Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərib

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi, bu il də tanınmış iş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı - qurban payı göndərib. Bütövlükdə Nehrəm qəsəbəsi və ətraf kəndlərdə məskunlaşan 1250 ailə bayram günündə Qurban payı ilə təmin olunub. 

Bayram günündə şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailəlrin yad edilməsi həssas kateqoriyadan olan şəxslər tərəfindən məmnunluq hissi ilə qarşılanıb.

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarıdna dəfələrlə həssas kateqoriyadan olan vəəndaşlara diqqət və qayğı göstərməyi hər bir vətəndaşın mənəvi borcu adlandırıb, iş adamlarını, sahibkarları bütün sahələrdə olduğu kimi bu məsələdə də dövlət siyasətini dəstəkləməyə çağırıb. İş adamı Səfər Əlirzayevin ənənəvi xeyriyyəçilik fəaliyyətini mütəmadi şəkildə genişləndirməsi, bütün bayramlarda şəhdi v əqazi ailələrini bayram sovqatları ilə sevindirməsi sahibkarlarımızın dövlət başçısının bu çağırışını əməli şəkildə dəstəklədiyini göstərir.

Biz də Hacı Zeynalabdin Tağıyev məktəbinin davamçısı olan hörmətli iş adamı Səfər Əlizayevə öz xeyirxah əməllərinə görə təşəkkür edir, minnətdarlığımızı bildiririk.

Seymur ƏLİYEV

 

2024-06-16 21:49:25
4198 baxış

Digər xəbərlər

General Əli Nağıyevdən həmkarlarına çağırış: Təhlükəsizliyin “Azərbaycan modeli” qlobal xilas yolu kimi...

DTX rəisinin beynəlxalq tədbirdəki çıxışı böyük maraq və təqdirlə qarşılanıb Xəbər verdiyimiz kimi, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib. Tədbirdə təhlükəsizliklə bağlı mövcud problemlərə toxunan general Əli Nağıyev, bu problemlərlə mübarizə üsullarından da bəhs edib, bununla bağlı konkret təkliflər səsləndirib. General bildirib ki, beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlərə qarşı ən effektiv mübarizə üsulu qarşılıqlı əlaqələri gücləndirmək, əməkdaşlıq səylərini artırmaqdır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman öz çıxışlarında beynəlxalq aləmdə sülh və təhlükəsizlikə bağlı artan təhlükələrə qarşı mübarizənin ən effektiv yolunun qlobal həmrəylik və əmədkaşlıq olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, məhz birgə səylər, səmimi əməkdaşlıq və ciddi həmrəylik dünyamızı təhdid və təhlükələrdən hifz edə, sülh və sabitliyi təmin edə bilər. Bu gün dünyamızda baş verən problemlərin milli sərhədləri aşması, qlobal  arakter alması faktı sübut edir ki, həqiqətən də məlum problemlərlə mübarizənin ən effektiv yolu beynəlxalq əməkdaşlıq və həmrəylikdir. Prezident İlham Əliyevin müəllifi olduğu təhlükəsizliyin “Azərbaycan modeli” bu gün müharibə, münaqişə və terrordan əziyyət çəkən dünyamız üçün yeganə xilas yoluna çevrilib. Hansı ki, general Əli Nağıyev beynəlxalq tədbirdəki çıxışında məhz bu faktora diqqət çəkib, həmrəylik və əməkdaşlıq zərurətinin hər ötən gün artdığını vurğulayıb. Onu da qeyd edək ki, Azərbaycan dövləti beynəlxalq terrorizmə qarşı mübarizədə daim xüsusi aktivlik nümayiş etdirib, digər dövlətlərin anti-terror səylərini dəstəkləmək, bu mübarizədə yaxından iştirak etməklə qlobal sabitliyə böyük töhfələr verib. Lakin bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə daha ciddi nəticələrin əldə edilməsi üçün Azərbaycanın əməkdaşlıq səylərinin digər dövlətlər tərəfindən daha miqyaslı dəstəklənməsinə ehtiyac var. Bu baxımdan DTX rəisi Əli Nağıyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında böyük maraqla qarşılanan çıxışı bu coğrafiyada terrorizmə qarşı mübarizədə yeni bir mərhələnin başlanğıcı ola bilər. Bunun üçün üzv dövlətlərin bu çağırışdan lazımi nəticələr çıxarması, terrorizmə qarşı mübarizədə həmrəylik və əməkdaşlıq səylərini artırması kifayətdir. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.   Dövlət başçısının rəsmi "Facebook” səhifəsində etdiyi paylaşımında Ulu Öndərin sitatı yer alıb:   "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.  

