Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatı şəhid atasının yubileyini keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev  adına 2 saylı tam orta məktəbdə qəhrəman şəhidimizin atası Arif Abdullayevin 70 illik yubileyini keçirib.

Möhtəşəm keçən tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirə gələnlər şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfillər düzüblər.

Məktəbin geniş akt zalında düzənlənən tədbirdə öncə torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salman yubileyi qeyd olunan Əmək veteranı Arif Abdullayevin şərəfli həyat yolundan danışıb, Rəşad Abdullayev kimi qəhrəman övlad böyütdüyünə görə və anadan olmasının 70 illiyi münasibəti ilə onu Fəxri fərmanla təltif edib.

Şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" ictimai birliyi rayon filialının sədri Maşalla Əliyev, Vətən müharibəsi iştirakçıları Namiq Nəzərov, Toğrul Rizvanlı, məktəbin direktor müavini Rakif Həsənli, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə,    "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov, AYB-nin üzvü, veteran müəllim Əfrahim Abbas və başqaları çıxış edərək yubilyarı səmimi qəlbdən  təbrik edərək şəhid ailələrinə və qazilərə dövlətimizin göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Yubiley münasibəti ilə Arif dayıya öz hədiyyələrini  təqdim ediblər.

Şagirdlərin söylədikləri vətənpərvər ruhlu şeirləri tədbir iştirakçıları  maraqla qarşılayıblar.

Tədbirdə çıxış edən yubilyar Arif Abdullayev şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbirin keçirilməsində əməyi olan  rayon Veteranlar Təşkilatına  öz minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

2024-04-27 21:07:54
3245 baxış

Digər xəbərlər

İş adamı iki min ailəyə Qurban payı göndərib

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu il də iş adamı Səfər Əlirzayev tərəfindən dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə qurban payı çatdırılıb. İş adamının ənənəvi xeyriyyəçiliyi ilə bu dəfə də saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə çoxsaylı ailələr təbrik olunub. Ümumilikdə, Nehrəm qəsəbəsi və ətraf kəndlərdən olan 2000 ailəyə qurban payı verilib.  Şəhid ailələri və aztəminatlı ailələr bu xeyirxah işə görə Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlıqlarını bildiriblər. Məlumat üçün qeyd edək ki, artıq bir neçə ildir ki, Səfər Əlirzayev bayram günlərində şəhid və qazi ailələrinə, eləcə də həssas kateqoriyaya daxil olan aztəminatlı ailələrə bayram sovqatı göndərir, onların görüşünə gedir.

Hamısını oxu
Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib

Bakı, 2 noyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.a

Hamısını oxu
Əliyev Hümbət Hümbət oğlu

II Dünya Müharibəsi və əmək veteranı, Əliyev Hümbət Hümbət oğlu 25 oktyabr tarixində vəfat edib. 1921-ci ildə Qazax rayonun Aşağı Əskipara kəndində dünyaya göz açmışdır. 1939-cu ildə ordu sıralarına çağrılmışdır. Sovet-Finlyandiya müharibəsinin iştirakçısı olmuş, daha sonar  Pribaltika cəbhəsində vuruşmuş, bir sıra orden və medallarla təltif edilmişdir. Müharibədən qayıtdıqdan sonra uzun müddət  məktəbdə müəllim işləmişdir. Hümbət Əliyevin vəfatı ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti üzvləri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! 

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı general-mayor Mürsəl İbrahimova başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun anası vəfat edib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə veteranlar adından general-mayor Mürsəl İbrahimova dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu