Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Möhkəm təməl üzərində qurulan əməkdaşlıq

Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub.
2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.
Statistikaya görə Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.
Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur.Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.
Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür.
İnvestisiya siyasəti üzrə digər formalara da müraciət olunacaq. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb.
Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.
Energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik.
Prezident İlham Əliyevin carı ilin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, qarşılıqlı fəaliyyət məqsədlə münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.
Cari ilin 24 aprel tarixində iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”; “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”; “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”; “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”; “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”; “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”; “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” Azərbaycan-Qırğızıstan arasında əlaqələrin daha da şaxələnəcəyindən xəbər verir.
Ötən həftə Bakı şəhərində hər iki ölkənin dövlət başçısının iştirakı ilə Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılış mərasimu oldu. Abidə dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.

Məşhur Məmmədov,
Millət vəkili


2024-05-02 11:43:23
2700 baxış

Digər xəbərlər

Unutmayaq, unutdurmayaq!

Bu gün tanınmış iş adamı Səfər Əlirzayevin təşkilatçılığı ilə Nehrəm qəsəbəsində şanlı tariximizin unudulmaz günlərindən olan "Zəfər Günü" nün üçüncü ildönümü təntənəli şəkildə qeyd olunub.  Veteran.gov.az xəbər verir ki, ilk öncə bu günləri bizlərə yaşadan qəhrəman şəhidlərimizin məzarları ziyarət edilib. Ziyarətçilər şəhidlərin məzarı üzərinə gül dəstələri düzüb, əkillər qoyub, dualar oxuyub.  Daha sonra Səfər  Əlirzayevin evində geniş tərkibdə ehsan süfrəsi verilib. Ehsan süfrəsində Nehrəm qəsəbəsindən olan şəhid ailələri ilə yanaşı, Muxtar Respublikanın başqa yerlərində yaşayan şəhid ailələri və yaxınları, qazilər, qəsəbə sakinləri və digər ictimaiyyət nümayəndələri də iştirak edib. Tədbir iştirakçıları nəcib əməlinə görə Səfər Əlirzayevə təşəkkür edib, ona öz  minnətdarlıqlarını bildiriblər. Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib.  Tədbiri giriş sözü ilə açan Təşkilatın sədri Fatma Səttarova Cəlil Xəlilovun çoxillik xidmətlərinə diqqət çəkib, onun bu gün də gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Fatma Səttarova polkovnik Cəlil Xəlilovu Fəxri Fərmanla təltif edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi, şair-publisist, əmkdar incəsənət xadimi, prezident təqaudçüsü   polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun keçdiyi xidməti yoldan ətraflı bəhs edib: “Ömrünün yarıdan çoxunu hərbi xidmətə həsr etmiş C.Xəlilov 1977-ci ildə keçmiş SSRİ-nin Vorkuta vilayətində müddətli həqiqi hərbi xidmətə başlamış, 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini, 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir Sərhəd Dəstəsində zastava rəisinin müavini kimi hərbi xidmətini davam etdirmişdir.  C.Xəlilov 1982-2013-cü illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə xidmət etmişdir. Əfqanıstan, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranıdır. Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etdiyinə, yüksək peşəkarlığına və hərbi xidmət dövründə vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur.  2014-cü ildə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədr müavini seçilmişdir. Həmin gündən ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması işində yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulmasında böyük əməyi vardır. Təşkilatın sədr müavini kimi Azərbaycanı xarici ölkələrdə, o cümlədən MDB məkanında layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. C.Xəlilov 44 günlük Vətən müharibəsi dövründə də gənclərin vətənpərvərlik tərbiyəsi işində fəallıq göstərərək həm səfərbərliyə cəlb olunan hərbi vəzifəlilər və həm də döyüş əməliyyatlarında birbaşa iştirak edən şəxsi heyət qarşısında davamlı görüşlər keçirmişdir”. Polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif edilməsi ilə bağlı əmri oxuyub. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Cəlil Xəlilova ünvanlanan təbrik məktubunu səsləndirib, nazirlik adından yubileyara hədiyyə təqdim edib.  Tədbirdə çıxış edən “Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov Cəlil Xəlilovla bağlı xatirələrini dilə gətirib, yubileyara hədiyyələr təqdim edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Şaiq Məmmədov və Seymur Şeydayev Xidmət rəisi Mürsəl İbrahimovun Cəlil Xəlilova təbrik məktubunu oxuyub, Xidmət adından verilən “Hərbi vətənpərvlik tərbiyəsindəki xidmətlərə görə”  medalını ona  təqdim ediblər. Tədbridə çıxış edən Rəyasət Heyətinin üzvü İmran Əbilov, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı polkovnik Cəlil Xəlilova xoş arzularını bildiriblər.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı polkovnik Samir Musayev Rusiya, Belarus, Moldova və digər ölkələrədn polkovnik Cəlil Xəlilova göndərilən təbrik məktubları haqqında məlumat verib. Sonda çıxış edən Cəlil Xəlilov təbriklərə görə bütün iştirakçılara və müvafiq dövlət qurumlarına  öz təşəkkürünü bildirib, minnətdarlığını ifadə edib. Seymur ƏLİYEV

Hamısını oxu
Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik

"Bu gün bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusdan əziyyət çəkən dövlətlər sırasındadır. Lakin digərlərindən fərqli olaraq ölkəmizdə vaxtında görülən tədbirlər, atılan addımlar nəticəsində vəziyyət digərləri ilə müqayisədə qat-qat yaxşıdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlar, verilən tapşırıq və tövsiyələrin məqsədi ölkəmizin bu bəladan daha az itki ilə çıxmasıdır: "Azərbaycan bir çox məsələlərlə bağlı əksər ölkələrdən daha çevik qərarlar qəbul edir, önləyici tədbirlər həyata keçirir, həmçinin bu prosesdə insan hüquq və azadlıqlarının qorunmasını da təmin etməyi bacarır". C. Xəlilov söyləyib ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da Ölkə başçısı İlham Əliyevin çağırışı, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əməl etməklə yanaşı, cəmiyyəti, veteranları, gəncləri. ümumilikdə bütün ictimaiyyəti qaydalara riayət etməyə çağırır. Ölkəmizdə pandemiya ilə mübarizədə dövlət qurumlarının tam məsuliyyətlə çalışdığını deyən polkovnik vurğulayıb ki, tibb işçiləri, polislər və bütövlükdə bu prosesdə iştirak edən bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər: "Azərbaycan veteranları da ölkəmizdə bu istiqamətdə görülən işlərə qoşulur, bu işlərə öz töhfəsini verməyə çalışır. İnanıram ki, Azərbaycan xalqı qəbul edilən qərarlara hörmətlə yanaşacaq, hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Bununla biz həm ailələrimizi, həm övladlarımızı, həm də ümumilikdə xalqımızı bəladan xilas edə bilərik". Təşkilat rəsmisi qeyd edib ki, bəzi şəxslərin məsələyə inanmaması, məsuliyyətsiz yanaşması təəssüfedicidir: "Çünki koronavirus bəlasından təkcə Azərbaycan deyil, bütün dünya əziyyət çəkir. Hər gün vəziyyətin nə qədər ciddiləşdiyinin şahidi oluruq. Bu gün bütün dünyanın aparıcı mütəxəssisləri, alimləri, həkimləri insitutları COVİD-19-la bağlı araşdırma aparır, onunla mübarizə yollarını axtarır, vaksinləri təcrübədən keçirirlər. Bütün bunlar təhlükənin olduğunu göstərir. Ölkəmizin bu təhlükədən az zərərlə çıxması üçün biz üzərimizə düşən işi, vəzifəni layiqincə yerinə yetirməliyik". Müəllif: Nailə Məhərrəmova

Hamısını oxu
“İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib

Konfrans Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə baş tutub   Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib. Tədbirdə Daxili İşlər Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri, tanınmış idmançılar, velosipedçilər və onların valideynləri iştirak ediblər.   Narkotik vasitələrdən və qəbulu qadağan olunmuş preparatlardan istifadənin hansı fəsadlara yol açması haqda danışan məktəbin direktoru Faiq Qurbanov, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və AMADA nümayəndəsi Lalə Hacıyeva bu cür hallara qarşı mübarizədə hamının birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər.   Tədbirdə qonaq qismində çıxış edən Yunan-Roma güləşçisi, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov, boks üzrə dünya çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi Cavid Çələbiyev, Uşu-sanda üzrə dəfələrlə dünya və Avropa çempionu Emil Hacıyev də idmançıların karyeralarına zərbə vurmamaları üçün pis vərdişlərdən hər zaman uzaq olmalarının əhəmiyyətini vurğulayıblar. Konfrans zamanı idmançıları maraqlandıran suallar da cavablandırılıb.    

Hamısını oxu