Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir.

Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2024-cü il

2024-09-14 17:03:18
3406 baxış

Digər xəbərlər

Komadan ayılmayan baş leytenantımız şəhid oldu

Vətən Müharibəsində yaralanan əsgərlərdən biri şəhid olub. Qafqazinfo-nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb.   Dekabrın 8-də isə komadan ayılmayaraq, şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olub.  Şəhidlik zirvəsinə yüksələn zabitimiz İkinci Fəxri Xiyabanda dəfn edilib

Hamısını oxu
“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinə böyük töhfələr verib”

“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfələr verib”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı, habelə ondan əvvəl və sonrakı dönəmlərdə ölkəmizdə daxili sabitliyin qorunub saxlanılmasında,  anti-Azərbaycan qüvvələrinin təxribatçı fəaliyyətinin qarşısının alınmasında bu qurum mühüm rol oynayıb: “Dövlət Təhlükəsizliyi Xidməti müharibə dönəmində düşmənə qarşı mübarizədə yaxından iştirak edib, öz peşəkarlığı, fədakarlığı, yerinə yetirdiyi həyati missiyalarla dövlətimizin labüd qələbəsini yaxınlaşdırıb. Məhz Dövlət Təhlükəsizliyi Xidmətinin sayıqlığı nəticəsində nə müharibə, nə də post-müharibə dönəmində ölkəmizdə hər hansı terror aktı baş verməyib, bütün təxribat planları, məkirli niyyətlər vaxtında de-şifrə edilib. Dövlət başçısının bütün göstərişləri xüsusi xidmət orqanları tərəfindən qüsursuz şəkildə yerinə yetirilib. Mən qələbimzə verdiyi bu böyük, inkaredilməz töhfəyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına, eləcə də adıçəkilən qurumun rəhbəri general Əli Nağıyevə minnətdarlığımı bildirir, onları 8 Noyabr Zəfər günü münasibətilə təbrik edirəm. Xatırladım ki, bu gün həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyevin ad günüdür. Mən hörmətli generalımızı həm də ad günü münasibətilə təbrik edir, ona xidməti və şəxsi həyatında müvəffəqiyyətlər arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident və xanımı Şəhidlər Xiyabanında

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər. Axar.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.    

Hamısını oxu
İlham Əliyev: Tarix göstərdi ki, mən haqlıyam

Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar. Şəhərlərimizin tam dağıdılmasının şahidi olmuşlar. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir: "Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən artıq dedim ki, oranın sakinləri əslində kimlərdir və bunu təkrar etmək istəmirəm. Lakin əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər var. Bir sözlə, bütün bunlar böyük sual doğurur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər".

Hamısını oxu