Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi rayonunda “Aprel döyüşləri real tariximizdir” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki.Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları, şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 5 aprel 2024-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda Veteran Təşkilatında  baş tutub.

2016-cı il aprel döyüşlərinə həsr edilmiş “Aprel döyüşləri real tariximizdir” adlı tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, “Dövlət və qanun” qəzetinin  redaktoru Yasəmən Möhübbət qızı, Taryel Eyvazov, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi iştirakçıları  iştirak ediblər.

Tədbiri Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün  söz  ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb:

“2016 –cı il aprelin ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb. Bu əməliyaytlar aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonnun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonnun Lələtəpə yüksəkliyi,Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonnun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün düşmən tapdağından azad edilmiş ərazilərimizdə üç rəngli bayrağımız dalğalanır. Mən bir daha torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərə və döyüşçülərə cansağlığı arzulayıram”.

Sonra Taryel Eyvazov və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

 

2024-04-12 13:11:26
3271 baxış

Digər xəbərlər

Xətai rayonunda “ Cəbhədən Cəbhəyə qələbədən qələbəyə ” adlı tədir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 27 aprel 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonunda yerləşən Zaur Məmmədov adına  171  saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. ”Cəbhədən cəbhəyə qələbədən qələbəyə “ adlı tədbirdə Xətai rayon VT-nın sədri  Adil Əzməmmədov, arxa cəbhə veteranı İskəndər Alıyev, məktəbin direktoru  Zenfira Məsiyeva, şagird-müəllim kolektivi ilə yanaşı, digər qonaqlar da iştirak ediblər. Tədbir İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında  Azərbaycan xalqının rolu və  Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilib. İlk öncə  Azərbaycan Dövlət Himni səslənib, şəhdilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin və müəllimlərin birgə hazırladıqları kompozisyalara baxılıb, şeyirlər, mahnılar dinlənilib. Şagirdlərin və müəllimlərin çıxışlarından sonra söz qonaqlara verilib. Adil Haqverdiyev çıxış edərək bildirib ki, xalqımızın İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında misilsiz xidmətləri olub: “ Müharibənin ilk günlərində vətəndaşlarımıza qarşı  ədalətsiz davranışlar olmuşdur.Belə ki, rus dilini bilməmələri səbəbi ilə verilən  əmri düzgün yerinə yetirə bilmədikləri üçün vətəndaşlarımız rus zabitləri tərəfindən cəzaladırılmışlar. Bu hadisələrdən  Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin katibi Mircəfər Bağırov xəbər tutmuşdur. O,  ön cəbhəyə getmiş, doğma dilində rus zabitinə əmr vermiş və əmri yerinə yetirməyən zabiti cəzalandırmışdır. Bu hadisədən sonra  milli divizyalarımız yaranmış və bu müharibənin sonuna qədər şərəfli döyüş yolları keçmişlər. Hər kəsə bəllidir ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə də olmayacaqdı. Döyüşlərdən üzü ağ çıxan babalarımızın  varisləri onların davamçıları olmalı idi. Uzun illərin həsrətindən sonra  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  müzəffər ordumuz düşmənləri torpaqlarımızdan qovdu. İndi Qarabağda quruculuq işləri başlanıb. Mən çıxışımın sonunda  bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı  diləyirəm!” Daha sonra Nəbi Hacıyev və Adil Əzməmmədov çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
İlham Əliyev: “Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik”

“Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir”. Bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində bildirib. “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.

Hamısını oxu
Şəhid küçəsi şəhid adına layiq olmalıdır: Eynən bu şəhərdə olduğu kimi...

