Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İstanbulda Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Eldəniz Babayevin “Zafer müjdesi” adlı fərdi sərgisinin açılışı olub

Cari il 27 iyun tarixində İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Eldəniz Babayevin “Zafer müjdesi” fərdi sərgisinin açılışı olub. 

Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycandakı Atatürk Mərkəzi, Azərbaycan Rəssamlar Birliyi, Bakı Rəsm Qalereyası, “Yeni Gallery” Bakı Sənət Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə keçirilib.

Tədbirdə İstanbuldakı dövlət nümayəndələri, müxtəlif bələdiyyələrin rəhbərliyi, ictimaiyyət təmsilçiləri, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva Azərbaycanın müstəqilliyinin 105-ci, Türkiyənin istiqlaliyyətinin 100, Ulu Öndər Heydər Əliyevin doğumunun 100 illiyinə həsr olunmuş sərginin Türkiyədə də təqdim olunmasının əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycan-Türkiyə qardaşlığı, dövlətlərimiz arasında strateji əməkdaşlıq barədə danışıb. Baş konsul sərginin mövzusunun Türkiyədə də maraqla qarşılandığını, Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyənin mənəvi dəstəyini vurğulayaraq, əldə edilən zəfərin nümayiş etdirilən rəsm əsərlərində öz əksini tapdığını vurğulayıb.

Çıxış edən Atatürk Mədəniyyət Mərkəzinin rəhbəri Zeki Eraslan, TÜRKSOY baş katibinin müavini Sait Yusuf Azərbaycan mədəniyyətinə Türkiyədə daim böyük maraq olduğunu və dünya mədəniyyətinə böyük töhfələr verdiyini bildirərək, rəssamlıq sənətinin qrafika janrında yaradılmış bu unikal əsərlərin böyük tarixi şəxsiyyətlərimiz, Ulu Öndərlər Mustafa Kamal Atatürk, Heydər Əliyev, habelə ibaşqa sərkərdələr, ədəbiyyat simalarının portretləri gənclərəmizə milli vətənpərvərlik hisslərini aşılamaqla yanaşı, onların irsinə mühüm töhfə olduğunu qeyd ediblər.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət adlandırdığı Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığın genişləndiyini, Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını qeyd edib. Samir Abbasov hər bir xalqın dünyada öz mədəniyyəti və sənəti ilə tanındığını vurğulayaraq,  mədəniyyətin  inkişaf etmiş sahəsi olan rəssamlıq sənəti ilə Azərbaycan xalqının haqlı olaraq fəxr etməli olduğunu bildirib. O, rəssamlarımızın dünya incəsənətinə böyük töhfələr verdiyini, Azərbaycan rəssamlıq məktəbinin yetişdirdiyi məşhur nümayəndələrin əsərlərinin dünya incəsənətinin inciləri sırasına daxil edildiyini söyləyib.

Diplomat Azərbaycan-Türkiyə qardaşlığı, zəfərimizə həsr olunmuş sərgi haqqında danışaraq, rəssam Eldəniz Babayevin bir qələmlə yaratdığı unikal rəsmlərdə tarixi şəxsiyyətlərimizin obrazları, onların iç dünyaları da mükəmməl şəkildə yaradıldığını, rəssamın Türk dünyasına olan böyük sevgisinin hiss olunduğunu qeyd edib.

Çıxış edən Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Xalq rəssamı Arif Hüseynov Azərbaycan-Türkiyə dostluğu haqqında danışaraq, Eldəniz Babayev əsərlərində yüksək professionallıq və sənətinə olan dərin bağlılığın hiss olunduğunu, onun əsərlərinin təkrarsızılığı, rəssamlıq, qrafika sənətində özünəməxsus xüsusiyyətlərini qeyd ediblər.

Sonda rəssam Eldəniz Babayev çıxış edərək keçirilən sərgidə nümayiş etdirilən əsərlər haqqında danışıb, Azərbaycan və Türkiyə dövlətlərinin qurucuları, tarixi şəxsiyyətlərimiz, habelə 44 günlük Vətən müharibəsində qazanılan zəfərə dair əsərlər yaratdığı üçün xoşbəxt olduğunu və bu möhtəşəm sərgiyə dəstək göstərdikləri üçün Azərbaycan və Türkiyənin müvafiq qurumlarına öz təşəkkürünü bildirib.

Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin incəsənətə, rəssamlıq sənətinə qayğısından bəhs edən video material nümayiş etdirilib.

Tədbirdə Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii proqram təqdim olunub. Mərkəzin nəzdindəki “Xəzər” Azərbaycan Xalq Rəqsləri Ansamblının üzvləri “Sarı gəlin”, “Naz eləmə” milli rəqslərimizi ifa etmiş, müğənni Vüsalə Əsgərova milli musiqilərimizi ifa ediblər.
“Zafer müjdesi” adlı sərgi çərçivəsində rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətinə həsr olunmuş kitab- kataloq təqdim olunub.

