Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Səbail rayonu 2 saylı Texniki Humanitar Liseydə “20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  əməkdaşları -  şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2024–ci il tarixində Səbail   rayonunda tədbir keçirib. Tədbir  Səbail rayonunda yerləşən 2 saylı Texniki Humanitar Liseydə baş tutub.

“20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbirdə   Səbail rayon  VT-nın sədri Adilə Yaqubova, Qarabağ müharibəsi veteranı  Aslan Əmrahov, liseyin direktoru Turanə Məcidli, şagirdlər və müəllimlər iştirak ediblər.

Tədbiri liseyin direktoru Turanə Məcidli açıb. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra müstəqilliymiz uğrunda, torpaqlarımızın qorunması yolunda  canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün söz ehtiyatda olan  polkovnik Adil Haqverdiyevə verilib.

Adil Haqverdiyev Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini polkovnik Cəlil Xəlilovun  salamlarını tədbir iştirakçılarına çatdırıb.  Adil Haqverdiyev bildirib ki, o özü də  20 Yanvar qırğınının canlı şahididir: “Xalqımıza qarşı torədilmiş qırğın qədər dəhşətli qırğını Əfqanıstanda quluq etdiyim 4 il ərzində görmədim. Ordunun şəhərə ağır texnikalarla girməsi haqqında vətəndaşlarımızın xəbəri yox idi. Cinayətkarlar törədilmiş  qırğın xəbərinin yayılmaması üçün televiziya bulokunu partlatdılar. Soydaşlarımız böyük təşviş içərisində idilər. Rəhbər işçilər heç bir təşəbbüs göstərmirdilər. Xalqın ümid yeri, arxası görkəmli ziyallıları oldu.

Xalqın ağır günündə Ulu Öndər Heydər Əliyev özünü, ailəsini təhlükəyə ataraq ailəsi ilə birlikdə  Moskva şəhərində Azərbaycanın daimi nümayəndəliyinə gedərək öz haqlı etirazını bildirdi.

Bu gün şəhidlərimizin ruhları  şaddır. Ali Baş Komandan İlham Əliyevinbaşçılığı altında müzəffər ordumuz torpaqlarımızı düşməndən azad edib. İndi  Şuşada Xocalıda, Xankəndində və digər azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır”.

Daha sonra Adilə Yaqubova, Aslan Əmrahov, Nəbi Hacıyev çıxış ediblər.

Tədbirin sonunda  xatirə şəkli çəkilib.

2024-01-24 08:41:47
3323 baxış

Digər xəbərlər

Millət vəkili Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, millət vəkili Mehriban Vəliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatını ziyarət edib, veteranlarla görüşüb. Bu barədə millət vəkili facebook hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Sumqayıt şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Sovet Şükürovu və təşkilatın bir qrup fəal üzvünü qərargahlarında ziyarət etdik. Görüş zamanı veteranlarımızla səmimi söhbət etdik, onların fəaliyyəti və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində gördükləri işlər barədə fikir mübadiləsi apardıq. Veteranlarımızın zəngin həyat yolu və təcrübəsinin gənclər üçün əsl örnək olduğu vurğulandı. Veteranlarımızı qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik etdik, onlara möhkəm cansağlığı və xoş arzular dilədik”.  Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri tanınmış hərbi-siyasi ekspert, peşəkar hərbçi polkovnik Cəlil Xəlilovdur.  Seymur ƏLİYEV

Hamısını oxu
Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər 2,5 dəfə artıb

