Qafur Məmmədov adına parkda qəhrəmanın 100 illiyi qeyd edilib












Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin anası Flora Əliyeva vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov anasının vəfatı səbəbilə bütün veteranlar adından Baş prokuror Kamran Əliyevə dərin hüzünlə başsağlığı verib, ona və mərhumun bütün doğmalarına səbr diləyib. Allah rəhmət eləsin!
Hamısını oxu
Çox dəyərli Cəlil müəllim! Bayramınız mübarək! Vətən sərhəddən başlayır, lakin sizlər sübut etdiniz ki, Vətəni sevməyin sərhədi yoxdur! Sərhədsiz arzularla sizi təbrik edirəm! Uzun ömürlər və müqəddəs işinizdə başarılar!
Hamısını oxu
“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfətri və Prezident İlham Əliyevlə birlikdə mətbuata verdiyi bəyanat bir daha sübut etdi ki, Avropa İttifaqı ölkəmizi Cənubi Qafqazda sülhün memarı kimi tanıyır və dövlətimizin sülh səylərini yüksək qiymətləndirir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan 8 Noyabr zəfəri ilə regionda sülh üçün etibarlı zəmin formalaşdırıb və bu gün də bölgədə sabitliyin əsas təminatçısı qismində çıxış edir: “Hər kəsə məlum olduğu kimi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər Cənubi Qafqaz regionunda yeni hərbi-siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Belə ki, erməni faşizmi 8 Noyabr zəfəri ilə darmadağın edildi ki, bu da Cənubi Qafqazda dinclik və sabitlik üçün əsaslı zəmin yaratdı. Post-müharibə dönəmində rəsmi Bakının yürütdüyü siyasət, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda ABŞ prezidentinin də iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması imkan verdi ki, Cənubi Qafqaz sülhə doğru yeni, prinsipial bir addım atmış olsun. Bu gün Prezident İlham Əliyevin də bildirdiyi kimi, regionda de-fakto sülh mövcuddur. Məhz bu səbəbdən də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevi təbrik etdi, bunu son on illiklərin “ən mühüm hadisəsi” kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycanın səyi ilə əldə edilən bu sülh ortaq rifah üçün yeni imkanlar açır. Bundan başqa, Avropa Komissiyasının Prezidenti bəyan etdi ki, Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir və sülhü gücləndirməkdə maraqlıdır. Bu, bir daha Avropa İttifaqının Azərbaycanın prinsipial mövqeyi, fədakarlığı ilə ərsəyə gələn sülhə verdiyi önəmi göstərir. İnanıram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji xarakter alan əməkdaşlıq Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə verəcək, region xalqlarının rifahını yüksəldəcək, inkişaf və tərəqqi üçün yeni imkanlar yaradacaq”. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 16 mart 2026-cı il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda yerləşən 111 saylı tam ümum təhsil orta məktəbdə baş tutub. 31Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva,məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak edib. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb.O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra 31 Mart soyqırımının qurbanlarının, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb, 31 Mart soyqırımı haqqında ətraflı məlumat verib: “31 Mart soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən amansız soyqırımlarından biridir. Bu qırğınlar onların havadarlarının köməkliyi nəticəsində törədilib.Tarix bir neçə dəfə təkrar olunub. Xalqımızın başına bir daha belə faciələrin gəlməməsi üçün siz şagirdlərin də üzərinə məsuliyyət düşür. Bunun üçün siz tariximizi yaxşı bilməli və ondan nəticə çıxarmalısız. Müəllimlərinizin verdikləri tapşırıqları yerinə yetirib,dərslərinizdə uğurlar qzanmalısız. Mən sizə dərslərinizdə müvəffəqiyyətlər arzulayıram.Və bir daha torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram”. Daha sonra Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatiriə şəkilləri çəkilib.
Hamısını oxu