Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni reallıqlar fonunda ordunun gücü

2024-10-29 13:06:41
3938 baxış

Digər xəbərlər

Prezident və xanımı şəhid ailələrinə mənzil verilməsi mərasimində

İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.     AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.

Hamısını oxu
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Hamısını oxu
Abdulla Abdullayevin qəhrəmanlıqlarla dolu mübarizə yolu heç zaman unudulmayacaq!

II Dünya Müharibəsi, 1941–1945-ci illər arasında baş vermiş və bütün dünyanı təsiri altına almış, böyük bir faciələrlə müşaiyət olunmuş bir müharibədir. Bu müharibədə Sovet İttifaqı, o cümlədən Azərbaycan var qüvvəsi ilə iştirak etmişdir. Azərbaycan xalqı və sovet dövləti bu müharibənin gedişində böyük qurbanlar vermiş, həmçinin şanlı qələbələr də qazandırmışdır.1941-ci ilin iyun ayında Almaniya Sovet İttifaqına hücum edərək müharibəni genişləndirdi. Bu dövrdə Azərbaycan ərazisi Sovet İttifaqının strateji nöqteyi-nəzərdən vacib bir yer idi. Azərbaycan, həm də təbii ehtiyatlar baxımından zəngin bir region idi, buna görə də həm iqtisadi, həm də hərbi baxımdan müharibəyə mühüm yardımlar edirdi.  Azərbaycan xalqı və xüsusən Azərbaycan SSR-inin rəhbərliyi müharibənin ilk günlərindən etibarən əhəmiyyətli hərbi və iqtisadi dəstək göstərdi. Azərbaycanlılar ön cəbhədə vuruşdular, müxtəlif döyüşlərdə qəhrəmanlıqlar göstərdilər. Bir çox azərbaycanlı döyüşçü "Qızıl Ulduz" və digər yüksək döyüş mükafatları ilə təltif olundu. Azərbaycanlı hərbçilər müharibənin ən ağır döyüşlərində, o cümlədən Stalinqrad, Kursk, Leningrad və Berlin uğrunda gedən döyüşlərdə iştirak etdilər. Azərbaycanlı general və komandirlər də müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışırdılar. Bu döyüşlərdə Azərbaycan xalqının fədakarlığı, həmçinin millətimizin gücü və şücaəti özünü göstərdi.Müharibə illərində 600.000-ə yaxın Azərbaycan vətəndaşı cəbhəyə yollandı. Onlardan təxminən 300.000 nəfəri həlak oldu və ya itkin düşdü. Bu böyük insan itkisi müharibənin Azərbaycana nə qədər ağır təsir etdiyini göstərir. 1941-1945-ci illər müharibəsi, Azərbaycanın xalqının yaddaşında çox dərin izlər buraxdı. Hər bir azərbaycanlı ailəsində müharibə haqqında xatirələr, qəhrəmanlıq hekayələri yaşayır. Hərbi xidmətə çağırılan oğullar, əsgərlik dövrünü yaşayanlar, övladlarına və nəvələrinə qələbə qazanmış qəhrəmanları danışdılar, onların şücaətini və vətənə olan sevgilərini örnək göstərdilər.Bu müharibə həm də Azərbaycan xalqının və digər sovet xalqlarının birliyini,  gücünü simvolizə edir. Onlar, faşizmə qarşı mübarizə apararkən təkcə öz vətənlərini deyil, bütün dünyanı qorumaq üçün bir araya gəldilər. Bu müharibənin qələbəsi, Azərbaycan tarixində ən mühüm dönəmlərdən birini təşkil edir. Müharibənin sonunda, 1945-ci ildə faşizm məğlub oldu və dünya yeni bir dövrə qədəm qoydu. Azərbaycan xalqı bu qələbəni özünə məxsus fədakarlıq və igidliklə qazandı. Hər il 9 May – Qələbə Günü Azərbaycan xalqı tərəfindən  qeyd olunur. Bu tarix, yalnız müharibədə iştirak edənlərə deyil, həm də şəhidlərə, qazanılan zəfərə görə bütün xalqımıza həsr olunur. Bu zəfər həm də bizə əzmkarlıq, birlik və qardaşlıq dəyərlərini bir daha xatırladır. Xalqımızın yaddaşında bu dövr heç zaman unudulmayacaq, hər bir şəhidin, hər bir igidin, hər bir əsgərin vətənə olan sevgisi, torpaq uğrunda verdikləri mübarizə əsrlər boyu yaddaşlarda yaşayacaq. İkinci Dünya müharibəsində xüsusi fədakarlığı ilə fərqlənən igidlərdən biri də, dünən dünyasını dəyişən 103 yaşlı Abdulla Abdullayevdir. Abdulla Abdullayevin həyatı, bir dövrün şahidi, həmçinin İkinci Dünya müharibəsinin acı və şanlı anlarının yaşandığı bir dönəmin rəmzidir. Yevlax rayonunun Ləkçay kəndində dünyaya gələn Abdulla Abudayev, 1919-cu ildə dünyaya gəib. Gənc yaşlarından zəhmətkeş və vətənpərvər ruhu ilə fərqlənən Abdulla, 1941-ci ildə müharibə başladığı zaman cəbhəyə yollandı. Abdulla Abdullayevin cəbhəyə yollanması, təkcə fiziki deyil, mənəvi bir döyüşün başlanğıcı idi. O, müxtəlif döyüşlərdə iştirak edərək, həm Sovet Ordusunun döyüşçüsü, həm də bir insan olaraq qeyri-adi  iradə nümayiş etdirdi. Çoxsaylı döyüşlərdə göstərdiyi şücaətə görə bir neçə dəfə yaralandı, amma hər dəfə döyüşə qayıtdı. Müharibə ona yalnız fiziki yox, həm də daxili güc verdi o, insanların həyatı uğrunda mübarizə aparan bir qəhrəmana çevrildi. Abdulla Abdullayevin döyüşlərdəki fədakarlığı və igidliyi, ona çoxsaylı medallar qazandırdı. O, cəsurluğu ilə sadəcə Sovet Ordusunun deyil, həm də Azərbaycanın tarixində silinməz iz buraxdı. Bütün döyüşçülər kimi, müharibə onun həyatında bir dönüş nöqtəsi oldu-yalnız vuruşan deyil, həm də içindəki insanlıq və mərhəmət hissi ilə irəliləyən bir əsgərə çevrildi. Müharibə bitdikdən sonra Abdulla Abdullayev Yevlaxa qayıdaraq həyatına davam etdi. Lakin onun üçün müharibə yalnız silahların susması ilə bitmədi. O, müharibənin zədələrini, gördüyü dəhşətləri və həyatını qurban verən dostlarının xatirəsini hər zaman ürəyində daşıdı. 103 yaşında dünyasını dəyişən Abdulla Abdullayev, heç zaman yaşının ona mane olmasına izin vermədi. Həyatının son illərində də fəal şəkildə kənddəki gənclərlə görüşlər keçirir, onlara müharibə təcrübələrindən danışır, həmçinin vətənpərvərlik mövzusunda təlimlər verirdi. Onun hər bir sözü və hərəkəti, gənclərə tarixi dərs və əsl həyat məktəbi idi. O,həm də kəndində nüfuzlu bir şəxsiyyət idi insan ona hörmətlə yanaşır, ondan məsləhət alırdı. Abdulla Abdullayevin vəfatı, yalnız bir insanın itirilməsi deyil, həm də bir dövrün bitməsidir, bir dövrün başa çatmasıdır. Onun xatirəsi Azərbaycanın hər bir vətənpərvər və cəsur insanının yaddaşından silinməyəcəkdir. Müharibə illərində döyüşlərdə göstərdiyi igidlik və öz xalqı üçün fədakarlığı, gənc nəsillərə örnək olmaqda  davam edəcək. İndi onun həyatı və mübarizəsi yalnız tarix kitablarında deyil, həm də hər bir Azərbaycanlının qəlbində yaşayacaq. Abdulla Abdullayevin həyatı, həm müharibənin, həm də sülhün dəyərini anlamaq baxımındda da  böyük əhəmiyyət kəsb edir. Onun kimi insanların qəhrəmalıqlarla dolu mübarizə yolu heç zaman unudulmayacaq!   Cəlil Xəlilov                   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”

