Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə veteranlar, gənclər, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin  önəminə toxunub, ordumuzun keçdiyi inkişaf yoluna nəzər salıb. Polkovnik Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əsrlər sonra da heyrət və ehtiramla yad ediləcəyini bildirib.

Prezident Administrasiyasının QHT-lə iş və kommunikasiya şöbəsinin QHT-lə iş sektorunun müdiri Tural Əliyev, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “SOS” MMC-nin direktoru polkovnik Anar Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin zabiti polkovnik-leytenant Xəqani Seyidov, Vətən müharibəsi iştirakçısı Mahmur Kərimov öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin artan gücünə, yüksək döyüş hazırlığı və peşəkarlığına toxunub, Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində atdığı mühüm addımlardan bəhs edib.

Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqımızın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atacağını bildirib.

Tədbirin sonunda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.

2024-06-26 13:40:53
3494 baxış

Digər xəbərlər

Vilayət Eyvazov Nəbiyevə YÜKSƏK VƏZİFƏ verdi

Xocalı rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. Publika.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Zaur Nəbiyev Xocalı rayon Polis Şöbəsinə rəis təyin olunub. O, bu vəzifəyə təyinat alana qədər Binəqədi Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb. Qeyd edək ki, Xocalı RPŞ-nin əvvəlki rəisi Eldar Bağırov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilmişdi. / "Qafqazinfo"

Hamısını oxu
“Referans Medical Group” hüquq-mühafizə orqanlarının və Müdafiə Nazirliyinin bütün əməkdaşlarına 15 faizlik xüsusi endirim kampaniyasına start verib

Referans Medical Group” hüquq-mühafizə orqanlarının və Müdafiə Nazirliyinin bütün əməkdaşlarına 15 faizlik xüsusi endirim kampaniyasına start verib. “Referans Medical Group”un ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, koronavirus infeksiyası yayılmağa başlayan andan etibarən ölkə rəhbərliyinin “Biz birlikdə güclüyük” devizi ilə həyata keçirdiyi sosial layihələrə “Referans Medical Group” daxilindəki klinikalar (Leyla Medical Center, LOR Hospital, Referans Klinik Laboratoriya Mərkəzi, Referans Poliklinikası və filialları) vasitəsilə endirim kampaniyaları, pulsuz müayinə və müalicə aksiyaları ilə dəstək olur. Həyata keçirdiyi kampaniyalar silsiləsinin davamı olaraq, “Referans Medical Group” bu dəfə də 9 May - Qələbə Günündən başlayaraq 28 May - Respublika Gününə qədər hüquq-mühafizə və müdafiə sahəsində çalışan əməkdaşlara tibbi xidmətin bütün istiqamətləri üzrə xüsusi endirimlər təklif edir. Ən az həkimlər qədər operativ və dinamik xidmət göstərən Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə, Müdafiə nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları və onların birinci dərəcəli qohumları (ana-ata, həyat yoldaşı və uşaqlar) mayın 9-dan 28-dək “Leyla Medical Center”də və “Referans” poliklinikasında (Mərdəkan filialı da daxil) laborator, poliklinik və diaqnostik müayinələrdən 15 faiz endirimlə yaralana bilərlər. Kampaniya cərrahi əməliyyatlar, keysəriyyə və doğuş üçün də keçərlidir. Karantin qaydalarına əsasən öncədən qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat zamanı endirimdən yaralanmaq üçün aidiyyəti üzrə xidməti vəsiqələrin təqdim olunması vacibdir. Ətraflı məlumat üçün “Leyla Medical Center”in və ya “Referans” poliklinikasının Çağrı Mərkəzi və WhatsApp dəstək nömrələri 24/7 xidmətinizdədir. Çağrı Mərkəzi: *0101 və ya *0033 WhatsApp dəstək nömrəsi: +994 55 455 0111 Ünvanlar: 1. Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) Xətai rayonu, Yusif Səfərov küç.19 2. Referans Poliklinikası:  M.Mirqasımov 25A (Nəsimi bazarının yaxınlığı)  3. Referans Poliklinikasının Mərdəkan filialı  Sergey Yesenin küç, 58.

Hamısını oxu
Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir

Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib. Hikmət Hacıyev xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik elementlərini vurğulayıb. Qeyd edib ki, Qlobal Cənub ölkələri tarixin müxtəlif dövrlərində bundan çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzündə bir yaradır, lakin təəssüf edirik ki, bu təcrübə qlobal müstəvidə yeni forma və təzahürlər alaraq davam etməkdədir. Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edərkən neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib.  

Hamısını oxu
Türkiyə hərbçilərini və hərbi texnikalarını Naxçıvana göndərdi

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Publika.az xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib. “Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər. Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar. Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

Hamısını oxu