Post-müharibə dövründə göstərilən sosial dəstək tədbirləri açıqlanıb. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, post-müharibə dövründə təqribən 100 min şəxsə 190 min xidmət göstərilib. 93 min nəfərə 104 min şəxsə sosial ödənişlər ödənilib. Post-müharibə dövründə 7 979 şəhid ailəsi üzvünə 15 943, 3 000 müharibə əlilinə 5 900, 81 856 müharibə veteranına 81 856 sosial ödəniş həyata keçirilib. Həmin dövrdə mənzil və avtomobil təminatı ilə bağlı 11,7 min nəfərə 3 714 xidmət göstərilib, 3500 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Bundan əlavə 214 avtomobil müharibə əlillərinə verilib. Məşğulluq tədbirləri ilə bağlı 12,1 min nəfərə 12,1 min xidmət göstərilib, 7,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Məşğulluq marafonu çərçivəsində 643 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2 366 şəxs işlə təmin olunub. Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri çərçivəsində 9,1 min nəfərə 27 min xidmət göstərilib. Post-müharibə dövründə 2954 ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman verilib. Bundan əlavə Reabilitasiya Müəssisələrində 2 500 qaziyə xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı müasir protezlə təmin edilib. 1419 müharibə əlilinə 19 333 reabilitasiya vasitəsi verilib və s. Şəhid ailələri və xəsarət alan hərbçilər üzrə Vahid Əlaqələndirmə Mərkəzlərində 41 min nəfər xidmətlə təmin olunub göstərilib. Həmin Mərkəz Azərbaycan Respublikası Prezidentinin 25.06.21 Fərmanı ilə yaradılıb. Mərkəzə 6 qurum və 33 YİH orqanı üzrə 26 xidmət daxildir. Sosial ödənişlərdə artım, yeni sosial ödənişlərlə bağlı məlumatda bildirilib ki, 01.01.2021-ci ildən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, 01.01.2022-ci ildən müavinətlər orta hesabla 60% artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub. Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70%, yaşa görə orta aylıq pensiya 75% artıb.  

Hamısını oxu
“2022-ci ilin “Şuşa İli” elan edilməsi tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza verilən qiymətdir”

Məşhur Məmmədov: “Bu, həm də ərazi bütövlüyümüz uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə olan ehtiramın göstəricisidir”   Məlum olduğu kimi, Prezident İlham Əliyev cari ilin 5 yanvar tarixində 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Şuşanın Azərbaycan üçün həyati önəminə, qısa müddət ərzində  mədəniyyət paytaxtında aparılan quruculuq işlərinə, habelə Şuşanın Azərbaycan xalqı üçün mədəni-mənəvi əhəmiyyətinə diqqət çəkilib.   2020-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib:   “2022-ci ilin “Şuşa İli” elan edilməsi mədəniyyətimizin, onun tarixinin və zənginliyinin bütün dünyada tanınmasına böyük töhfə verəcək. Bu Sərəncam hər şeydən öncə xalqımızın, dövlətimizin mədəniyyətə, mədəni dəyərlərə verdiyi önəmi göstərir. “Şuşa İli” çərçivəsində biz sadəcə öz qədim, zəngin mədəniyyətimizi təbliğ etməyəcəyik. Biz həm də erməni faşizminin işğal dönəmində qədim mədəniyyət şəhərində törətdiyi vəhşilikləri də ifşa edəcəyik. Bütün dünyaya göstərəcəyik ki, Ermənistan işğal dönəmində ümumbəşəri dəyərlərə qarşı necə böyük cinayətlər həyata keçirib.   Prezidentin 2022-ci ili Şuaş ili elan etməsi həm də Şuşanın bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bu Sərəncam göstərir ki, Şuşa hər bir azərbaycanlı üçün son dərəcə əziz və doğmadır.   Mən bu Sərəncamı həm də Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə verilən yüksək qiymət hesab edirəm. Bildiyiniz kimi, hərbçilərimiz Şuşanın azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş, sərt, sıldırım qayaları dırmaşaraq düşməni qarşı yüngül atıcı silahlar və yalın əllə məğlub etmişdir.   Bu baxımdan 2022-ci ilin “Şuşa İli elan edilməsi bir çox baxımdan əhəmiyyətlidir. Dövlət başçısının məlum Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələrin icrası doğma Şuşamızla bağlı həqiqətlərin beynəlxalq aləmdə geniş şəkildə yayılmasına təkan verəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Müdafiə Nazirliyi: Azərbaycan ərazisindən İrana qarşı indiyədək heç bir addım atılmayıb və atılmayacaq.

Azərbaycan Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın "Konteyner" RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə məsələyə münasibət bildirib . Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır: "Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq".

Hamısını oxu