Digər xəbərlər
May ayının 26-27-də Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibəti ilə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfrans Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) dəstəyi ilə baş tutmuşdur. Tədbir başlamazdan Xalq Cümhuriyyətinin qurucularının və vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilmişdir. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs edən, həmçinin Türkiyədə təhsil alan müxtəlif türk xalqları gənclərinin nümayəndələrinin Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərindən ibarət videoçarxlar nümayiş etdirilmişdir. Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və Dərnəyin Nəzarət Komitəsinin rəhbəri Rza Məmmədov beynəlxalq konfransa qatılanlara təşəkkür edərək konfransda Cümhuriyyətin qurulmasından ötən 100 illik tarixin dövlət quruculuğu, daxili və xarici siyasət, iqtisadi, sosial və mədəni sahələr üzrə mövzular əsasında müzakirə olunacağını bildirmişlər. Tarixi yaddaşın diri saxlanması məqsədi güdən layihə barədə məlumat verən R.Məmmədov beynəlxalq konfransda iştirak üçün göndərilən elmi məqalələrin seçilməsinin iki mərhələdə aparıldığını, ilk mərhələdə 13 ölkədən 542 məqalə xülasəsinin daxil olduğunu, onlardan 217-sinin ikinci mərhələyə keçdiyini, qiymətləndirmə nəticəsində 60 məqalənin konfransın proqramına daxil edildiyini bildirmişdir. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyətinin 39 universitet və iki ictimai təşkilatının nümayəndələrinin göndərdiyi elmi məqalələr yalnız Xalq Cümhuriyyəti illərini deyil, Azərbaycan tarixinin 100 illik dövrünü əhatə etmişdir. Konfransın açılışında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Anadolu Universitetinin rektoru Naci Gündoğan, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban çıxış edərək Xalq Cümhuriyyəti qurulmasının Azərbaycan xalqının həyatında böyük və çox əhəmiyyətli hadisə olduğunu qeyd etmiş, bu dövlətin öz üzərinə götürdüyü çətin tarixi vəzifələri qısa müddətdə ləyaqətlə yerinə yetirdiyini bildirmişlər. Çıxış edənlər Türkiyə-Azərbaycan münasibətlərinin bütün dönəmlərdə qardaşlıq əsaslarına dayandığını, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bunun bir daha təsdiq olunduğunu tarixi faktlarla diqqətə çatdırmışlar. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar beynəlxalq elmi konfransın məhz Əskişəhərdə keçirilməsindən qürur duyduğunu, böyük Atatatürkün dediyi kimi “Azərbaycanın sevincini Türkiyənin sevinci, kədərini Türkiyənin kədəri” saydıqlarını bildirən Əskişəhər valisi Özdemir Çakacak Azərbaycanın 1991-ci ildə müstəqilliyin bərpasından sonra hər bir sahədə böyük uğurlara imza atdığını, qardaş ölkənin qazandığı uğurlarda 100 il əvvəl təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin də böyük payı olduğunu qeyd etmişdir. Açılışdan sonra öz işini panellərlə davam etdirən konfransda iki gün ərzində “1918-dən 1920-yə Azərbaycan”, “Turizm”, “Tarixi şəxsiyyətlər”, “Mədəniyyət və siyasət”, “Cəmiyyət və mədəniyyət”, “Təhsil”, “Tarix və ədəbiyyat”, “Fəlsəfə”, “Dil və ədəbiyyat”, “Türklük”, “Siyasət və idarəçilik”, “Tarix və mədəniyyət”, “Mətbuat” və “İqtisadiyyat” panellərində ümumilikdə 60 elmi məruzə dinlənilmişdir. Elmi məruzələr arasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Cümhuriyyətin üçlü formulu: Türkləşmək. Müasirləşmək. İslamlaşmaq”, Türk dili və Ədəbiyyatı bölüm başqanı dosent Nazim Muradovun “Məhəmməd Əmin Rəsulzadənin “İnsanlara hürriyət, Millətlərə İstiqlal” deyimi üzərinə notlar”, tarix üzrə fəlsəfə doktoru Lətif Babayevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət quruculuğu (ikinci və üçüncü hökumətlərin təcrübəsi əsasında), Tükiyənin universitetinin professoru Toğrul İsmayılın Azərbaycan Cümhuriyyətinin (1918-1920) quruluş dönəmində sərhəd problemləri”, Xəzər universitetinin dosenti Vurğun Əyyubun “Cümhuriyyət dövrü yazarlarımızdan Hüseyn Cavid yaradıcılığı və Sərvəti-Fünun”, professor Səlcuk Dumanın “Güney Azərbaycan milli oyanış hərəkatı (GAMOH)”, professor Mehman Dəmirlinin “Azərbaycan Xalq Cümhuriyyəti: Demokratiya və insan hüquq və azadlıqları” adlı məruzələri xüsusi maraq doğurmuşdur. Mayın 28-də Respublika günündə beynəlxalq konfransın iştirakçıları Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri ilə birlikdə Ankara şəhərində Məhəmməd Əmin Rəsulzadənin və Mustafa Kamal Atatatürkün məzarlarını ziyarət etmiş, hər iki Cümhuriyyətin qurucularının məzarlarına gül çələngi qoymuşlar
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xarici Kəşfiyyat Xidmətini (XKX) peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. XKX rəisi general-polkovnik Orxan Sultanova ünvanlanan təbrik məktubunda deyilir:
Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı əmək və müharibə veteranlarının, yaradıcı ziyalıların və ictimai fəalların iştirakı ilə 15 iyun - Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib. Tədbirdən öncə Qurtuluş Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Rayon Rəsm Qaleriyasının müdiri Elçin Nəzərov nümayiş olunan şəkillər barədə tədbir iştirakçılarına məlumat verib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov Azərbaycan xalqının həyatında həlledici rol oynayan bir məqamın - Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin tarixi əhəmiyyətindən geniş danışıb. O, vurğulayıb ki, vətəndaş müharibəsi və müstəqilliyimizi itirmək təhlükəsinin yarandığı bir vaxtda xalqın təkidli istəyilə bütün məsuliyyəti öz üzərinə götürən Ulu Öndər uzaqgörən siyasəti və diplomatik məharəti ilə xalqla dövlətin sarsılmaz birliyini yarada bildi və bununda nəticəsində ölkəmizin başı üstünü almış qara buludları dəf etdi, törədiləcək faciələrin qarşısını aldı. Dünyanı heyran qoyan bu dahi şəxsiyyətin müdrikliyi sayəsində ölkəmiz bütün fəlakətlərdən qurtuldu. "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri Maşalla Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, Əmək və Müharibə veteranları İsmayıl Quliyev, Əsəd Əliyev, Mirzəbala Hüseynov, Rəsul Bayramov, Qurban Əhməd, Böyükağa Həbibi, Kamran Sadıqov, Sakit İsayev və başqaları çıxış edərək bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Heydər Əliyevin ölkəmizin və xalqımızın həyatında göstərdiyi misilsiz xidmətlərindən danışıb və bildiriblər ki, onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsini icrası çərçivəsində ilk tədbirini keçirmişdir. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, vətən yolunda canından keçmiş şəhidlərimizin, vətən qarşısında əvəzsiz xidmətləri olan şəxslərin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ edilməsidir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin sələnməsi ilə başlamış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini polkovnik Cəlil Xəlilov lahiyə barəsində, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın fəaliyyəti, keçirilən tədbirlər məlumat vermiş, bu sahədə veteranların üzərinə düşən vəzifələrdən danışmışdır. Cəlil Xəlilov çıxışına davam edərək demişdir: “Bu gün biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” adlı layihənin ilk tədbirinə toplaşmışıq. Şəhidlərimizə həsr olunmuş belə layihələr mühüm əhəmiyyət kəsb edir. Çünki şəhidlər babaların bizlərə əmanət etdiyi yurdu canları, qanları bahasına müdafiə ediblər. Onlar Vətəni yaşatmaq naminə qanlı döyüşlərə atılıblar. Düşmənə ağır zərbələr vuraraq Azərbaycanın qəhrəmanlıq, mərdlik tarixinə yeni, silinməz səhifələr yazıblar. Hər birimiz bu gün də, sabah da onlar qarşılarında minnətdarlıq borcumuzu yerinə yetirməli olduğumuzu bir an da unutmamalıyıq. Xüsusilə gənclər onların hər birinin həyat yolu, döyüş yolu barədə məlumatlı olmalı, Vətəni, xalqı müdafiə etməkdə yeri gəlsə hər cür fədakarlığa hazır olmalıdırlar. Bu yolda həyatını fəda edənlərin əbədi yaşamaq haqqı var. Respublika Veteranlar Təşkilatı belə tədbirləri yalnız layihələrlə əlaqədar deyil, il ərzində müvafiq Tədbirlər Planı əsasında müntəzəm olaraq keçirir. Layihələrə gəlincə, biz 2016-cı ildə “Qarabağ müharibəsi qəhrəmanlarını tanıyaq və tanıdaq” adlı layihə də həyata keçirmişdik. Bu çərçivədə ölkənin 4 regionunda əsasən gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilmişdi. İndiki tədbirlərdə də həm Qarabağ, həm də Aprel şəhidlərinin həyat və döyüş yolundan söhbət açılacaqdır. Ümumiyyətlə vətənpərvərlik tərbiyəsi, gənclərin xalqımızın qəhramanlıq, dövlətçilik tarixinə sədaqət, məhəbbət ruhunda tərbiyə olunması Təşkilatımızın başlıca vəzifəsidir. Bu baxımdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi və bu günü, qəhrəman oğullarımızın nəsillərə örnək olacaq yolunun təbliği bizim daim diqqət mərkəzimizdədir. Şəhidlərimiz haqqında biz hər gün, hər saat danışmalı, onların daim xatırlanmalarına nail olmalıyıq. Yeniyetmə və gənclər bu işdə daha fəal olmalı, onların adına layiq insanlar kimi yetişməyə çalışmalıdırlar. Layihə çərçivəsində görüşlərimiz davam edəcək, ali və orta məktəblərdə belə tədbirlər keçiriləcəkdir. Biz şəhidlərimizə həsr olunmuş bir kitabça da hazırlamışıq”. Tədbirdə Respublika Veteranlar Təşkilatının əməkdaşları ehtiyatda olan polkovniklər Adil Haqverdiyev, Lətif Babayev, şairə Güləmail Murad, polis orqanlarının veteranı e.o polkovnik-leytenant Zakir Məmmədov və başqaları çıxış edərək şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadacağını, yeniyetmə və gənclərimizin onların həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etməsini qeyd etmiş, yeni nəslin üzərlərinə düşən vəzifənin məsuliyyətlərini dərindən dərk etdiklərinə, torpaqlarımızın erməni işğalından azad olunması üçün hər cür fədakarlığa hazır olacaqlarına əminlik ifadə etmişlər. Həmçinin bildirilmişdir ki, Təşkilatın layihəni həyata keçirməkdə məqsədi həm də müasir yeniyetmə və gəncliyimizə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına nail olmaqdır. Tədbirin sonunda iştirakçılara qəhrəman şəhidlərimizə həsr edilmiş marifləndirici bukletlər paylandı, gənclərlə veteranların birgə xatirə şəkli çəkdirildi.
Hamısını oxu