Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad rayonunda 101 yaşlı müharibə veteranı ziyarət olunub

Veteran.gov.az xəbər verir ki, alman faşizmi üzərində qələbənin 79-cu ildönümü ərəfəsində  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon bölməsinin rəhbəri Arif Həsənov, rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev və rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman rayonunun Abdullu kəndində yaşayan İkinci Dünya Müharibəsi veteranı  Zamanov Əbiş İbiş oğlunu ziyarət ediblər.

Onlar 101 yaşlı Əbiş əmini səmimi qəlbdən təbrik edib, ona sağlam və gümrah ömür arzulayıb və apardıqları hədiyyələri təqdim ediblər.

Görüş zamanı müharibə veteranı öz cəbhə xatirələrindən  söz açıb, Mozdok ətrafındakı döyüşlərdə necə yaralandığından danışıb. Onun  səlis danışığı və möhkəm yaddaşı ziyarətçiləri sevindirib.

Görüşün sonunda o,  veteranlarımıza göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentə və rayon rəhbəliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Zamanov Əbiş İbiş oğlu İkinci Dünya Müharibəsinin Cəlilabad rayonunda sağ qalan yeganə veteranıdır.

2024-05-07 19:41:06
3429 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı koronavirusla mübarizəyə dəstək olub

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaşlı insanlara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin həmin qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını qadağan edən qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir. O deyib: “Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyənləsdirilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər baxımdan Respublika Veteranlar Təşkilatı hər cür informasiya dəstəyinə hazır olduğunu bəyan edir. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və biz tələb edilən bu qaydalara riayət etməliyik”.

Hamısını oxu
Cənubi Qafqaz yeni siyasi mərhələdə

Hamısını oxu
“Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi vətəndaşlara psixoloji yardım göstərməkdə davam edir

Veteran.gov.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti" İB  (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. Bu vaxta qədər ehtiyacı olan onlarla vətəndaşa köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, həmin problemlərin müsbət həlli istiqamətində işlər görülüb. Eləcə də layihənin psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji seanslar keçirilib. İbrahim Əsədli  bu dəfə Mənsur İbrahimovu qəbul edərək problemlərini dinləyib. Mənsur İbrahimovun peşə fəaliyyəti əsasən zehni işlə bağlı olduğundan daima ciddi rejimdə çalışır ki, bu da psixoloji gərginlik, zehni yorğunluğa səbəb olub.  Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində əsəb və yuxusuzluqdan əziyyət çəkən vətəndaş Mənsur İbrahimovun vəziyyəti  xeyli yaxşılaşıb, gərginliyi aradan qalxıb. Həkim müalicə məqsədi ilə bir neçə dərman preparatı da təyin edib. Mənsur İbrahimova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edilib.

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı "Sözün işığı" qəzetinin yubileyi ilə bağlı tərbir keçirib

"Sözün işığı" qəzetinin nəşr olunmasının 20 illik yubileyi münasibəti ilə Cəlilabad Rayon Veteranlar Təşkilatı redaksiya heyəti ilə birlikdə tədbir keçirib. Əmək və Müharibə veteranları, rayonun yaradıcı ziyalıları ilə yanaşı idarə, müəssisə və ictimai birliklərin  rəhbərlərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru, şair-publisist Ədalət Salman açaraq bu gün yubileyi qeyd olunan ədəbi-bədii və publisistik qəzetin 20 il ərzində keçdiyi inkişaf yolundan, bölgədə ədəbi mühitin formalışmasında və ədəbiyyatın təbliğində göstərdiyi xidmətdən danışıb. O, çıxışının sonunda   Aəzərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin "Sözün işığı" qəzetinin 20 illik yubileyi münasibəti ilə redaksiyaya göndərdiyi təbrik məktubunu oxuyub. "Qarabağ qaziləri" ictimai birliyinin sədri Maşallah Əliyev qəzetin yaradıcı heyətini yubiley münasibəti ilə təbrik etdikdən sonra qəzetin  gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi fəaliyyətə görə baş redaktor Ədalət Salmanı Fəxri Fərmanla təltif edib. Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri İlkin Qubadov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Əlizadə Nuri, Gülbala Teymur, Mirhəbib Sadiq, Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Zülfi Vellidağ, Qurban Əhməd, Rahim Buravarlı, Regiontv.az saytının rəhbəri Murad Hüseynov, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Rasif Həsənov, Sakit İsayev, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və tanınmış muğam ustası Akif Babayev  çıxış edərək qəzetin müntəzəm işıq üzü görməsində xidməti olanları yubiley münasibəti ilə təbrik edib, səmimi ürək sözlərini bildirib və onlara yeni nailiyyətlər arzulayıblar. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.  

Hamısını oxu