Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov “SOS”MMC-də yeni fəaliyyətə başlayan bir qrup veterana üzvlük vəsiqəsi təqdim edib

Veteran.gov.az xəbər verir ki, 31 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Security Operation Services” (SOS) MMC-nin 4 illik fəaliyyətilə bağlı hesabat tədbiri keçirilib. Tədbirdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “SOS” MMC ilə Respublika Veteranlar Təşkilatı arasındakı əməkdaşlığa diqqət çəkib, bu əməkdaşlığı yüksək qiymətləndirib. Polkovnik qeyd edib ki, “SOS” MMC hər zaman veteranlara, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərib, veteranların işlə təminatı istiqamətində mühüm addımlar atıb. “SOS” MMC tərəfindən 270 veteran işlə təmin edilib, şəhid ailələri, müharibə əlilləri ilə bağlı mühüm layihələr həyata keçirilib. 

Polkovnik Cəlil Xəlilov “SOS” MMC-də yeni fəaliyyətə başlayan veteranlara uğurlar arzulayıb, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqələrini təqdim edib.

 

 

2025-02-04 14:35:05
3472 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti qardaşı qızı Tamilla Ramaldanovanın faciəvi şəkildə dünyasını dəyişməsi ilə əlaqədar olaraq polkovnik Şair Ramaldanova dərin hüznlə başsağlığı verib, mərhumun bütün yaxınlarına Allahdan səbr diləyib. Allah rəhmət eləsin! Məlumat üçün qeyd edək ki, polkovnik Şair Ramaldanovun qardaşı polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər. Qəza nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova dünyalarını dəyişiblər.

Hamısını oxu
“Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olundu

“AzerGold” QSC tərəfindən Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks etdirən gümüş xatirə sikkəsi təqdim olunub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir. Azərbaycanın orta əsr memarlıq ənənələrini özündə əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir innovasiyaların vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq inciləri sikkə üzərində numizmatika sahəsində texnoloji yenilik sayılan “Smartminting” texnologiyasının tətbiqi ilə həkk edilib. Metal səthdə dahi memarın daş üzərində yaratdığı zərif detallar və mürəkkəb teksturalar təbii rənglərinə uyğun olaraq ultra yüksək relyefli təsvirlər şəklində yüksək dəqiqliklə əks olunub.  Sikkənin tərtibatında Naxçıvan şəhərində yerləşən və Əcəmi dühasının məhsulu olan Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, Möminə Xatun məqbərəsinin önündə yerləşən qoşa minarəli baştağ, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan Qarabağlar türbəsi vahid kompozisiya şəklində təqdim edilib. Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş auditoriya üçün nəzərdə tutulub. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platformasında sikkə nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür.

Hamısını oxu
“Arif Paşayev dünya elminin inkişafına böyük töhfələr verən nadir şəxsiyyətlərdəndir”

“Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev dünya elminin inkişafında mühüm xidmətləri olan, Azərbaycan adına böyük uğurlara imza atan nadir şəxsiyyətlərdəndir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edən Cəlil Xəlilov görkəmli akademikin uzun illərdir ki, Azərbaycan adına böyük uğurlara imza atdığını bildirib: “Akademik Arif Paşayev uzun illərdir ki, elmin inkişafına böyük töhfələr verməkdə, elmə gətirdiyi yeniliklər, unikal və təkrarsız elmi əsərlərlə beynəlxalq elmi ictimaiyyət tərəfindən böyük maraqla izlənməkdədir. Təkcə bir faktı qeyd edim ki, hörmətli akademik 500-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, 60-dan artıq ixtira, respublika və beynəlxalq səviyyəli patentin müəllifidir. Bu gün 90 illik ömrünün zirvəsində qərar tutan Arif Paşayev çoxsaylı elmi mütəxəssislərin hazırlanmasında mühüm rol oynamış, bu sahədə böyük bir məktəb formalaşdırmışdır. Hörmətli rektor elm sahəsindəki yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunmuş, 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Arif Paşayev Nobel mükafatı laureatı İ.V.Pavlov adına “Qızıl nişan”la, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qızıl medal”ı, Akademik Y.Məmmədəliyev adına medalla, Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medal”ı, Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeni və başqa çoxsaylı diplomlarla təltif olunmuşdur. Mən 90 illik yubileyi münasibətilə dəyərli akademikimizi təbrik edir, ona uzun ömür, cansağlığı və yeni elmi uğurlar arzulayıram. Əminəm ki, akademik Arif Paşayev bundan sonra da elmə gətirdiyi yeniliklərlə bütün dünyanın diqqət mərkəzində olacaq, öz uğurları ilə bütün xalqımıza sevinc bəxş edəcək”.    

Hamısını oxu
İş adamından 8 Noyabr zəfərinin 4-cü ildönümü ilə bağlı nümunəvi addım

Səfər Əlirzayev 270 ailəyə bayram sovqatı göndərib Dünən xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın düşmən işğalından azad olunmasından 4 il ötdü. Veteran.gov.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibətilə iş adamı Səfər Əlirzayev bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə (ümumilikdə 270 ailəyə) bayram sovqatı çatdırıb. Bu xeyirxah işə görə şəhid ailələri, qazilər hər zaman Prezidentinə, dövlətinə, xalqına sadiq olan Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlığını bildirib.    

Hamısını oxu