Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

27 Sentyabrda başlayan mübarizə xalqımızı mənəvi baxımdan da bütövləşdirdi

Bakı. Trend:

Hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bu gününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbəiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur.

Xatırladaq ki, 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizəyə başlayan Azərbaycan Ordusu bu müqəddəs missiyanın öhdəsindən bacarıqla gəlib, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin edib. Bununla da 30 ildən çox davam edən erməni işğalına son qoyulub, Azərbaycan təkbaşına, öz gücü və imkanları ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına nail olub.

Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməyib, həm də milli qürurunu, milli ləyaqətini bərpa edib, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşib. Bu həqiqət Prezident İlham Əliyevin çıxışlarında da öz əksini tapıb, Müzəffər Ali Baş Komandan tərəfindən dəfələrlə dilə gətirilib. Dövlət başçısının 2021-ci ilin 27 sentyabr tarixində xalqa etdiyi müraciət buna sübutdur.

Prezident İlham Əliyev həmin tarixi müraciətində deyib:

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Göründüyü kimi, dövlət başçısı 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi zəfəri milli ləyaqətimizin bərpası baxımından da yüksək qiymətləndirir, buna xüsusi önəm verir. Bu fakt bir daha göstərir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabr tarixində başa çatan 44 günlük Vətən müharibəsi bütün parametr və müstəvilərdə dövlətimizin maraqlarını təmin etmiş, onun inkişafında, yüksəlişində yeni bir dönəmin başlanğıcını qoyub.

27 sentyabr tarixi, həm də xalqımızın milli birlik və həmrəylik günü kimi xarakterizə edilə bilər. Çünki 27 sentyabr tarixindən 10 noyabr gününə qədər baş verənlər göstərdi ki, Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır. Nəinki bacarır, bu birliyi qoruyub saxlamaq, onu zəfərə çevirmək üçün əlindən gələni əsirgəmir, bu yolda əsl fədakarlıq sərgiləyir. Bu baxımdan, əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə görə, həm də xalqımızın birliyinə və həmrəyliyinə borcluyuq.

Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə həmrəyliyimizin oynadığı rol Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısı müxtəlif müsahibə və çıxışlarında 44 günlük Vətən müharibəsindəki qələbəmizdə xalqımızın həmrəyliyinin mühüm rol oynadığını xatırladıb, eyni zamanda, bu həmrəyliyi qoruyub saxlamağın vacibliyindən bəhs edib.

44 günlük Vətən müharibəsi bizə, həm də vətənpərvər gəncliyin önəmini, bu gəncliyin hansı xarüqələr yarada biləcəyini göstərdi. Bu müharibə sübut etdi ki, dövlətin, xalqın gələcəyi, ərazi bütövlüyü, təhlükəsizliyi həm də onun gənclərinin vətənprəvərlik ruhundan önəmli dərəcədə asılıdır. 44 günlük Vətən müharibəsində öz gücünü vətən sevgisindən alan Azərbaycan gəncləri düşməni 30 ildir ki, möhkəmləndiyi istehkamlardan çıxaraq qaçmağa, təslim olmağa vadar etdi. Bu fakt bir daha gənclərimiz arasında vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinin, onlara milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının son dərəcə vacib olduğunu göstərdi.

Yada salaq ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetindəki çıxışında gənclərin vətənprəvərlik ruhunda yetişdirilməsinin önəmindən bəhs edərək 44 günlük Vətən müharibəsini yada salıb, Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıqları xatırladıb:

“Bildiyiniz kimi, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz”.

Dövlət başçısı cari il sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı zamanı da bu faktora toxunmuş, vətənprəvər gəncliyin önəminə diqqət çəkib: “Bir məsələyə də toxunmaq istərdim. Mən üç gün bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin açılışında bunu demişəm, bir də demək istəyirəm. Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”.

Dövlət başçısının səsləndirdiyi bu fikirlər, heç şübhəsiz yaxın tariximizin inkaredilməz həqiqətlərindəndir. Hansı ki, bu həqiqətlər bizim hər birimizin qarşısında konkret vəzifələr qoyur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları qarşısında duran əsas vəzifələrdən biri gənclər arasında mütəmadi iş aparmaq, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsi, əcdadlarımızın qəhrəmanlıq ənənələrini öyrənməsini təmin etməkdir. Bu məqsədlə də biz orta və ali təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlər təşkil edir, keçridiyimiz forum və konfranslara, tədbirlərə yaşlı nəslin nümayəndələri ilə yanaşı, həm də gəncləri dəvət edir, veteranlarla gənclərin görüşlərini keçiririk. İstəyirik ki, gənclər 44 günlük Vətən müharibəsi haqqındakı həqiqətləri bu müharibənin qəhrəmnanlarının dilindən eşitsinlər, onlarla bilavasitə təmasda olsunlar.

27 sentyabr həm də şəhdilərimizi Anım Günüdür. Biz xalq və dövlət olaraq 27 sentyabr tarixində onların qəhrəmanlığını yad edir, onlara sevgi və ehtiramımızı bildiririk. Lakin bu da bir həqiqətdir ki, biz şəhidlərimizi hər gün yad etməli, onların tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliği ilə bağlı iş aparmalıyıq və aparırıq da. Sevindiricidir ki, demək olar ki, hər gün, hər həftə ölkə mediasında bu barədə çoxsaylı məqalələr yer alır, televiziyalarımızda şəhdilərimizlə bağlı süjetlər nümayiş etdirilir. Bir sıra orta məktəblərdə siniflərə şəhidlərin adının verilməsi, şəhid ailələri ilə görüşlərin keçirilməsi, şəhdilərimizlə bağlı sənədli filmlərin hazırlanması və s. buna nümunədir. Biz da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıə olaraq tez-rez şəhid ailələri ilə görüşlər keçirir, onları evlərində ziyarət edir, qayğı və istəkləri ilə maraqlanırıq. Bu, hər şeydən önzə bizim mənəvi borcumuz, vətəndaşlıq vəzifəmizdir.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il fevralın 14-də andiçmə məraisimindəki çıxışında bir daha şəhidlərə olan borcumuzu yada salmış, Qarabağa qayıdışımızın onların qəhrəmanlığı sayəsində reallaşdığını vurğulayıb: “...Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”.

Bu gün Azərbaycan xalqı Anım Gününü öz suverenliyini təmin etmiş bir ölkə olaraq qeyd edir. İnanıram ki, illər, əsrlər bundan sonra da xalqımız öz ərazi bütövlüyü və suverenliyini əzmlə qoruyacaq, öz həyatı bahasına ona azad, ləyaqətli həyat bəxş edən şəhidlərimizin xatirəsini hər zaman minnətdarlıq hissi ilə yad edəcək.

Polkovnik Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icraçısı

2024-09-27 14:42:40
3553 baxış

Digər xəbərlər

“AzerGold” turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib

“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü olan 14 turizm blogeri üçün Daşkəsən rayonuna, o cümlədən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib. Veteran.gov.az xəbər verir ki, dövlət şirkətinin cari il üzrə Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində keçirilən üçgünlük infoturun əsas məqsədi Daşkəsən rayonunun turizm potensialının, zəngin təbii landşaftının, tarixi-mədəni irsinin və ekoturizm imkanlarının daha geniş auditoriyaya tanıdılması olub. Səfər çərçivəsində iştirakçılar əvvəlcə ÇİRES-də olublar. Onlara müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Blogerlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri ilə tanış olub, eyni zamanda "AzerGold" QSC-nin həyata keçirdiyi sosial məsuliyyət layihələrinin icra olunduğu yaşayış məntəqələrini ziyarət edərək yerli icmalarla görüşüblər. İnfotur proqramı çərçivəsində iştirakçılar Daşkəsən şəhəri ilə yanaşı, rayonun Quşçu, Bayan, Qabaqtəpə, Zağalı və Xoşbulaq kəndlərini də ziyarət ediblər. Onlar bölgənin təbii gözəllikləri, tarixi-mədəni irsi, ekoturizm və rekreasiya imkanları ilə tanış olaraq foto və video məzmunlar hazırlayıblar. Səfər zamanı iştirakçılara Daşkəsənin turizm marşrutları və ziyarətçilər üçün maraqlı istiqamətləri barədə məlumat təqdim olunub. Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə tarixi-mədəni irsin qorunması və turizm potensialının təbliği istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu çərçivədə Cəmiyyət tərəfindən 2023-cü ildə Daşkəsən rayonunun tarixi və təbiət abidələrini əhatə edən təqvim-kataloq hazırlanıb. Həmçinin, “Daşkəsən rayonunda tarixi-mədəni irsin tanıdılması” layihəsi çərçivəsində 2025-ci ildə rayonun 46 tarixi-memarlıq abidəsində məlumat lövhələri quraşdırılıb. “AzerGold” QSC bundan sonra da korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində turizm potensialının təşviqi və tarixi irsin qorunmasına dəstək verən layihələrin icrasını davam etdirəcək.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Bir azərbaycanlının qəhrəmanlığı, bir imperiyanın susqunluğu...

Tarix bəzən susar. Bəzən isə qışqırar sükutla. Elə Həmzə Sadıqovun həyat hekayəsi kimi: bir qəhrəmanın tarixin tozlu səhifələri arasına sıxışdırılmış, amma yenə də işıq saçan ömrü kimi. Hələ 1942-ci ildə Stalinqradın qan içində boğulduğu, insanlıqla vəhşiliyin bir-birinə qarışdığı vaxtda bir azərbaycanlı zabit Həmzə Sadıqov SSRİ-nin ən təhlükəli tapşırığını nasist generalı, yəhudi soyqırımının əsas icraçılarından biri olan İohan Rodenburqu əsir alma əməliyyatını həyata keçirdi. Bəs Həmzə Sadıqov kim idi? O, 1915-ci il oktyabrın 7-də Şuşada anadan olmuşdur. 1938-ci ildə Kiyev Artilleriya Məktəbində təhsil almışdır. Təhsilini tamamladıqda sonra İkinci Dünya müharibəsində ön cəbhədə kəşfiyyatçı kimi fəaliyyət göstərməyə başlamışdır. Stalinqrad döyüşləri zamanı baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət etmiş, eyni zamanda Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı olmuşdur. Müharibənin gedişatını dəyişən Stalinqrad döyüşlərində Həmzə Sadıqov da misilsiz igidlik göstərmişdir. 1941-ci ildə Stalinqradda müsəlman məscidinin, yəhudi sinaqoqunun, iki xristian kilsəsinin faşistlərdən təmizlənməsində yaxından iştirak etmişdir. 1942-ci ilin sonlarında bu şəhərdə yerləşən hərbi əsir düşərgəsindəki yəhudi ailələrini ölümün pəncəsindən qurtarmışdır. 1943-cü il yanvarın 31-də Stalinqradda alman ordusunun qərargahlarından birinin mühasirəyə alınması Həmzə Sadıqovun komandirlik etdiyi qrupa həvalə olunmuşdu. İyirmi beşdən çox faşisti təkbaşına məhv edən Həmzə Sadıqov binanın zirzəmisində saxlanılan onlarla yəhudi uşağını əsirlikdən azad etmiş, qərargahdakı alman general-leytenantı İohann Fon Rodenburqu əsir götürmüşdür. Bu əməliyyatın uğurla başa çatması təkcə bir generalın əsir alınması deyildi. Bu nasizmin qəlbinə endirilmiş simvolik bir zərbə idi. Rodenburq Adolf Hitlerin etibar etdiyi generallardan biri idi. O, faşist ideologiyasının təkcə döyüş meydanında deyil, həm də insanlıq əleyhinə cinayətlərindəki bariz təmsilçilərindən biri idi. Onun rəhbərlik etdiyi qoşunlar Stalinqradda yalnız hərbi əməliyyatlarla məşğul deyildi. Onlar həm də şəhərin zirzəmilərində yəhudi ailələrini məhv edirdilər. Bu vəhşiliyin qarşısında isə bir azərbaycanlı zabit Həmzə Sadıqov dayanmışdı. “Sadıqaşvili”, “Ded Qamza” kod adları ilə SSRİ-nin Baş Kəşfiyyat İdarəsində (QRU) fəaliyyət göstərən Həmzə Sadıqov Rodenburqun qərargahını mühasirəyə alır. Alman dilini mükəmməl bilən bu igid Rodenburqu təslim olmağa razı salır. Lakin alman generalı son anda silahından istifadə edərək Sadıqovu yaralayır. Amma o, yaralı halda belə öz tapşırığını yerinə yetirir və Rodenburqu əsir götürərək tarixi dəyişdirir. Bu əməliyyat bir xalqın qüruru, faşizmə nifrətin təntənəsi, bəşəriyyətə isə bir töhfə idi. Rodenburqun əsir düşməsi Hitlerə böyük zərbə idi. Qeyri-rəsmi “general Sadıqov” titulunu daşıyan Həmzə Sadıqov təcili olaraq hospitala yerləşdirilir. Onun növbəti “döyüşü” isə məhz burada başlamış olur. Həmzə Sadıqov hər gün saatlarla sorğuya çəkilir. Məqsəd ondan ibarət olur ki, alman generalının əsir götürülməsi milliyətcə azərbaycanlı olan bir qəhrəmanın adına yazılmasın. Həmin ərəfədə Anastas Mikoyanın Stalinqrad cəbhəsi ilə sıx əlaqələri olmuşdur.  O, bu cəbhənin təminat və təchizatı ilə məşğul olmaqda idi. Rodenburq əsir götürüləndə Mikoyan Stalinə generalın Ermənistan könüllüləri tərəfindən əsir götürüldüyünü bildirib. Mübahisəyə həkim ekspertlər son qoyur. Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpə Rodenburqun şəxsi silahının gülləsindən olduğu sübuta yetirilir. Əsl həqiqətin üzə çıxarılmasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da böyük rolu olub. O, Həmzə Sadıqovun müalicə aldığı hospitalda onu ziyarət etmiş və öz xətti ilə məsələni tam araşdırdıqdan sonra Stalinə və Beriyaya müraciət etmişdir. Stalin Siyasi Büronun iclasında məsələyə son qoyaraq fikrini belə bildirib: “Həmzə Sadıqov əsl qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib...”Mircəfər Bağrov Bakıya qayıtdıqdan sonra Həmzə Sadıqova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı Moskvaya - Kremlə müraciət edir. Bu məsələdə də Anastas Mikoyan bütün mümkün variantlardan istifadə edərək təltif məsələsinin qarşısını almağa çalışmışdı. Bununla da imperiyanın içində başqa bir savaş başlayır: haqsızlıq savaşı. Sovet rəhbərlərindən Anastas Mikoyan bu tarixi uğuru erməni könüllülərinin adına yazdırmağa çalışır. Həmzə Sadıqovun adı silinməyə çalışılır. O, NKVD tərəfindən sorğuya çəkilir, daha sonra işgəncəyə məruz qalır. Məqsəd sadə idi: həqiqət susdurulsun, qəhrəman erməni elan edilsin. Sadıqov isə hətta əvəzində həyatının axarını dəyişəcək zülmə məruz qalacağını bilə-bilə bu yalanı imzalamağa razı olmur. Tarixin yaddaşını bəzi siyasətçilər pozmaq istəsə də Həmzə Sadıqovun qəhrəmanlığını Mircəfər Bağırov, Lavrenti Beriya, Heydər Əliyev kimi şəxsiyyətlər unutmur. Onlar bu haqsızlığın aradan qaldırılması üçün mübarizə aparır, onun adını tarixə qaytarmağa çalışmışdır. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Ulu öndər Heydər Əliyev Volqoqradda sənaye işçiləri ilə görüşündə Həmzə Sadıqovun faşist generalını təkbaşına əsir götürdüyünü xatırlatmış, qələbənin əldə olunmasında azərbaycanlıların da şücaətini qeyd etmişdi. Qəhrəman Həmzə Sadıqov haqqında həqiqətlərin dünya mətbuatında işıqlandırılmasında Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti dağ yəhudilərinin STMEQİ Beynəlxalq xeyriyyə fondunun prezidenti German Zaxaryayevin böyük rolu olmuşdur. Həmzə Sadıqov müharibədən sonra doğma yurduna - Ağdama qayıdır. Amma aldığı yaralar onu vaxtsız şəkildə həyata əlvida deməyə vadar edir. O, 1964-cü ildə, 49 yaşında vəfat etmişdir. Ağdam qəbiristanlığındakı məzarı da erməni vandalları tərəfindən dağıdılır. Ancaq tarixi silmək olmur. Həmzə Sadıqov, bu ad təkcə bir zabitin yox, bütöv bir xalqın şərəfinin, ədalət uğrunda mübarizəsinin adıdır. O, təkcə Rodenburqu əsir almadı, o, faşizmə və imperiya daxilindəki məkirə qarşı ruhun, vicdanın, insanlığın qalibiyyətini simvollaşdırdı. Azərbaycan xalqı bu gün Həmzə Sadıqovu sadəcə bir hərbçi kimi yox, haqqı qoruyan rəmzi, bəşəriyyətin yaddaşında qalan bir xilaskar kimi tanımalıdır.   Cəlil Xəlilov    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabat

Respublikamız özünün çoxəsrlik dövlətçilik tarixinin ən şanlı, ən şərəfli günlərini yaşayır. Bir vətəndaş olaraq, bir azərbaycanlı olaraq, bu günlərə şahidlik etmək hər birimiz üçün sonsuz fəxr, iftixar mənbəyidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə bizim qürurlu bir xalq olaraq, qüdrətli bir dövlət olaraq, bundan sonra da gələcəyə böyük ümidlərlə baxmağımıza, ölkəmizin inamlı inkişafına zəmin yaradıb. Eyni zamanda, şanlı Qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı olub. Prezidentimizin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr    2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümü təntənə ilə qeyd edildi. Bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzə borc bilirik. Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub, bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bildiyimiz kimi Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi dekabrın 19-da qərar qəbul etmişdir. Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş bu amnistiya tərəfimizdən Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edilir və bu hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir. Biz veteranlar bu nəcib, xeyirxah təşəbbüsü alqışlayırıq. Azərbaycanda veteranlarla bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin fəaliyyətmizin təşkilində mühüm rolu vardır. Prezident İlham Əliyevin hər il İkinci Dünya müharibəsi iştirakçılarına, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımın məbləğinin artırılması, veteranların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılmasına dair imzaladığı fərman və sərəncamlar bunun bariz nümunəsidir. Göstərdikləri diqqət və qayğıya görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. 2025-ci il Təşkilatımız üçün uğurlu il olmuşdur. Hesabat ilində Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Konstitusiyasını,  beynəlxalq aktları, “Veteranlar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunlarını, qüvvədə olan digər normativ hüquqi aktları və Təşkilatın Nizamnaməsini rəhbər tutaraq müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, Təşkilatımızda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılmasında və onların ölkənin ictimai həyatında fəallığının artırılması istiqamətində işlərini uğurla davam etdirmişdir. Təşkilat cari ilin ötən dövrü ərzində 2025-ci ildə İllik planda nəzərdə tutulan tədbirləri, həmçinin, plana daxil olmayan əlavə tədbirlərin icrasını yüksək səviyyədə həyata keçirmişdir. Tədbirlərin əksəriyyətində hörmətli Rəyasət Heyətinin üzvləri  yaxından, fəal iştirak etmişlər. Hesabat ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmişdir. Hər il olduğu kimi cari ilin ötən dövrü ərzində də Təşkilatın inzibati binasında veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların soyqırımı günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 sentyabr Anım Günü, 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilmiş, həmçinin dövlət səviyyəsində keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak etmişlər. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Təşkilatımız tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış, İctimai Birliyin Rəyasət Heyətinin 2025-ci il 11 mart tarixli iclasında təsdiq edilmişdir. Həmin plan üzrə respublikanın şəhər və rayonlarında Təşkilatımız tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində  bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, mart ayının 18-də Təşkilatın inzibati binasında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, aprel ayının 23-də Şəki şəhərində Təşkilatımızın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol”, aprel ayının 24-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Təşkilatımızın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Zəfərdən zəfərə gedən yol”, may ayının 19-da Naxçıvan şəhərində Təşkilatımızın və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, iyun ayının 19-da isə Laçın rayonunda Təşkilatımızın və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfranslar keçirilmişdir. Naxçıvan səfəri zamanı Muxtar Respublikanın rəhbərliyi ilə görüş keçirilmiş, konfransın mövzusunun mahiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır. Hesabat ilində tərəfimdən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfəri, sadə insanların qələbəyə verdikləri töhfələri və 5 il ərzində quruculuq fəaliyyətini özündə əks etdirən “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib. İctimai Birliyin və Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində də “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad etmişlər. Zaqatala rayonunda keçirilən tədbirdən sonra Təşkilatın rəhbərliyi tərəfindən Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailə üzvləri ilə görüşmüş, onların müraciətlərini dinləmişdir. Görüş zamanı şəhidin ailə üzvləri onlarla görüşdüyümə və müraciətlərini dinlədiyimə görə rəhbərliyə təşəkkürünü bildirmiş, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışmış, buna görə dövət başçısına təşəkkür etmişdir. II Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 80 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar 08 oktyabr 2024-cü il tarixdə Moskva şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında qəbul olunan qərar və müraciət əsasında həm Təşkilatımızın Mərkəzi Aparatında və həm də yerlərdə bir sıra yubiley tədbirləri keçirilmişdir.  Belə ki, Şəhər (rayon) veteranlar təşkilatının sədrlərinin və müxtəlif kateqoriyadan olan veteranların, müharibə iştirakçılarının qohumlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi ziyarət edilmiş, gül dəstələri qoyulmuşdur. Həmçinin veteranlarımız Respublika Veteranlar Təşkilatının sabiq sədrləri - Fatma Səttarovanın, generallar Mustafa Nəsirovun, Tofiq Ağahüseynovun, Dadaş Rzayevin, eləcə də Milli Qəhrəman Hökumə Əliyevanın və uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət etmiş polkovnik Rzaqulu Quliyevin məzarları ziyarət olunaraq əziz xatirələri ehtiram hissi ilə yad edilmişdir. Cari ilin may ayının 9-da Respublika Veteranlar Təşkilatında Müdafiə Nazirliyinin köməyi ilə 100 nəfər veterana xidmət üçün səyyar mətbəx qurulmuş, Hərbi orkestrin ifasında konsert təşkil edilmişdir. Qələbənin 80 illik yubileyi ərəfəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki Zəfərin 5 illiyi münasibətilə “Zəfərdən zəfərə gedən yol” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən sonra Birliyin sədri ilə müxtəlif kateqoriyadan olan veteranların görüşü təşkil edilmiş, müraciətləri dinlənilmiş və onların həlli istiqamətində müvafiq işlər görülmüşdür. Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə Təşkilatımızda Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinin iştirakı ilə görüşlər keçirilmiş, Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun təbrikləri veteranlara çatdırılmışdır. Faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli   səfiri Yevdokimov Mixail Nikolayeviçin veteranlarla görüşü təşkil edilimiş, İkinci Dünya müharibəsində faşizm üzərində qələbəni simvolizə edən “Xatirə məşəli” Təşkilatımıza təqdim olunmuşdur.   Ötən dövr ərzində Rəyasət Heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə 26 iyun - Silahlı Qüvvələr Günü, 8 noyabr – Zəfər Günü və anadan olması münasibətilə təbrik məktubları ünvanlanmışdır. Təşkilatımızda 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbiri, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Birliyin və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi iştirakçılarının, müxtəlif kateqoriyadan olan veteranların, müəllim və tələbə heyətinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Biz şəhər (rayon) veteranlar təşkilatından onların fəaliyyəti, keçirdikləri tədbirlər barədə müntəzəm məlumatlar alır və vəziyyəti qiymətləndirərək, həmçinin təlabatları öyrənərək onlara müvafiq köməklik edirik. Hesabat dövründə Binəqədi, Masallı, Zaqatala, Qusar və Laçın rayon veteranlar təşkilatında hesabat-seçki konfransları keçirilmiş və yeni sədrlər seçilmişdir. Hazırda İmişli və Naftalan rayon veteranlar təşkilatının sədrləri olmadığından, bu işin daha səmərəli aparılmasında çətinliklər mövcuddur. Həmin rayonlarda yaxın müddətdə yeni sədrlərin seçilməsi üçün yerli icra orqanları ilə birgə iş aparılır. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Məlumdur ki, şəhər (rayon) veteranlar təşkilatları öz işlərini yerli icra orqanları ilə qururlar və hansı rayonlarda bu əlaqələr yaxşıdır, iş də qənaətbəxşdir. Ancaq bəzi rayonlarda rayon veteranlar təşkilatı, ümumən veteranlara münasibət heç də ürəkaçan deyil və biz bu məsələni xüsusi diqqətdə saxlayırıq. İnanırıq ki, rayon icra hakimiyyətlərinin başçıları da veteranlara ölkə başçısının göstərdiyi yüksək qayğı və diqqət münasibəti nümunəsindən lazımi nəticə çıxaracaqlar. Əvvəlki illərdə olduğu kimi bu il də veteranlarımızın sosial müdafiəsinin gücləndirilməsi, onlardan daxil olan müraciətlərin qanunamüvafiq qaydada həll edilməsi istiqamətində işlərimiz davam etdirilmişdir. Bildirirəm ki, dekabr ayının     11-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Bayramovla  rəhbərlik etdiyim nümayəndə heyətinin görüşü keçirilmişdir. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təşkilatımız arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmiş, veteranları maraqlandıran təkliflər ətrafında geniş fikir mübadiləsi aparılmış, mövcud müraciətlərə baxılarkən veteranlarımızın həssas insanlar olmasını nəzərə almaları xahiş edilmişdir. Cari ilin ötən dövründə Təşkilata müraciət etmiş 76 nəfər - Qarabağ müharibəsi veteranı,  40 nəfər - Əmək veteranı, 26 nəfər - 44 günlük Vətən müharibəsi iştirakçısı, 131 nəfər - veteran hərəkatının fəal üzvü, 5 nəfər - Əfqanıstan müharibəsi veteranı, 2 nəfər - şəhid ailəsi üzvü,  6 nəfər - Silahlı Qüvvələr veteranı, 1 nəfər - Çernobl əlili, 1 nəfər – hərbi xidmət əlili olmaqla ümümilikdə 286 nəfər müxtəlif kateqoriyadan olan veteranların sənədləri öyrənildikdən sonra Təşkilatımıza üzvlüyə qəbul edilmiş, məlumat bazasına yerləşdirilmişdir. Ad günləri və yubileylərlə əlaqədar Təşkilatın sədri adından veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanmış və ünvanlara göndərilmişdir. Hesabat ilində Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilmişdir. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz mövzu və auditoriya baxımından kifayət qədər zəngin olmuşdur. Bakı şəhəri üzrə  Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbaıl, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü  Azərbaycan Diviziyalarının keçdikləri döyüş yolları   haqqında, ordu quruculuğuna və 2016-cı ilin aprel döyüşlərinə aid mövzularda, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və s. mövzulara həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, vətəni qorumağa daim hazır olmalarına yönəldilmişdir. Hesabat ilində veteranlarla iş istiqamətində aparılan işlər icra hakimiyyətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Səhiyyə nazirliyi, Həmkarlar təşkilatları və digər dövlət və qeyri-hökümət təşkilatları ilə əlaqəli şəkildə təşkil edilmişdir. Hər il olduğu kimi bu il də respublikanın şəhər və rayonlarında yaşayan müharibə, əmək, Silahlı Qüvvələr və hüquq mühafizə orqanları veteranlarının sayı dəqiqləşdirilib. Məlumatlara görə, 2025-ci ilin dekabr ayınadək İkinci dünya  müharibəsi iştirakçılarının sayı 12 nəfərdir. Onlardan 8 nəfərinin yaşı 100 və 100-dən artıqdır. Leninqrad blokadası iştirakçıları 3 nəfər, veteranların dul qadınlarının sayı 1630 nəfər, arxa cəbhə veteranlarının sayı 845, məhəlli döyüş iştirakçılarının sayı təxminən 3738 nəfər, Silahlı Qüvvələr veteranlarının sayı 11235, əmək veteranlarının sayı 32.473  nəfərdir. İl ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520  nəfər veteran və təqaüdçü müalicə kursu keçmişdir. Onlardan 9 nəfərinə Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilmiş, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə köməklik göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji mərkəzi RVT-nin yaşlı veteranlarını təmənnasız tibbi müayinə və müalicə olunmalarını öz himayələrinə götürərək 5 illik müqavilə bağlanmış, və il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 nəfər veteran tibbi müayinədən keçirilmişdir. Bundan əlavə Bakı səhəri Herontoloji Mərkəzi RVT ilə birgə 50 nəfərdən artıq veteranlarla  “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirmişdir. Rayon ictimai təşkilatları və icra strukturları ilə birgə Vətən uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidələrin uçotu aparılmış, abidələrin vəziyyəti diqqətdə saxlanılmışdır. Qardaşlıq qəbirstanlıqlarının səliqəyə salinması üçün Bakı şəhər İcra Hakimiyyətinin mənzil kommunal təssərrüfatının rəhbərliyi ilə əlaqə saxlanılmış, qəbirstanlıqların abadlaşdırılması təmin olunmuşdur. Hesabat ilində İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda II Dünya Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin, Türkiyənın, Qazaxıstanın, Özbəkistanın, Qırğızstanın, Rusiyanın, Belarusun, Gürcüstanın, Tacikistanın, Moldovanın, Almaniyanın, Avstriyanın, Macarıstanın, Serbiyanın, Sloveniyanın, Polşanın, Cexiyanın, Slovakiyanın, İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir.   II Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixlərində Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası ilə razılaşdırıldıqdan sonra  Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhəsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında Təşkilatımızın sədri Cəlil Xəlilov iştirak etmiş,  müzakirələr zamanı aidiyyəti üzrə aşağıdakı təklifləri təqdim etmişdir; Humanitar-mədəni sahədə əməkdaşlığın inkişafı, möhkəmləndirilməsi üzrə veteran təşkilatlarının işinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, Beynəlxalq veteran hərəkatı Birliyində millətlərarası inamın, xalqlar arasında dostluğun təbliğatı; Veteran təşkilatlarının yaşlı nəslin, xüsusən müharibə və hərbi xidmət veteranlarının sosial, hüquqi, iqtisadi hüquq və mənafelərinin qorunması, pensiya təminatı problemlərinin həlli, maddi-məişət şəraitinin yaxşılaşdırılması, bütün kateqoriyalı veteranların həyat səviyyəsinin yüksəldilməsi üzrə işin gücləndirilməsi; Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsinə, hərbi şöhrət abidələrinin qorunmasına xüsusi diqqətin təşkili; Veteran təşkilatlarının vətənpərvərlik və beynəlxalq dəyərlərin qorunması, komitələrin fəaliyyətinin əlaqələndirilməsi işinin daha da effektiv təkmilləşdirilməsi və əlaqələndirilməsi; Keçmiş Sovet İttifaqı ərazisində faşizmə qarşı Azərbaycan Respublikasının II Dünya Müharibəsi qəhrəmanlarının və iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər təqdim etmişdir; Qəhrəmanların şərəfinə büstlərin, xatirə lövhələrinin, xatirə lövhələrinin (Həzi Aslanov, Müseyib Bağırov, Aslan Vəzirov, Mehdi Hüseynzadə (Mixaylo), Qafur Məmmədov, İsrafil Məmmədov və digərləri) quraşdırılması məsələsini nəzərdən keçirmək; Məktəblərə, küçələrə, metro stansiyalarına qəhrəmanların adlarının verilməsi; Kalininqradın azad edilməsi üzrə hərbi əməliyyatlarda Azərbaycan Respublikasının yerli iştirakçılarının qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi (döyüşlərdə 400-dən çox döyüşçü həlak olub). Hesabat ilində  Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviçlə Təşkilatımızda görüş keçirilmişdir.  Görüş zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmişdir. Bundan əlavə cari ilin mart ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki Nümayəndəsi Abdullayev Əliyar Tanrıverdi oğlunun xahişi ilə Təşkilatımızda görüş təşkil edilmişdir. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi tərəfindən cari ilin 17 aprel tarixində keçiriləcək II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycan Respublikalarının veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar dəvətnamə təqdim olunmuş və Prezident Administrasiyası ilə razılaşdırıldıqdan sonra nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilmişdir. Ötən dövr ərzində Respublikanın Mərkəzi Arxivindən II Dünya Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılar haqqında əlavə məlumatlar toplanaraq Təşkilatın məlumat bazasına daxil edilmişdir. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması istiqamətində işlər həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə davam etdirilmişdir. Yeni il ərəfəsində müvafiq səfirliklərə, MDB Veteranlar Şurasına və Dünya Veteranlar Federasiyasına təbrik məktubları göndərilmişdir. 2025-ci il ərzində kadrlar üzrə işlər İctimai Birliyin rəhbərliyinin göstərişinə və illik planına əsasən yerinə yetirmişdir. Görülən işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Nizamnaməsinin tələbləri əsas tutulmuşdur. Hesabat dövrü müddətində Təşkilat sədrinin tapşırığına əsasən 89 Sərəncam normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmış, müvafiq qaydada vizalar alınmış, imzaya təqdim olunmuş və imzadan sonra qeydiyyata alınaraq aidiyyəti üzrə icraya yönəldilmişdir. Birlik işçiləri ilə bağlanmış əmək müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi və ona nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məsələlərinin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyində Daxili İntizam Qaydaları hazırlanmış və Birlik sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur. Birliyin bütün əməkdaşları həmin Qaydalarla tanış edilmişlər. Hesabat dövründə təşkilatın əməkdaşları Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq qaydada öncədən tərtib edilmiş, həmkarlar təşkilatı ilə razılaşdırılmış və təsdiq olunmuş qrafikə müvafiq olaraq, məzuniyyət hüququndan istifadə etmişlər.  Hesabat dövründə Birliyin 6 nəfər əməkdaşı Rusiya Federasiyasının müxtəlif şəhərlərində keçirilən tədbirlərdə və 22 nəfər əməkdaşı Respublikamızın regionlarında keçirilən tədbirlərdə iştirak etməsi məqsədilə ezamiyyətə göndərilmişdir. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatı” İctimai Birliyində nizam intizamın möhkəmləndirilməsi və intizam pozuntusunun gələcəkdə təkrarlanmaması məqsilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq 2 nəfərə “xəbərdarlıq” elan edilmişdir. İctimai Birliyin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfransın Naxçıvan və Laçın şəhərlərində keçirilməsində göstərdikləri köməkliyə və etdikləri tövsiyələrə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri adından aidiyyəti dövlət orqanlarına təşəkkür məktubları hazırlanıb göndərilmişdir. Hesabat ili ərzində Təşkilata daxil olmuş müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsi ilə daxil olmuş 276 müraciət müvafiq qaydada cavablandırılmış, digər təşkilatlara 234 sənəd göndərilmişdir.     Hesabat ilində İctimai Birliyin “veteran.gov.az” saytının texniki və təhlükəsizlik baxımından funksionallığı təmin edilib, saytın təkmilləşdirilməsi üzrə işlər davam etdirilib. Təşkilatın İnformasiya Təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları ilə (Xüsusi Dövlət Mühafizə Xidməti) əlaqələr yaradılmış, sistem və tətbiqi proqram təminatları, texniki avadanlıqların və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olması təmin edilmişdir. Təbliğati işin qurulmasında Təşkilatın “veteran.gov.az” saytının mühüm yeri var. İl ərzində Təşkilatın keçirdiyi tədbirlər barədə internet saytına ümumilikdə 480-dən artıq məlumat və məqalənin,   foto-video qalereya bölməsinə 1549 fotonun, 46 video materialın, facebook və twitter sosial şəbəkələrdəki səhifələrin hər birində 58 məlumatın hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir. Eləcə də ötən müddət ərzində əməkdaşlarımızın “AzərTac”, “Moderator.az”, “AzadMedia.az”, “İki sahil”, “Trend”, “Redaktor.az” saytlarında, həmçinin “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə məqalələrinin, müsahibələrinin dərci təmin edilmişdir. Hesabat dövründə Respublika Veteranlar Təşkilatının maliyyə-təsərrüfat fəaliyyəti də qənaətbəxş olmuş, ayrılan vəsaitdən maksimum səmərə ilə istifadə edilib və təyinatına uyğun xərclənmişdir. Hesabat müddətində fəaliyyətin səmərəli qurulmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Vitse Prezident Mehriban xanım Əliyevanın veteranlara göstərdikləri qayğı və diqqətin mühüm rol oynadığını bir daha xüsusi vurğulamaq istərdim. İclas iştirakçıları və veteranlar  adından  yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildiririk. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri polkovnik Cəlil Xəlilov

