Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Respublika Veteranlar Təşkilatında olub

Bu gün Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Respublika Veteranlar Təşkilatında olmuşdur. Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr mavini polkovnik Cəlil Xəlilovla görüşmüş, təşkilatın fəaliyyəti ilə yaxından tanış olmuş, ona təşkilatın qarşıda duran fəaliyyətləri və gələcək perspektivləri haqqında məlumat verilmişdir. Səmimi söhbət əsnasında Abdin Fərzəliyev rayon İcra Hakimiyyəti tərəfindən Respublika Veteranlar Təşkilatına hər cür dəstək veriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra o, təşkilatın inzibati binası ilə tanış olmuşdur.

2019-01-23 00:00:00
3778 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Quba şəhərində yaşayan İkinci Dünya Müharibəsi veteranı 102 yaşlı Qaflan Ömərovu ziyarət edib. Qaflan Ömərovun səhhəti, sosal təminatı, mənzil-məişət şəraiti ilə maraqlanan Cəlil Xəlilov, dövlətimizin hər zaman veteranlara böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb, müharibə veteranına uzun ömür, möhkəm cansağlığı arzulayıb. Ziyarətə görə Cəlil Xəlilova təşəkkürünü bildirən Qaflan Ömərov, veteranlara göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandana, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib. Məlumat üçün qeyd edək ki, 1924-cü ildə Quba rayonunun Ərməki kəndində anadan olan Qaflan Ömərov 1942-ci ildə könüllü olaraq müharibəyə qatılıb. O, Moskvadan Smolenskə qədər döyüş yolu keçib, dəfələrlə komandanlıq tərəfindən təltif olunub. 1943-cü il martın 6-da ağır yaralanan Qaflan Ömərov bir müddət hospitalda müalicə olunduqdan sonra Qubaya qayıdıb, ölkəmzidə aparılan quruculuq prosesində yaxından iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC-nin və "DEARSAN Gəmi İnşaat Sənaye" AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.Sonra dövlətimizin başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış oldular. Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirildi. Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirildi. https://president.az/az/articles/view/73449  

Hamısını oxu
“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Almaniya səfəri, səfər əsnasında imzalanan sənədlər dövlətimizin nüfuz və qüdrətinin təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Prezidentinin Almaniyada yüksək səviyyədə qarşılanması, dünya mediasının bu səfərə xüsusi diqqət yetirməsi Azərbaycanın “orta güc” statusuna malik dövlət kimi beynəlxalq arenada yüksələn imcindən xəbər verir: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra iqtisadi və siyasi müstəvidə ciddi uğurlara imza atan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Avropanın 10-dan çox ölkəsi Azərbaycandan neft və qaz məhsulları idxal edir ki, bu da onların enerji təminatında mühüm rol oynayır. Bundan başqa, Azərbaycan beynəlxalq arenada özünün etibarlı və səmimi tərəfdaş kimi göstərib. Hansı ki, bu həqiqət dünya ldierləri tərəfindən də etiraf edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən xüsusi təntənə ilə qarşılanması, iki dövlət başçısı arasında keçirilən görüş, verilən açıqlamalar, imzalanan sənədlər dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu fakt sübut edir ki, Azərbaycan Avropanın iqtisadi həyatındakı rolunu artırmaqda, beynəlxalq arenadakı mövqeyini gücləndirməkdədir. Prezident İlham Əliyevin Almaniya səfərində diqqət çəkən mühüm nüanslardan biri də Alman-Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə imzalanması oldu. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidiyini, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı dialoq mexanizminin formalaşdığını göstərir. Bu, həm də Almaniyanın Azərbaycan iqtisdiyyatına artan marağından xəbər verir. Alman-Azərbaycan Biznes Şurasının formalaşması iki dövlət arasında həm siyasi, həm də iqtisadi münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini isbatlayır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verəcək, bu ölkələrin əməkdaşlıq tarixində yeni bir səhifə açacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Gədəbəy rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Gədəbəy rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Daha sonra Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva , Gədəbəy rayon Veteranlar Təşkilatının sədri Məhəmməd Əliyev və rayon İcra Hakimiyyətinin   ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Rüfət İmamquliyev Böyük Vətən Müharibəsi veteranlarının evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu