Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xocavənddə Hərbi Prokurorluq Müdafiə Nazirliyi ilə birlikdə tədbir keçirib

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları Xocavənddə rayon rəhbərliyinin iştirakı ilə birgə tədbir keçiriblər.

Hərbi Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə həyata keçirilən köklü islahatlardan, müxtəlif sahələrdə qazanılan uğurlardan, o cümlədən Silahlı Qüvvələrimizin formalaşdırılması, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılması və etibarlı qorunmasından bəhs ediblər. Əldə edilən uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi dəstək və xalq-dövlət birliyi xüsusi qeyd edilib. Həmçinin tədbirdə Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə əməkdaşlığı vurğulanıb.

Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Tədbirdə hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.

Tədbir başa çatandan sonra ağaclar əkilib.

 

2024-10-10 17:20:22
3177 baxış

Digər xəbərlər

Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə aparan yol” adlı tədbir keçirilib

Sumqayıt Tibb Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə aparan yol” adlı tədbir keçirilib Moderator.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində (STM) 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə aparan yol” adlı tədbir keçirilib. STM-in nəzdində olan tibb müəssilərində çalışan şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbir Vətən uğrunda canlarını fəda etmiş igid oğulların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan STM-in direktoru Səkinə Sadıxova Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.  Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb.  S. Sadıxova rəhbərlik etdiyi mərkəz tərəfindən şəhid ailələri və qazilərin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb. Qeyd olunub ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə "Zəfərin şahinləri şəhidlər qonaq gəlib" layihəsi çərçivəsində "Bayfilm" MMC tərəfindən "Missiya" adlı film ərsəyə gətirilib. Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanımız Tərlan Rzayevin anası, STM-in Uşaq Xəstəxanasının əməkdaşı Simnarə Səlimova çıxış edərək bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb oldu. O qeyd edib ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq. Digər çıxış edənlər - STM-in Müharibə iştirakçıları ilə koordinasiya şöbəsinin əməkdaşı İntiqam Əsgərli, Mühafizə və təhlükəsizlik bölməsinin müdiri, Vətən müharibəsi Mahir Məmmədov və Namiq Əliyev müqəddəs yolda canlarını fəda edən, bizə böyük Qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb. Sonda tədbir iştirakçıları "Missiya" adlı qısametrajlı bədii filmi izləyiblər. Qeyd edək ki, filmin bəzi epizodları TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında lentə alınıb.  

Hamısını oxu
Fransanın ermənipərəst siyasəti regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir

Bakı, 24 yanvar, AZƏRTAC “Fransanın ermənipərəst siyasəti regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, rəsmi Paris məqsədli şəkildə Ermənistandakı revanşist qüvvələri qızışdırmaqda, onları yeni qarşıdurmaya təhrik etməkdədir: “Fransa hökuməti Vətən müharibəsindən sonra açıq ermənipərəst mövqe sərgiləməkdə, bölgədə vəziyyəti gərginləşdirən, sülh müqaviləsi üçün gərəkli zəminin yaranmasını əngəlləyən bəyanatlarla çıxış etməkdədir. Bu günlərdə Fransa prezidentinin ordu qarşısındakı çıxışında Ermənistana dəstəyin davam etdiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlər, rəsmi Parisin öz məkrli siyasətindən əl çəkmək istəmədiyini göstərir”. Təşkilatın sədr müavininin sözlərinə görə, Fransanın əsas məqsədi Ermənistana dəstək adı ilə regionda öz maraqlarını müdafiə etmək və genişləndirməkdir: “Fransanın əsl məqsədi heç şübhəsiz, özünün bölgə ilə bağlı maraqlarını müdafiə etməkdən ibarətdir. Çünki Ermənistan üçün bölgədə heç bir dövlət təhdid yaratmır. Əksinə, Ermənistan bu gün də mina terrorunu davam etdirir. Belə olan halda Ermənistana hansısa dövlətin hərbi dəstək göstərməsinə lüzum yoxdur və belə bir dəstək yalnız regiondakı həssas vəziyyəti mürəkkəbləşdirməyə xidmət edir. İrəvan anlamalıdır ki, Fransanın ona verdiyi dəstək Ermənistana xeyirdən daha çox ziyan gətirir və onu sülhdən, tərəqqidən uzaqlaşdırır. Əgər Ermənistan sözün həqiqi mənasında sülh və inkişaf istəyirsə, o zaman Azərbaycanın sülh səylərini dəstəkləməli, ölkəmizlə normal münasibətləri bərpa etməlidir.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir

Respublika Veteranlar Təşkilatının Mərkəzi Aparatı əməkdaşlarının, veteranların və ziyalıların iştirak etdiyi anım mərasimi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti və abidə önünə Respublika Veteranlar Təşkilatı adından əklil qoyulması ilə başlandı. Anım mərasimi Respublika Veteranlar Təşkilatının inzibati binasının akt zalıda davam etdirilidi. Tədbiri giriş sözü ilə Təşkilkatın sədri, general polkovnik Tofiq Ağahüseynov açdı. Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda  canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tofiq Ağahüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən söhbət açaraq dedı: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi  bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini  zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-1982-ci illərdə  ictimai həyatın  bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”. T.Ağahüseynov həmçinin ulu öndərlə bağlı xatirələrini bölüşdü. Onun üçün vətənin və xalqın ən ali məqam olduğunu bildirdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan xalqı qarşısındakı tükənməz xidmətindən danışdı. Cəlil Xəlilov: “Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Heydər Əliyev bu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi yazılıb”. Daha sonra çıxış edən veteranlar ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışıb, eləcə də, ümümmilli liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər.

Hamısını oxu
“Səhiyyə Nazirliyi və TƏBİB-in qazilərimizə olan həssas münasibətini yüksək qiymətləndirirəm”

Məşhur Məmmədov: “Türk psixoloqlarının ölkəmizə səfəri Türkiyənin qazilərimizə olan qayğısının bariz nümunəsidir”   Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazilərinə psixoloji dəstək məqsədi ilə bir qrup türkiyəli mütəxəssis Azərbaycana gəlib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb, mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Moderator.az-a açıqlamasında türk psixoloqların məlum gəlişini şərh edən millət vəkili Məşhur Məmmədov, bunu qardaş Türkiyə dövlətinin Azərbaycana, onun qazilərinə olan diqqət və qayğısının növbəti təzahüri kimi dəyərləndirib. Millət vəkili Səhiyyə Naizrliyi və TƏBİB-in bu istiqamətdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Təbii ki, türk psixoloqlarının qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə gəlişi hər şeydən əvvəl qardaş Türkiyə dövlətinin qazilərimizə, vətənimizin şanlı müdafiəçilərinə olan diqqət  və qayğısının göstəricisidir. Heç kimə sirr deyil ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan böyük dəstək verdi, bir an belə olsun dövlətimizi, xalqımızı tək buraxmadı. Artıq iki ildir ki, müharibə başa çatsa da, qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirir. Bugünlərdə bir qrup türkiyəli mütəxəssisin qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə səfər etməsi də bu dəstəyin davamıdır. Türkiyə bununla bir daha bütün dünyaya nümayiş etdirir ki, o, hər zaman Azərbaycanın yanındadır və bundan sonra da onu dəstəkləməkdə davam edəcək. Mən xalqımıza, qazilərimizə verdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı sonsuza kimi yaşayacaq, bu birlik və qardaşlıq sadəcə ölkələrimizdə deyil, bütün dünyada sülhün, tərəqqinin, əmin-amanlığın bərqərar olması və inkişafına öz töhfəsini verəcəkdir. Mən bu məsələdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətini də yüksək qiymətləndirirəm. Təkcə bir faktı nəzərə çatdırım ki, bu gün TƏBİB-ə tabe olan tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsinin üzvləri çalışır. Səhiyyə Nazirliyi və TƏBİB qazilərimizin tibbi bərpa və reabilitasiyasında mühüm rol oynayır, hər bir qazi və şəhid ailəsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşır. Şübhəsiz, dövlət qurumlarımızın qazilərimizə, şəhid ailələrinə bu cür qayğıkeş, həssas münasibəti qürurvericidir və həmin qurumların öz vəzifə borcuna, dövlət başçısının tapşırıq və tövsiyyələrinə yüksək dəqqiliklə əməl edildiyini göstərir”.   Seymur ƏLİYEV  

Hamısını oxu