Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Türkiyədə bu il dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş Beynəlxalq Elmi Konfrans və müsabiqə keçiriləcək

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Avrasya Yazarlar Birliyinin rəhbəri Yaqub Ömeroğlu ilə görüşmüşdür.

Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan görüşdə Azərbaycan – Türkiyə arasında ədəbi əlaqələrin inkişafı, Azərbaycan ədəbiyyatının Türkiyədə, Türk dünyasında daha çox tanıdılması, birgə tədbirlər və layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Görüş zamanı Samir Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncanı ilə Türkiyədə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin milli mədəniyyətimizin təbliği ilə yanaşı, mədəni-ədəbi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan ədəbiyyatının, dilinin təbliği məqsədi ilə layihələrin planlaşdırıldığını və bu istiqamətdə Avrasya Yazarlar Birliyi ilə əməkdaşlığın önəmli olduğunu qeyd edib. O, Türk dünyası arasında münasibətlərin inkişafında mədəniyyət, ədəbiyyatın mühüm rolu olduğunu və ortaq ədəbi layihələrlə bağlı Avrasya Yazarlar Birliyinin həyata keçirdiyi işlər barədə Yaqub Ömeroğlu ilə fikir mübadiləsi aparıb.

Yaqub Ömeroğlu Avrasya Yazarlar Birliyinin əsas məqsədinin mədəniyyət və ədəbiyyat sahəsinin insanları arasında yaradıcılıq sahəsində əlaqələrin genişləndirilməsi, ölkələr, icmalar və insanlar arasında mədəni-ədəbi əlaqələri, habelə bütün Türk dillərini inkişaf etdirmək, bəşəriyyətin ən köklü dillərindən biri olan türkcənin bütün ləhcələrində danışan xalqların yazarlarının bir-birlərinin əsərləri ilə tanış olmasını təmin etmək, Türk ədəbiyyatını bütün dünyada daha yaxşı tanıtmağa çalışmaq olduğunu bildirib. O, Azərbaycanla ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində işlərin və birgə layihələrin həyata keçirildiyini qeyd edib.

Yaqub Ömeroğlu Avrasya Yazarlar Birliyinin hazırda bir sıra mühüm layihələrin reallaşdırdığını, Beynəlxalq Mahmut Kaşqarlı hekayə müsabiqəsi və Dədə Qorqud Teatr Əsər müsabiqəsi kimi ədəbi tədbirlərin keçirildiyini, Türk dünyasında  yeni şair və yazıçıların yetişdirilməsi üçün “Yazı Seminarları”, tanınmış ədəbiyyat simalarının yubiley və anım günlərinin, habelə bu mövzuda yeni nəşr olunmuş kitab təqdimatlarının təşkil edildiyini bildirib.

Görüşdə Azərbaycan ədəbiyyatının nümunələrinin Türk dilinə tərcüməsi məsələsi, tərcümə işi sahəsində mövcud vəziyyət, klassik və müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin Türk dilinə tərcüməsi və onların tədqiqi, tanınması istiqamətində görülən işlər barədə fikir mübadiləsi və müzakirə olub.

Samir Abbasov 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən böyük Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının tanınmış siması Məhəmməd Füzulinin 530 illik yubileyinin keçirilməsi barədə Sərəncamı ilə əlaqədar Avrasiya Yazarlar Birliyi ilə birgə dahi şairə həsr olunmuş şeir müsabiqəsinin təşkili, Azərbaycan ədəbiyyatından Türk dilinə tərcümələr həyata keçirən mütəxəssislərlə görüşün keçirilməsi, Yazarlar Birliyində professional tərcümələr həyata keçirən nəzm və nəsr sahəsinə dair mütəxəssislər üçün təlimlərin keçirilməsinə dair təkliflərlə çıxış edib və məsələyə dair razılıq əldə olunub.

Daha sonra 2024-cü ilin oktyabr ayında Ankarada keçiriləcək Beynəlxalq Kitab-Sərgi Yarmarkasında Azərbaycanın geniş təmsil olunması, ədəbi əlaqələrin daha da genişləndirilməsinə dair fikirlər səsləndirilib.

Tərəflər cari ilin payız aylarında Türkiyədə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar Azərbaycan, Türkiyə, Türk dünyası və digər ölkələrin Füzulişünas alimlərinin iştirakı ilə Beynəlxalq Elmi Konfransın keçirilməsini və bununla bağlı birgə iş aparılmasını razılaşdırıblar.

 

 

2024-04-29 19:14:32
3339 baxış

Digər xəbərlər

"Zəfərimizin təməlində şəhidlərimizin qəhrəmanlığı və Ulu Öndərin siyasi irsi dayanır"

“Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu yolda şəhidlər vermişik. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir.  Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir. Məhz şəhdilərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin olundu”. Bu sözləri 24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfransda millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev bildirib. Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və Ümummilli Liderin atdığı addımlar Azərbaycanın işğalçı Ermənistan üzərindəki 8 Noyabr zəfərini sitimullaşdırmış oldu: “Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu. Bu amillərdən birincisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları torpaqlarımızdan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktına imza atmaqla öz məğlubiyyətini təsdiqlədi. Azərbaycan isə bütün dünyaya sübut etdi ki, o, öz ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməyə qadirdir və bundan sonra da bu məsələdə kimsəyə güzəştə getməyəcək”. Seymur ƏLİYEV    

Hamısını oxu
Mehriban Əliyeva koronavirusa yoluxmuş Cavid Paşayevin müalicəsini nəzarətə götürdü

“Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”. Bu barədə TƏBİB-in şöbə müdiri Şükür Eyvazov REAL TV-yə müsahibəsində məlumat verib.   O qeyd edib ki, hazırda C.Paşayevin səhhəti stabildir: “Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığı ilə gündə bir neçə dəfə onun səhhəti ilə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O, sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.

Hamısını oxu
İlham Əliyevdən şəhid ailələrinə və müharibə əlillərinə BÖYÜK DƏSTƏK

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldı. Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq: I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı. Qeyd edək ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilmişdir. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək. Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ADPU-nun professor-müəllim heyətini təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Slahlı Qüvvələr Veteranları Təşkilatı  Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyinin tamam olması münasibəti ilə sözügedən universitetin rektorunu, o cümlədən professor-müəllim heyətini təbrik edib. Təbrikdə deyilir:   “Bu il ölkəmizin təhsil həyatında xüsusi çəkiyə malik olan, respublikamızı yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyidir. Bu münasibətlə həmin uniuversitetin rektoru, professor Cəfər Cəfərovu, o cümlədən sözügedən universitetin bütün professor-müəllim heyətini təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bundan sonra da ölkəmizin təhsil həyatına dəyərli töhfələr verməkdə davam edəcək, elm məbədi kimi öz müqəddəs funksiyasını müvəffəqiyyətlə yerinə yetirəcəkdir”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov

Hamısını oxu