Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir.

Qeyd edilib ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.

 

2026-04-07 19:41:00
1769 baxış

Digər xəbərlər

“Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır”

Cəlil Xəlilov: “Bu qətnamə Fransanın ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir” “Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır və onun ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilkatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Senatın bu qətnaməsi Fransanın ədalət anlayışının nə qədər qüsurlu olduğunu göstərir: “30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının vətənindən didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman Fransanın, birdən-birə Azərbaycanı ittiham etməsi, vaxtı ilə ermənilərin Qarabağda yaratdığı qondarma qurumun müdafiəsinə qalxması tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir. Bu yanaşmanın özü Fransanın ədalət anlayışının nə qədər qüsurlu və təhlükəli olduğunu göstərir. Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun ökəmizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir. Senatın qətnaməsi ilə bağlı ən gülünc müddəalardan biri ondan ibarətdir ki, qətnamədən Azərbaycandan “Ermənistan əraizisi”ndən geri çəkilmək və 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək tələb olunur. Halbuki, Azərbaycanın 44 günlük Vətən müharibəsini yalnız öz qanuni dövlət sərhədləri çərçivəsində həyata keçirdiyi, bu müharibədə Ermənistan ərazisinə hər hansı şəkildə müdaxilə edilmədiyi bütün dünyaya məlumdur. Belə olan halda Azərbaycanı “Ermənistan ərazisi”ndən geri çəkilməyə səsləyən Fransa Senatı, bununla dövlətimizi öz tarixi-hüquqi torpaqlardından imtina etməyə səsləyir ki, bu da elementar məntiqdən uzaqdır. Fransa Senatının məlum qətnaməsi Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanıb. Aydındır ki, Fransa Senatının məlum qətnaməsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə həvəsləndirəcək, qarşıdurma meyillərini gücləndirəcəkdir. Fransa Senatı unutmamalıdır ki, İkinci Dünya müharibəsi zamanı yüzlərlə azərbaycanlı Fransanın faşistlərdən azad edilməsində yaxından iştirak etmiş, onların bir çoxu öz həyatını qurban vermişdir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun Fransanın azad edilməsində göstərdiyi qəhrəmanlıqlar buna ən parlaq nümunədir. Bu baxımdan Fransa Senatının Azərbaycanla bağlı məlum qətnaməsi Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlıların xatirəsinə hörmətsizlik və tarixi nankorluqdur. Biz veteranlar olaraq Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini lənətləyir, bunu sülh və təhlükəsizlik, eləcə də hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edirik. Hesab edirik ki, Fransa Senatı onun adına rüsvayçılıq olan bu qətnamədən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsini tətikləməməlidir. Hüququn da, ədalətin də tələbi hamı üçün aydındır və Fransa da hər kəs kimi bu tələbə hörmətlə yanaşmalıdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Veteranlara verilən 80 manat təqaüdün artırılmasına ehtiyac var”

Cəlil Xəlilov: “Bu artımı zəruri edən əsas amil mövcud sosial-iqtisadi reallıqlardır” Son günlər media və sosial mediada, eləcə də parlamentdə veteranlara verilən 80 manat təqaüdün artırılması ilə bağlı təkliflər səslənməkdədir. Mövzu ilə bağlı saytımızın sualını cavablandıran Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  sədr müavini polkovnik Cəlil Xəlilov bu təqaüdün artırılmasının məqsədəuyğun olduğunu vurğulayıb: “Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılmasına ehtiyac var “Hər şeydən öncə qeyd edim ki, veteranlara verilən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü dövlətimizin, Prezidentimizin veteranlara olan diqqət və qayğısından xəbər verir və biz buna görə bir daha Müzəffər Ali Baş Komandana öz təşəkkürümüzü bildiririk. Bu fakt bir daha sübut edir ki, şəhid ailəlrinin, müharibə əlillərinin, veteranların sosial rifahınn kompleks şəkildə yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı hesab edirəm ki, indiki şəraitdə bu təqaüdün artırılmasına ehtiyac var. Bu artımı zəruri edən əsas amil mövcud sosial-iqtisadi reallıqlardır. Məlum olduğu kimi, bu gün müasir dünyada baş verən qiymət artımı, bahalaşma və s. kimi amillər bu və ya digər dərəcədə Azərbaycanda da özünü hiss etdirir. Habelə, son vaxtlar kommunal xidmətlərin də nəzərəçarpacaq dərəcədə artdığı hər kəsə məlumdur. Bu baxımdan veteranlara verilən 80 manatlıq təqaüdün artırılması vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşmasına, onların ailə büdcəsinin daha da güclənməsinə kömək edə bilər. Ona görə də, hesab edirəm ki, əlaqədar qurum və instanasiyalar, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclisin Əmək və sosial siyasət komitəsi bu məsələyə həssaslıqla yanaşmalı, bu təqaüdün artırılmasını təmin etməlidirlər”. Polkovnik qeyd edib ki, veteranlara verilən Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılması veteranlar üçün mənəvi-psixoloji baxımdan da ciddi stimul olar: “Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılması dövlətimizin veteranlara sistemli qayğısının daha bir nümunəsi olmaqla yanaşı, veteranlarımız üçün mənəvi-psixoloji baxımdan da ciddi stimul olar. Bundan başqa, bu artım ölkəmizə, dövlətimizin veteranlarla bağlı siaysətinə qarşı informasiya müstəvisində, o cümlədən sosial şəbəkələrdə çirkin təbliğat kampaniyası təşkil edən qüvvələrə də layiqli cavab olar. Bütün dünya bir daha şahid olar ki, ölkəmizdə veteranların sosial rifahının yaxşılaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasət praktikada dinamik şəkildə öz əksini tapır”.  

Hamısını oxu
Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olundu

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb. Nazirlikdən Axar.az-a verilən məlumata görə, Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub. Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

Hamısını oxu
Kürdəmirdə 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin yubileyi münasibətilə tədbir keçirilib

Tədbir Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub 4 iyul 2024-cü il tarixdə Kürdəmir rayonunda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayevin təşkilatçılığı ilə Kürdəmir rayon sakini, 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin 30 yaş yubiley günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirin təşkilinə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilib. Tədbirdə Az.GƏC tərəfindən çəkilmiş  və 44 günlük Vətən Müharibəsində göz nurunu Vətən yolunda itirən onlarla  qazi və veteranlara həsr olunan “Gözümün Nuru Vətən”  adlı silsilə filmlərdən Rəhman Nuriyevə həsr olunan  film nümayiş etdirilib. Tədbirdə rayon icimaiyyəti ilə yanaşı, Bakıdan ezam olunan  AzGƏC-in rəhbəri Səmyar Abdullayev və işçi heyəti,  mədəniyyət  xadimləri, Kürdəmir rayon İcra Hakimiyyəti nümayəndələri, onlarla qazi və Rəhman Nuriyevin döyüş yolunda onunla çiyin-çiyinə vuruşan əsgər dostları iştirak ediblər. Tədbirin aparılıcılığı filmin müəllifi olan Gənc Tamaşaçılar Milli Teatrının aktrisası Simuzər  Atakişiyevaya həvalə edilib. Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək Gözdən Əlillər Cəmiyyətinin göz işığını itirmiş qazilərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdığını və daim öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. Həmçinin Rəhman Nuriyevə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Fəxri Fərman təqdim etdi. Tədbirə gələn qonaqlara ölkəmizin tanınmış mədəniyyət nümayəndələrinin çıxışı ilə  musiqili töhfə verildi.

Hamısını oxu