Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov veteran qadınları 8 Mart münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə veteran qadınları təbrik edib, onlara ən xoş arzularını bildirib:

“8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə başda Təşkilatımızın sədri Fatma xanım Səttarova olmaqla, bütün veteran qadınlarımızı ürəkdən təbrik edir, onlara uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram.

Veteran qadınlarımız xalqımızın qəhrəmanlığının, fədakarlığının, mübarizə ruhunun rəmzidir. Onlar müharibə vaxtı həm ön cəbhədə, həm də arxa cəbhədə xarüqələr yaratmış, öz cəsarətləri, zəhmətkeşlikləri ilə nümunə olmuşdular. Onlar gənc nəslin mill-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmasında da mühüm rol oynamış, yeniyetmə və gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmişdilər.

Əminəm ki, hər zaman olduğu kimi bundan sonra da cəmiyyətimiz bütün qadınlarımıza, eləcə də veteran qadınlara diqqət və qayğı göstərəcək, onlara xüsusi hörmət və ehtiramla yanaşacaq.

Bir daha veteran qadınlarımızı bayram münasibətilə təbrik edir, bütün arzularının ən qısa zamanda reallaşmasını diləyirəm”.

 

2024-03-07 10:22:40
3546 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Belarus, Moldova və Baltikyanı dövlətlərin veteran təşkilatlarının nümayəndələri ilə görşüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus Respublikasına səfəri əsnasında Belarus, Moldova və Baltikyanı dövlətlərin veteran təşkilatlarının nümayəndələri ilə görüşüb.   Görüş əsnasında sözügedən xalqların İkinci Dünya müharibəsində faşizmə qarşı birlikdə mübarizə apardığına diqqət çəkən polkovnik Cəlil Xəlilov, tarixi dostuq əlaqələrini davam etdirməyin vacibliyini vurğulayıb. Polkovnik qeyd edib ki, Azərbaycanla Belarus, Moldova və Baltikyanı ölkələrin veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi həm tarixi yaddaşın qorunub saxlanılması, həm də gələcək əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. İkinci Dünya müharibəsi zamanı bu ölkələrdə çoxlu sayda azərbaycanlının faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərdiyini vurğulayan Cəlil Xəlilov, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha əhatəli addımların atılmasına ehtiyac olduğunu bildirib.   Polkovnik Cəlil Xəlilovun çıxışı veteran təşkilatlarının, eləcə də bu ölkələrin diplomatik korpusunun nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb və təqdir olunub.   Seymur ƏLİYEV

