Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vaqif Axundovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilsin.

2020-09-16 00:00:00
3981 baxış

Digər xəbərlər

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

“İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh siyasətinin təntənəsidir”. Bunu Moderator.az-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Ulu Öndər haqqında çoxsaylı kitabların müəllifi, konfrans iştirakçısı Zərifə Quliyeva bildirib. Zərifə Quliyeva qeyd edib ki, bu tədbir Azərbaycanın sülh siyasətinə sadiq olduğunu, bu yolda əzmlə addımladığını göstərir: “Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada sülh və təhlükəsizliklə bağlı qlobal tədbirin keçirilməsi Azərbaycanın sülh siyasətində israrlı olduğundna, regional sabitliyin təmin olunması üçün bütün resurslardan istifadə etdiyindən xəbər verir. Bu konfrans həm də onu göstərir ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də beynəlxalq sülh və təhlükəsizlik üçün beynəlxalq əməkdaşlığa, qlobal həmrəyliyə xüsusi önəm verir. Qeyd edək ki, Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyev dəfələrlə öz müsahibə və çıxışlarında sülh və təhlükəsizliyin təminində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb, region dövlətlərini ölkəmizin sülh səylərini dəstəkləməyə çağırıb. Bu baxımdan Şuşada keçirilən konfrans sülh və təhlükəsizlik məsələsində region dövlətlərinə növbəti çağırış, növbəti mesajdır”. Zərifə Quliyeva konfrans zamanı işğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş quruculuq işlərindən də ətraflı şəkildə bəhs olunduğunu bildirib: “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransda diqqət çəkən məqamlardan biri də Azərbaycanın işğaldan azad edilən ərazilərində Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən nəhəng abadlıq və quruculuq siyasətinin müzakirəsi oldu. Konfrans iştirakçıları qısa müddət ərzində işğaldan azad edilən ərazilərdə bu qədər çoxşaxəli quruculuq işlərinin aparılması ilə bağlı heyrət və məmnunluqlarını dilə gətirdilər, məlum quruculuq prosesinin xalqın sosial rifahında müsbət mənada ciddi dəyişikliyə yol açdığını vurğuladılar. Bir sözlə, YAP-ın təşkilatçılığı ilə Şuşa şəhəridə keçirilən beynəlxalq konfransı hər baxımdan faydalı hesab edir, yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu konfrans qlobal təhlükəsizlik mühitinin formalaşmasına töhfə verəcək, bu məsələdə Azərbaycanın moderatorluğu altında beynəlxalq əməkdaşlıq səylərinin daha da güclənməsini sitimullaşdıracaq”. Seymur ƏLİYEV

Hamısını oxu
“Rusiyada soydaşımızın ölümünə səbəb olan polis əməkdaşı haqqında ədalətli qərarın çıxarılması vacibdir”

