Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin miqyasına görə dünyanın qabaqcıl dövlətlərindəndir”

Səmyar Abdullayev: “Biz buna görə Prezident İlham Əliyevə, Heydər Əliyev siyasi kursuna borcluyuq”

Artıq uzun illərdir ki, Azərbaycan dünya arenasında sosial dövlət kimi tanınmaqda, bu sahədə ciddi uğurları ilə diqqət çəkməkdədir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, digər kateqoriyadan olan əlillərə göstərilən dövlət qayğısı öz miqyasına, davamlılığına və dinamik inkişafına görə digər ölkələrdən fərqlənir. Bu baxımdan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Azərbaycanda həssas kateqoriyadan olan vətəndaşlara göstərilən dövlət qayğı ilə bağlı bəzi məqamları şərh etməyə çalışdıq.

-Səmyar bəy, bu gün Azərbaycan bütün dünyada sosial dövlət kimi tanınmaqdadır. Bilmək istərdik ki, sosial dövlət siyasətinin Azərbaycan modelini necə xarakterizə edərdiniz?

-Azərbaycanın beynəlxalq aləmdə sosial dövlət kimi tanınmasının bəlli səbəbləri var və heç şübhəsiz ki, ölkəmizin bu cür tanınması əsassız deyil. Hər şeydən öncə qeyd etmək istərdim ki, Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin miqyasına, növ və çeşidinə görə bütün dünyada liderdi. Bu gün dünyada elə bir dövlət yoxdur ki, şəhid ailələrinə, əlillərə bunca davamlı və əhatəli xidmət göstərsin, onların rifahı, təminatı ilə bağlı ən xırda detalları belə nəzərə alsın. Bu yanaşma yalnız və yalnız Azərbaycandadır və bu baxımdan hesab edirəm ki, ölkəmizin bu məsələdə dünya lideri kimi tanınması tamamilə ədalətlidir.

-Ölkəmizdə həssas kateqoriyadan olan vətəndaşların rifah və rahatlığının ən xırda incəliklərinə kimi nəzərə alındığını qeyd etdiniz. İstərdik ki, bu nüansı bir qədər ətraflı izah edəsiniz.

-Fikrimi izah etmək üçün konkret nümunələr gətirmək istəyirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci ildən etibarən yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxsləri yaşadıqları ünvanlarda da (səyyar) reabilitasiya xidmətləri ilə təmin edir. 2022-ci ildən 2024-cü ilin əvvəlinə kimi əlilliyi olan 1700-ə yaxın şəxsə yaşadıqları ünvanlarda reabilitasiya xidmətləri göstərilib. Yəni bu şəxslər öz yaşayış yerini tərk etmədən dövlətin onlar üçün müəyyən etdiyi xidmətlərdən rahatlıqla yararlanıblar. Yəni öz vətəndaşının rahatlığını düşünən Azərbaycan əlil vətəndaşların işini asanlaşdırmaq üçün onlara səyyar xidmətlər təklif edir. Bu xidmətlərdən yararlanmaq üçün vətəndaşın sadəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə, yaxud da Dost Mərkəzlərinə müraciət etməsi yetərlidir. Onlar həmçinin Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməklə də bu imkandan yarralana bilərlər. Yəni vətəndaşın rahatlığı üçün dövlət onu hansısa inzibati binaya dəvət etmir, əksinə, özü onun evinə gedir, ona yerindəcə lazımi xidmətləri göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan sosial dövlət kimi həqiqətən də unikal ölkədir və dünyanın bu məsələdə bizdən öyrənməli olduğu çox şeylər var.

-Səmyar bəy, şəhid ailələrinə olan dövlət qayğısı ilə bağlı hansı məqamları vurğulamağı daha vacib hesab edirsiniz?

-Əslində şəhid ailələri ilə bağlı hər bir məqam, onlarla bağlı həyata keçirilən hər bir proqram olduqca vacibdir və qürurvericidir ki, dövlətimiz bu istiqamətdə böyük uğurlara imza atıb.