Cəlil Xəlilov: “Bu çıxış bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyüki töhfələr verdiyini sübut etdi”   “Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. İlk öncə dövlət başçısının pandemiyaya qarşı mübarizə məqsədi ilə atdığı addımlara diqqət çəkən Cəlil Xəlilov, Prezident İlham Əliyevin problemə yanaşma tərzinin digər dünya liderlərinə də örnək olduğunu vurğulayıb:   “Prezidentimizin VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı istər siyasi və iqtisadi, istərsə də elmi-mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı bu çıxışda bir sıra məsələlərə münasibət bildirdi, özünəməxsus yanaşma tərzi sərgilədi. Bu baxımdan prezident İlham Əliyevin koronaviris pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi töhfə xüsusilə qeyd edilməlidir.   Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən bu bəlaya qarşı birgə mübarizə aparmağın zəruriliyini vurğuladı, bununla bağlı dünya dövlətlərinə çağırışlar ünvanladı. Koronavirusa qarşı vaksin yaradılanda isə Azərbaycanın dövlət başçısı bildirdi ki, bu vaksin iqtisadi gücündən, siyasi nüfuzundan asılı olmayaraq, dünya dövlətləri arasında ədalətli şəkildə bölünməlidir. Hansı ki, Asiya və Afrikanın əksər dövlətlrinin, o cümlədən bir sıra Latın Amerikası dövlətlərinin bu prosesdən əsaslı şəkildə kənarda qaldığı bir həqiqət idi. Məhz belə bir məqamda Prezident İlham Əliyev vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi təklifi ilə çıxış etdi, dünya liderlərini, beynəlxalq təşkilatları bu məsələdə vicdanla davranmağa səslədi.   Xatırladım ki, məhz Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Sammitində BMT-nin Baş Assambleyasının COVİD-ə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu çağırış əksər BMT dövlətləri tərəfindən dəstəkləndi və nəhayətdə 2020-ci ilin 3-4 dekabr tarixlərində bu sessiya reallaşdı.   Azərbaycan dövləti ölkə daxilində də pandemiyaya qarşı mübarizə istiqamətində böyük işlər həyata keçirdi. Qısa zamanda 13 yeni dövlət xəstəxanası açıldı ki, bu xəstəxanalar pandemiyadan əziyyət çəkən vətəndaşlarımızın müalicəində mühüm rol oynadı. Vətəndaşlar arasında kütləvi vaksinləmə prosesi həyata keçirildi. Bu və bu kimi addımlar sayəsində pandemiyaya qarşı mübarizədə böyük uğurlara nail olundu. Bununla yanaşı, Azərbaycan bri sıra dövlətlərə tibbi yardımlar göndərdi. Bununla da öz humanist mövqeyini nümayiş etdirdi”.   Cəlil Xəlilov ölkə başçısınınm Vətən müharibəsi və bunu doğuran səbəblər haqqında VIII Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlərə də münasibət bildirdi:   “Dövlət başçısı məlum Forumda Vətən müharibəsi və bunu doğuran səbəblər, habelə post-müharibə dönəmində dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələrinə də diqqət çəkdi. Prezidentimiz qeyd etdi ki, Ermənistan uzun müddət problemin sülh yolu ilə həllindən imtina etməklə yanaşı, 2020-ci ildən etibarən Azərbaycana qarşı hərbi müstəvidə ciddi təxribatlara əl atdı. Dövlət başçısı bidlirdi ki, sentyabrda Ermənistanın həyata keçirməyə cəhd etdiyi növbəti təxribat müharibəni tətiklədi və bu müharibə Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı. Azərbaycan ordusu cəmi 44 gün içində düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi.   Müharibədən sonra Azərbaycanın bu torpaqlarda həyata keçridiyi qurucluq işləri bir daha dünyaya kimin-kim olduğunu göstərdi. Baş verənlər əməli surətdə göstərdi ki, Azərbaycan xalqı sülhpərvər və yaradıcı xalqdır. Baş verənlər göstərdi ki, Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi altında düşmənin daşı-daş üstündə qoymadığı Qarabağı cənnətə döndərməyə qadirdir və bu istiqamətdə böyük işlər həyata keçirir.   Bir sözlə, Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumundakı çıxışı bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyük töhfələr verdiyini sübut etdi. Bu çıxış həm də onu göstərdi ki, Azərbaycan dövləti güclənməkdə, beynəlxalq aləmdəki nüfuzunu artırmaqda davam edir və heç bir qüvvə bu prosesin qarşısını ala bilməz”.      

Hamısını oxu