Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi “Yaşıl dünyaya yaşıl rəng qataq” adlı ağacəkmə aksiyası keçirib

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daima öz töhfəsini verir.

Birlik sədri Yasəmən Qəyyumlu çıxış edərək bildirib ki, Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi buna bariz nümunədir.

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin idarə heyəti bu həmrəyliyə qoşularaq "Yaşıl dünyaya yaşıl rəng qataq" adlı ağac əkmək aksiyasını həyata keçirməyi qərara aldı.

Ağaclarım Suraxanı rayon sakini olan şəhid Sərdar İsmayılovun adına inşa olunmuş Suraxanı rayon Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən "Zəfər" idman klubunun həyətində əkilməsi məqsədə uyğun hesab edilib. Aksiyanın həyata keçirilməsi üçün Suraxanı rayon icra hakimiyyəti xüsusi şərait yaradıb. Aksiyada şəhid ailələri, vətən müharibəsinin qaziləri, veteranlar, birliyin idarə heyəti və media nümayəndələri iştirak ediblər. Aksiyanın təşkilində təşkilatın Türkiyə Respublikası üzrə nümayəndəsi Natavan Şadlinskinin xüsusi əməyi olub.

Bir sözlə təşkilatın əsas məqsədi mütəmadi olaraq dövlət proqramlarını dəstəkləmək və təşkilat adından bu cür önəmli proqramlara töhvə verməkdir.

Aksiya bitdikdən sonra "Zəfər"idman klubunun əsas binasında faydalı gün münasibətilə şəhid ailələrinə, vətən müharibəsinin veteranlarına və hər zaman şəhid ailələrinin yanında olan Şəxslərə "Zəfər Diplomu" və " Fəxri diplom"lar təqdim olunub.

2024-01-13 16:25:25
3456 baxış

Digər xəbərlər

“İlham Əliyev - Zəfər və Qələbə Memarımız” mövzusunda tədbir və "Qalib Sərkərdə” kitabının təqdimatı keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev - Zəfər və Qələbə Memarımız " mövzusunda tədbir və Aygül Bağırovanın müəllifi olduğu "Qalib Sərkərdə” kitabının ikinci nəşrinin təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri və veteranlar, ölkə ziyalıları, millət vəkilləri, media və vətəndaş cəmiyyəti institutunun təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlı ətraflı çıxış edib, bu siyasətin dövlətimizi daha da gücləndirdiyini, Azərbaycanın beynəlxalq aləmdəki  nüfuzunu möhkəmləndirdiyini bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsdində əldə edilən tarixi qələbə 30 illik erməni işğalına son qoymaqla yanaşı, xalqımızın milli qürur və ləyaqətini bərpa etməyə imkan verib. “Qalib Sərkərdə” kitabının önəmindən danışan polkovnik Cəlil Xəlilov qeyd edib ki, kitabda 44 günlük Vətən müharibəsinin hər günü, hər saatı öz əksini tapıb ki, bu da Vətən müahribəsində ordumuzun göstərdiyi qəhrəmanlığın, xalqımızın və Prezidentimizin sərgilədiyi fədakarlığın təbliği baxımından  mühüm əhəmiyyətə malikdir. Tədbirdə çıxış edən filologiya elmləri doktoru Şərəf Cəlili, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Xalq artisti, kinorejissor Şeyx Əbdül, millət vəkili Ziyad Səmədzadə, kitabın ideya müəllifi və sahibkar Naiq Məmmədhəsənov, tədbirin önəmindən və kitabın əhəmiyyətindən danışıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Sonda çıxış edən “Qalib Sərkərdə” kitabının müəllifi Aygül Bağırova tədbirə gələn hər kəsə öz təşəkkürünü bildirib. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağını bildirən Aygül Bağırova 8 Noyabr zəfərinin sonsuza qədər bütün türk dünyasının ən böyük qələbələrindən biri kimi xatırlanacağını vurğulayıb. Tədbirin sonunda Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları səsləndirilib.    

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan qadınlarını 8 Mart münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Hamısını oxu
Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var

Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında orta məktəblərdə hərbi dərslərin bərpa edilməsi təklifi ilə çıxış edib.   Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov orta məktəblərdə hərbi dərslərin bərpasının vacib olduğunu, bu illər ərzində bir neçə dəfə bununla bağlı  Təhsil Nazirliyinə müraciət etdiklərini bildirib:   “Təbii ki, məktəblərdə hərbi dərslərin bərpasına ciddi ehtiyac var. Ölkəmizin müharibə şəraitində olması, torpaqlarımızın bir hissəsinin işğal altında qalması hərbi dərslərin bərpasını ikiqat zəruri edir.   Sadəcə orta məktəblərdə deyil, ali təhsil müəssisələrində də hərbi dəsrlərin keçirilməsi günün tələbidir. Çünki ali məktəbin bakalavr pilləsini bitirən tələbələr təhsillərini başa vurandan sonra həqiqi hərbi xidmətə yola düşür. Əgər ali məktəblərdə hərbi dərslər tədris olunarsa, bu, təhsilini başa vurandan sonra ordu sıralarına qatılan gənclərimizin xidmətə daha hazıqlıqlı şəkildə başlamasını təmin edər. Unutmaq olmaz ki, ilkin bilik və bacarığa malik heyətlə işləmək zabitlər üçün də daha asandır.   Biz Respublika Veteranlar Təşkilatı olaraq dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Həmin müraciətlərdə həm orta, həm də ali məktəblərdə hərb işinə marağın artırılması məqsədi ilə gənclərimizin ordumuzun arsenalındakı hərbi texnika ilə tanışlığına şəraitin yaradılması, onlara bəzi silah növləri haqqında əyani informasiya verilməsi  və s. kimi təkliflər səsləndirmişik. Habelə, bu işdə veteranların təcrübəsindən istifadə etməyi təklif etmişik. Lakin təəssüflər olsun ki, Təhsil Nazirliyi bu müraciətlərə lazımi həssaslıqla yanaşmayıb.   Bir daha qeyd edirəm ki, gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşınması, onlarda orduya, hərb sənətinə marağın artıırlması üçün hərbi dərslərin bərpası arzuediləndir. Dövlətimizin maraqları bizdən məhz bunu tələb edir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Respublika Veteranlar Təşkilatında olub

Bu gün Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Respublika Veteranlar Təşkilatında olmuşdur. Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr mavini polkovnik Cəlil Xəlilovla görüşmüş, təşkilatın fəaliyyəti ilə yaxından tanış olmuş, ona təşkilatın qarşıda duran fəaliyyətləri və gələcək perspektivləri haqqında məlumat verilmişdir. Səmimi söhbət əsnasında Abdin Fərzəliyev rayon İcra Hakimiyyəti tərəfindən Respublika Veteranlar Təşkilatına hər cür dəstək veriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra o, təşkilatın inzibati binası ilə tanış olmuşdur.

Hamısını oxu