Hamısını oxu
Azərbaycanın hər zaman alternativ seçimləri və imkanları var

Postmüharibə dövründə Azərbaycan çox mühüm təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə möhkəmlənməsini təmin edir. Bu, həm də regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması baxımından əhəmiyyətlidir. Azərbaycan indiyə qədər vacib strateji layihələr reallaşdırıb, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən dizayn edib. 44 günlük Vətən müharibəsindən sonra bölgədə kommunikasiyaların bərpası da Prezident İlham Əliyevin diqqət mərkəzindədir və Azərbaycanın strateji gündəliyinin mühüm tərkib hissəsidir. Bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması da bu səpkidə böyük önəm daşıyır. Memorandumun imzalanması həm geosiyasi, həm də iqtisadi əhəmiyyətə malikdir. Çünki bununla Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsi, eləcə də rabitə və enerji təminatı xətləri yaradılır. Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Layihənin icrası Naxçıvan MR-in blokadadan çıxması, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılması baxımından da olduqca önəmlidir. Bu isə Azərbaycanın əsas strateji məqsədlərindən birinə nail olacağını göstərir. Bütün bunlar deməyə əsas verir ki, Anlaşma Memorandumunun imzalanması Azərbaycanın yeni diplomatik nailiyyəti və tarixi hadisədir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan qətiyyətli mövqe sərgiləsə və müvafiq addımlar atsa da, Ermənistan bir sıra öhdəliklərin yerinə yetirilməsindən yayınmağa çalışıb. Xüsusilə də, regionda kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar İrəvan bu günə qədər vaxtı uzatmağa çalışıb, konkret mövqe ortaya qoymayıb. Azərbaycan isə təsdiqləyib ki, bütün hallarda, hər cür şəraitdə alternativ seçimləri və imkanları var. Ölkəmizin bəhs olunan Anlaşma Memorandumunun imzalanması ilə Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısının yaradılmasına nail olması da bunun əyani təsdiqidir. İndi zaman Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə işləyir. Ölkəmiz öz strateji hədəflərinə doğru addım-addım irəliləyir. Məğlub ölkənin isə regional təcrid vəziyyəti dərinləşir. Azərbaycan strateji seçimini edib – rifah və inkişafa yönəlik yeni regional nizam yaradır. İndi söz sırası İrəvandadır. Ya konstruktiv davranıb yeni reallıqlardan faydalanacaq, ya da siyasi xaos və iqtisadi tənəzzül şəraitində çırpınışlarını davam etdirəcək.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılışı olub

Açılışda Cəlilabad rayon Veteranlar Təşkilatının nümayəndələri də iştirak edib Veteran.gov.az xəbər verir ki, Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub. Büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub. Şəhidin anım günündə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, rayon Veteranlar Təşkilatının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Cəlilabad İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Rəşad Abdullayevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. Rəşad Abdullayevin atası Arif Abdullayev, anası Sevil Abdullayeva, şəhidin həyat yoldaşı, yaxınları və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu söyləyiblər. Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Qeyd edək ki, kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.  Ədalət  Salmanov,  Cəlilabad rayon  Veteranlar Təşkilatının sədri       

Hamısını oxu