Qeyd edək ki, sərgidə Azərbaycan və Türkiyə dövlətlərinin qurucuları, tarixi şəxsiyyətlərimiz, habelə 44 günlük Vətən müharibəsində qazanılan zəfər, xalqımızın məişəti, adət-ənənələri və mədəniyyətini əks etdirən ümumilikdə 80-ə yaxın qrafika və rəngkarlıq işi nümayiş etdirilir.

Sərgi Atatürk Mədəniyyət Mərkəzində iyul ayının 5-ə kimi fəaliyyət göstərəcək.

 

2024-06-30 20:56:51
3275 baxış

Digər xəbərlər

Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunub

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı Təşkilatla səmərəli əməkdaşlığa görə Fəxri Fərmanla təltif edilib. Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin hər zaman veteran tədbirlərində aktiv iştirak etdiyini bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bundan sonra da ikitərəfli əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.  

Hamısını oxu
Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı...

Vətəndaşlara qayğı, onların sosial rifahının, həyat şəraitinin yüksəldilməsi, ekoloji mühitin yaxşılaşdırılması, mili-mənəvi dəyərlərin təbliği dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri, başlıca fəaliyyət istiqamətidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də  dəfələrlə öz çıxış və müsahibələrində bu amillərin vacibliyinə toxunmuş, məmurları xalqla daha çox təmasda olmağa, xalqa xidmət etməyə, təvazökar davranmağa səsləmişdir. Dövlət başçısının “Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir” ifadəsi də dövlətimizin xalqa, vətəndaşa, onun qayğı və problemlərinin həllinə nə qədər böyük önəm verdiyini göstərir. Bu mənada Bakının Nəsimi rayonunda görülən işlər, həyata keçirilən layihələr, vətəndaşların arzu və ehtiyaclarına olan həssas münasibət Prezidentin tapşırıqlarının praktiki icrası baxımından gözəl örnək, layiqli nümunədir. Nəsimi rayonundakı xalqa xidmət nümunəsinin miqyas və əhəmiyyətini anlamaq üçün bəzi nünslara diqqət yetirmək kifayətdir. Artan yaşıllıqlar, davamlı abadlıq işləri və kütləvi iməcliklər... Nəsimi rayonunda görülən işlər fonunda diqqət çəkən ən mühüm məqamlardan biri dövlət başçısının çağırışına uyğun olaraq rayon ərazisindəki yaşıllıqların genişləndirilməsi, ekoloji mühitin davamlı şəkildə yaxşılaşdırılmasıdır. Bu, özünü park və xiyabanlarıkı yaşıllıqların timsalında daha aydın göstərir. Bununla yanaşı, son illər rayon ərazisindəki küçə və yolların kənarında, eləcə də məhəllələrin daxilində minlərlə ağac əkilib ki, bu da təbiətə qayğının sistemli hal aldığını göstərir. Rayon ərazisində əkilən ağaclar sırasında şam ağacları ilə yanaşı, zeytun və çinar ağacları çoxluq təşkil edir ki, bu da yerli iqlimə uyğun ağacların seçiminə daha çox üstünlük verildiyini göstərir. Nəsimi rayonunda abadlıq işlərinin həyata keçirilməsi də sistemli və mütəmadi şəkildə aparılır. Görülən işlər çərçivəsində binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri həyata keçirilir. Parklarda yararsız vəziyyətə düşən oturacaqların təmiri, tamet daşlarının yenilənməsi, kiçik tutumlu zibil konteynerlərinin quraşdırılması, sanitar-təmizlik işlərinin aparılması, ağac və yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də başlıca fəaliyyət istiqamətlərindəndir. Nəsimi rayonunda iməcliklərin keçirilməsinə də xüsusi diqqət yetirilir, bu iməcliklər zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənir, yaşıllıqlara qulluq göstərilir. Nümunə üçün qeyd edək ki, 15 mart 2025-ci il tarixində Nəsimidə ümumrayon iməcliyi çərçivəsində prospekt və küçələrin yuyulub təmizlənməsi, yaşıllıqlara daha genişmiqyaslı qulluğun göstərilməsi təmin edilmişdir. Bundan başqa, cari ilin aprel ayında rayon ərazisində bir neçə dəfə iməcliklər təşkil edilmiş, bu iməcliklər zamanı genişmiqyaslı təmizlik işləri ilə yanaşı, həm də gənc nəsildə ekoloji mədəniyyəti inkişaf etdirməyə yönəlik maarifləndirici addımlar atılmışdır. Milli-mənəvi dəyərlərə sadiqlik, qəhrəmanların cəmiyyətə tanıdılması, şəhidlərə sonsuz ehtiram... Nəsimi rayonunda milli-mənəvi dəyərlərin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də mühüm diqqət yetirilir, hər ay bu istiqamətdə böyük tədbirlər, önəmli layihələr icra edilir. Bu tədbirlərə qəhrəmanların cəmiyyətə tanıdılması, onların göstərdiyi igidliklərin təbliğ edilməsi, şəhdilərin doğum və anım günərinin qeyd olunması, Ulu öndər Heydər Əliyevdən bəhs edən ədəbi-bədii kompozisiyaların keçirilməsi və s. daxildir. Bunü nümunə olaraq 10 may 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum gününün rayon rəhbərliyi və ictimaiyyətinin birgə iştirakı ilə ehtiramla yad edilməsini göstərmək olar. Həmin gün şəhidin məzarı ziyarət edilmiş, məzar üzərinə gül-çiçək dəstələri düzülmüş, şəhidin xatirəsinə ehtsan süfrəsi verilmişdir. Nəsimi rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliuyev və onun ideyalarının təbliğinə də xüsusi diqqət yetirilir, bu yöndə çoxsaylı tədbirlər keçirilir. Bu qəbildən olan tədbirlərdən biri cari ilin may ayında Nəsimi rayonu Tahir Həsənov adına 23 № li tam orta məktəbdə keçirilmiş,  Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Milli-mənəvi dəyərlərimizin təbliği və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması istiqamətində Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytının da fəaliyyəti olduqca təqdirəlayiqdir. Saytda rayon ərazisində keçirilən tədbir və görülən işlərlə yanaşı,  şəhidlərin doğum və anım günləri ilə bağlı da mütəmadi məlumatlar verilir, onlar haqqında informasiyalar təqdim olunur. İcra Hakimiyyəti sayt vasitəsilə milli dövlətçilik maraqlarımızın təbliği istiqamətində geniş iş aparır, gənclərin Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev ideyalarından faydalanması üçün bütün mümkün imkanlardan sitifadə edir. Məhz görülən bütün bu kompleks işlərin nəticəsidir ki, bu gün Nəsimi rayonu paytaxt rayonları arasında xüsusilə seçilir və öz sürətli inkişafı ilə diqqət çəkir. İnanırıq ki, Nəsimi rayonunda mövcud olan bu ənənə sonrakı illərdə də davam edəcək və paytaxtımızın, respublikamızın ümumi inkişafına bundan sonra da öz töhfəsini verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
“15 sentyabr XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”

Nəsib Məhəməliyev: “Vətən müharibəsinin ilk günlərindən də qardaş Türkiyə Azərbaycanın yanında oldu”   “15 sentyabr 1918-ci il Bakının daşnak erməni-bolşevik birləşmələrinin işğalından azad olunduğu, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”.   Bunu Veteran.gov.az-a millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyə də diqqət çəkib:   “May ayının 28-də İstiqlal bəyannaməsinin elan olunmasına baxmayaraq, Bakı və ölkənin bir çox əraziləri erməni-daşnaklarının, bolşeviklərin işğalında idi. Yeni yaranmış müstəqil dövlətin isə, ərazi bütövlüyünü təmin etmək üçün resursları yox dərəcəsində idi. O dövrdə bütün imkanları ilə Azərbaycana dəstək verən Osmanlı Türkiyəsi öz vəziyyətinin kritik olmasına baxmayaraq, Nuri paşanın komandanlığı ilə Qafqaz islam ordusunu Azərbaycana göndərdi. Türk qoşunlarının Azərbaycana göndərilməsi Avropa ölkələri, o cümlədən Osmanlının müttəfiqləri tərəfindən böyük etirazla qarşılansa da, Türkiyə qardaşlıq borcunu yerinə yetirdi. Qəhrəman türk əsgərləri isə, yerli qüvvələrlə birlikdə, cəmi iki ay ərzində Bakını və ətraf əraziləri düşməndən təmizlədi. Tarix təkrar olunur.   Əsrin sonlarında yaranmış boşluqdan istifadə edən əzəli düşmənimiz Qarabağı 30 il işğalda saxladı. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün ərzində torpaqlarımız azad olundu və Azərbaycan Ordusunun apardığı əməliyyatlar dünya hərb tarixinə düşdü.   Bu şərəfli gündə gələcək nəsillərə nümunə ola biləcək şərəfli miras qoyan Qafqaz islam ordusunun şəhidlərini, Komandan Nuri paşanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəmi şəhidlərimizi böyük ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.   Seymur ƏLİYEV  

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı..

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu