Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İş adamı iki min ailəyə Qurban payı göndərib

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu il də iş adamı Səfər Əlirzayev tərəfindən dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə qurban payı çatdırılıb. İş adamının ənənəvi xeyriyyəçiliyi ilə bu dəfə də saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə çoxsaylı ailələr təbrik olunub. Ümumilikdə, Nehrəm qəsəbəsi və ətraf kəndlərdən olan 2000 ailəyə qurban payı verilib. 

Şəhid ailələri və aztəminatlı ailələr bu xeyirxah işə görə Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, artıq bir neçə ildir ki, Səfər Əlirzayev bayram günlərində şəhid və qazi ailələrinə, eləcə də həssas kateqoriyaya daxil olan aztəminatlı ailələrə bayram sovqatı göndərir, onların görüşünə gedir.

2025-06-07 13:38:41
2978 baxış

Digər xəbərlər

“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilib. Maraqlıdır, bu yürüş Ümummilli Liderə ehtiram əlaməti olmaqla yanaşı, həm də gənclərin idmana təşviq edilməsi, idmanın təbliği baxımından atılan addım kimi də dəyərləndirilə bilərmi? Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikrlər səsləndirib: “Şübhəsiz ki, DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü Ümummilli Lider Heydər Əliyevin xatirəsinə sonsuz ehtiram nümunəsi kimi mühüm əhəmiyyətə malikdir və olduqca təqdirəlayiqdir. Bununla yanaşı, qeyd etdiyiniz kimi, bu cür addımlar həm də idmanın təbliği, sağlam həyat tərzinin təşviqi baxımından da böyük önəm kəsb edir. Bildiyiniz kimi, Ulu Öndər hər zaman ölkəmizdə idmanın inkişafına böyük önəm verib, bu istiqamətdə ciddi addımlar atıb. Ümumiyyətlə, ölkəmizdə idman hərəkatının inkişafı, idman sahəsində ilk ciddi uğurların əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkə gənclətinin həm fiziki, həm də ruhi-mənəvi baxımdan sağlam yetişdirilməsi üçün onların idmanla məşğul olmasını zəruri hesab edirdi. Hansı ki, sonrakı dönəmdə Prezident İlham Əliyev Ulu Öndərin bütün sahələrdəki siyasəti ilə yanaşı, idman siyasətini də uğurla inkişaf etdirdi, Azərbaycan bu müstəvidə də böyük nailiyyətlər əldə etdi. Bu baxımdan DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü ölkə gənclərinə verilən praktiki mesaj kimi də dəyərləndirilə bilər. Bu mesaj gənclərimizin idmanla məşğul olmasının, idmanın kütləviləşməsinin nə qədər mühüm önəm kəsb etdiyini əks etdirir. İnanıram ki, gənclərimiz ölkəmizdə idmanın inkişafı ilə bağlı Ulu Öndərin çağırışlarına hər zaman sədaqət hissi ilə yanaşacaq, bu çağırışlara idman sahəsindəki uğurları ilə cavab verəcəklər. Heydər Əliyevin idmanla, sağlam həyat tərzi ilə bağlı çağırışlarını əməli müstəvidə yaşatdığına, gənclərə davamlı örnək olduğuna görə DTX əməkdalarına da təşəkkür edir, onlara uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Mehriban Əliyeva: Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı təbrik edirəm

Bakı, 8 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində tarixi qələbə ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz qardaşlar və bacılar! Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik mətnində deyilir:   “Çox hörmətli cənab Prezident! Cənab Ali Baş Komandan!   Sizi doğum gününüz münasibəti ilə Azərbaycanın çoxsaylı veteranları və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından səmimi qəlbdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və xalqımzın gələcəyi naminə fəaliyyətinizdə yeni qələbələr arzu edirik.   Möhtərəm cənab Prezident!   Siz xalqımızın Ümummilli lideri, dünyanın ən böyük siyasi və dövlət xadimlərindən sayılan Heydər Əliyevin layiqli siyasi varisi və davamçısı olaraq, xalqımıza və dövlətimizə çox böyük tarixi nailiyyətlər qazandırmısınız. Siz yenilməz sərkərdə məharətinizlə 30 ildən çox erməni faşistlərinin işğalı altında olan müqəddəs torpaqlarımızı azad etmiş, Azərbaycan Respublikasının milli təhlükəsizliyini, sərhəd toxunulmazlığını və ərazi bütövlüyünü bərpa etməyə nail olmusunuz. Bu gün Azərbaycan bayrağının işğaldan azad olunmuş doğma torpaqlarımızda vüqarla dalğalanması hər bir soydaşımızın qəlbini qürur hissi ilə doldurur. Qarabağda qazanılmış bu misilsiz tarixi qələbə Azərbaycanın qarşısında yeni imkanlar açmış, ölkəmizin daha sürətli inkişafına şərait yaratmışdır. Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanımız dünyanın nüfuzlu dövlətləri sırasına yüksəlmiş, ölkəmizi dünyada söz sahibinə çevrilmişdir. Azərbaycanın bu gün nəinki regional, beynəlxalq səviyyədə uğurla həyata keçirdiyi lahiyələr onun iqtisadi qüdrətindən, nüfuzundan xəbər verir.   Siz xalqımızın maraqlarına xidmət edən qətiyyətli qərarlarınız və genişmiqyaslı fəaliyyətinizlə Azərbaycanın müstəqil, demokratik, hüquqi dövlət quruculuğuna dəyərli töhfələr vermisiniz. Sizin dünyada sözü də imzası qədər nüfuzlu və mötəbər olan bir dövlət xadimi kimi qəbul edilməyiniz Azərbaycanın taleyüklü məsələlərinin həllində sözün həqiqi mənasında bir stimuldur. Siz saysız-hesabsız uğurlarınızla Azərbaycanı daim ucaltmısınız və bu əvəzsiz xidmətlərinizlə xalqın qəlbində yer tutmaqla, onun səmimi sevgisini, rəğbətini qazanmısınız. Veteranlar Sizinlə qürur duyur, Sizinlə fəxr edir və həmişə Sizinlədirlər! Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və doğma Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edirik. Allah Sizi qorusun!”   Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyəti adından sədr, Prezident təqaüdçüsü Fatma Səttarova

Hamısını oxu
Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə olundu

Moderator.az xəbər verir ki, Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyən şəxslər artıq bir neçə saniyə ərzində “İanə et” funksiyasının əlavə olunduğu platformalardan istifadə etməklə ödəmə prosesini rahatlıqla həyata keçirə biləcək. Artıq “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının,  eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasını dəstəkləyə biləcək. Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.   İOS tətbiqləri: Azərbaycan Beynəlxalq Bankı Birbank Unibank Rabitə Bank Paşa Bank Umico Express Bank Android tətbiqləri: Azərbaycan Beynəlxalq Bankı Birbank Unibank Rabitə Bank Paşa Bank Umico Express Bank Vebsaytlar: Azərbaycan Beynəlxalq Bankı Kapital bank Paşa Bank Express Bank   Xatırladaq ki, yuxarıda qeyd olunan mobil tətbiqlərlə yanaşı “Hesab.az”, “Hökumət ödəniş portalı”, “Asan ödəniş”, “Portmanat” və “E-pul” onlayn ödəmə portalları və Fondun rəsmi səhifəsi (//qdf.gov.az/iane-et/) vasitəsilə də Qarabağ Dirçəliş Fonduna ianə etmək mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini  həyata keçirilməsini təmin edən vahid platformadır. Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.

Hamısını oxu