Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabadda Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub

Cəlilabad rayonunda yerləşən mərkəzi küçələrdən birinə  Vətən müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun adı verilib.

Həmin küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon Veteranlar Təşkilatının  nümayəndələri,  idarə-təşkilat rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov  bildirib ki, qəhrəman şəhidimiz Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon  Şiləvəngə kəndində almışdır. 2011-2014-cü illərdə C.Naxçıvanskı adına Hərbi Liseydə,  2014-2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət etmişdir. Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. 2021-ci il yanvar ayının 22-də II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Şükürlü ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Tədbirdə şagirdlər vətənpərvər ruhlu şeirlər söyləyiblər.

Şəhid Elvin Şükürlünün atası  Azad Şükürlü çıxış edərək şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ailə üzvləri adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

2023-10-01 07:14:37
3664 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Yevlaxda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Yevlax şəhər İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Elnarə Əzizova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin  müdir müavini Hümbət Əhmədovun iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Xeyirxah, enerjili və qədirbilən insan...

Ötən hər gün, hər saat təkcə vaxt ölçüsü deyil, ömürdən-gündən keçən anlardır. Bu anların qədrini bilmək, bu anları dopdolu yaşamaq, vətənin əsl vətəndaşı olmaq asan deyilmiş.  Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Vətən üçün yaşanan ömür əsl insan ömrüdür. İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. İnsan ömrü bir yola bənzəyir. Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur. O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir. Belə böyük şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər. Aran Regional Elektrik Şəbəkəsinin rəis müavini, Yeni Azərbaycan Partiyasının "Energetik1" ərazi ilk partiya təşkilatının sədri Saleh Səmədov... Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən… Bütün sahələrdə qeyri adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu sübut edib. Ən əsası odur ki, Saleh müəllim gözəl insandır. Hamının dərdinə şərik olan, halına yanan bir insan.  Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanın varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan şəxsin varlığını bilmək adama təsəlli olur. Saleh müəllimin işinə yaradıcı münasibəti, parlaq lider keyfiyyətləri, öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür. Saleh müəllim, bu günlərdə İmişli rayon Ağsaqallar Şurasının sədri seçilib.  Ağsaqqal adının şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Ağsaqqal saçının ağlığı ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır. Cəmiyyətin bir insanı ağsaqqal kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır. Bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində daim Saleh müəllim kimi ağsaqqallara böyük ehtiyacı vardır. Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar".  Doğrudan da keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur. Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır.  Saleh müəllim də, məhz belə insanlardandır.  Hörmətli Saleh müəllim! Sizi İmişli rayon Ağsaqallar Şurasının sədri seçilməyiniz münasibəti ilə təbrik edir, bu müqəddəs missiyanı xalqımızın adına layiq şəkildə həyata keçirilməsində, Azərbaycan cəmiyyətinin mənəvi saflığının qorunub saxlanılmasında, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsi işində uğurlar arzulayırıq! Xeberle.com

Hamısını oxu
“Tarixi Şəxsiyyətlər “jurnali isiq üzü görmüşdür.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Heydər  oğlu Əliyev Dünya liderləri arasında yekdilliklə 2020-ci ildə “İLİN ADAMI” seçilmişdir. Azərbaycanda 2006-cı ildən nəşr edilən “Tarixi Şəxsiyyətlər" jurnalı ənənəyə uyğun şəkildə hər il dünya liderləri, həmçinin ictimai-siyasi sferanın görkəmli xadimləri arasından “İlin adamı”nı seçir. “Tarixi  Şəxsiyyətlər“ jurnalının bu il üçün nəzərdə tutulmuş növbəti buraxılışı Azərbaycan Respublikası Müharibə, Əmək  və Silahlı Qüvvələr Veteranları Təşkilatının  sədri  general - polkovnik   Tofiq Ağahüseynovun  ideya müəllifliyi ilə rəhbərlik etdiyi Təşkilatın, həmçinin  Vətən  Müharibəsi  Əlillərinə Kömək  İctimai Birliyinin  sədri Qurban Məmmədovun maddi və mənəvi  dəstəyi, eləcə də  jurnalın baş redaktoru Xəlil  Qarahmədovun   gərgin əməyi və səyi nəticəsində isiq üzü görüb. İşıq üzü görən “Tarixi şəxsiyyətlər” jurnalının növbəti xüsusi buraxılışı Böyük Zəfərə imza  atan, xalqımızın Milli Qəhrəmanı  Ali Bas Komandan cənab İlham Əliyevə həsr olunub.    Qeyd edək ki, 2017-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiyanın yekdil səsverməsi nəticəsində bu ada layiq görülüb. 2018-ci ildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin olub. Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının prezidenti Şafkat Mirziyoyev seçilib.

Hamısını oxu
İlham Əliyev Moskva bəyanatına hansı dəyişikliyi etdi

Moskva görüşündə Prezident İlham Əliyev ortaq bəyanatın ilkin mətninə dəyişiklik edib.Publika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazır.Qəzet qeyd edir ki, ilkin mətn 5 maddədən ibarət olub: “Maddələrdən biri məhkumlar və itkin düşmüş şəxslərlə bağlı idi, lakin görüş zaman İlham Əliyev bu maddəni mətndən çıxarıb və yalnız Azərbaycanın maraqlarına uyğun formada saxlanılmasına nail olub”.Qeyd edək ki, müharibə başa çatandan (10 noyabr) sonra Azərbaycab Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatı zamanı erməni hərbçilər əsir götürülüb. Rəsmi məlumata görə, Azərbaycanda 62 erməni hərbçi həbs edilib. Rəsmi Bakı bu şəxslərin Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacağını açıqlayıb. Nikol Paşinyan da görüşdən sonra “hərbi əsirlərlə bağlı razılıq əldə olunmadı” deyə qeyd edib.Bu, erməni silahlıların hələ də qaldığı ərazilərin də Azərbaycan qanunvericliyi ilə idarə olunması məsələsində Bakının prinsipial mövqeyidir.Asif

Hamısını oxu