Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Təşkilat sədri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə görüşüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Veteranlar Təşkilatının sədri Ruslan Bədirov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə görüşüb. Görüş zamanı məktəblilər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmindən, veteranların bu prosesdə iştirakının vacibliyindən bəhs edilib.

Görüşün sonunda Coşqun Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Veteranlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

2026-09-18 11:44:00
16 baxış

Digər xəbərlər

“Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib

7 avqust 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzində  “Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib. Tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbridə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, dövlətin veteranlara olan diqqət və qayğısında bəhs edib, bu münasibətin hər kəsə örnək olduğunu bildirib: “Azərbaycanda dövlət tərəfindən veteranların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında həyata keçirilən veteranlara dövlət qayğısı siyasəti ilk növbədə onların sosial müdafiəsinin təmin olunmasını əhatə edir. Müvafiq qanunvericiliyə əsasən müharibə veteranları müəyyən sosial müavinətlərdən, güzəştlərdən və dövlət dəstəyi proqramlarından istifadə etmək hüququna malikdirlər”. Polkovnik Cəlil Xəlilov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlət siyasətinə uyğun olaraq veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşdığını, onların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə etdiyini vurğulayıb: “Dövlətin veteranlara göstərdiyi qayğının mühüm istiqamətlərindən biri də sanatoriya-kurort müalicəsi ilə təmin olunmalarıdır. Sevindiricidir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşır, veteranların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə edir. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzi ilə yanaşı, “Buzovna” Fizioterapiya Mərkəzi, “Şıx” sanatoriyası, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzində yüzlərlə veteran müalicə alır və istirahət edir ki, bu da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlətimizin veteranlarla bağlı siyasətinə sadiqliyinin göstəricisidir”. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Həsən Cəfərov dövlətimizin veteranlara olan qayğısının miqyas və önəmindən danışıb: “Azərbaycanda veteranların dövlət qayğısı ilə yüksək səviyyədə və hərtərəfli təmin edildiyi məlum həqiqətlərdən biridir. Prezident İlham Əliyevin vətən müdafiəçilərinə diqqətinin nümunəsi olan bu qayğı, veteranlarımızın sağlamlığının qorunmasında mühüm rol oynayır, onlar tərəfindən böyük məmnunluqla qarşılanır. Dövlətimizin veteranlara qayğı siyasətinin həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da üzərinə düşən missiyanı hər zaman layiqincə yerinə yetirməyə çalışıb, bu istiqamətdə ciddi yeniliklərə imza atıb. Əminliklə bildirirəm ki, bundan sonra da bu məsələdə əlimizdən gələni əsirgəməyəcək, veteranlarımızın sağlamlığı və istirahəti üçün bütün imkanlarımızdan maksimum istifadə etməyə çalışacağıq”. Tədbirdə çıxış edən əmək veteranı Namiq Ağayev, “Günəşli” Sağlamlıq Mərkəzinin direktoru Vüqar Məhərrəmov, “Kurort” QSC-nin direktoru Çingiz Hacıyev də Prezident İlham Əliyevin şəhid ailələri və veteranlara olan qayğısından danışıb, dövlətimizin bu sahədə mühüm layihələr həyata keçirdiyi vurğulayıb. Tədbirin sonunda Respublika Həmkarlar İttifaqının “Günəşli” Sağlamlıq Mərkəzində müalicə alan bir qrup veterana Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarına qəbulla bağlı üzvlük vəsiqələri təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib. Seymur ƏLİYEV      

Hamısını oxu
Veteranlar Təşkilatının üzvləri şəhidin anım günündə iştirak ediblər

Cəlilabad rayon Veteranlar  Təşkilatının üzvləri rayonun Üçtəpə kəndinə gedərək qəhrəman şəhid Ayxan Cəfərovun  anım günündə iştirak edib, onun ev muzeyini ziyarət ediblər. Anım mərasimində Rayon İcra Hakimiyyətində "Şəhid ailələri və qazilərlə işin təşkili" şöbəsinin müdiri Füzuli Cəfərov, "Qarabağ qaziləri" ictimai birliyi Cəlilabad şöbəsinin rəhbəri Maşalla Əliyev, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və müharibə veteranı, yazıçı Qurban Əhməd çıxış edərək cəsur döyüşçü olmuş şəhid Ayxan Cəfərovun Füzuli və Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlarda göstərdiyi şücaətlərdən danışmış,  dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısını xüsusi vurğulamışlar. Xadırladaq ki, vətənpərvər ruhda böyümüş, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Cəfərov Ayxan Cəmaləddin oğlu möhtərəm  Prezidentimizin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

Hamısını oxu
XƏLİL QARƏHMƏDOVUN TƏQDİMATINDA POLKOVNİK CƏLİL XƏLİLOVLA GENİŞ REPORTAJ

Hamısını oxu
Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!

                    Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının  maliyyə dəstəyi ilə  “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı tədbir 08noyabr  2016-cı il  tarixdə Bakı şəhərində seminar–müşavirə keçiriləcəkdir. Seminar-müşavirə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının əməkdaşları tərəfindən həyata keçiriləcək.         Tədbirdə Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda,  2016-cı ilin  aprel ayında  şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir.       Tədbiririn əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.        Seminar-müşavirədə Bakı və Bakı ətrafı rayonların veteran təşkilatlarının sədrləri, veteranlar iştirak edəcəklər.       

Hamısını oxu