Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Unutmayaq, unutdurmayaq!

Bu gün tanınmış iş adamı Səfər Əlirzayevin təşkilatçılığı ilə Nehrəm qəsəbəsində şanlı tariximizin unudulmaz günlərindən olan "Zəfər Günü" nün üçüncü ildönümü təntənəli şəkildə qeyd olunub. 

Veteran.gov.az xəbər verir ki, ilk öncə bu günləri bizlərə yaşadan qəhrəman şəhidlərimizin məzarları ziyarət edilib. Ziyarətçilər şəhidlərin məzarı üzərinə gül dəstələri düzüb, əkillər qoyub, dualar oxuyub.

 Daha sonra Səfər  Əlirzayevin evində geniş tərkibdə ehsan süfrəsi verilib. Ehsan süfrəsində Nehrəm qəsəbəsindən olan şəhid ailələri ilə yanaşı, Muxtar Respublikanın başqa yerlərində yaşayan şəhid ailələri və yaxınları, qazilər, qəsəbə sakinləri və digər ictimaiyyət nümayəndələri də iştirak edib.

Tədbir iştirakçıları nəcib əməlinə görə Səfər Əlirzayevə təşəkkür edib, ona öz  minnətdarlıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

2023-11-08 22:28:42
1280 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov “SOS”MMC-də yeni fəaliyyətə başlayan bir qrup veterana üzvlük vəsiqəsi təqdim edib

Veteran.gov.az xəbər verir ki, 31 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Security Operation Services” (SOS) MMC-nin 4 illik fəaliyyətilə bağlı hesabat tədbiri keçirilib. Tədbirdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “SOS” MMC ilə Respublika Veteranlar Təşkilatı arasındakı əməkdaşlığa diqqət çəkib, bu əməkdaşlığı yüksək qiymətləndirib. Polkovnik qeyd edib ki, “SOS” MMC hər zaman veteranlara, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərib, veteranların işlə təminatı istiqamətində mühüm addımlar atıb. “SOS” MMC tərəfindən 270 veteran işlə təmin edilib, şəhid ailələri, müharibə əlilləri ilə bağlı mühüm layihələr həyata keçirilib.  Polkovnik Cəlil Xəlilov “SOS” MMC-də yeni fəaliyyətə başlayan veteranlara uğurlar arzulayıb, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqələrini təqdim edib.    

Hamısını oxu
Qartal Tikinti Firmasından Azərbaycan təhsilinə daha bir töhfə

Sumqayıt Dövlət Universitetinin 7 tələbəsinə təqaüd veriləcək Veteran.gov.az xəbər verir ki, hər zaman cəmiyyətin həssas kateqoriyasına yönəlik yardım xarakterli sosial layihələr, xeyriyyəçilik fəaliyyəti ilə gündəmə gələn Qartal Tikinti Firması bugünlərdə Azərbaycan təhsilinə daha bir töhfə verib. Belə ki, bundan sonra Qartal Tikinti Firması tərəfindən Sumqayıt Dövlət Universitetinin 7 tələbəsinə təqaüd veriləcək. Bu, tələbələrin sosial rifahının yaxşılaşmasına, maddi təminatının yüksəlməsinə, onların elmə, təhsilə daha dərindən motivasiya olunmasına kömək edəcək. Xatırladaq ki, Qartal Tikinti Firması şəhid ailələri, müharibə əlilləri və qazilərə də mütəmadi yardımlar göstərməkdə, dövlətimizin sosialyönümlü siyasətini aktiv şəkildə dəstəkləməkdədir. Seymur ƏLİYEV    

Hamısını oxu
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral - növbədənkənar Prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək”

Bunu Təşkilatın sədr müavini Cəlil Xəlilov açıqlayıb. O, qeyd edib ki, təşkilat üzvlərinin siyahıları bu günlərdə MSK-ya təqdim olunacaq:  “Təşkilatımız və onun çoxminlik üzvləri hər zaman respublikamızın həyatında fəal iştirak edib. Biz bu prosesdən də kənarda qalmırıq. İnanıram ki, veteranlarımız bu məsuliyyətli işin də öhdəsindən müvəffəqiyyətlə gələcək, azad, demokratik seçki prosesinə layiqli töhfə verəcəklər”.

Hamısını oxu
Azərbaycanın dövlətçilik tarixinin daha bir şanlı səhifəsi

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi Heydər Əliyevin xalqımızın qarşısındakı xidmətləri misilsizdir. O, fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqın isə rifahının artmasına xidmət edən tarixi işlər görüb, mühüm nailiyyətlərə imza atıb. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyevin düz 30 il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.   Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır   Məlumdur ki, həmin dövrdə ölkəmiz mürəkkəb şəraitlə qarşı-qarşıya idi. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca gərginləşdirmişdi. O zaman müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun ağır olduğu şəraitdə - 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox mühüm işlər görüldü. Muxtar Respublikada tənəzzülün qarşısı alındı, sabitlik təmin edildi. Aqrar islahatlar reallaşdırıldı, infrastruktur quruculuğu istiqamətində ardıcıl işlər görüldü.   Bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin atdığı addımlar tarixi və dövlətçilik ənənələrinin bərpası baxımından çox mühüm əhəmiyyətə malik oldu. Belə ki, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Həmçinin Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı. Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar verilməsi xüsusi vurğulanmalıdır.   Eyni zamanda, blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə əlaqədar mühüm addımlar atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm önəm daşıyırdı. Göründüyü kimi, Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də milli maraqlarımızın, dövlətçilik ənənələrimizin qorunması baxımından olduqca əlamətdardır.   Qalib və güclü Azərbaycan Ulu Öndərin ideyaları əsasında uğurla inkişaf edir   Ümummilli Lider Heydər Əliyev müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində isə gördüyü tarixi işlərlə Azərbaycanı tərəqqi yoluna çıxarıb və ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıb. Bir sözlə, Azərbaycanın inamlı inkişafı məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olub. Həmçinin Naxçıvan bu gün Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür.   Beləliklə, qalib və güclü dövlət olan Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında uğurla inkişaf edir, tarixi nailiyyətlər qazanaraq zirvələr fəth edir. Ölkəmizin bugünkü reallıqları Ulu Öndərin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu