Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir”

Məşhur Məmmədov: “Bu, həm də ölkəmizin “yaşıl enerji” potensialından xəbər verir”

Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası (SES) tikiləcək. Məlum yenilik Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyada yer alıb.

Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan təbiətin qorunmasına, ekoloji mühitin yaxşılaşmasına həssaslıqla yanaşır, bunun üçün hər imkandan maksimum istifadə edir. Bu mənada, işğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisini alqışlayır, dövlətimizə uğurlar arzulayıram.

Bundan başqa, bu fakt həm də ölkəmizin nəhəng “yaşıl enerji” potensialından xəbər verir.

Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərimizdə böyük hidroenerji potensialı mövcuddur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində bu potensialdan istifadə imkanı yaranıb ki, dövlətimiz bu imkandan səmərəli şəkildə yararlanmaqdadır.

İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi başa çatandan sonra ölkəmizin elektrik enerjisi imkanları da əhəmiyyətli dərəcədə yaxşılaşacaq, habelə, su təsərrufatının daha ağıllı və məqsədyönlü şəkildə idarəsi imkanları genişlənəcək”.

Seymur ƏLİYEV

 

2024-10-11 12:35:32
2860 baxış

Digər xəbərlər

“İrəvan regional sülhü revanşist qrupların hikkə və avantürasına qurban verməməlidir”

Redaktor.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İrəvan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xəbərdarlıqlarından ciddi nəticə çxıarmalı, revanşist qruplara meydan verməməlidir: “Prezident İlham Əliyev ADA Universitetində təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirdi, regionda sülh və təhlükəsizliyin təmininin həm də Ermənistanın atacağı addımlardan asılı olduğunu bildirdi. Həmçinin, dövlət başçısı vurğuladı ki, hazırda Ermənistanda güclü revanşist qruplar mövcuddur. Prezident qeyd etdi ki, Azərbaycan sülh üçün əlindən gələni edib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır. Bir sözlə, dövlət başçısı İrəvana üzərinə düşən məsuliyyəti bir daha xatırlatdı, Ermənistanın nicatının region dövlətləri ilə səmimi əməkdaşlıqda olduğunu söylədi. Hesab edirəm ki, Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xəbərdarlıqlarından, çağırışlarından ciddi nəticə çxıarmalı, regional sülh və təhlkəsizlik üçün konkret addımlar atmalıdır. Bu addımlar mahiyyət etibarilə olduqca sadədir. Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləməli, revanşist qrupların regionda vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan anlamlıdır ki. Ermənistan üçün real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir və bu variantın heç bir alternativi yoxdur

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Xaçmazda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Fərhad Şeydayev Xaçmaz rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Xaçmaz rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Novruz təbriki

Hamısını oxu
Salyanda ictimai iştirakçılıq mövzusunda görüş keçirilib

Salyan rayon Mərkəzi kitabxanasında ictimai iştirakçılıq mövzusunda maarifləndirici görüş təşkil edilib. QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimai fəallar iştirak edib. Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev rayonda qeyri-hökumət təşkilatlarının və medianın ictimai həyatdakı rolundan danışıb, İctimai Şura ilə əməkdaşlıq mühitinin formalaşdığını diqqətə çatdırıb. İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, ölkəmizdə ictimai şuraların yaradılması prosesi barədə ətraflı bəhs edib. Təşkilat sədri qeyd edib ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir. Rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Rüstəm Məlikov ötən dövr ərzində ictimai şuranın gördüyü işləri haqqında məlumat verib. Müzakirələrlə davam edən tədbirdə İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən qeyri–hökumət təşkilatları təmsilçiləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. İctimai iştirakçılığın təşviqinin və ictimai şura üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirlməsinin vacibliyi vurğulanıb. Tədbirin yekununda iştirakçılara təşəkkürnamələr təqdim edilib.    

Hamısını oxu