Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Almaniya səfəri, səfər əsnasında imzalanan sənədlər dövlətimizin nüfuz və qüdrətinin təzahürüdür”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Prezidentinin Almaniyada yüksək səviyyədə qarşılanması, dünya mediasının bu səfərə xüsusi diqqət yetirməsi Azərbaycanın “orta güc” statusuna malik dövlət kimi beynəlxalq arenada yüksələn imcindən xəbər verir:

“Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra iqtisadi və siyasi müstəvidə ciddi uğurlara imza atan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Avropanın 10-dan çox ölkəsi Azərbaycandan neft və qaz məhsulları idxal edir ki, bu da onların enerji təminatında mühüm rol oynayır.

Bundan başqa, Azərbaycan beynəlxalq arenada özünün etibarlı və səmimi tərəfdaş kimi göstərib. Hansı ki, bu həqiqət dünya ldierləri tərəfindən də etiraf edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən xüsusi təntənə ilə qarşılanması, iki dövlət başçısı arasında keçirilən görüş, verilən açıqlamalar, imzalanan sənədlər dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu fakt sübut edir ki, Azərbaycan Avropanın iqtisadi həyatındakı rolunu artırmaqda, beynəlxalq arenadakı mövqeyini gücləndirməkdədir.

Prezident İlham Əliyevin Almaniya səfərində diqqət çəkən mühüm nüanslardan biri də

Alman-Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə imzalanması oldu. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidiyini, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı dialoq mexanizminin formalaşdığını göstərir. Bu, həm də Almaniyanın Azərbaycan iqtisdiyyatına artan marağından xəbər verir. Alman-Azərbaycan Biznes Şurasının formalaşması iki dövlət arasında həm siyasi, həm də iqtisadi münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini isbatlayır.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verəcək, bu ölkələrin əməkdaşlıq tarixində yeni bir səhifə açacaq”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

2026-07-22 15:00:00
1125 baxış

Digər xəbərlər

YAP Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən videokonfransda Azərbaycanın qlobal təşəbbüsləri müzakirə olunub

Bu gün dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda məntiqə, əsaslı arqumentlərə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa, həmrəyliyə çağıraraq əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirir, yalnız birgə atılan addımlarla bu sınaqdan üzüağ çıxmağın mümkünlüyünü vurğulayır. Bununla bağlı olaraq iyulun 4-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşəbbüsü ilə “Azərbaycanın qlobal təşəbbüsləri” mövzusunda videokonfrans keçirilib. YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda birliyin 80-dən çox fəal üzvü iştirak edib. Videokonfransın moderatoru YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov deyib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ölkə daxilində insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atır. Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi önəmli siyasi hadisədir. Azərbaycan regional və qlobal səviyyədə koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ilk gündən töhfəsini verməyə çalışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıdıb. Ölkəmiz artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır, etimad göstərilir. Təbii ki, burada dövlətimizin başçısının şəxsi nüfuzu çox mühüm amillərdən biri kimi çıxış edir. Daha sonra çıxış edən Milli Məclisin deputatı, YAP Xarici əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda töhfələr verdiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformat şəklində zirvə görüşlərinin keçirilməsinin buna sübut olduğunu vurğulayıb. Qeyd edilib ki, bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Vacib məqam isə Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərməsidir. O ölkələr ki, onların buna ehtiyacı var, həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir. Bununla da BMT-nin 130-dək üzv dövlətinin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük etimadın növbəti göstəricisidir. Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev pandemiyanın bütün dünyaya sürətlə yayıldığı bir zamanda sərhədlərin bağlandığı, beynəlxalq tədbirlərin ləğv edildiyi, yaxın təmasların olmadığı bir müddətdə müasir texnologiyaların tətbiqi ilə əməkdaşlığın davamlılığını qorumağın zəruriliyini iştirakçıların diqqətinə çatdırıb. “Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında zirvə görüşlərinin, digər görüşlərin keçirilməsi onu sübut etdi ki, yaxın təmaslar olmadan da beynəlxalq əməkdaşlığı qurmaq və onu inkişaf etdirmək mümkündür. Dövlətimizin başçısının bu məsələdə liderlik keyfiyyətlərini ortaya qoyması, mötəbər beynəlxalq təşkilatların zirvə görüşlərini keçirməsi pandemiya ilə mübarizədə dövlətlərarası, təşkilatlararası əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bütün bunlar ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan Prezidentinin bu təşəbbüsləri həm də dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və inkişaf etdirdiyi siyasətə sadiqliyinin göstəricisidir”, - deyə Fərid Şəfiyev vurğulayıb. Sonda Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatlarının Gənclər Birliyi sədrləri və fəal gənclər İman Ağayev, Ülvi Heydərov, Elvin İmaməliyev, Əhməd Əliyev, Hülya Məmmədli, Səid Musayev mövzu ilə əlaqədar fikirlərini bildirib, onları maraqlandıran məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Hamısını oxu
Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir

Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Sarıcalı kəndi Ağdam şəhərindən şərqdə - Ağdam-Ağcabədi avtomobil yolunun kənarında yerləşir. Kəndin adı Cavanşirlər nəslindən olan Sarı Alının adından götürülüb. Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı, sovet dövründə Ağdamkənd Sarıcalısı olub. Beləliklə, Sarıcalı ən qədim türk etnosunun yaşadığı kənddir. Bu kənd Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin inkişafında xidmətləri olan bir çox tanınmış şəxslər yetişdirmişdir.  Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Möhtərəm Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndində olmaları xalqımız tərəfindən böyük qürurla qarşılanır. Bu iftixar qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının mənəvi haqqıdır. Çünki biz böyük qələbə qazanmışıq. Prezident İlham Əliyevin Ağdam rayonunun Sarıcalı kəndinə səfəri zamanı səsləndirdiyi fikirlər qüdrətli Azərbaycanın yeni mərhələdə əldə etdiyi strateji inkişafına işıq salır. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. “İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız”, - deyə Prezident vurğulayıb. Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib: “Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır”. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Veteranlar onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər

Azərbaycanda veteranlara diqqət və qayğı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı ərəfəsində az qala unudulmaqda olan 9 May – Qələbə Gününün yenidən dövlət bayramları sırasına daxil edilməsi, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlərin görülməsi, o cümlədən onlara dövlət hesabına mənzil və xüsusi nəqliyyat vasitəsinin verilməsi təmin olunub. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Əlamətdar gün münasibətilə iyunun 28-də Respublika Veteranlar Təşkilatının rəhbərliyi və üzvləri, müharibə, əmək və Silahlı Qüvvələr veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn veteranlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub. Respublika Veteranlar Təşkilatının inzibati binasında keçirilən tədbirdə bu qurumun sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada bütün sahələrdə olduğu kimi, veteranlar təşkilatının fəaliyyətində də canlanma yaranıb. Qeyd olunub ki, 1987-ci il mayın 6-da Respublika Veteranlar Təşkilatı yaradıldı. Həmin vaxt təşkilata general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq sonrakı mərhələdə, xüsusilə 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, veteranlara münasibət dəyişib, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılıb. Ulu Öndərin imzaladığı ilk sənədlərdən biri də məhz “Veteranlar haqqında” Qanun olub. Bununla da veteranlara dövlət qayğısı tam bərpa edilib, onlara münasibət yüksək səviyyəyə qaldırılıb. D.Rzayev vurğulayıb ki, Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası məhz həmin vaxtdan etibarən qoyulub. Bu siyasət sonrakı mərhələdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son  nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan və müasir standartlara cavab verən inzibati binanı, 1941-  1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və  pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını, onlara digər yardımların göstərilməsini qeyd etmək olar. Sədr bu baxımdan Respublika Veteranlar Təşkilatına 500 min manat məbləğində vəsaitin ayrılmasının önəmini xüsusi vurğulayıb, buna görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbirdə, eyni zamanda, veteranlar və ictimai təşkilatların nümayəndələri çıxış edib, onlara göstərilən qayğının ilbəil artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar. Çıxış edənlər Azərbaycanda veteran gününün təsis edilməsinin məqsədəuyğun olduğunu bildiriblər.    Sonda ictimai təşkilatların nümayəndələrinə və bir qrup veterana Respublika Veteranlar Təşkilatının yubiley medalları təqdim edilib.                      

Hamısını oxu
Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

AZXEBER.COM BAKU.WS-ə istinadən məlumatına görə, üzərinə "Polad Həşimov" yazılan lövhələr artrıq küçə boyu yerləşdirilib. Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq vermişdi.    

Hamısını oxu