Hamısını oxu
“Zatulinin Azərbaycan və Türkiyəni hədəfə alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsidir”

“Rusiya  Dövlət Dumasında MDB üzrə komitənin sədr müavini Konstantin Zatulinin Azərbaycan və Türkiyəni hədəf alan açıqlaması siyasi əxlaqsızlıq nümunəsindən başqa bir şey deyil”. Bunu saytımıza açıqlamaısnda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkivnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, Zatulin öz gülünc ittihamları ilə tarixi həqqiətləri təhrif edir: “Zatulin öz açıqlamasında bildirir ki, “ermənilərin Dağlıq Qarabağdan qovulması 1915-i il soyqırımının davamıdır”. Bu, açıq-aşkar tarixi təhrif etmək, siyasi riyakarlıq sərgiləmək cəhdididr. Çünki hamı, o cümlədən, Ermənistanın özünə də yaxşı məlumdur ki, 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı heç bir soyqırımı və ya qətliyam törədilməyib. Əksinə, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının 7 müxtəlif cəbhədə düşmənlərlə mübarizə aparmasından istifadə edən ermənilər, imperiya daxilində qiyam qaldıraraq dinc türklərə qarşı soyqırımı törədiblər. Belə olan halda tarixi təhrif edərək qatili qurban, qurbanı qatil kimi təqdim etmək beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. Zatulinin Vətən müharibəsindən sonra Azərbaycanın guya Qarabağdakı erməniləri qovması ifikri də cəfəngiyyatdan başqa bir şey deyil. Vaxtiylə Qarabağda süni şəkildə yerləşdirilən ermənilərin Vətən müharibəsindən sonra torpaqlarımızı könüllü şəkildə tərk etdiyi bütün dünyaya  məlumdur. Bunu Qarabağdan köçən ermənilərin televiziya və digər media orqanlarına verdikləri  açıqlamalar da təsiqləyir. .  Görndyü kimi, Zatulin öz ənənəsinə sadiq qalaraq həm Osmanlı imperiyası, həm də Azərbaycanla bağlı tarixi həqiqətləri təhrif edir, düya ictimaiyyətini aldatmağa çalışır. Lakin Zatulin və onun kimiləri bilməlidirlər ki, dünya kimin-kim olduğunu yaxşı bilir. Bu gün Bakı Hərbi Məhkəməsində xalqımıza qarşı ağır cinyaətlərdə ittiham olunan ermənilərin səsləndirdiyi etiraflar, Ermənistan və ona bağlı separatçıların bütövlükdə bəşəriyyətə qarşı necə böyük cinayətlər törətdiyinin isbatıdır. Belə olan halda Zatulinin ermənilərin pozulan hüquqlarından danışması absurd və absurd olduğu qədər də iyrəngdir”.  Seymur ƏLİYEV

Hamısını oxu