Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik ediblər

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından Mehriban xanımı təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Mehriban xanım!

Sizi – xalqımıza və dövlətimizə böyük xidmətlər göstərən vətənpərvər ictimai-siyasi xadimi, Azərbaycanın tərəqqisinə əvəzedilməz töhfələr verən dəyərli şəxsiyyəti, öz xeyirxahlığı və nəcibliyi ilə milyonların sevgisini qazanan alicənab insanı Ad Gününüz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ölkəmizin inkişafı naminə məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq!

Siz Azərbaycanın Birinci vitse-prezidenti, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun Prezidenti, ISESCO-nun xoşməramlı səfiri olaraq Vətənimizin daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizin tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda yüksək nailiyyətlərə imza atırsınız. Azərbaycanın birinci xanımı, sədaqətli həyat yoldaşı olmaqla yanaşı, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman ən böyük tərəfdaşı, əzmkar mübarizə yoldaşı kimi yorulmaz və qətiyyətli fəaliyyətinizlə ölkəmizin işıqlı gələcəyi uğrunda mübarizə aparan Dövlət Başçısını daim dəstəkləyir, respublikamızın sosial-iqtisadi və ictimai-mədəni inkişafında müstəsna rol oynayırsınız. Bütün vətəndaşlarımıza, xüsusilə şəhid ailələrinə, qazilərə, ahıllara göstərdiyiniz yüksək diqqət və qayğı  Sizin fədakar fəaliyyətinizin əsasını təşkil edir. Yüksək intellektiniz, yenilməz iradəniz, tükənməz enerjiniz, nəcibliyinizlə, bir sözlə  hər bir azərbaycanlı üçün layiqli örnək olaraq şəxsi keyfiyyətlərinizlə ölkəmizə yeni-yeni uğurlar qazandırırsınız.

Hörmətli Mehriban xanım!

 Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, dövlətimizin, xalqımızın xoşbəxt gələcəyi uğrundakı  böyük xidmətlərinizi hər bir ölkə  vətəndaş kimi, biz – Azərbaycan ağsaqqalları da yüksək qiymətləndirir, Sizə ən xoş arzularla gözəl əhval-ruhiyyə və ailə səadəti diləyirik!

Uca Allah möhtərəm Prezidentimiz cənab İlham Əliyevi, Sizi, Azərbaycan xalqını və  doğma Vətənimizi qorusun!

Dərin hörmət və səmimiyyətlə,                              

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı

üzvləri adından Şuranın sədri,

millət vəkili, professor                                                        Eldar QULİYEV          

 

2023-08-26 14:08:27
2924 baxış

Digər xəbərlər

“Mehriban xanımın Türkiyədəki faciəyə həssas mövqeyi xalqımızın mənəvi dəyərlərinin göstəricisidir”

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərərçəkənlərə göstərdiyi yardımlar, zəlzələ qurbanları ilə bağlı etdiyi paylaşımlarla hər dəfə olduğu kimi bu dəfə də xalqımızın humanizm simvolu, onun səsi, harayı oldu”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Təşkilatın sədr müavini qeyd edib ki, zəlzələnin ilk anından etibarən həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin yanında olub, qardaş ölkəyə çoxsaylı humanitar yardımların göndərilməsini təmin edib: “Türkiyədə zəlzələ baş verən zaman qardaş ölkənin harayına ilk olaraq yetişən dövlət Azərbaycan oldu. Həm Prezidentimiz, həm də Birinci vitse-prezidentimiz Türkiyədəki zəlzələni ilk andan etibarən diqqət mərkəzində saxladı, zəlzələdən zərərçəkənlərə zəruri köməyin göstərilməsini təmin etdi. Fevralın 6-dan etibarən göstərilən yardımlar bu gün də davam etməkdədir. Heydər Əliyev Fondu tərəfindən zəlzələdən zərərçəkənlərə tibbi ləvazimatlar, isti geyimlər, oksigen maskaları və digər zəruri yardımlar göndərilib ki, bu da zərərçəkənlərin sağlamlığının qorunması, yeni itkilərin qarşısının alınması baxımından həyati əhəmiyyətə malikdir. Mehriban xanım bütün bu müddət ərzində qardaş Türkiyə ilə mənəvi baxımdan da ciddi həmrəylik sərgilədi. Türkiyənin tək olmadığını, Azərbaycan xalqının hər bir fərdi ilə Türkiyənin yanında olduğunu diqqətə çatdırdı. Eyni zamanda, məlum paylaşımında Türkiyə dövlətinə, Türk xalqına, onun gücünə və böyüklüyünə olan inamını da ifadə etdi. Qeyd etdi ki, türk xalqı öz iradəsi və mətinliyi sayəsində bu sınaqdan da çıxacaq”. Polkovnik bildirib ki, yanvarın 6-dan bu günədək ölkəmizdəki bütün iri şirkətlər də Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə müxtəlif kampaniyalar təşkil edib, ciddi addımlar atıblar: “Qürurvericidir ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın sərgilədiyi mövqeyə uyğun olaraq ölkəmizdəki demək olar ki, bütün iri şirkətlər, təşkilat və müəssisələr də qardaş Türkiyəyə yardım kampaniyasında yaxından iştirak etdi. Türk xalqının yanında olduqlarını əməli surətdə qardaş ölkədəki qardaş-bacılarımızın diqqətinə çatdırdı. Bu cür şirkətlərdən biri də “PAŞA Holding” oldu. “PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək olmaq məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə etdi. “PAŞA Holding” zəlzələ ilə bağlı verdiyi açıqlamada türk xalqı ilə mənəvi baxımdan da həmrəylik sərgilədi, xoş məramını ortaya qoydu”. Cəlil Xəlilov vurğulayıb ki, Mehriban xanım Əliyevanın zəlzələdən zərərçəkənlərə göstərdiyi dəstək, həm də xalqımızın, Azərbaycan insanının qardaş Türkiyəyə sevgisinin, humanist dəyərlərə bağlılığını əks etdirir: “Mehriban xanım Əliyevanın Türkiyədəki faciə ilə bağlı ortaya qoyduğu həssas və humanist mövqe, həm də bütün Azərbaycan xalqının mənəvi dəyərlərinin göstəricisidir. Mehriban xanım zəlzələdən zərərçəkənlərə göstərdiyi humanist mövqe, sevgi və qayğı ilə göstərdi ki, xalqımız türk xalqının yanındadır və sona qədər də yanında olacaq. Hörmətli Mehriban xanımın zəlzələdən zərərçəkənlərlə bağlı sərgilədiyi mövqe xalqımızın həm də ümumbəşəri dəyərlərə, insani prinsiplərə nə qədər dərindən bağlı olduğunu göstərdi. Bu baxımdan, Mehriban xanım hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının səsi, onun görən gözü, eşidən qulağı, sevgi dolu qəlbi oldu”. Təşkilatın sədr müavini deyib ki, Türkiyədəki zəlzələdə zərərçəkənlərə dəstək verən hər bir fərdin fəaliyyəti də Mehriban xanım tərəfindən yüksək qiymətləndirilməkdədir: “Azərbaycan xalqı hər bir fərdi ilə qardaş Türkiyənin yanındadır və zəlzələdən zərərçəkənlərə xilasedicilərlə, həkim heyəti ilə, malı və canı ilə yardım göstərməkdədir. Bütün bu insanların fəaliyyəti Mehriban xanım tərəfindən təqdir edilməkdə, yüksək qiymətləndirilməkdədir. Bu faktın özü xalqımızın Prezidentindən, Birinci vitse-prezidentindən tutmuş sıradan insanına qədər eyni mənəvi dəyərləri bölüşdüyünü, hər kəsin qəlbinin qardaş Türkiyə sevgisi ilə eyni hərarətlə döyündüyünü göstərir. Mən zəlzələdə həlak olanlara Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram. Azərbaycan xalqı Türkiyənin yanındadır və hər zaman da yanında olacaq”.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlarla yazıçıların görüşü keçirilib

Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında təşkilatın Rəyasət Heyətinin üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin bir qrup nümayəndəsi arasında görüş keçirilib.  Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov cəmiyyətimizdə vətənprəvərlik tərbiyəsinin gücləndirilməsinin önəminə toxunub. O, qeyd edib ki, görüşün keçirilməsində əsas məqsəd Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Yazıçılar Birliyi arasında bu səpkidə birgə əməkdaşlıq həyata keçirmək, ortaq layihələr reallaşdırmaqdır. Tədbirdə çıxış edən yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev vətənpərvərlik tərbiyəsinin təbliği istiqamətində birgə əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. O, qeyd edib ki, veteranlarla yazıçıların ortaq iş birliyi Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu daha da inkişf etdirə bilər ki, bu da milli maraqlarımızın etibarlı şəkildə müdafiəsi, gənclərin öz milli-mənəvi dəyərlərinə bağlı şəkildə yetişdirilməsi baxımından olduqca vacibdir. Görüşdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı  Sayman Aruz,  ədəbi tənqidçi, şair Əsəd Cahangir, şair-publisist Əkbər Qoşalı, yazıçı-publisist Aida Eyvazlı, şair-publisist Nuranə Nur, yazıçı-publisist Güləmail Murad, AZTV-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli, xanəndə Arif Mehmandost, ehtiyatda olan polkovnik Fərhad Süleymanov və başqaları çıxış edərək maraqlı təkliflər səsləndiriblər.  Sonda irəli sürülən təkliflərin dəyərləndirilməsi və yaxın gələcəkdə də oxşar görüşlərin keçirilməsi qərara alınıb. Seymur ƏLİYEV  

Hamısını oxu
Yazgül Abdıyeva Türk Oftalmologiya Dərnəyinin 55-ci Milli Konqresində iştirak edib

3-7 noyabr tarixlərini əhatə edən Türk Oftalmologiya Dərnəyinin 55-ci Milli Konqresi davam edir.   Konqresin keçirilməsi mütəxəssislərin bir araya yığışmasında, təcrübə mübadiləsində mühim rol oynayır. Konqresdə yeni oftalmoloji nailiyyətlər, aktual oftalmoloji mövzular və biliklər əldə edilir. Konfransda dünyanın bir çox yerindən eyni zamanda Azərbaycandan 50 nəfərdən çox oftalmoloq və alimlər iştirak edir.   Veteran.gov.az xəbər verir ki, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri prof. Elmar Qasımov adından AOC-un sədr müavini Yazgül Abdıyeva tərəfindən Türk Oftalmologiya Dərnəyinin Genel Başkanı Prof. Dr. İzzet Cana 55-ci Milli Konqresin keçirilməsi münasibətilə təbrik məktubu təqdim edilib.   Həmçinin, Konqresdə Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı Sunay Duman, TCOD Genel Başkanı Prof.Dr. Öner Gelişken, Prof. Dr. Süleyman Kaynak və digər hocalarla görüş həyata keçirlilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Komandirini həyatı bahasına xilas edən Sovet İttifaqı Qəhrəmanı: Qafur Məmmədov!

Məmmədov Qafur Nəsir oğlu  05 mart 1922-ci il də  Bakıda dünyaya  göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-ci ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. 1942–ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minamyot heyətini məhv etmişdir. Həmin döyüşdə o, öz komandirini düşmən  atəşindən müdafiə edərək, özünü öz sinəsi ilə komandirini qoruyaraq qəhrəmancasına həlak olmuşdur.   Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilib, büstü qoyulub.   Qafur Məmmədovun adı digər qəhrəmanlar kimi, qədirbilən xalqımız tərəfindənd aim xatırlanır və uca tutulur.

Hamısını oxu