 Nümunə üçün qeyd edim ki, təkcə 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına ötən il 17,4 min şəxs cəlb olunaraq onlar üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb. Hansı ki, həmin şəxslərdən 339 nəfəri şəhid ailələrinin üzvləri, 1695 nəfəri müharibə iştirakçıları, 1408 nəfəri əlilliyi olan, o cümlədən 320 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan  şəxslər, 1246 nəfəri keçmiş məcburi köçkünlər, 2973 nəfəri gənclər olub. Bugünə qədər isə bütövlükdə 78,7 min nəfər özünüməşğulluq proqramına cəlb olunub ki, onların arasında şəhid ailələri və həssas kateqoriyadan olan digər şəxslər mühüm yer tutub.

Şəhid ailələrinin, əlilliyi olan şəxslərin mənzillə təminatı ilə bağlı da mühüm işlər görülüb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib. 2023-cü ildə 150, ümumilikdə isə 7600-dəna rtıq avtomobil müharibə əlillərinə verilib. 2023-cü ildə şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 126 min şəxsə 326 min xidmət göstərilib ki, bu da kifayət qədər ciddi rəqəmdir.

-Şəhid ailələrinə, eləcə də həssas kateqoriyadan olan şəxslərə edilən sosial ödəmələrlə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

-Dövlətimizin bu istiqamətdə atdığı addımlar da digər istiqamətdə gördüyü işlərə adekvatdır.

Şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. 2007-ci ilin 1 yanvar tarixindən etibarən ölkəmizdə şəhdi ailələrinə ayda 600 manat məbləğində Prezident təqaüdü verilir. Son 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.

Bütün bunlar Azərbaycanın sosial dövlət kimi öz yolunda inamla irəlilədiyini, hər bir vətəndaşına sahib çıxdığını, hər bir insanın rifahını düşündüyünü göstərir.

-Sizcə dövlətimizin yürütdüyü sosial siyasətin qorunub saxlanılması, daha da genişlənməsi hansı amillərdən asılıdır?

-Hesab edirəm ki, bu, ilk növbədə cari ilin 7 fevral tarixində keçiriləcək prezident seçkilərindən, bu seçkilərin bilavasitə nəticəsindən asılıdır. Bu baxımdan mən bütün vətəndaşlarımızı seçki prosesində aktiv olmağa, bu seçkilərdə fəallıq göstərməyə səsləyirəm. Biz seçkilərdə fəal iştirak etməklə bütün dünyaya göstərməliyik ki, öz dövlətimizin sabahına, onun gələcəyinə biganə deyilik və bu gələcəyin formalaşmasında bilavasitə iştirak edirik.

Mən əminəm ki, xalqımız bu seçkilərdə bir daha öz prezidentinə sadiqlik sərgiləyəcək, Müzəffər Ali Baş Komandanı dəstəkləməklə gələcək inkişafını təmin edəcək. Çünki bu gün hər kəs aydın dərk edir ki, Azərbaycanın inkişafı, onun gələcək uğurları bilavasitə İlham Əliyev faktorundan asılıdır. 30 illik erməni işğalına son qoyan, Azərbaycanı sadəcə Ermənistanla deyil, bütün ermənipərəst dünya ilə müharibədən qalib çıxaran Müzəffər Ali Baş Komandanın bundan sonra da xalqımızı inamla yeni zəfərlərə aparacağı şübhəsizdir. Sosial ədalətin davamını istəyiriksə, o zaman Ilham Əliyevin namizədliyi dəstəkləməliyik.

İnanıram ki, bütün vətəndaşlarımız kimi həssas kateqoriyadan olan insanlarımız da seçkilərdə fəal iştirak edəcək, öz seçimləri ilə Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcəklər.

-Səmyar bəy, seçkilərdə gözdən əlil vətəndaşların aktivliyi ilə bağlı gözləntiniz nədən ibarətdir?

- Bu gün ölkəmizdə 50 minə yaxın gözdən əlil mövcuddur. Onların 7 fevral seçkilərində iştirakı üçün Brayl əlifbalı trafaretlər artıq Cəmiyyət tərəfindən çap edilərk MSK-ya verilib və məntəqələrə paylanılacaq.

Ölkəmizdə gözdən əlillərin gizlin səsvermə hüququ təmin olunub. Onlar heç kimin köməyi olmadan seçkilərə qatılaraq istədikləri namizədə səs verirlər. Azərbaycan dünyada gözdən əlil vətəndaşların seçki hüququnu tanıyan öncül ölkələrdən biridir. Qarşıdakı prezident seçilərində digər vətəndaşlarımız kimi gözdən əlil vətəndaşlarımız da aktiv iştirak edəcək və Ilham Əliyevin namizədlərini dəstəkləyəcəklər.