Cəlil Xəlilov: “Vətəndaşa qarşı heç bir əsas olmadan silah tətbiq edən şəxsin həbsdən azad edilməsi hüquqi və məntiqi baxımdan anlaşılmazdır”   Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub. Qeyd edək ki, yol polisinin atəş açması nəticəsində yaralanan V.Abdullayev xəstəxanada vəfat edib.   Soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının azadlığa buraxılması  həm Rusiyadakı soydaşlarımız, həm də Azərbaycan ictimaiyyəti arasında ciddi narazılığına səbəb olub.   Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının ədalətli şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib:   “Təbii ki, Rusiyada yol polisinin soydaşımıza odlu silahdan atəş açması və daha sonra  İstintaq Komitəsinin tələbi ilə həbsdən azad edilməsi təəssüfedici haldır və ictimaiyyətdə haqlı narazılıq doğurmaqdadır. Silahsız vətəndaşa qarşı polis əməkdaşı tərəfindən silah tətbiqinin özü ciddi qanun pozuntusudur və dünyanın bütün ölkələrində hüquq-mühafizə orqanı əməkdaşları üçün məsuliyyət doğuran hal sayılır. Belə bir əmələ yol verən yol polisinin daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri tərəfəndən həbsdən azad edilməsi isə məntiqi və hüquqi baxımdan anlaşılmazdır.   Rusiya Azərbaycanın şimal qonşusudur və onunla ölkəmiz arasında sıx dostluq münasibətləri, strateji əməkdaşlıq mövcuddur. Bizim Rusiyada milyonlarla soydaşımız yaşayır. Rusiya ilə Azərbaycan arasında geniş iqtisadi-ticari, mədəni-siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya hərbçiləri Qarabağda sülhyaratma missiyasında yaxından iştirak edir. Dövlətimizin hər zaman Rusiya ilə dostluğa və əməkdaşlığa xüsusi diqqət yetirib və bu gün də yetirməkdədir. Belə olan halda soydaşımıza heç bir zərurət olmadığı halda odlu  silahdan atəş açan yol polisi əməkdaşının həbsdən azad edilməsi soydaşlarımız arasında Rusiya hüquq-mühafizə orqanlarının ədalətinə inamsızlıq yaradır ki, bu da hər şeydən öncə Rusiyanın özü üçün arzuedilməzdir. Rusiyanın əlaqədar güc orqanları məlum hadisəni obyektiv şəkildə araşdırmalı, soyadaşımızın ölümünə səbəb olan polis əməkdaşına ədalətli cəza verməklə bu ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquqlarının qanunla qorunduğunu əməi şəkildə sübut etməlidir.   Onu da qeyd edək ki, Respublika Veteranlar Təşkilatı olaraq İkinci Dünya Müharibəsi iştirakçısı olan 25-ə qədər veteranımız adından Rusiya Federasiyasının prezidentinə, o cümlədən bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ümid edirəm ki, bizim müraciətimizə həssaslıqla yanaşılacaq və soydaşımızın ölümünə səbəb olan yol polisi əməkdaşı haqqında ədalətli qərar çıxarılacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov millət vəkili Ülvi Quliyevi “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov millət vəkili, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevi “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrikdə deyilir:: “Hörmətli Ülvi müəllim! Sizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Heç şübhə yoxdur ki, bu təltif sizin dövlətimizin ictimai-siyasi həyatında aktiv fəaliyyətinizə verilən yüksək qiymət, böyük dəyərdir. Əminik ki, bundan sonra da ölkəmizin ictimai-siyasi fəaliyyətində yaxından iştirak edəcək, milli maraq və mənafeylərimizin müdafiəsinə töhfə verməkdə davam edəcəksiniz. Qürur hissi ilə xatırladıram ki, siz Azərbaycan Karate Federasiyasının prezidenti kimi də ölkəmizdə idmanın inkişafına böyük fayda vermiş, Prezident İlham Əliyevin diqqət və qayğısı altında respublikamızın idman ölkəsi kimi tanınmasında mühüm rol oynamısınız və bu şərəfli missiyanız günümüzdə də davam edir. İnanırıq ki, yaxın gələcəkdə idman sahəsindəki yeni uğurlarınızla da bizləri sevindirəcək, xalqımızı qürurlandıracaqsınız. Bir daha sizi təbrik edir, çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
General-mayor İsgəndər Allahverdiyev – 75!

Sabah  Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının sabiq rəis müavini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü general-mayor İsgəndər Allahverdiyevin 75 illik yubileyidir. Məlumat üçün qeyd edək ki, İsgəndər Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ilin dekabrın 16-da yaradılan Dövlət Sərhədlərinin Mühafizə Komitəsinin sədri olub. Müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının ilk komandanı olan İsgəndər Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında çalışıb, peşəkar kadrların hazırlanması prosesində yaxından iştirak edib. İsgəndər Allahverdiyev Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində yüksək peşəkarlıq göstərmişdir. Dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə görə İsgəndər Allahverdiyev Ulu öndər Heydər Əliyev və Prezident Prezident İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu əlamətdar gün münasibəti ilə general İsgəndər Allahverdiyevi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayır.  

Hamısını oxu