Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov və Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət ediblər.

Bütün şəhidlərimiz kimi Elxan Nəcəfinin də heç vaxt unudulmayacağına, Azərbaycan xalqının qəlbində, eləcə də qəhrəmanlıq tariximizdə hər zaman yaşayacağını bildirən polkovnik Cəlil Xəlilov, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Cəlil Xəlilov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər bir şəhid ailəsinin, hər bir veteranın yanındadır və bu kateqoriyadan olan vətəndaşlara Təşkilatın imkanları daxilində hər cür dəstəyi verməyə hazırdır.

Zərifə Quliyeva da şəhid Elxan Nəcəfinin anası Afət Nəcəfinin arzu və istəkləri ilə maraqlanıb, əldə etdiyimiz şanlı qələbəyə görə xalq olaraq ilk növbədə şəhidlərimizə minnətdar olduğumuzu xatırladıb.

Şəhidin anası Afət Nəcəfi ona göstərdikləri diqqətə görə Cəlil Xəlilov və Zərifə Quliyevaya təşəkkür edib. O, şəhid ailəsi olaraq hər zaman dövlətin diqqət və qayğısını üzərində hiss etdiyini söyləyib, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin 14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərində iştirak edib. Elxan Nəcəfi 2023-cü il sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində gedən döyüşlərdə şəhid olub, İkinci Fəxri Xiyabanda dəfn edilib.

Seymur ƏLİYEV

 

2024-09-13 08:33:22
3536 baxış

Digər xəbərlər

Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə onlayn konfrans keçirilib

Bu gün faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsi, Rayon Gənclər və İdman İdarəsi və Sabirabad Rayon Veteranlar Təşkilatı tərəfindən  onlayn konfrans keçirib.   Tədbirdə adıçəkilən qurumların rəhbərləri ilə yanaşı, bir sıra təşkilatların nümayəndələri, habelə Böyük Vətən Müharibəsi veteranlarının övladları, Qarabağ müharibəsi veteranları və s iştirak edib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, xalqımızın faşizmə qarşı mübarizəsindən danışıb, bu mübarizədəki fədakarlığına diqqət çəkib.   Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Rayon Diyarşünaslıq Muzeyinin direktoru Şükufə Əsgərova, Qarabağ müharibəsi qazisi Rəhman Bağırov da faşizmə qarşı mübarizəni Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidmət

Hamısını oxu
Şəhidin mövlüd günündə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı  şəhid Mübariz İsayevin mövlud günündə onun  50 yaşının tamam olması ilə bağlı tədbir  keçirib. Qarabağ müharibəsində itkin düşmüş şəhidimiz yaşasaydı, mart ayında 50 yaşı tamam olacaqdı. Şəhid Mübariz İsayevin doğulduğu Üçtəpə kəndində təşkil olunan tədbirdə şəhidin doğmaları, şəhid ataları, qazilər, tanınmış ziyalılar,  əmək və müharibə veteranları, rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri ilə yanaşı  qonşu rayonlardan gəlmiş qonaqlar da iştirak edibllər. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canlarnı fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman tədbiri giriş sözü ilə açaraq şəhid Mübariz İsayevin həyat və döyüş yolundan danışıb. Qeyd edib ki,  1975- ci ilin mart ayında  dünyaya göz açan Mübariz İsayev  orta məktəbi bitirdikdən sonra 1993-cü ildə torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşulub. Füzulinin Seyfəli ərazisində hərbi təlim keçdikdən sonra Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərib, canından artıq sevdiyi Vətən yolunda şəhadətə ucalıb. Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, AYB Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli, Qarabağ qaziləri İctimai Birliyinin rayon filialının rəhbəri Maşallah Əliyev, şəhid atası Fuad Vəlişov, rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quluyev, RİH-nin Üçtəpə kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafis Əliyev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Asəf İsmayılov, Prezident təqaüdçüsü Əfrahim Abbas, ADPU-nun Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, şəhidin müəllimi olmuş Sakit Kazımov, bədii qiraətçi Tarix Vüsallı və başqaları çıxış edərək torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda mərdlik göstərmiş igidlərimizin qəhrəmanlıqları ilə qürur hissi keçirdiklərini bildiriblər. Dövlətimiz və xalqımız tərəfindən  şəhidlərimizin əziz xatirəsinin həmişə ehtiramla yad olunduğunu  xüsusi vurğulayıblar. Şəhidin qardaşı Sakit İsayev   tədbirin keçirilməsinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına  minnətdarlıq edib. Tədbirdən sonra şəhidlərimizin xatirəsinə düzəldilmiş abidənin önünə güllər qoyulub və şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
Qafur Məmmədov adına parkda qəhrəmanın 100 illiyi qeyd edilib

 

Hamısını oxu
GYF Rəhbərliyi TİKA Bakı Nümayəndəliyini ziyarət edib

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi nümayəndəliyin koordinator əvəzi Kürşat Özdemir bəylə görüşüb. Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun son illərdə həyata keçirdiyi sosial, humanitar və təhsil yönümlü layihələri haqqında ətraflı məlumat verib. Salih bəy Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun uzun illərdir davam edən birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn layihələrə diqqət çəkərək qeyd edib ki, bu kimi layihələr gənclərin milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və tarixinə sahib çıxması aspektindən xüsusi əhəmiyyət kəsb edir. Gənclərin inkişafına və mədəniyyətimizin təbliğinə istiqamətlənmiş əməkşalığın daha da genişlənəcəyinə ümid etdiyini bildirən Salih Zeki Meriç Kürşat Özdemir bəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Kürşat Özdemir ziyarətlərindən ötrü Salih Zeki Meriç və nümayəndə heyətinə dərin təşəkkürlərini bildirib. O qeyd edib ki, Gəncliyə Yardım Fondu ilə əməkdaşlığımız gənclərin təhsil, sosial və mədəni inkişafına daha geniş imkanlar yaradacaq və gələcəkdə birgə layihələrimizin uğurla reallaşmasına şərait yaradacaq.  

Hamısını oxu