Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Sərhədçilərimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə bağlı filmlər çəkilməli, əsərlər yazılmalıdır”

Nurəddin Mehdixanlı: “Onlar bütün dünyada heyrətlə qarşılanan böyük qəhrəmanlıq nümunələri göstəriblər”

“Sərhədçilərimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə bağlı filmlər çəkilməli, əsərlər yazılmalıdır”.

Bunu Veteran.gov.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, 44 günlük Vətən müharibəsində Dövlət Sərhəd Xidməti (DSX) əsl fədakarlıq sərgiləyib, düşmənə qarşı mübarizədə çoxsaylı qəhrəmanlıqlar göstərib:

“2020-ci ilin 44 günlük Vətən müharibəsi milli tariximizin, hərb tariximizin ən şanlı səhifəsi, qəhrəmanlıq salnaməsidir. Bu müharibədə Azərbaycan xalqı öz lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək düşmənə sarsıdıcı zərbə endirdi, uzun müddətdir ki, işğal altıdna qalan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələri bütün dünyaya əsl peşəkarlıq və qəhrəmanlıq nümunəsi göstərdi.

44 günlük Vətən müharibəsində sərhədçilərimiz də əzmlə döyüşərək Vətən torpağının erməni faşizmindən azad edilməsinə böyük töhfələr verdi. Sərhədçilərimiz bu müharibədə müasir hərbi texnilogiyanın ən son yeniliklərini uğurla tətbiq etdi. Dronlarla düşmənin  hərbi tenxikasına, hava hücumundan müdafiə sistemlərinə, eyni zamanda canlı qüvvəsinə dağıdıcı zərbələr endirildi. Sərhədçilərimiz Arazboyu ərazilərimizdə sürətli hücum əməliyyatları həyata keçirməklə düşməni çaş-baş qoydu və erməni faşizmini özünə gəlməyə imkan vermədən darmadağın etdi. Sərhədçilərimiz Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsinə də böyük töhfələr verdi. Onlar bütün dünyada heyrətlə qarşılanan böyük qəhrəmanlıq nümunələri göstərdilər.

Bu baxımdan, hesab edirəm ki, sərhədçilərimizin qəhrəmanlığı təbliğ edilməli, gələcək nəsillərin bu barədə dolğun şəkildə məlumatlanması, öz tarixinə, milli-mənəvi dəyərlər sisteminə bağlı şəkildə yetişməsi təmin edilməlidir. Bunun üçün isə bütün təbliğati vasitələrdən, o cümlədən, mədəniyyət və incəsənətin imkanlarından istifadə edilməlidir”.

Seymur ƏLİYEV

 

 

 

2024-07-19 11:16:23
2720 baxış

Digər xəbərlər

İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

Hamısını oxu
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa məscidində olub. Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kəlağayıya bükdüyü “Qurani-Kərim”i məsciddə Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı müqəddəs kitabı öpərək onu məsciddə xüsusi yaradılmış guşəyə qoyub. Daha sonra dualar edilib.                                  

Hamısını oxu
Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir

Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Sarıcalı kəndi Ağdam şəhərindən şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. Kəndin adı Cavanşirlər nəslindən olan Sarı Alının adından götürülüb. Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı, sovet dövründə Ağdamkənd Sarıcalısı olub. Beləliklə, Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir. Bu kənd Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin inkişafında xidmətləri olan bir çox tanınmış şəxslər yetişdirmişdir.  Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Möhtərəm Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndində olmaları xalqımız tərəfindən böyük qürurla qarşılanır. Bu iftixar qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının mənəvi haqqıdır. Çünki biz böyük qələbə qazanmışıq. Prezident İlham Əliyevin Ağdam rayonunun Sarıcalı kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər qüdrətli Azərbaycanın yeni mərhələdə əldə etdiyi strateji inkişafına işıq salır. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. “İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız”, - deyə Prezident vurğulayıb. Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib: “Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır”. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirilib

Veteran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mayın 6-da media nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirib. Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Atıcılıq Tirində keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət olan 19 mətbuat  komandası qatılıb.   İştirakçılar əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər. Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanılıb.   Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Turniri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq turnir haqqında məlumat verib. Müasir Azərbaycan tarixinin böyük bir hissəsinin, müstəqilliyimizin qorunub saxlanılmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu diqqətə çatdıran Z.Abdullayev Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edən Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ölkəmizin dostları ilə yanaşı düşmənləri tərəfindən də etiraf olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı inkişaf prosesinin əsası qoyuldu, müstəqilliyin qorunub saxlanılmasının təmin edilməsi istiqamətində milli konsepsiya formalaşdırıldı. Ulu Öndərin dövlətçilik strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin onu daha da inkişaf etdirərək ölkəmizə regionun lider dövləti statusu qazandırdığı vurğulanıb. Bildirib ki, peşəkar siyasətçi kimi medianın rolunu dəqiq anlayan və mətbuatın əhəmiyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti ərzində jurnalistlərin dostu kimi tanınırdı. Z.Abdullayev SHXÇDX-nin mətbuat orqanları ilə mütəmadi olaraq əməkdaşlıq etdiyini, ötən müddət ərzində bir neçə uğurlu layihənin həyata keçirildiyini nəzərə çatdırıb, çıxışının sonunda Ümummilli Liderin xatirəsinə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara xoş əhval-ruhiyyə və uğurlar arzulayıb. Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra  yarışa start verilib. Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri APA TV,  II yeri Azərbaycan Fotoqraflar Birliyi, III yeri Report İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutublar. Qaliblərə kubok, medal, diplom və mükafatlar təqdim edilib.    

Hamısını oxu