Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan konstruktiv yanaşma sərgiləyir

“Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu təsadüfən Zəngilanda keçirilmədi.
Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir və artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Sevindirici haldır ki, heç zaman öz Vətənini görməyən gənc nəsil Zəngilana qayıdıb.
Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilib.
Bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər.
Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.
Qısa vaxt keçsə də, Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdi. Forum həm də iştirakçı ölkələr arasında olan dostluğun təzahürüdür.
Forum iştirakçıları da şahid oldular ki, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.
Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.
Qloballaşan müasir dünyada Zəngilan mühüm nəqliyyat qovşağıdır. Çünki Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktordur.
Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
Ürəkağrısı ilə qeyd etmək istəyirəm ki, Zəngilan məscidi ermənilər tərəfindən məhv edilib.
Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib.
Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar.
Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir.

Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. İlkin hesablamalara görə, bizim potensialımız çox böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə inşa olunacaq. Bir sözlə, tezliklə Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaq.
İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik.
Çətin günlər arxada qalıb. Azərbaycan siyasi iradəsi və güclü ordusu ilə torpaqlarını işğaldan azad edib. Xankəndi ərazisində son lokal tipli antiterror tədbirləri ilə ərazilərimiz qanunsuz etməni silahlılarından tam təmizlənib. Bütün baş verənlərə rəğmən Azərbaycan konstruktiv yanaşma sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır.

Məşhur Məmmədov,
Millət vəkili


2023-10-05 20:24:50
909 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Almaniya səfəri, səfər əsnasında imzalanan sənədlər dövlətimizin nüfuz və qüdrətinin təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Prezidentinin Almaniyada yüksək səviyyədə qarşılanması, dünya mediasının bu səfərə xüsusi diqqət yetirməsi Azərbaycanın “orta güc” statusuna malik dövlət kimi beynəlxalq arenada yüksələn imcindən xəbər verir: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra iqtisadi və siyasi müstəvidə ciddi uğurlara imza atan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Avropanın 10-dan çox ölkəsi Azərbaycandan neft və qaz məhsulları idxal edir ki, bu da onların enerji təminatında mühüm rol oynayır. Bundan başqa, Azərbaycan beynəlxalq arenada özünün etibarlı və səmimi tərəfdaş kimi göstərib. Hansı ki, bu həqiqət dünya ldierləri tərəfindən də etiraf edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən xüsusi təntənə ilə qarşılanması, iki dövlət başçısı arasında keçirilən görüş, verilən açıqlamalar, imzalanan sənədlər dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu fakt sübut edir ki, Azərbaycan Avropanın iqtisadi həyatındakı rolunu artırmaqda, beynəlxalq arenadakı mövqeyini gücləndirməkdədir. Prezident İlham Əliyevin Almaniya səfərində diqqət çəkən mühüm nüanslardan biri də Alman-Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə imzalanması oldu. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidiyini, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı dialoq mexanizminin formalaşdığını göstərir. Bu, həm də Almaniyanın Azərbaycan iqtisdiyyatına artan marağından xəbər verir. Alman-Azərbaycan Biznes Şurasının formalaşması iki dövlət arasında həm siyasi, həm də iqtisadi münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini isbatlayır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verəcək, bu ölkələrin əməkdaşlıq tarixində yeni bir səhifə açacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Veteran.gov.az-ın baş redaktoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müsabiqəsində birinci oldu

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan edilən yazı müsabiqəsinin nəticələri məlum olub.   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, jurnalist Seymur Əliyev müsabiqədə birinci yerə layiq görülüb. Xatırladaq ki, Seymur Əliyev Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının mətbu orqanı olan veteran.gov.az saytının baş redaktorudur.   Aytən Abdulova (Azərbaycan Televiziyası) və Sevinc Qarayeva (525-ci qəzet) II, Səid Qərib (Report İA), Günay Elşadqızı (APA İA), Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti) III yerlərə, Təbriz Vəfalı (Azim.az), Elnurə Abuşova (Azadmedia.az), Lalə Mehralı (TvPress internet qəzeti), Ülvi Səfərov (Oxu.az), Orxan Hüseynov (Baku.ws) və Törəxanım Zeynallı (Azvision.az) həvəsləndirici mükafatlara layiq görülüblər.  

Hamısını oxu
BİZ ÖZ VƏZİFƏMİZİ YERİNƏ YETİRMİŞİK!

 Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu 10-il müddətində  416 iri miqyaslı hərbi əməliyyatlar keçirib15 fevral 1989-ci il tarixi, Sovet ordusunun sonuncu əsgərinin Əfqanstandan çıxması günüdür. Artıq həmin tarixdən 28  il keçir. Həmin vaxt Əfqanstandan sovet qoşunlarının tərkibində çıxmış, Əfqanstan və Qarabağ müharibəsinin veteran,  Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Sərraf Orucov  Əfqanıstan müharibəsi barədəsində ətraflı məlumat verərək bildirib ki,  25 dekabr 1979-cu il tarixindən 15 fevral 1989-cu il tarixinə kimi SSRİ-nin 40-cı ordusu Əfqanıstan ərazisində olub, 10 il müddətində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyatlar keçirib. İlk hərbi əməliyyat “ALFA”- dəstəsi tərəfindən həyata kemirilmiş“Ştorm-333” (Əfqanıstan rəhbərliyinin qırğınsız–təlfatsız devirmək və sarayı tutmaq) əməliyatı uğurla yerinə yetirilmişdir. Ən böyük əməliyyatlardan biri isə “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərı mallarını manesiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib. 10 il müddətində SSRİ-nin tərkibində olan keçmiş müttəfiq respublikalardan 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi əməliyatlarda iştirak edib. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət edib! Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər işçi və qulluqçu əmək fəaliyyəti ilə məşqul olublar.        Əfqanıstanda döyüşlərdə və hərbi əməliyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olub, 292 nəfəri itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanıb. İtkilər bununla da bitməyib. Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişib. Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet Ordusunun 86 əsgər və zabiti Sovet İttifaqı Qəhramanı adına layiq görülüb (bunlardan 25 nəfəri ölümündən sonra) 200 minə yaxını isə müxtəlif döyüş orden və medallarla təltif olunub.        Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 milyon ABŞ dolları yardım göstərib. Sovet İttifaqı Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olub.  Sovet ordusunun Əfqanıstan müharibəsində 147 tank, 1314 zrehli transpartyor, 433 artileriya sistemi, 118 təyarə və 333 vertolyot itkisi olub.                                                                                                   Məlum Cenevrə razılaşmasına əsasən 40–cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanılıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb. Məhz bu gün münasibəti ilə MDB-yə üzv olan dövlərtlərdə, eləcə də Azərbaycanda keçmiş Əfqanıstan döyüşçüləri hər il bu günü müxtəlif tədbirlər təşkil edərək təntənəli surətdə yad edirlər       Xatırlatmaq istəyirik ki, Azərbaycandan 7500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak edib.   Onlardan 208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə  mülkü işlərdə xidmət edib.        Əfqanstan müharibəsi biz əfqan veteranlarını üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik  ali məktəbi olmuşdur. Məhs bu məktəbin sayəsində,  Azərbaycanın Əfqanstan veteranları, Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xususi fəallıq göstərmişlər.        Xususi ilə qeyd edərək xatırladmaq istəyirəm ki, 2 noyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonara həmrəylik nümayiş edib televiziya vasitəsi ilə xalqa müraciət edərək,  Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən vaxt, Əfqanstan döyüşçülərinin 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi Ulu Öndərin çağırışına kütləvi şəkildə səs verib, Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb.       Əfqanıstan döyüşçülərindən 7 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, onlarla əfqan döyüşçüsü isə müxtəlif döyüş medalları ilə təltif olunublar. Hal- hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycanın Silahlı Qüvvələrində yüksək rütbəli müxtəlif vəzifələrdə xidmət edirlər.       Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir. Artıq Azərbaycanın Ordusu da 1992-1993-cü illərdəki ordu deyil. Azərbaycanın NATO standartlarına uyğun, qüdrətli ordusu formalaşmışdır. Əgər birinci Qarabağ savaşında Azərbaycan Ordusunda azsaylı hərbçi mütəxəsislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir.        Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan  sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda biz-keçmiş Əfqanstan müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq!       Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq! Fursətdən istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olmuş və Əfqansdanda beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş döyüşçülərə Allahdan rəhmət diləyərək, veteran həmkarlarımı Əfqanstandan sağ-salamat doğma vətənə döndükləri üçün təbrik edir, onlara həyatda uzun ömur can sağlığı arzu edirəm.   VƏLİ  VƏLİYEV

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Tahir Həsənovun qəhrəmanlığı Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin rəmzinə çevrilmişdir.

