Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fransanın ermənipərəst siyasəti regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir

Bakı, 24 yanvar, AZƏRTAC

“Fransanın ermənipərəst siyasəti regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, rəsmi Paris məqsədli şəkildə Ermənistandakı revanşist qüvvələri qızışdırmaqda, onları yeni qarşıdurmaya təhrik etməkdədir: “Fransa hökuməti Vətən müharibəsindən sonra açıq ermənipərəst mövqe sərgiləməkdə, bölgədə vəziyyəti gərginləşdirən, sülh müqaviləsi üçün gərəkli zəminin yaranmasını əngəlləyən bəyanatlarla çıxış etməkdədir. Bu günlərdə Fransa prezidentinin ordu qarşısındakı çıxışında Ermənistana dəstəyin davam etdiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlər, rəsmi Parisin öz məkrli siyasətindən əl çəkmək istəmədiyini göstərir”.

Təşkilatın sədr müavininin sözlərinə görə, Fransanın əsas məqsədi Ermənistana dəstək adı ilə regionda öz maraqlarını müdafiə etmək və genişləndirməkdir: “Fransanın əsl məqsədi heç şübhəsiz, özünün bölgə ilə bağlı maraqlarını müdafiə etməkdən ibarətdir. Çünki Ermənistan üçün bölgədə heç bir dövlət təhdid yaratmır. Əksinə, Ermənistan bu gün də mina terrorunu davam etdirir. Belə olan halda Ermənistana hansısa dövlətin hərbi dəstək göstərməsinə lüzum yoxdur və belə bir dəstək yalnız regiondakı həssas vəziyyəti mürəkkəbləşdirməyə xidmət edir.

İrəvan anlamalıdır ki, Fransanın ona verdiyi dəstək Ermənistana xeyirdən daha çox ziyan gətirir və onu sülhdən, tərəqqidən uzaqlaşdırır. Əgər Ermənistan sözün həqiqi mənasında sülh və inkişaf istəyirsə, o zaman Azərbaycanın sülh səylərini dəstəkləməli, ölkəmizlə normal münasibətləri bərpa etməlidir.

2024-01-24 14:35:59
3937 baxış

Digər xəbərlər

Rusiyadakı Azərbaycan diasporu adından Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilova kitab hədiyyə edilib

“Azərbaycan Böyük Vətən Müharibəsi illərində” kitabı faşizmə qarşı soydaşlarımızın mübarizəsindən bəhs edir   Bu gün Rusiyadakı Azərbaycan diasporu adından Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova kitab hədiyyə edilib. “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə  və “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Nərimanov rayon rəhbəri Ədhəm Məmmədov tərəfindən təqdim edilən “Azərbaycan Böyük Vətən Müharibəsi illərində” kitabında soydaşlarımızın faşizmə qarşı mübarizəsindən, bu mübarizədə sərgilədiyi qəhrəmanlqılardan bəhs edilir. Kitabın baş redaktoru Vəfa Quliyeva, ideya müəllifi isə Qasım Kərimovdur.   Kitaba görə Rusiyadakı Azərbaycan diasporuna öz təşəkkürünü bildirən Cəlil Xəlilov, faşizmə qarşı mübarizə aparan soydaşlarımızın, onların qəhrəmanlığının gənc nəsillərə tanıdılması və təbliğinin vacib olduğunu qeyd edib. Sədr müavini bildirib ki, bu cür qiymətli kitablar keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayır, gənclərin babalarının qəhrəmanlıq ənənəsi əsasında tərbiyəsində müstəsna əhəmiyyət kəsb edir.   Respublika Veteranlar Təşlilatının mətbuat xidməti

Hamısını oxu
Azərbaycan təhlükəsizlik orqanlarının veteranı Vahid Tağıyev vəfat edib.

Respublika Veteranlar Təşkilatının  sədri general-polkovnik Tofiq Ağahüseynov Ağsu rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, dəyərli ziyalı, ehtiyatda olan polkovnik Vahid Tağıyevin vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin, ruhu şad olsun! Xatırladak ki, Vahid Tağıyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 30 sentyabr 2019-cu il tarixdən Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. 1987-2016-cı illərdə Azərbaycan təhlükəsizlik orqanlarında xidmət etmiş, cənab Prezident İlham Əliyev tərəfindən «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir.

Hamısını oxu
Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vaqif Axundovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilsin.