Hamısını oxu
Düşmən dəyirmanına su tökməkdən çəkinin

Son günlər o qədər də tanınmayan bəzi saytlarda, eləcə də facebook sosial şəbəkəsində “Hərbi Xəbərlər”, “Məlumatlar” və digər anonim adlar altında fəaliyyət göstərən səhifələrdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə bağlı bəzi xoşagəlməz yazılara rast gəlinir. Bir vaxtlar Qarabağ savaşında erməni qəsbkarlarına və onların havadarlarına qarşı bərabər olduğumuz bəzi yoldaşlarımız heç bir ciddi əsas olmadan adı yuxarıda qeyd olunan resurslarda Respublika Veteranları Təşkilatının rəhbərliyinin ünvanına əsası olmayan, yalan və böhtan xarakterli fikirlər səsləndirirlər.  Mən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki kimi, şərəfli yol keçmiş Əfqanıstan, Qarabağ müharibələri, Azərbaycan Silahlı Qüvvələri və Təhlükəsizlik orqanları veteranı, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova qarşı ədalətsiz və heç bir əsası olmayan məlumatların yayılmasından, hətta facebook sosial şəbəkəsində kimlərinsə öz səhifələrində açıq təhqirə yol vermələrindən böyük təssüf hissi keçirirəm. Bu yalanlara, məsuliyyətsiz və təhqiramiz fikirlərə qəti etirazımı bildirir, şərəfli xidmət və döyüş yolu keçmiş vətənpərvər bir zabitə qarşı belə yaramaz, qərəzli kompaniyanın təşkilatçılarından kimlərisə öz çirkin məqsədlərinə alət etməmələrini, böhtan üzərində qurduqları kompaniyalarını nəhayət dayandırmalarını tələb edirəm.        Cəlil Xəlilov 2014-cü ildə  Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini seçildikdən sonra Təşkilatın fəaliyyəti xeyli canlanmış, keçirilən tədbirlərin coğrafiyası daha da genişlənmiş və sanbalı artmışdır. O, Təşkilatın sədri ehtiyatda olan hörmətli generalımız Dadaş Rzayevin tapşırıqını layiqincə və vaxtı-vaxtinda yerinə yetirməklə yanaşı, irəli sürdüyü və reallaşdırılmasında yaxından iştirak etdiyi çoxsaylı təşəbbüsləri ilə yüksək bilikli, təcrübəli və bacarıqlı sədr müavini olduğunu əməli işdə dəfələrlə göstərmişdir. Məhz onun səyi ilə hazırlanan Təşkilatın yeni strukturu bu günki uğurlu fəaliyyətin təmin edilməsində başlıca stimullardan olmuş, işin səmərəsinin, Mərkəzi Aparatda nizam-intizamın daha da yüksəldilməsinə imkan vermişdir. Cəlil Xəlilovun fəaliyyətinin əsas nəticələrindən biri bu gün düşmənlə üzbəüz səngərlərdə xidmət edən əsgər və zabitlərimizlə veteranların, xüsusilə müharibələrdə iştirak təcrübəsi olan, şərəfli döyüş yolu keçmiş veteranların və Təşkilat nümayəndələrinin mütəmadi görüşlərinin təşkil edilməsidir. Özünün dəfələrlə iştirak etdiyi belə görüşlərin, cəbhə bölgələrinə müntəzəm səfərlərin bir əsas məqsədi var: əsgər və zabitlərimizi düşmən üzərində qələbəyə ruhlandırmaq. Məhz onun təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında keçirilən “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq, “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”,“Torpaq uğrunda ölən varsa Vətəndir”,“Milli qəhrəmanlarımız” və s. tədbirlərin də məqsədi budur. Azərbaycan gənclərini Vətənə, xalqa, torpağa, dövlətə sevgi ruhunda tərbiyə etməklə, onları hazırda erməni hərbi birləşmələrinin işğalı altında olan yurdlarımızı düşməndən azad etməyə həvəsləndirmək və bu müqəddəs missiyanın həyata keçirilməsinə hazırlamaq.  Bütün bu fəaliyyətləri ümumiləşdirərək belə  demək olar.  Cəlil Xəlilov  xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verir. Cəlil Xəlilov Veteran hərəkatının güclənməsində, Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafında, gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsində,  müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin tibbi-sosial problemlərinin həllində yaxından iştirak etməklə, bütün səyini əsirgəmir. Bu gün Respublika Veteranlar Təşkilatı hörmətli sədrin və sədr müavininin əməyi sayəsində nəinki Azərbaycanda, hətta MDB ölkələrdə böyük nüfuza malik Veteran Təşkilatına çevrilmişdir. Təşkilatın adı ölkə daxilində, ictimaiyyət arasında fərəhlə çəkilir. Onun sıralarında Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşmüş, Silahlı Qüvvələrdə şərəfli xidmət yolu keçmiş kifayət qədər veteran var. Təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün veteran və vətənpərvər Qeyri Hökumət Təşkilatları ilə yaxından əməkdaşlıq edərək keçirdiyi bütün tədbirlərə həmin təşkilatların nümayəndələrini də dəvət edir və onların təşkil etdiyi tədbirlərə qatılaraq dəstəyini əsirgəmir. Bütün bunlarda keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müxtəlif hərbi hissə və birləşmələrdə xidmət yolu keçmiş, kifayət qədər təcrübəli, tanınmış bir zabit olan Cəlil Xəlilovun danılmaz əməyi vardır. Uzun illər Azərbaycan Silahlı Qüvvələrində şərəfli xidmət yolu keçmiş Sərhəd Qoşunlarının Komandan müavini olmuş Cəlil Xəlilov polkovnik rütbəsində əsl vətənpərvər zabitdir. Yüksək savada, hərtərəfli hazırlığa və bacarığa malik olan bir zabiti,  Respublika Veteranlar Təşkilatının sədir müavini kimi ictimai statusu olan bir şəxsi hər vasitə ilə ləkələməyə, haqqında həqiqətlə yaxından-uzaqda əlaqəsi olmayan məlumatlar yaymaqla ölkə ictimaiyyətini çaşdırmağa çalışanlar heç nəyə nail ola bilməyəcəklər. Ancaq məni də, hər şeyə obyektiv qiymət verməyi bacaran digər zabitlərimizi də narahat edən erməni xislətli şəxslərin Vətən, xalq naminə iş görməyə hərtərəfli potensialı, təcrübəsi və Vətən üçün döyünən qəlbi olan insanlarımızı gündəlik fəaliyyətindən yayındırmağa cəhd göstərmələridir. Təsüflər olsun ki, şərəfli döyüş yolu keçmiş, hər vaxt ölümlə üz-üzə qalmış Cəlil Xəlilov kimi ehtiyatda olan cəsur zabitimizi bəzi nankor, şərəfsiz və səngərdə barıt qoxusu duymayan adamlar bu gün hansısa saytlarda, facebook sosial şəbəkəsində “Hərbi Xəbərlər”, “Məlumatlar” və digər adlar altında fəaliyyət göstərən səhifələrdə kimlərinsə sifarişini yerinə yetirərək, Respublika Veteranlar Təşkilatının adına və onun sədir müavininin nüfuzuna xələl gətirməyə çalışırlar. Biz Azərbaycan Silahlı Qüvələrinin ehtiyatda olan zabitləri bu cür məkirli, iyrənc sifarişi yerinə yetirən adamlara üz tutaraq bunlara son qoyulmasını tələb edirik. Belə təxribatları biz veteranlar torpaqlarının 20 faizi işğal altında və müharibə şəraitində olan ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələrinə zərbə kimi qiymətləndir və mənfur düşmənin siyasətinə dəstək hesab edirik.  Adil Haqverdiyev, Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin müdiri, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan polkovnik .                                                                     