Seymur ƏLİYEV

2024-02-05 14:29:20
3086 baxış

Digər xəbərlər

Şuşa uğrunda döyüşlərdə iştirak edən veteranlarla görüş keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa şəhəri uğrunda döyüşlərdə iştirak edən veteranlarla görüş keçirilib.   Ölkə başçısnın 14 iyul tarixli çıxışı və bu çıxışdan irəli gələn məsələlərin müzakirəsinə həsr edilən görüşdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkib, dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə olan diqqət və qayğısından danışıb.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Təşkilatının sədri Ağalar Əliyev, Şuşanın erməni işğalından azad edilməsində hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs edib, xalqımızın hər bir əsgəri, hər bir zabiti ilə fəxr etdiyi bildirib.   Təşkilatın Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov dövlətimizin şəhid ailələrinə, o cümlədən müharibə əlillərinə, veteranlara olan qayğısının hüquqi bazada da öz əksini tapdığını, bu istiqamətdə qanunvericilik müstəvisində mütəmadi addımların atıldığını vurğulayıb.   Sonda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan oğullarının Vətən müharibəsində tarix yazdığını, bu tarixin əsrlər sonra da qürurla yad ediləcyini bildirib.   Tədbirin sonunda xatirə şəkli çəkilib, veteranlara Qurban bayramı münasibəti ilə sovqatlar verilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Rusiya Ordusunun Mərkəzi Evində “Smerş”in ilk qadın əks-kəşfiyyatçısı, 1941-ci ilin noyabrında 17 yaşında könüllü olaraq cəbhəyə gedən Kadriyə-Ülkər Səlimovanın 100 illik yubileyi qeyd edilib.