Azərbaycanın müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda canını fəda edən igid Vətən oğulları tariximizdə əbədi iz buraxmışdır. Bu qəhrəmanlar, öz ölkələrini və xalqını qorumaq üçün göstərdikləri igidlik və fədakarlıqla Azərbaycanın müstəqillik mübarizəsində və ərazi bütövlüyü uğrunda mühüm rol oynamışlar. Xüsusilə, 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Vətən uğrunda həyatlarını itirən qəhrəmanlar, xalqımızın yaddaşında silinməz izlər buraxmışdır. Bu qəhrəmanların xatirəsi hər zaman hörmətlə yad edilir və Azərbaycanın gələcək nəsillərinə vətənpərvərlik və fədakarlıq örnəyi olaraq qalır. Bu cür qəhrəmanları həyatını yad etmək, yalnız onların fədakarlığını dəyərləndirmək deyil, eyni zamanda Azərbaycan xalqının müstəqillik yolunda göstərdiyi mübarizənin əhəmiyyətini bir daha anlamağa kömək edir. Tahir Həsənovun 55 illik yubileyi çərçivəsində onun xatirəsini yad etmək bu qəhrəmanların vətənə xidmət nümunəsini davam etdirmək üçün vacibdir.Bu, həm də hər birimizin vətəndaşlıq borcu və Vətənə olan sevgi və bağlılığımızın təcəssümüdür.Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərində doğulub. 1987-ci ildə orta məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Ailənin tək övladı olmasına baxmayaraq, ikinci kursdan könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Həqiqi hərbi xidmətdə desant bölüyündə xidmət etdiyi üçün kəşfiyyat qrupuna komandir təyin edilib. Bir çox əməliyyatlarda iştirak edərək, onun döyüş təcrübəsi həm şəxsi, həm də komanda olaraq böyük əhəmiyyət kəsb etmişdir. Kəşfiyyat qrupunun komandiri kimi, o, düşmənin hərəkətlərini izləmək, strateji məlumat toplamaq və həmçinin döyüş meydanında baş verənlərə ən yaxşı reaksiyanı verməkdə çox mühüm rol oynamışdır. Onun rəhbərliyi altında, kəşfiyyat qrupları bir çox çətin şəraitdə yüksək nəticələr göstərib, düşmənin planlarını pozmaqda və önəmli strateji məlumatları əldə etməkdə uğurlar qazanıb. Bu cür uğurlar, onun müharibə zamanı göstərdiyi fədakarlıq və əzmkarlığın təsdiqidir.Tahir Həsənovun Ağdərə, Başkənd, Meşəli və Çıldıran əməliyyatlarında göstərdiyi qəhrəmanlıqla yadda qalmışdır. 1992-ci il sentyabrın 2-də Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan qayıdan döyüşçülər erməni silahlıları ilə döyüşə girirlər. Ermənilərin onları əsir götürmək niyyəti baş tutmur. Tahir Həsənovun böyük cəsarəti və vətənə olan sadiqliyi, onun son anına qədər mübarizəni dayandırmamasını təmin etdi. Ermənilər döyüşçüləri əsir götürmək məqsədilə yaxınlaşsalar da, Tahir Həsənov döyüşün son dəqiqələrində qumbarasını partladaraq, özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir.Bu hərəkət, onun döyüşçü ruhunu, cəsarətini və vətənə olan bağlılığını göstərən çox əlamətdar bir an idi. Tahir Həsənov, hərbi etikaya və qəhrəmanlığa uyğun olaraq, öz həyatını fəda edərək düşmənin planlarını alt-üst etmiş və çoxsaylı erməni daşnaqlarını məhv etmişdir.Onun bu fədakarlığı, müharibə tarixində unudulmaz bir səhifədir. Tahir Həsənovun qəhrəmanlığı, yalnız döyüş zamanı göstərdiyi cəsarət və fədakarlıqla deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin təcəssümü olaraq qalır. Bu, həm də Azərbaycan xalqının, torpaqlarını qorumaq uğrunda mübarizə edən qəhrəman vətən oğullarının ruhunu yaşatmaq üçün bir dərsdir.Tahir