Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova


Veteran.gov.az xəbər verir ki, 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək. Sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaqdır. Sərgidə iştirak etmək istəyən rəssamlar 20 sentyabr tarixinədək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə resmqalereya@gmail.com ünvanına göndərə bilərlər. Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək. Ətraflı məlumat: +994 77 717 33 37
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 12 dekabr - Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ümummilli Liderin məzarını ziyarət edib, əbədiyaşar liderin abidəsi önünə əkil və gül dəstələri qoyublar. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Heydər Əliyev ideyalarının hər zaman yaşayacağını, dövlətimizin inkişafına bundan sonra da töhfə verəcəyini bildirib. Polkovnik qeyd edib ki, veteranlar hər zaman olduğu kimi bundan sonra da Heydər Əliyev ideyalarının gənclər arasında təbliğinə xüsusi diqqət yetirməli, bu ideyaları qətiyyətlə həyata keçirən Ulu Öndər Heydər Əliyev akademiyasının yetişdirməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməlidirlər. Daha sonra veteranlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, böyük alimin əziz xatirəsini ehtiramla yad ediblər.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar "Erməni vəhşiliyinin Xocalı səhnəsi" mövzusunda tədbir keçirib. Rayon Veteranlar evində təşkil edilən tədbirdən öncə nümayiş olunan "Xocalı qətliamı uşaqların gözü ilə" adlı rəsm sərgisi barədə Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov tədbir iştirakçılarına məlumat verib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının şöbə müdiri, əməkdar mədəniyyət işçisi Xeyrulla Şahbazov açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına dualar oxunub. Göytəpə şəhər 1 saylı tam orta məktəbinin tarix müəllimi Fürudin Zeynalov Xocalı sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə geniş məlumat verdikdən sonra qeyd edib ki, o soyuq qış gecəsi uşağa, qocaya aman verilməyib, 613 dinc əhali qətlə yetirilib, 1275 nəfər əsir aparılıb, 450 nəfər şikəst edilib. Bu qanlı hərbi cinayətə yalnız ulu öndər hakimiyyətə gələndən sonra hüquqi-siyasi qiymət verilib, Xocalı faciəsi haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, YAP Cəlilabad rayon aparatının rəhbəri Rafiq Məmmədov, Qarabağ qaziləri ictimai birliyinin sədri Maşallah Əliyev, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Xocalıdan olan Zaur Kəngərli, rayonun Soltankənd orta məktəbinin müəllimi Dadaş Bayramov, Aypara cəmiyyətinin rayon bölməsinin sədri İlkin Qubadov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Mikayıl İnçəçaylı, əmək və müharibə veteranları Kamran Sadıqov, Adil Hüseynov, Qurban Əhmədov, Sakit İsayev, Adıgözəl Nuriyev və başqaları çıxış edərək Xocalı soyqrımını son yüz ildə baş vermiş ən qatı terror hadisəsi adlandırıblar və təəssüflə vurğulayıblar ki, bu qanlı faciəni hələ də dünya ictimaiyyətinə insanlığa qarşı törədilmiş soyqrım kimi tanıda bilməmişik. Amma təsəllimiz budur ki, 44 günlük Vətən müharibəsində azğın ermənilərin başını dəmir yumruğumuzla əzdik və dünyaya göstərdik ki, haqq-ədalət həmişə zəfər çalacaq.
Hamısını oxu
Sovet İttifaqı Qəhrəmanı Əkbərov Qəzənfər Qulam oğlu 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir. 1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.
Hamısını oxu