Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov xüsusi dövlət mühafizəsi əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib

Bu münasibətlə Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xüsusi dövlət mühafizəsi əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb:

 

“Peşə bayramı münasibəti ilə başda hörmətli general-polkovnik Bəylər Əyyubov olmaqla,  xüsusi dövlət mühafizəsi sahəsində çalışan bütün əməkdaşları təbrik edir, onlara xidməti fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

 

Heç kimə sirr deyil ki, xüsusi dövlət mühafizəsi əməkdaşları müstəqilliyimizin ilk illərindən etibarən dövlət əhəmiyyətli strateji obyektlərin, o cümlədən dövlət rəhbərliyinin təhlükəsizliyini böyük uğurla təmin etmiş, onlara göstərilən etimadı tamamilə doğrultmuşdur. Vaxtı ilə Ulu öndər Heydər Əliyevin təhlükəsizliyini etibarlı şəkildə təmin edən xüsusi dövlət mühafizəsi əməkdaşları, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizliyini yüksək peşəkarlıqla qorumaqda, starateji obyektlərin təhlükəsizliyini təmin etməkdədir. Xüsusi dövlət mühafizəsi əməkdaşları 44 günlük Vətən müharibəsində də xüsusi səriştə və fədakarlıq nümunəsi ortaya qoymuş, xalqımız və dövlətimiz üçün çətin məqamda onlara tapşırılan hər bir işin öhdəsindən yüksək səviyyədə gələrək qələbəmizə böyük töhfə bəxş etmişdir. Bizim üçün qürurvericidir ki, onlar öz peşəkarlıqları, dövlətə, xalqa sədaqətləri ilə dünyadakı analoqları üçün də nümunə olmaqda, örnək təşkil etməkdədir.

 

Əminəm ki, bugünə qədər olduğu kimi bundan sonra da xüsusi dövlət mühafizəsi əməkdaşları onlara göstərilən etimadı doğruldacaq, dövlətimizin, onun rəhbərliyinin təhlükəsizliyini təmin etmək üçün heç bir fədakarlıqdan çəkinməyəcəkdir.

 

Peşə bayramınız mübarək olsun!”

 

Seymur ƏLİYEV

2022-08-23 16:23:00
685 baxış

Digər xəbərlər

General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü ilə bağlı tədbir keçirilib

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş tədbir keçirilib. General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü münasibətilə keçirilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Əliağa Şıxlınskiyə həsr edilən səndəli film nümayiş olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Əliağa Şıxlınski və onun irsi ilə bağlı maraqlı fikirlər səsləndirib, gənclərin milli hərb tariximizi dərindən mənimsəməsinin vacibliyinə toxunub: “Əliağa Şıxlınski yalnız Azərbaycan deyil, dünya hərb tarixinin ən görkəmli simalarından biri, xalqımızın milli iftixar mənbəyidir. Ömrünü hərb sənətinə, onun inkişafına həsr edən Əliağa Şıxlınski dünya hərbinə mühüm yeniliklər gətirib, hələ öz dönəmində “Artilleriyanın allahı” adlandırılıb. Təkcə bir faktı qeyd edim ki, Şıxlınskinin hərbə, xüsusilə də artilleriyya gətirdiyi yeniliklər Fransa, Almaniya və digər Qərb ölkələrində bu gün də tədris edilməkdədir. 1904-1905-ci illərin rus-yapon müharibəsinin qəhrəmanı hesab edilən Şıxlınski, Birinci Dünya Müharibəsində də böyük igidliklər göstərib, topçu hissələrinə bacarıqla rəhbərlik edib. Əliağa Şıxlınskinin xalqımız qarşısındakı çoxsaylı xidmətlərindən biri də onun 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasından yaxından iştirak etməsi, Silahlı Qüvvələrin rəhbərliyində təmsil olunması ilə bağlıdır. Görkəmli general Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə böyük töhfələr verib, gənclərimizin hərb sənətinə marağının artırılmasında, onların bu peşəyə gəlişində mühüm rol oynayıb. Bu baxımdan, Əliağa Şıxlınskinin hərbi irsinin, həyat və döyüş yolunun gənclərimiz tərəfindən öyrənilməsi, dərindən mənimsənilməsi vacibdir. Xatırladım ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərə müraciətində milli tariximizin öyrənilməsinin vacibliyinə toxunub, bunu milli-mənəvi dəyərlərimizin bir parçası kimi xarakterizə edib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, gələcək təhülkəsizliyimiz və inkişafımız üçün milli tarixinə, soykökünə bağlı vətənpərvər gəncliyin yetişdirilməsi vacibdir və bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan, Əliağa Şıxlınskinin həyatının, döyüş yolunun öyrənilməsi mühüm əhəmiyyətə malikdir və gənc nəsil bu böyük vətənpərvərlik məktəbinə daim müraciət etməli, ondan mütəmadi şəkildə faydalanmalıdır”. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Əliağa Şıxlınskinin həyat və döyüş yolu haqqında ətraflı çıxış edib. Əliağa Şıxlınskinin həm komandan, həm nəzəriyyəçi, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətlə məşğul olduğunu bildirən Firdovsiyyə Əhmədova, onun Cümhuriyyətin müdafiəsindəki xidmətlərinin də əvəzsiz olduğunu vurğulayıb. Tədbirdə çıxış ehtiyatda olan polis polkovniki Sadir Məmmədov da Əliağa Şıxlınskinin dünya hərb tarixindəki roluna toxunub, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin öz sələflərinin irsini layiqincə davam etdirdiyini bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
Qəhrəman atanın vətənpərvər övladı

Həmzə Cümşüd oğlu Sadıqov 1915-ci il mayın 10-da Ağdam rayonunda anadan olub. İlk təhsilini də Ağdamda alıb. O, təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlir və 1938-ci il mayın 10-da ordu sıralarına çağırılır. 1940-cı ildə Birinci Kiyev artilleriya məktəbini bitirərək leytenant rütbəsi alır və 364-cü alayın batareya komandiri təyin olunur. O, müharibənin ilk günlərindən səngərdə dayanır, düşmənə sarsıdıcı zərbələr vurur. 1941-ci ildən Həmzə Sadıqov Cənub-Qərb, Don və Birinci Ukrayna cəbhələrində vuruşur və burada yaralanır. Bir müddət hərbi hospitalda müalicə alır. 1942-ci il mayın 20-də 76-cı diviziyada 122-ci qvardiya topçu alayının divizion komandiri təyin olunur. İgid həmyerlimizin döyüş şöhrəti də məhz bundan sonra başlayır. Fon Rodenburq Stalinqrad cəbhəsində faşist işğalçılarının məğlub edilməsinin birinci səbəbini Bakı şəhərinin alınmaması və benzinin çatışmaması ilə əlaqələndirir. Tarixdən məlumdur ki, Adolf Hitlerin Bakının işğal planı 1942-ci ilin sentyabrın 25-də başa çatdırılmalı idi. Əgər bu əməliyyat uğurla həyata keçsəydi, İohan Fon Rodenburq Bakının komendantı təyin olunacaqdı. Lakin Hitlerin böyük arzusunu qafqazlı balası, azərbaycanlı Həmzə ürəyində qoyur. Hitlerin 8 kəşfiyyat generalının sırasında bu faşist canisinin xüsusi yeri olub. Təcrübəli alman generalını "Sadıqaşvili" ləqəbli gənc azərbaycanlı kəşfiyyatçı zabit Həmzə Cümşüd oğlu Sadıqov əsir tutub. Həmzə Sadıqovun Stalinqrad cəbhəsindən sonra uzun və çətin cəbhə yolu başlayır. O, Praqanın, Budapeştin və Drezdenin azad olunması uğrunda gedən döyüşlərdə də xüsusi fədakarlığı ilə fərqlənir. Onun döyüşdə göstərdiyi igidliklər dövlət tərəfindən qiymətləndirilir. Həmzə Sadıqov çoxlu orden və medallarla təltif olunur. Keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin Mərkəzi arxivindən alınmış 10 fevral 1978-ci il tarixli sənəddən xalqımızın qorxmaz oğlu Həmzə Sadıqovun döyüş rəşadətləri haqqındakı qeydləri oxuyuruq: "Stalinqrad yaxınlığında faşist işğalçılarının darmadağın edilməsində baş leytenant Həmzə Sadıqovun komandanlıq etdiyi batareya 200 alman əsgər və zabitini, 15 pulemyot, 20 taxta-torpaq atəş nöqtəsini və istehkamını, 6 müşahidə məntəqəsini, canlı qüvvə və hərbi ləvazimatla dolu olan 10 yük maşınını sıradan çıxarmışdır". Qəhrəmanın oğlu Firdovsi Sadıqov atasının sənədlərini səliqə ilə saxlayır, həm də onun haqqında çoxlu arxiv sənədləri toplayıb. Sənədlərin bir hissəsini Volqoqrad dövlət müdafiə muzeyinə təqdim edib. Firdovsi Sadıqovun ağır sınaq illərində şərəfli döyüş yolu keçmiş hər bir Azərbaycan oğlunun və eləcə də atası Həmzə Sadıqovun həyatını  hər zaman araşdırmış, və gənc nəslə örkən olan qəhrəmanlarımızı Azərbaycan gəncliyinə tanıtmışdır. Respublika Veteranlar Təşkilatı ilə daim əməkdaşlıq edən Firdovsi Sadıqov Təşkilatın gördüyü işlərdə yaxından iştirak edir. Firdovsi Sadıqovun fədakar əməyi hər zaman Respublika Veteranlar Təşkilatının rəhbərliyi tərəfindən layiqincə qiymətləndirmişdir. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Rusiya Federasiyasının təsis etdiyi “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyik yubiley medalı”nı Firdovsi Sadıqova təqdim edildi.

Hamısını oxu
“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sayı artmaqdadır

Dünyanın müxtəlif ölkələrindən olan təşkilatlar bəyannamə çərçivəsində KOB-ların “yaşıl iqtisadiyyat”a keçidi üzrə səylərin birləşdirilməsinə dəstəklərini ifadə edirlər.  Veteran.gov.az xəbər verir ki, 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə qoşulan təşkilatların sayı artmaqdadır. Artıq yerli və xarici ölkələrin 14 qurumu, beynəlxalq təşkilatlar və sahibkarlar şəbəkəsi müvafiq bəyannaməni dəstəkləyir. Belə ki, ötən ilin noyabr ayından etibarən bəyannaməyə İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC), Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu (DAMU), Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsi (INSME), Vyetnam Sahibkarlıq Milli Assosiasiyası (VINEN), KOBİA, Beynəlxalq Ticarət Mərkəzi (ITC), Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Azərsun Holdinq”, Asiya İnkişaf Bankı, Belarus Respublikasının İnvestisiya və Özəlləşdirmə üzrə Milli Agentliyi, Dünya İqlim Fondu və s. dəstəyini ifadə ediblər.  Qeyd edək ki, KOBİA tərəfindən hazırlanmış “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bəyannamə qlobal miqyasda istixana qazı emissiyalarının 50%-ni təşkil edən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulanlar kiçik bizneslərə “yaşıl iqtisadiyyat”a keçid üzrə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bəyannamə həmçinin, Azərbaycanın yaşıl keçid və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə sayt da (www.greensme.org) yaradılıb.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu