Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə veteranlarına paylanılan ərzaq yardımları aksiyası başa çatmışdır

Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün  genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına cari ilin iyul ayından etibarən paylanılan ərzaq yardımları aksiyası başa çatmışdır. Aksiya Respublika Veteranlar Təşkilatının sədri general-pokovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilmişdir.          

2020-08-11 00:00:00
3573 baxış

Digər xəbərlər

Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakı və qələbəyə verdiyi tarixi töhfə ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya səfirliyinin də iştirakı ilə tədbir keçirilib. Azərbaycanın İkinci Dünya müharibəsindki iştirakı və qələbəyə verdiyi töhfəyə həsr olunan tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasdındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç, Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç, Atamanın Azərbaycan Gəncləri siyasəti üzrə müavini Sleptsov Ruslan Anatolyeviç və digər qonaqlar iştirak edib. Tədbirdən öncə İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olan şxəslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, faşizm üzərində tarixi qələbənin əldə edilməsində neft Bakısının müstəsna xidməti olduğunu bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqının nümayəndələri arxa cəbhədə olduğu kimi, ön cəbhədə də böyük qəhrəmanlıqlara imza atıb, həm milli diviziyalar, həm də digər diviziyalaırn tərkibində faşizmə qarşı ciddi mübarizə aparıblar. Təşkilat sədri faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Bakının tarixi xidmətlərinin MDB tərəfindən fəxri adla əbədiləşdiriləcəyinə olan inamını da ifadə edib. Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç İkinci Dünya müharibəsində Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizəni yüksək qiymətləndirib, bu mübarizənin xalqlarımızın tarixi dostluğunun bariz nümunəsi olduğunu vurğulayıb. Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç də İkinci Dünya müharibəsində Azərbaycan xalqının böyük fədakarlıqlara imza atdığını bildirib, bu fədakarlığın hər zaman böyük hörmət və  ehtiram hissi ilə yad ediləcəyini qeyd edib. Daha sonra orta məktəb şagirdləri ifasında İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilən rəqs ifa ediblər. Tədbirin sonunda bir sıra şəxslərə mükafatlar təqdim olunub.  

Hamısını oxu
Qazimizin qarşılandığı anın görüntüsü həftənin fotosu seçildi

Azərbaycan ordusunun torpaqlarını azad etmək uğrunda apardığı 44 günlük müharibədə yaralanaraq bir ayağını itirən 23 yaşlı qazimiz Abbas Abbaslının müalicə aldığı xəstəxanadan çıxdıqdan sonra evinə qayıtdığı anın şəklini “Anadolu” agentliyi həftənin fotosu seçib. Fotoda yaxınlarının Abbası Azərbaycan və Türkiyə bayraqları ilə qarşılamaları əks olunub.   Qeyd edək ki, fotonun müəllifi Rəsul Rəhimovdur.   

Hamısını oxu
XƏZƏRİN SAHİLİNDƏN ŞƏRƏF CƏLİLİ İLƏ ...

Hamısını oxu
Hərbi prokuror Müdafiə Nazirliyinin artilleriya hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində tədbir keçirib.   Görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.  Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, dövlətimizin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur. Daha sonra Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi – Raket və Artilleriya Qoşunları komandanı, general-leytenant Ağamir Sultanov tərəfindən artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıması qeyd olunaraq, artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıqları xatırlanıb, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmaları bildirilib. Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib. Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.  

Hamısını oxu