Həsənovun ölümündən sonra, onun göstərdiyi qəhrəmanlıq və əzmkarlıq həm döyüşçülər, xalq tərəfindən hər zaman dərin hörmətlə yad edilir. Bu, onun vətənə olan sadiqliyinin və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin ən böyük mirasıdır. Bu döyüş yolu həm də bir ailənin qəhrəmanlıq ənənəsini göstərir, necə ki, bir ata və oğlu eyni məqsəd üçün, vətənin müdafiəsi üçün canlarını fəda edirlər. Tahir Həsənovu və atası Tofiq Həsənovu  Azərbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda göstərdikləri igidliklə, gənc nəsillərə vətənpərvərlik və fədakarlıq dərsi verirlər.Tahir Həsənovun qəhrəmanlığı, həm də onun ailəsinin mübarizəsinin əksidir. Bu döyüş yolu həm də bir ailənin qəhrəmanlıq ənənəsini göstərir.Tahir Həsənovun və atası Tofiq Həsənovun  Azərbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda göstərdikləri igidlik və qəhrəmanlıqlar xalqımız ücün daim qürur mənbəyidir. Tofiq Həsənov, mətbuata verdiyi açıqlamada, Tahir Həsənovun cənazəsini götürəndə ətrafında 41 nəfər erməni əsgərinin meyitinin olduğunu bildirib. Bu fakt, onun son ana qədər göstərdiyi qəhrəmanlığın və mübarizənin əhəmiyyətini bir daha vurğulayır.Tahir Həsənovun döyüş meydanında göstərdiyi igidlik, yalnız öz həyatını deyil, eyni zamanda çoxsaylı düşmən əsgərlərinin həyatını da sona çatdırmışdır. Bu, onun qeyri-adi döyüşçü ruhunu və vətənə olan sadiqliyini nümayiş etdirir.Tahir Həsənovun bu fədakarlığı, yalnız öz mübarizəsini deyil, Azərbaycanın müstəqilliyi uğrunda apardığı döyüşün həm də tarixi  əhəmiyyətini göstərir.Onun atası Tofiq Həsənovun verdiyi açıqlama vətən uğrunda verdiyi ən böyük qurbanlardan birinin açıq ifadəsidir. Bu cür məqamlar, qəhrəmanların mübarizəsinin necə böyük və dərin olduğunu bir daha bizə xatırladır.Tahir Həsənovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə Milli Qəhrəman Tahir Həsənovun adı verilib. 1994-cü il 4 sentyabr tarixində ümummilli lider Heydər Əliyev həmin məktəbdə Milli Qəhrəman Tahir Həsənovun şərəfinə qoyulmuş xatirə lövhəsinin açılışında iştirak edib. Bu cür xatirə lövhələri, döyüşçü və qəhrəmanların ruhunun yaşadılmasına və gələcək nəsillərə motivasiya  verməsinə kömək edir. Bu gün Tahir Həsənovun anadan olmasının 55-ci ildönümüdür və biz onun keçdiyi şərəfli yolu bir daha xatırlayırıq. Onun vətənə və torpağa olan bağlılığı, döyüşlərdə göstərdiyi cəsarət və fədakarlıq, bütün Azərbaycan xalqının qürurudur. Tahir Həsənov bütün Azərbaycan xalqının oğlu, fəxridir və qürur mənbəyidir.Onun qəhrəmanlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin rəmzinə çevrilmişdir. Tahir Həsənovun öz həyatını fəda etməsi, gələcək nəsillərə yalnız vətənə olan sevgi və bağlılıq ruhunu aşılamır, həm də bu mübarizənin nə qədər müqəddəs və qiymətli olduğunu göstərir.Gələcək nəsillərə bu qəhrəmanların fədakarlığını çatdırmaq, onların adlarını unutmamaq və həyatlarını nümunə olaraq qəbul etmək, hər birimizin vətəndaşlıq borcudur. Tahir Həsənov kimi qəhrəmanlar, tariximizdə əbədi iz buraxaraq, bizə öz torpağımızı, vətənimizi hər şeydən üstün tutmağı öyrədirlər. Onun xatirəsini yaşatmaq, bu cür fədakar oğulların qəhrəmanlığını gələcək nəsillərə dərs kimi çatdırmaq, Azərbaycan xalqının şərəfli tarixinin bir parçası olaraq qalacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu