Digər xəbərlər
18 Oktyabr-Dövlət Müstəqillik Günü münasibəti ilə Respublika Veteranlar Təşkilatında tədbir keçirilimişdir. Tədbiri giriş sözü ilə Təşkilatın sədri general polkovnik Tofiq Ağahüseynov açdı. T.Ağahüseynov: O, dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışmışdır. XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqilliyinə qovuşmuşdur. Təəssüf ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilmişdir. Lakin azadlıq ideyası həmişə xalqımızın qəlbində yaşamışdır. Ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı əvvəlcə 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələnmişdir. O dövrdə Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı, çünki Azərbaycan milli maraqlardan çox uzaq olan, səriştəsiz şəxslər tərəfindən idarə edilirdi. Bu da Azərbaycanın əsl müstəqil dövlət kimi formalaşmasına imkan vermirdi. Sədr vurğulamışdır ki, yalnız 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilmişdir. Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov Müstəqilliyimizin əbədi olduğunu vurğuladı. Bu gün dahi liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirdi. Tədbirdə çıxış edənlər 1991-ci il oktyabrın 18-ni xalqımızın tarixində şərəfli və əlamətdar gün kimi qiymətləndirmişlər.
Hamısını oxu
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək. Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırılır ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır. Müdafiə Nazirliyi bildirir ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq, hərbi qulluqçuların və mülki şəxslərin sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tövsiyələrinə (maskadan istifadə olunması, əllərin müvafiq məhlulla dezinfeksiya edilməsi, sosial məsafənin saxlanılması və s.) ciddi riayət olunmalıdır.
Hamısını oxu
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərimizin aqibətini aydınlatmaq istiqamətində atdığı addımlar cəmiyyətdə böyük təqdir və minnətdarlıq hissi ilə qarşılanmaqdadır. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı, itkin-şəhidlərimizin qalıqlarının tapılaraq dəfn edilməsinin milli-mənəvi baxımdan mühüm önəm kəsb etdiyini bildirib: “Məşhur bir söz var: “Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”. Bu konteksdən yanaşsaq deyə bilərik ki, Qarabağ müharibəsinin başlanmasından bugünə qədər nə qədər itkin düşən vətəndaşımız var, onların sonuncu nəfəri tapılıb taleyinə aydınlıq gətirilməyənə qədər, son itkin-şəhidimizin nəşi dəfn eidlməyənə qədər savaş bitməyib. Düşünürəm ki, bu, çox ciddi bir məsələdir. İtkin-şəhidlərimizin taleyinə aydınlıq gətirmək bu vətən, bu torpaq üçün savaşaraq şəhid olanlar, erməni işğalı səbəbilə yurdundan qovularkən meşlərdə, dağlarda itən, taleyi bəlli olmayan insanlarımız qarşısında bizim borcumuzdur. Biz onların taleyinə aydınlıq gətirməli, hər birinə son borcumuzu ödəməliyik. Bu, həm insani, həm də milli bir borcdur. Bu istiqamətdə aparılan işlər, atılan addımlar olduqca vacibdir. Bir çox itkin-şəhidimizin taleyinə aydınlıq gətirilib. Onların bir qisminin qalıqları tapılıb, milli adət-ənənəmizə uyğun şəkildə torpağa tapşırılıblar. Onların ailələrinin gözü yollardan çəkilib. İnanıram ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası digər itkin-şəhidlərimizin də aqibətinə aydınlıq gətirəcək, bununla da gözü yollarda qalan bütün ailələrin intizarına son qoyulacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan edilən yazı müsabiqəsinin nəticələri məlum olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, jurnalist Seymur Əliyev müsabiqədə birinci yerə layiq görülüb. Xatırladaq ki, Seymur Əliyev Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının mətbu orqanı olan veteran.gov.az saytının baş redaktorudur. Aytən Abdulova (Azərbaycan Televiziyası) və Sevinc Qarayeva (525-ci qəzet) II, Səid Qərib (Report İA), Günay Elşadqızı (APA İA), Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti) III yerlərə, Təbriz Vəfalı (Azim.az), Elnurə Abuşova (Azadmedia.az), Lalə Mehralı (TvPress internet qəzeti), Ülvi Səfərov (Oxu.az), Orxan Hüseynov (Baku.ws) və Törəxanım Zeynallı (Azvision.az) həvəsləndirici mükafatlara layiq görülüblər.
Hamısını oxu