sosial mediadan istifadə) gətirib çıxarır ki, bu da sağlamlığa ziyanlıdır. Araşdırmalara görə, sosial şəbəkələrdən bu cür asılılıq psixoloji problemlərin artmasına – yorğunluq, yuxu məhrumiyyəti, depressiya, təhsildə gerilik, tənbəllik, aqressivlik və hətta intihara səbəb göstərilə bilər. Buna görə də, sosial şəbəkə istifadəçilərini bu cür mənfi təsirlərdən qorumaq üçün sosial şəbəkələrdən düzgün istifadənin təbliği üzrə maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Bununla yanaşı sosial şəbəkələrdən mənfi məqsədlərə xidmət edən, şəxsi maraqlar naminə etik qaydaları pozan sosial şəbəkə iştirakçılarına hüquqi müstəvidə cəzaların tətbiqi ilə yanaşı bu prosesin müsbət həllinə döğru ictimai qınaq vasitələrindən istifadə edilməsinin də böyük təsiri ola bilər.Yaxşı olar ki, valideynlər uşaqlarını virtual dünyanın mənfi təsirlərindən qorumaq üçün onların sosial şəbəkələrdən istifadəsini izləyərək diqqətli olsunlar. Zamin ZeynalMüasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri  

Hamısını oxu
“Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq”

Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib.   Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib:   “Əziz həmvətənlər!   Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır.   Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi​ ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib.   Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Seymur ƏLİYEV  

Hamısını oxu