Hamısını oxu
Müharibə veteranlarına paylanılan ərzaq yardımları aksiyası başa çatmışdır

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün  genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına cari ilin iyul ayından etibarən paylanılan ərzaq yardımları aksiyası başa çatmışdır. Aksiya Respublika Veteranlar Təşkilatının sədri general-pokovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilmişdir.          

Hamısını oxu
Şəhid Həmid Abbasbəylinin xatirəsinə həsr edilən Şahmat turniri keçiriləcək

Moderator.az xəbər verir ki, 5 Aprel 2021-ci il tarixində saat 19:00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai Gii və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" medalları və "QARABAĞ" ordeni ilə təltif olunmuş BAŞ LEYTENANT ABBASBƏYLİ HƏMİD-in xatirəsinə həsr olunmuş onlayn Şahmat turniri keçiriləcək.   Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə.   Turnirdə iştirak üçün 1.Lichess.org onlayn şahmat platformasında şahmatçının qeydiyyatı olmalı 2.Profil bölməsinde ad,soyad təvəllüd qeyd edilməlidi 3.Lichess.org virtual "İdea " Şahmat Klubuna üzv olmalıdı.ling: https://lichess.org/team/idea-sahmat-klubu 4.turnirin lingi: https://lichess.org/swiss/RNDqXWSr   Turnirdə l, ll, lll yeri tutan qızlar və oğlanlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomla təltif olunacaq.   Seymur ƏLİYEV

Hamısını oxu