Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabının təqdimatı keçirilib

Son 4  ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi çap olunub.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında  keçirilən təqdimat mərasini aparan hüquq müdafiəçisi Rauf Zeyni çıxış edərək kitabın strateji əhəmiyyətdən danışaraq qeyd etdi ki,  kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir.    

 Daha sonra kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist çıxış edərək bildirib: “Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən  məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir”.

 Daha sonra BDU-nun müəllimi, xeyli sayda kitabın redaksiya heyətinin üzvü  Nazim Vəlişov kitabda qaldırılan məqamlara diqqət çəkdi və ümumilikdə repressiya tarixindən danışdı.  Daha sonra Təhmasib Novruzov, İradə Rzazadə, Əlisəfa Mehdiyev,Firudin Məmmədov, Müşfiq Əliyev, AMEA-nın  Tarix institutunun professoru Vaqif Abışov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov  və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər.

Qeyd edək ki,  tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində işıq üzü görüb. Həmçinin kitabla bağlı AMEA-nın Ədəbiyyat İnstitutunun rəyi vardır.

 

 

2024-08-28 14:25:40
2964 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini peşə bayramı münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini (DTX) peşə bayramı münasibətilə təbrik edib, xüsusi xidmət orqanlarının əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb. DTX rəisi general-polkovnik Əli Nağıyevə ünvanlanan təbrik məktubunda deyilir:

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı Müstəqillik Günü ilə bağlı tədbir keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı 28 May - Azərbaycanın Müstəqillik günü  ilə əlaqədar  tədbir keçirib. Tədbirdə şəhid ataları, qazilər, Əmək və Müharibə veteranları, rayonun tanınmış ziyalıları  iştirak ediblər. Tədbirdən öncə ölkəmizin müstərilliyi  və ərazi bütövlüyümüz uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Vetetanlar Təşkilatının sədri Ədalət Salman Müstəqillik bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və ölkəmizin müstəqilliyə doğru keçdiyi keşməkeşli və şərəfli yoldan danışıb. Qeyd edib ki, Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümuriyyətinin yaranmasından 106 il ötür. Azərbaycan 4-cü ildir ki, Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu gün üçrəngli bayrağımız əzəli və əbədi torpağımız olan Qarabağda əzəmətlə dalğalanır. Göytəpə şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Fürudin Zeynalov, şəhid atası Nazim Paşayev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov,  ADPU Cəlilabad Filialının müəllimləri Ələsgər Mirzəzadə, Fürudin Kərimov,  "Qarabağ qaziləri" ictimai birliyinin rayon şöbəsinin sədri Maşalla  Əliyev, AYB-nin üzvləri İman Abdulla, Qurban Əhməd, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov və başqaları çıxış edərək Azətbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən və  azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən fəxarətlə danışıblar. Sonda xatirə şəkilləri çəkilib.

Hamısını oxu
“Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər heyrətamizdir”

Cavid Osmanov: “Onlar arxa cəbhədə əsl fədakarlıq sərgiləyiblər”   “Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər sözün həqiqi mənasında heyrətamizdir” .   Bunu Veteran.gov.az-a açıqlaamsında millət vəkili Cavid Osmanov bildirib. Millət vəkili vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə, yüksək dağlıq relyefdə görülən işlərin miqyası olduqca böyükdür:   “Bu gün işğaldan azad edilən ərazilərə səfər etdikdə “Azərişıq”ASC-nin bu ərazilərdə həyata keçirdiyi böyük layihələri qürur və sevinclə izləməmək mümkün deyil. Yüksək dağların qoynunda ucalan nəhəng elektrik ötürücüləri, meşələrin üzəri ilə uzanıb gedən yüksək gərginlikli elektrik naqilləri “Azərişıq”ASC əməkdaşlarının gecəli-gündüzlü əməyindən, fədakarlığından, xalqa, vətənə olan sevgisindən xəbər verir.   Ən başlıca məqamlardan biri isə ondan ibarətdir ki, “Azərişıq”ASC bütün bu işlərə müharibədən sonra deyil, elə müharibənin gedişində başlayıb. Torpaqlarımız işğaldan azad edildikcə dövlət başçısının tapşırığına əsasən həmin ərazilərin elektrik enerjisi ilə təminatını həyata keçirən “Azərişıq” əməkdaşları, qısa zamanda sözügedən ərazilərin elektrik enerjisi ilə təminatına nail oldu. Bu, digər dövlət qurumlarının da öz fəaliyyətini daha səmərəli və optimal şəkildə təşkil etməyə, xidmət keyfiyyətini yüksəltməyə imkan verdi. Təkcə bir faktı vurğulayım ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan mədəniyyət paytaxtımız Şuşa cəmi 37 günə elektrik enerjisi ilə təmin olundu. Bütün bunlar Prezident İlham Əliyevin quruculuq siyasətinin, “Azərişıq”ASC əməkdaşlarının fədakarlığının, onların Qarabağdakı bərpa prosesinə verdiyi dəstəyin göstəricisidir. Qarabağda həyata keçirilən digər təmir-bərpa və quruculuq işlərinin fonunda reallaşan bütün bu layihələr qısa zamanda işğaldan azad edilən ərazilərimizdə həyatın əvvəlki axarına düşməsini, məcburi köçüknlərimizin öz doğma ata-baba yurdlarına qayıdışını təmin edəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Veteranlarla görüş

Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev 07 dekabr 2016-ildə bir qrup II Dünya müharibəsi veteranları ilə görüşmüşdür. Görüşdə veteranların vəziyyəti, qayğıları, qarşılaşdıqları problemlər ətrafında söhbətlər aparılmış, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılacaq ardıcıl addımlar müzakirə olunmuşdur. Təşkilatın sədrinə onların qayğıları və problemləri ilə maraqlandığına görə minnətdarlılarını çatdıran veteranlar gələcəkdə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak edəcəklərini bildirmişlər.   Daha sonra sədri Mərkəzi Aparatının işçilərinə müvafiq göstərişlərini və tapşırıqlarını vermiş, 2017-ci ildə qarşıda duran mühüm vəzifələrdən danışmışdır. Görüş başa çatdıqdan sonra ehtiyatda olan general-mayor Dadaş Rzayev  bir qrup II Dünya müharibəsi veteranı ilə xatirə şəkili çəkdirmişdir.  

Hamısını oxu