Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“8 noyabr Zəfər Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin İş Planına uyğun olaraq şöbə   müdiri e/o polkovnik Adil Haqverdiyev,baş mütəxəssis Nəbi Hacıyev 6 noyabr 2023-cü il tarixində  8 noyabr qələbə günü  ilə əlaqədar tədbir təşkil ediblər. Tədbir Yasamal rayonunda yerləşən Heydər Əliyev mərkəzində baş tutub.

8 noyabr qələbə günü ilə əlaqədar “8 noyabr Zəfər Günüdür”  adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, Heydər Əliyev mərkəzinin elmi işçisi Azər Zeynalzadə, gənc rəssamlar, Yasamal rayonunda yerləşən 308 saylı tam orta mətəbin müəlliməsi Zəminə Yusubova, şagirdlərlə iştirak etdilər.

Tədbir öncəsi gənc rəssamların Zəfər Gününə həsir etdikləri  əsərlərindən ibarət sərgiyə baxıldı. Daha sonra tədbir öz işinə başlayıb.

Tədbiri Azər Zeynalzadə açıb. Öncə Dövlət Himni səsləndi. Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Çıxış üçün sözü e/o polkovnik Adil Haqverdiyevə verildi.

Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri Fatma xanım Səttarovanın və müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı.O,çıxış edərək bildirdi ki, BMT-nın çıxardığı qətnamələr uzun illər  yerinə yetirilmədi, lakin   Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdi:

“Uca Tanrıya şükürlər olsun ki, bu gün Xankəndində üçrəngli bayrağımız dalğalanır. Biz hər zaman ayıq-sayıq olmalıyıq düşmənimizin kimliyini,onun havadarlarını unutmamalıyıq.Onların  çirkin əməllərinin qarşısını almağa hazır olmalıyıq.Ali Baş Komandan İlham Əliyev ətrafında  bir ymruq kimi sıx birləşib söyləməliyik: “QARABAĞ AZƏRBAYCANDIR!” .

Daha sonra 308 saylı tam orta məktəbin şagirdləri qələbəyə həsr edilmiş şerlər söylədilər.

Tədbirin sonunda fəal rəssamlara, onların müəllimlərinə Adil Haqverdiyev,Vaqif Məmmədav Fəxri Fərman təqdim etdilər, sonda xatirə şəkilləri çəkdirildi.

2023-11-07 14:27:48
2866 baxış

Digər xəbərlər

Heydər Əliyev tarix yaradan liderlərdən biri olub -

İndoneziyanın “Miraj” informasiya agentliyi müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında məqalə yayıb. Axar.az xəbər verir ki, “Müasir Azərbaycanın banisi Heydər Əliyev” adlı məqalədə xalqımızın dahi rəhbərinin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilir. “Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var” fikri ilə başlayan məqalədə vurğulanır ki, müasir Azərbaycanın banisi olan Heydər Əliyev məhz tarixi yaradan liderlərdən biri olub. Müasir Azərbaycan dövlətinin əsasını qoyan Ümummilli Lider öz dövrünün əsl əfsanəsinə çevrilib. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır. Qeyd edilir ki, məhz onun böyük xidmətləri nəticəsində gənc müstəqil dövlət ayaqları üzərində möhkəm dayanaraq XXI əsrə qədəm qoydu. Məqalədə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 35 illik dövr barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoyub. Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan, yeni yaradılan istehsal sahələrindən, inşa olunun zavodlardan, Su Elektrik stansiyalarından geniş bəhs olunur. Qeyd edilir ki, həmin dövrdə respublikada aparılan böyük quruculuq işlərini məhz müasirləşdirmə termini ilə daha düzgün ifadə etmək olar. Ötən əsrin sonlarında keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin xidmətlərinə diqqət çəkilən məqalədə onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsinin mühüm rolu xüsusi vurğulanır. Bildirilir ki, müstəqillik əldə edildikdən sonra Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb. Məqalədə müstəqilliyin bərpasından sonra ölkə həyatının bütün sahələrində aparılan islahatlara əzmlə rəhbərlik edən Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr ölkəni Azərbaycan xalqının adına layiq bir məmləkətə çevirdiyi də qeyd edilir. Bildirilir ki, məhz Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib. Onun rəhbərliyi altında həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət ABŞ, Avropa İttifaqı, Türkiyə ilə yanaşı, Rusiya və İran kimi dövlətlərlə də konstruktiv əməkdaşlıq əlaqələri qurmağa imkan yaradıb. Məqalədə Heydər Əliyevin ölkənin iqtisadi müstəqilliyini yaratması nəticəsində siyasi sabitliyə nail olduğu da xüsusi vurğulanır. Məhz onun müəllifi olduğu antiböhran proqramlarının istehsalın bərpasında, ölkənin maliyyə durumunun sabitləşməsində, həmçinin xarici investisiyaların cəlb olunmasında mühüm rolu qeyd edilir. Vurğulanır ki, böyük lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.