Hamısını oxu
Qüruru Vətən İnsan

Tanrı müdrik dövlət xadimlərini Azərbaycan xalqından əsirgəməyib. Əslində onların sayının o qədər çox olduğunu söyləmək mümkünsüzdür. Ancaq bu xalq öz dövlət adamlarını sanki zamanın tələbinə uyğun şəkildə yetişdirir. Zaman isə bizdən böyüməyi tələb edir.   Əslində bu tələbat, bir növ, yox olmamaq üçün böyümək, güclənmək zərurəti kimi meydana çıxır. Müstəqilliyimizin ilk illərindəki durumu yada salaq. Min bir çətinliklər bahasına başa gəlmiş, müəyyən mənada həm də tarixin hədiyyəsi kimi meydana çıxmış dövlətçiliyimizin yenidən itirilməsi təhlükəsi yaranmışdı. O zaman Ulu öndər Heydər Əliyev olmasaydı, kim bilir, indiki Azərbaycan var idi ya yox. Var idisə də bu varlıq hansı görkəmdəydi?..   Bəli, Heydər Əliyev bizə tarixin lütfü kimi meydana çıxmış şəxsiyyətdir. Onun baxış bucağı, dünyagörüşü, hadisə və proseslərə yanaşma tərzi, hətta liderlik keyfiyyətlərinin özü də bizim düşüncə və baxışlarımızı aşırdı. Heydər Əliyev Azərbaycandan böyük idi, çox yüksəkdəydi və obrazlı desək, Azərbaycanı da o yüksəkliyə dartıb çıxarmaq istəyirdi. O, əvvəl yolun yoxuşundakı alaq otlarını təmizlədi. Bunu məharətlə bacardı və düzən yaratdı. Düzən liderlikdə varislik prinsipini diqtə edirdi. Heydər Əliyev şəxsiyyəti bu diqtəni də reallıqla uzlaşdırmağı bacardı.   İlham Əliyev idi bu prinsipin adı. Bu, elə bir prinsip idi ki, formalaşmış düzənə mütəhərriklik gətirməliydi, gücə güc qatmalıydı. Başqa cür mümkün də deyildi. Bu dəfə Azərbaycanın miqyasını çox böyük anlamda aşmağa ehtiyac yaranmışdı. Qlobal inkişaf, transformasiyalar, neft amili, gözümüzün önündə viran qalan dövlətlər və ayaqda qalmaq. Dimdik qalmaq. Dimdik qalaraq dünya ilə bərabər addımlamaq. Dünyanın ayrılmaz parçasına çevrilmək. Geridə qalan atların güllələndiyi bir dünya düzənində ayaqda qalmaq, dünya boyda olmaq.   Prezident İlham Əliyevin miqyasının böyüklüyü imkan vermədi ki, güllələnək. Onun şəxsində Heydər Əliyev kursunun müdrikliyi qəribə bir mistika qazandı. Qarabağ atı. Düşünün ki, Heydər Əliyev çıxışlarında Azərbaycan xalqının mütləq və mütləq Qarabağa sahib olacağını vurğulayırdı. Bunu az qala hər nitqində dilə gətirirdi. İlham Əliyevin gücləndirdiyi Azərbaycan Qarabağ atının güllələnməsinə yol verməməklə gücümüzə təntənə qazandırdı. Biz xalq olaraq qeyrətimizin, namusumuzun güllələnməsinin qarşısını aldıq. Bütün güllələyənlərə tarixi dərs verdik. İlahi, Heydər Əliyev bu günləri görürmüş və bu günlərə hamımızdan çox İlham Əliyev inanırmış. Dövlət və dövlətçilik baxışı da elə budur.   İlham Əliyev ona görə böyük liderdir ki, dövlətçiliyə ideoloji obraz qazandırıb. Prezidentin baxışları müstəqilliyimizə dönməzlik libası geyindirib. Ona çətinliklərdən, təlatümlərdən müdafiə, təbii müqavimət instinkti verib. Bir sözlə dövlət kimi dövlət olmuşuq.   Azərbaycan tarixinin heç bir dövründə indiki qədər güclü və qətiyyətli olmayıb. Bir lider ömrünün 60 ilinə baxanda bunlarla fəxr etməzmi, qürur duymazmı? Bəli qətiyyətlə demək mümkündür ki, 60 ilin hesabatı qüdrətli Azərbaycandır! İlham Əliyevin qüdrətləndirdiyi Azərbaycan! Bu Azərbaycana görə hamımız qürur duyur, fəxarət hissi keçiririk. Və bu hissimizdir ən böyük yubiley təbrikimiz.   Azərbaycandan böyük Lider, mən də Sizə ünvanlanmış təbriklərə qoşulmaqdan məmnunam. Azərbaycan həmişə ucalsın, onu görün! Görün, onunla və özünüzlə daim qürur duyun! Qüruru Vətən olan insan kimi yaddaşımızda əbədisiniz! Uca Tanrı yar və yardımçınız olsun!   Əflatun Amaşov Mətbuat Şurasının sədri

Hamısını oxu