Azərbaycanda şəhid məqamının uca tutulduğu, dövlətimizin şəhidlərin xatirəsini əbədiləşdimək, onları gənc nəsillərə tanıtmaq üçün bütün vasitələrdən itifadə etdiyi heç kimə sirr deyil. Məhz bu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüzlərlə küçə şəhidlərimizin adını daşımaqdadır. Lakin təəssüflər olsun ki, bəzi hallarda yerli icra orqanları, eləcə də icra hakimiyyəti və bələdiyyələr bu küçələrin abadlığına lazımi diqqət yetirmir, onları göz önündəcə “unudur”.  Nəticədə, həm vətəndaşlar arasında ciddi narazılıq yaranır, həm də şəhid statusunun aliliyi ilə bu adı daşıyan küçənin baxım səviyyəsi arasında ciddi təzad formalaşır. Halbuki, şəhid küçəsi hökmən şəhid adına layiq olmalıdır. Eyniylə Sumqayıt şəhərində olduğu kimi... Hər şeydən öncə qeyd edək ki, 44 günlük Vətən müharibəsində ən çox şəhid verən şəhərlərimizdən biri də Sumqayıtdır. Bu səbəbdən də Sumqayıtda şəhid adını daşıyan küçələrin sayı kifayət qədərdir. Hansı ki, bu küçələrin abadlığına hər zaman Sumqayıt Şəhər İcra Hakimiyyəti (SŞİH) tərəfindən xüsusi həssaslıqla yanaşılıb. Şəhid ailələrinin yaşadığı küçələr bilavasitə icra başçısı Zakir Fərəcov, eləcə də SŞİH-nin əlaqədar şöbələri – Şəhər təsərrüfatı şöbəsi, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələrinin hər bir müraciəti sadəcə sözdə deyil, əməli-praktiki baxımdan öz həllini tapır. Sevindiricidir ki, Sumqayıt bələdiyyəsinin bu istiqamətdəki fəaliyyəti də son dərəcə təqdirəlayiqdir. Son bir neçə ayda Sumqayıtda şəhid adını daşıyan küçələrdə həyata keçirilən geniş asfaltlanma prosesi şəhər bələdiyyəsinin məhsuldar fəaliyyəti ilə yanaşı, həm də onun şəhid ailələrinə olan duyarlı münasibətindən xəbər verir. Nümunə üçün qeyd edək ki, cari ilin iyul ayında Sumqayıt bələdiyyəsi tərəfindən Xəzri 2 Yaşayış massivində yerləşən şəhid Gəray Məmmədov küçəsində genişmiqyaslı asfaltlanma işləri aparılıb. Nəticədə, küçədə gediş-gəliş rahatlaşıb, küçənin görünüşü ilə yanaşı, vətəndaşların gündəlik yaşamı da müsbət mənada dəyişib. Onu da qeyd edək ki, Sumqayıt bələdiyyəsi tərəfindən analoji işlər Yaşma yaşayış massivində şəhid Cavid Mirzəyev və Xəzri 2 Yaşayış massivində şəhid Coşqun Zeynallı küçələrində də gerçəkəşdirilib. Bələdiyyə tərəfindən reallaşdırılan bu işlər sakinlər tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Sumqayıt nümunəsi bir daha sübut edir ki, hər şey əlaqədar qurumların öz vəzifə və insani borclarına nə dərəcədə məsuliyyət və vicdanla yanaşmasından asılıdır.   Ümid edirik ki, respublikamızın digər şəhər və qəsəbələri də Sumqayıt örnəyindən nümunə götürəcək, Sumqayıt təcrübəsini mənimsəməklə ölkə ərazisində şəhid adını daşıyan bütün küçələrin bu ada layiqliyini təmin edəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Nazim Eynallı : “31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdir”

Heç bir qanlı tarix unudulmur. Hətta tarixi saxtalasdirmağa çalışanlar zamanın yaddaşında itib batırlar.Umumiyyətlə, faktlarla zəngin reallığı heç nə dəyişə bilməz. Elə 1918-ci ilin 31 mart soyqırımı kimi.Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qətliamlar zamanı ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğınların miqyası geniş, terror qurbanlarının sayı ölçüyəgəlməzdir.Biz isə bu tarixi faktları indiki və gələcək nəsillərə çatdırmalıyıq. Onlar tariximizin hər bir səhifəsinin təbliğinə öz töhfələrini verməlidirlər.1918-ci il mart soyqırımı genişmiqyaslı olub. Martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də adlarını qeyd etdiyim digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovublar.Bu “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin Fərmanın ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 1999-cu il martın 30-da Tədbirlər Planı təsdiq edib. Bu Fərmanın imzalanması aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına stimul oldu.Bir sözlə, 31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdır. Bu faciə heç zaman unudulmayacaq.

Hamısını oxu