Məzun gecəsindən sonra səhər bütün sinif sahilə toplandı, Molotovun nitqini birlikdə dinlədi və dərhal bütün sinif olaraq müharibəyə getməyə qərar verdi. Onun sinif yoldaşları 16-17 yaşlarında idi. Sinifdəki səkkiz oğlandan yalnız biri sağ qaldı. - Yelena İlleş, Qədriyə-Ülkər Səlimovanın qızı. Alman, türk və Morze əlifbasını mükəmməl bilən Səlimova 46-cı Qafqaz Ordusunun xüsusi şöbəsinə kriptoqraf vəzifəsinə göndərilmiş və 1943-cü ildə “Smerş” əks-kəşfiyyatı yaradıldıqdan sonra bu struktura təyin edilmişdir. Tibb elmləri doktoru, professor Mehman Məmmədov: Qədriyə xanım anadan olub və ömrünün çox hissəsini Bakıda keçirib və özünü azərbaycanlı hesab edib. Müharibədən sonra Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsində təhsil alıb, 1950-ci illərdə Moskvaya gəlib, burada elmi fəaliyyətlə məşğul olub. Akademik oldu, Azərbaycan pedaqogikası üçün çox işlər gördü, “Şərqin pedaqoji irsi” beynəlxalq dərsliyini yaratdı, burada Azərbaycan haqqında fəsli şəxsən özü yazdı.  Səlimova qələbəsini Avstriyada, Vyana yaxınlığında qarşılayıb. 1945-ci ilin noyabrında Smersh kapitanı kimi hərbi xidmətini başa vurdu. 14 medal və II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir.  O, kriptoqraf vəzifəsini tutub. Əks-kəşfiyyat şöbəsində kriptoqrafın nə olduğunu təsəvvür edə bilərsinizmi? Bu şöbə müdirinin ən etibarlı adamıdır. O, bir hesabat yazdı, onu şifrələdi və göndərdi, bundan sonra sənəd məhv edildi. Onun mahiyyətini iki nəfər bilirdi: patron və kriptoqraf. Eyni zamanda, Kadriyanın heç bir xüsusi təhsili yox idi, lakin şifrələmə nəzəriyyəsini çox tez mənimsədi. Kadriya-Ülkər Səlimova İvan İlleşin nəvəsi: Nənə müxtəlif insanlarla asanlıqla əlaqə qurdu. Yadımdadır, 1987-ci ildə Moskvada baykerlər dəstəsi fəaliyyət göstərirdi. Onlar motosiklet sürərək camaatı qorxuya salıblar. Bu dəstənin başçısı nənəmlə bir evdə yaşayırdı və mənimlə məktəbə gedirdi. Hamımız onlardan çox qorxurduq. Bir gün nənəmin yanına gəldim, gördüm ki, onun evində bütün şəhəri qorxuya salmış bir dəstə süfrə arxasında oturub, hamı çay içib, gözəl söhbət edir. Məlum oldu ki, nənəmin kilidi qırılıb. Həyətə çıxdı və baykerlərdən ona kömək etmələrini xahiş etdi... Bundan sonra məktəbdəki reytinqim kəskin şəkildə qalxdı və mən artıq heç kimdən qorxmurdum, çünki nənəm baykerlərlə dost idi!       Кто такая Кадрия Салимова – офицер контрразведки? В Центральном доме Российской армии отметили 100-летие Кадрии-Улькер Салимовой, первой женщины-офицера контрразведки ”Смерш”, добровольно ушедшей на фронт в ноябре 1941 года в возрасте 17 лет. На утро после выпускного вечера весь класс собрался на пляже, вместе выслушали речь Молотова, и немедленно приняли решение всем классом идти на войну. Ее одноклассникам было 16-17 лет. Из восьми мальчиков класса в живых остался один. - Елена Иллеш, дочь Кадрии-Улькер Салимовой. Салимову, свободно владевшую немецким, турецким языками и ”морзянкой”, направили служить шифровальщицей в особый отдел 46-й Кавказской армии, а после учреждения контрразведки ”Смерш” в 1943 году, она была причислена к этой структуре. Доктор медицинских наук, профессор Мехман Мамедов: Кадрия ханум родилась и большую часть жизни жила в Баку, считала себя азербайджанской. После войны она отучилась в Бакинском государственном университете на философском факультете, в 1950-х годах приехала в Москву, где занималась академической деятельностью. Она стала академиком, многое сделала для азербайджанской педагогики, создала международный учебник ”Педагогическое наследие Востока”, где главу про Азербайджан написала сама лично.  Победу Салимова встретила в Австрии, под Веной. Военную службу закончила в ноябре 1945 года капитаном ”Смерша”. Была награждена 14 медалями и Орденом Отечественной войны II степени.  Доктор исторических наук Александр Зданович, занимавшийся исследованием биографии Салимовой: Она занимала должность шифровальщика. Вы себе можете представить, что такое шифровальщик в отделе контрразведки? Это самый доверенный человек начальника отдела. Он писал донесение, она зашифровывала и отправила, после этого документ уничтожали. Суть его знали два человека: начальник и шифровальщик. При этом Кадрия не имела какого-то специального образования, но очень быстро освоила теорию шифрования. Внук Кадрии-Улькер Салимовой Иван Иллеш: Бабушка легко находила контакт с самыми разными людьми. Помню, в 1987 году в Москве орудовала банда байкеров. Они ездили на мотоциклах, наводили ужас на общественность. Главарь этой банды жил в одном доме с моей бабушкой и учился со мной в школе. Мы все их очень сильно боялись. Как-то прихожу к бабушке и вижу, что у нее дома за столом сидит банда, наводившая страх на весь город, все пьют чай и мило беседуют. Оказывается, у бабушки сломался замок. Она вышла во двор и попросила байкеров ей помочь… После этого мой рейтинг в школе взлетел до небес, и я уже абсолютно никого не боялся, ведь моя бабушка дружила с байкерами!

Hamısını oxu
İlham Əliyev: “Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik”

“Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir”. Bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində bildirib. “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.

Hamısını oxu
Azərbaycan Mədəniyyət Mərkəzindən “Heydər Əliyev ili” münasibətilə maraqlı aksiya...

Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev ili” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya  Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Nəmənqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr hədiyyə olunub. Sözügedən kolleksiyada Azərbaycanın tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində nəşr edilmiş Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq bu kolleksiyalara əsasən ulu öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyi, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Azərbaycan tarixi kimi mövzuları əhatə edən müxtəlif nəşrlər daxil edilib. Bundan başqa, kolleksiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əzizə Cəfərzadənin əsərləri, habelə Ermənistanın Azərbaycan ərazilərini işğalı, Xocalı soyqırımına dair kitablar, özbək müəllif Şuxrat Salamovun mövzulara aid özbək və rus dillərində nəşrləri də yer alıb. Cari ilin 24 yanvar tarixində Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi də keçirilib. Seymur ƏLİYEV

Hamısını oxu