Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Generaldan şəhidlərlə bağlı möhtəşəm ifadə: “Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!”

General-mayor Müşfiq Məmmədov:  “Şəhidlər bizim baş tacımızdır!”

“Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!”

 Moderator.az-a xəbər verir ki, bunu Beynəlxalq Muğam Mərkəzində keçirilən “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfransda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov deyib.

Xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərə görə ilk növbədə şəhidlərə minnətdar olduğumuzu bildirən general, şəhid ailələrinin önündə baş əydiyini vurğulayıb:

“Şəhidlər bizim baş tacımızdır. Biz onların ailə üzvlərinin, bütün yaxınları qarşısında baş əyirik. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq, hər zaman ehtiramla yad ediləcək”.

Seymur ƏLİYEV

2024-06-05 20:24:56
3310 baxış

Digər xəbərlər

Kürdəmirdə 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin yubileyi münasibətilə tədbir keçirilib

Tədbir Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub 4 iyul 2024-cü il tarixdə Kürdəmir rayonunda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayevin təşkilatçılığı ilə Kürdəmir rayon sakini, 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin 30 yaş yubiley günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirin təşkilinə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilib. Tədbirdə Az.GƏC tərəfindən çəkilmiş  və 44 günlük Vətən Müharibəsində göz nurunu Vətən yolunda itirən onlarla  qazi və veteranlara həsr olunan “Gözümün Nuru Vətən”  adlı silsilə filmlərdən Rəhman Nuriyevə həsr olunan  film nümayiş etdirilib. Tədbirdə rayon icimaiyyəti ilə yanaşı, Bakıdan ezam olunan  AzGƏC-in rəhbəri Səmyar Abdullayev və işçi heyəti,  mədəniyyət  xadimləri, Kürdəmir rayon İcra Hakimiyyəti nümayəndələri, onlarla qazi və Rəhman Nuriyevin döyüş yolunda onunla çiyin-çiyinə vuruşan əsgər dostları iştirak ediblər. Tədbirin aparılıcılığı filmin müəllifi olan Gənc Tamaşaçılar Milli Teatrının aktrisası Simuzər  Atakişiyevaya həvalə edilib. Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək Gözdən Əlillər Cəmiyyətinin göz işığını itirmiş qazilərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdığını və daim öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. Həmçinin Rəhman Nuriyevə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Fəxri Fərman təqdim etdi. Tədbirə gələn qonaqlara ölkəmizin tanınmış mədəniyyət nümayəndələrinin çıxışı ilə  musiqili töhfə verildi.

Hamısını oxu
Avropa İttifaqının ali nümayəndəsinin qərəzli fikirləri ikili standart nümunəsidir

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Əli Əliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Əliyev Əli Hüseyn oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əli Əliyevin vəfatından kədərləndiyini bildirir və bu münasibətlə mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir.  Məlumat üçün qeyd edək ki, Əli Əliyev müharibə dönəmində bir sıra cəbhələrdə faşizmə qarşı mübarizədə aktiv iştirak edib, döyüşlərdə böyük igidliklər göstərib. Məhz bütün bunların nəticəsidir ki, cəsur azərbaycanlı hərbi komandanlıq tərəfindən “Qırmızı ulduz” ordeni, “Böyük Vətən Müharibəsi” ordeni və daha 15 medalla təltif edilib. Allah rəhmət eləsin!

Hamısını oxu
Ucar rayonunda 27 sentyabr Milli Anım Günü geniş şəkildə qeyd edilib

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr Milli Anım Günü bütün ölkə ərazisində olduğu kimi Ucar rayonunda da qeyd edilib. Ucar rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib.   Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub.   Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib.   Daha sonra Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov şəhid ailələrinin üzvləri il söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələrinin üzvləri və qazilər diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.   Milli Anım Günü çərçivəsində Ucar rayonunda habelə agacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib.   Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirik.  

Hamısını oxu