Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikasının sabiq müdafiə naziri vəfat edib

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev vəfat edib. Dadaş Rzayevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

 

Allah rəhmət eləsin!

 

Seymur ƏLİYEV

2024-05-27 22:14:53
3323 baxış

Digər xəbərlər

Novxanıda 27 sentyabr Anım Günü ilə bağlı şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib

27 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbir üstünə gül dəstələri qoyulub, dualar oxunub.  300 nəfərə yaxın şəxsin iştirak etdiyi ehsan süfrəsində məscidin axundu Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Buzovna Cümə Məscidinin axundu Hacı Soltan Əlizadə, iş adamı Hacı Cəlil Nağıyev, şəhid ailələri, qazilər, müharibə əlilləri, kənd ağsaqqalları və  digər kateqoriyadan olan vətəndaşlar iştirak edib. 27 sentyabr – Anım Gününün milli-mənəvi önəmindən bəhs edən məsclis iştirakçıları, xalqımızın məhz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə qarşı ölüm-dirim mübarizəsinə qalxdığını, cəmi 44 gün içində düşməni darmadağın edərək tarixi zəfərə imza atdığını vurğulayıb. 8 Noyabr zəfərinə şəhidlərimizin qəhrəmanlığı sayəsində nail olunduğunu bildirən natiqlər, onların əziz xatirəsinin sonsuza qədər xalqımız tərəfindən sevgi və ehtiram hissi ilə yad ediləcəyini vurğulayıblar. İş adamı Cəlil Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ehsan süfrəsində iştirak edən şəhid ailələri və veteranlar, dövlətimizin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Seymur ƏLİYEV  

Hamısını oxu
Gəncədə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfrans keçirilib

Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqilliyin Bərpası Gününə  həsr olunmuş “Azərbaycanın müstəqillik salnaməsi: Suverenliyə aparan yol”  mövzusunda regional konfrans keçirib. Ağsaqqalların, ziyalıların, müəllim və tələbələrin iştiakı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov   konfrans iştirakçılarını salamlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bağlı fikirlərini bölüşüb. Qarşıdan gələn 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü tariximizin böyük dönüş nöqtəsi kimi dəyərləndirib. Natiq, həmçinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmiş Vətən övladlarından söz açıb. Bütün şəhidlərimizi, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş 30-dan çox şəhidimizi ehtiramla xatırlayıb. Ölkəmizdə ağsaqqallarla gənclərin vəhdətini yüksək dəyərləndirən Zəfər Qurbanov bu birliyin növbəti təzahürü olan regional konfransın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov çıxış edərək hər kəsi qarşıdan gələn Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. 1991-ci ildə Azərbaycan xalqının müstəqillik istəyinin həyata keçdiyini bildirən natiq vurğulayıb ki, biz bu müstəqilliyi Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində qoruyub saxlaya bildik. Ulu Öndər dövlətimizi məhv olmaqdan xilas etdi və bu gün Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində müstəqil və suveren Azərbaycan dünya səviyyəsində güclü və qüdrətli ölkəyə çevrilib. Bayram Yusifov, həmçinin, 2003-cü ilin 15 oktyabr tarixində cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyini və həmin gündən 22 il ötdüyünü xatırladıb. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki belə müdrik və güclü Prezidentimiz var. Regional konfransda çıxış edən digər natiqlər də bu tarixi məkanda – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada Müstəqilliyin Bərpası Gününə həsr olunmuş  regional konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən, eləcə də ölkə başçısı cənab İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən ətraflı  bəhs ediblər. Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, 88 yaşlı professor Nurəddin Məmmədov uzunmüddətli səmərəli fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Konfransdan sonra tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət ediblər. Kompleksdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyaraq, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.

Hamısını oxu
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər,   Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”  

Hamısını oxu
Təhlükəsizliyimizin, stabitliyimizin qarantı İlham Əliyevdir

"Təhlükəsizliyimizin, stabitliyimizin qarantı İlham Əliyevdir. İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın gələcəyi üçün çox vacibdir".    Bunu Qlobal.Az-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov aprel ayının 11-ə təyin olunan Prezident seçkilərinə münasibət bildirərkən deyib. Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyev cənablarının Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərdiyi xüsusi diqqətdən də söz açıb:" Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatına Prezident İlham Əliyev cənabları daim xüsusi diqqət bəsləyib. Möhtərəm Prezidentimiz çıxışlarında da daim deyir ki, veteranlar, şəhid ailələri dövlət orqanlarının diqqət və qayğısı ilə əhatə olunmalıdır. Biz bu diqqət, qayğını həmişə görmüşük. Bu gün dünya odun-alovun, terrorun, müharibələrin məngənəsində didilir. Azərbaycanda isə ictimai-siyasi sabitlikdir. Ölkədə iqtisadi yüksəliş ildən-ilə davam edir. İnsanlar asanlıqla işləyə, yaşaya, yarada bilirlər. Azərbaycan artıq regionun super dövlətinə çevrilib. Regionumuzda heç bir siyasi-iqtisadi layihə Azərbaycan dövlətinin iştirakı olmadan həyata keçirilə bilmir. Əlbəttə ki, bütün bu uğurlara məhz Prezidentimiz İlham Əliyev cənablarının yorulmadan apardığı qətiyyətli, prinsipial, əsaslı və müdrik siyasəti nəticəsində nail olunub".   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının iki aydan sonra Respublikada baş tutacaq Prezident seçkilərində aktiv iştirak edəcəyini vurğulayan polkovnik C. Xəlilov İlham Əliyevi dəstəkləyəcəklərini deyib.    "Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan respublikasının Prezidentliyinə İlham Əliyev cənablarının namizədliyini irəli sürəcək. Bilirik ki, həm ölkəmizin daxilində, həm də ki, xaricdə ölkəmizdəki siyasi sabitliyi pozmaq istəyən, iqtisadi cəhətdən ölkəmizi özlərindən asılı vəziyyətə salmaq istəyən məkrli qüvvələr var. Biz veteranlar imkan verməyəcəyik bu stabillik pozulsun. İlham Əliyev cənabları beynəlxalq səviyyədə qəbul edilən, hörmət bəslənən, intellektual, dünyanın siyasi fəlsəfəsini bütünlüklə dərk edən və dəqiq qərarları ilə həmişə bir addım öndə olmağı bacaran liderdir. İlham Əliyev idarəetmə sisteminə çoxlu yeniliklər gətirib, bunlar da cəmiyyətin inkişafı üçün çox vacib məsələlərdir. Dünyada gedən proseslərə özünəxas yanaşması onu həmişə digər siyasi xadimlərdən ciddi olaraq fərqləndirə bilib. Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə fəxr edirik. Təhlükəsizliyimizin, stabilliyimizin qarantı İlham Əliyevdir. İlham Əliyevin yenidən Prezident olması Azərbaycanın gələcəyi üçün çox vacibdir"-deyə, polkovnik C. Xəlilov qeyd edib. 

Hamısını oxu