Hamısını oxu
Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub

Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Tyan-Şanın və Elbrusun zirvələrinə ekspedisiyalar təşkil olunub Rusiya Federasiyası "Qələbənin varisləri" beynəlxalq İttifaqının Qırğızıstan Respublikasındakı nümayəndiliyinin dəstəyi ilə 10 aprel 2018-ci il tarixdə veteran təşkilat əməkdaşlarının Tyan-Şan dağının Qırğızıstan ərazisində yerləşən “Müəllim zirvəsi”nə ekspedisiya təşkil edilmişdir. Ekspedisiya iştirakçıları 17 aprel 2018-ci il tarixdə Ümummili lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar 4530 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq həmin zirvəyə üzərində Heydər Əliyevin şəkli təsvir edilmiş bayraq sancmışlar. “Qələbənin varisləri” beynəlxalq İttifaqının növbəti ekspedisiyası isə yaxın vaxtlarda Elbrus dağının hündür zirvələrindən birinə planlaşdırılır. “Qələbənin varisləri” beynəlxalq İttifaqının bu ekspedisiyaya qoşulan iştirakçılarının məqsədi veteranların Azərbaycanın ümummili lideri Heydər Əliyevə olan hörmət və diqqətinin beynəlxalq aləmdə bir daha nümayiş etdirilməsidir. Elbrus yürüşünün Ümummili liderin 95 illik yubileyi gününə qədər başa çatması nəzərdə tutulur.

Hamısını oxu
Ömər Ağayev

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, əmək veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Səbayil rayon Təşkilatının sədri Ömər Ağacahangir oğlu Ağayev 2017-ci il oktyabr ayının 1-də 89 yaşında vəfat etmişdir. Ömər Ağayev  01 yanvar 1928-cı ildə Şamaxı rayonunun Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. 1944-cü ildə əmək fəaliyyətinə  başlamış, 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. Vəzifə borcuna məsuliyyətlə yanaşması və təşkilatçılıq bacarığı nəzərə alınaraq, 1960-cı ildə hopdurucular briqadasının briqadiri təyin edilmişdir. Ömər Ağayev yüksək əmək göstəriciləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də fərqlənmiş, Azərbaycanın və Sovetlər Birliyinin Ali İdarəedici orqanının qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Ömər Ağayev  3 yanvar 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan SSR-in və Azərbaycan Respublikasının bir sıra orden və medalları, o cümlədən 2 dəfə Lenin ordeni,  1976-cı ildə Azərbaycan SSR-in dövlət mükafatını almışdır. Ömər Ağayev  Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü idi. Xidmətləri, ölkənin ictimai-siyasi hərəkatında fəal iştirakı, vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Ömər Ağayev  Səbayil rayon Veteranlar Təşkilatının  sədri vəzifəsinə seçilmiş və uzun müddət bu sahədə çalışmışdır. Azərbaycan veteran hərəkatının genişlənməsində yaxından iştirak edən Ömər Ağayev sədr olduğu dövrdə rayon təşkilatının fəaliyyəti xeyli güclənmişdir. Ömər Ağayev doğulduğu Şamaxı rayonunun (hazırda Qobustan rayonu) Təklə kəndində dəfn olunmuşdur. Ömər Ağayevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.  

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə (Facebook, İnstagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsidir. Müsabiqənin formatı: Müsabiqəyə Fond tərəfindən müəyyən edilmiş mövzular əsasında paylaşılan video formatlı statuslar qəbul ediləcək. Mövzunu tam əhatə edən, tutarlı, kreativ paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaq. Mövzular: • yaxşılıq • doğruluq • vətənpərvərlik • dini dəyərlər • ailə dəyərləri • əxlaq • dostluq Müsabiqə şərtləri: • Video status yalnız Azərbaycan dilində olmalıdır • Video status əhatəli, tutarlı, kreativ olmalıdır • Videonun müddəti 2 dəqiqədən çox olmamalıdır • Paylaşılan video orijinal olmalı və sosial şəbəkə istifadəçisinin özünün iştirakı ilə çəkilməlidir • Paylaşılan statusda #mənəvidəyərlər həştəqi mütləq qeyd olunmalıdır • Sosial şəbəkə istifadəçisi müəyyən edilmiş mövzulardan yalnız birini seçə bilər • Sosial şəbəkə istifadəçisi seçdiyi mövzuda yalnız bir video paylaşa bilər • Müsabiqədə yalnız 16 mart – 16 may 2022-ci il tarixləri ərzində Facebook, İnstagram, TikTok və ya Youtube sosial şəbəkəsində paylaşılan video statuslar iştirak edəcək . QEYD: Müsabiqə çərçivəsində hazırladığınız videonu paylaşdıqdan sonra videonun orijinalını və paylaşım linkini mdtf.press@gmail.com ünvanına göndərməyiniz xahiş olunur. Mükafat: I yer - 1000 AZN II yer - 700 AZN III yer - 500 AZN Həvəsləndirici mükafat – 300 AZN (5 nəfər) Müsabiqənin müddəti: 16 mart – 16 may 2022-ci il Əlaqə: Tel: (012) 464-92-55; Mob: (055) 629-62-60 Fax: (012) 464-92-57 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)  

Hamısını oxu