Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

2024-12-12 11:44:09
3553 baxış

Digər xəbərlər

Ermənilərin yazışması ələ keçirildi:

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən düşmən və işğalçı ölkə Ermənistanın dövlət qurumları arasındakı elektron yazışmalar əldə olunub. AFN NUHÇIXAN İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.Bildirilib ki, Ermənistan Hökumət Aparatının Vətəndaşların qəbulu və müraciətlərinin müzakirəsi idarəsinin müdiri Aleksandr Qazaryanın 5 oktyabr 2020-ci il tarixdə Ermənistan Müdafiə nazirinə göndərdiyi iki məktubda işğalçı ölkənin ordusundakı acınacaqlı vəziyyət öz əksini tapıb.Birinci məktub Ermənistan ordusundakı özbaşınalıqla bağlı əsgər valideyninin müraciəti əsasında yazılıb. Həmin məktubu təqdim edirik:"Bizə Lori vilayətinin Lori Berd icmasının Aşot Yerkat 14 ünvanında yaşayan Qayane Balayan müraciət edib. O bildirib ki, oğlu Anri Balayan 1 oktyabr tarixində Müdafiə Nazirliyinin 13516 saylı hərbi hissəsinin təlim taboruna məcburi hərbi xidmətə çağırılıb. O, könüllü orduya gedib. Ancaq daimi olaraq hərbi hissədə döyülüb. Onun komandirləri tərəfindən heç bir tədbir həyata keçirilməyib. Bununla əlaqədar bizim təşəbbüsümüzlə MTX tərəfindən araşdırmalar aparılıb və aydınlaşıb ki, baş leytenant Arsen Hovhannisyan bir neçə dəfə əsgərləri döyüb və nəticədə, iki əsgər özünə qəsd edib.Bunlar barədə hərbi hissənin həkimi ilə də danışılıb, o da bu məlumatları təsdiqləyib. Həmçinin həkim Arsen Hovhannisyanın qızdırması və tərləməsi olan əsgərlərə tibb məntəqəsinə getmək üçün icazə vermədiyini də deyib. Qeyd edək ki, Anri Balayan xəstədir və son iki gün ərzində onun vəziyyəti daha da ağırlaşıb. Buna baxmayaraq, onun Qarabağa aparılmasına qərar verilib. Əsgərlər qorxurlar ki, Arsen Hovhannisyan onları Qarabağdakı müharibə şəraitindən istifadə edərək öldürə bilər.Onların ailələri bu barədə bizə çox məktublar göndərirlər. Xahiş edirəm ki, əsgərlərin vəziyyətini araşdırın və sonra Qarabağa göndərmək barədə qərar qəbul edin. Arsen Hovhannisyanı Qarabağa göndərməyin. Onunla bağlı qeyd olunmuş məlumatlarla əlaqəli araşdırmalar həyata keçirin və nəticələr barədə yeddi gün müddətində məlumat göndərin”.İkinci məktubda isə müharibədə ölən əsgərlər barədə valideynlərə məlumat verilməməsi bildirilir:"Baş nazirin tapşırığı ilə Qarabağda ölmüş əsgərlərin cəsədləri Gorus şəhərinə gətirilib. Ancaq indi onların şəxsiyyətini müəyyənləşdirmək mümkünsüzdür. Artıq onların İrəvan şəhərinə gətirilməsi barədə qərar qəbul edilib. Sizdən xahiş edirəm, ölmüş əsgərlərin ailələrinə bu barədə hər hansı məlumat verməyəsiniz. Əgər biz onların şəxsiyyətini aydınlaşdırsaq, bu barədə sizə məlumat verəcəyik. Həmin zamana qədər hər gün 100 cəsəd göndərin. Bu məsələ barədə hərbi qulluqçular məlumatlandırılmamalıdırlar. Baş nazirin göstərişi ilə daşınmanı polis həyata keçirəcək”.

Hamısını oxu
Tovuz döyüşlərində beş qəlpə yarası alan qazimizlə VİDEOMÜSAHİBƏ

“Sağ olsun dövlətimiz, mənim yoxluğumda valideynlərimə arxa-dayaq çıxıb”.   Bunu qazi Nurlan Quliyev Baku TV-yə müsahibəsində qeyd edib.  Azərbaycan dövləti daim əsgərinin yanındadır. Ötən ay Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxibat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev də istisna deyil.    O, Tovuzun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə yaralansa da, həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşub.  N.Quliyevin müalicə aldığı müddətdə ailəsinə baş çəkən rəsmilər evlərinin əsaslı təmirə ehtiyac olduğunu görüb.

Hamısını oxu
Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.

Hamısını oxu
“Ermənistanın hərbi cinayətlərinin Ombudsman tərəfindən Orta Asiya regionunda ifşası ikiqat əhəmiyyətə malikdir”

Xəbər verdiyimiz kimi, Ombudsman Səbinə Əliyeva Özbəkistana səfər əsnasında bu ölkənin televiziyalarına müsahibələr verib, bir sıra məsələlərlə yanaşı, həm də erməni vəhşiliklərindən bəhs edib. Bununla bağlı sayımıza açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli erməni vəhşilikləri ilə bağlı beynəlxalq müstəvidə təbliğat işinin aparılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Cahangir Məmmədli Ombudsmanın bu yöndəki fəaliyyətinin də təqdirəlayiq olduğunu bildirib: “Orta Asiya arealında Ermənistanın cinayətlərinin ifşa edilməsi, onun əsl simasının tanıdılması, Azərbaycanın haqq işinin təbliği olduqca əhəmiyyətlidir. Bu coğrafiyada belə bir təbliğat ikiqat əhəmiyyətə malikdir. Çünki həmin coğrafiyada yerləşən dövlətlərin Qarabağ məsələsində lazımi qədər aktivliyinə şahid olmadıq. Düzdür, Qazaxıstanın bu sahədə müəyyən fəallığı hiss olunur. Amma hələ ki, bu regionda yerləşən dövlətlərin ümumi fəallığı arzuedilən səviyyədə deyil. Halbuki, Ərdoğanın Şuşa səfərindən sonra orada xüsusi bir canlanma olmalıdır. Çünki söhbət türk dünyasından, onun bugünü və gələcəyindən gedir. Odur ki, Orta Asiya coğrafiyasında daha çox iş görməyimizə ehtiyac var. Biz hər imkanda erməni vəhşiliyini ifşa etməli, onun anti-insani mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu baxımdan Səbinə xanımın Özbəkistana səfəri, səfər əsnasında KİV-lərə, televiziyalara verdiyi müsahibələr olduqca əhəmiyyətlidir. Azərbaycan Ombudsmanının erməni cinayətləri ilə bağlı ortaya qoyduğu faktlar, səsləndirdiyi fikirlər erməni faşizminin ümumilikdə Orta Asiyada ifşası baxımından son dərəcədə əhəmiyyətlidir. Orta Asiya insanı bu faktlar, bu informasiyalar əsasında Ermənistanın hərbi cinayətləri, törətdikləri vəhşiliklər haqqında müəyyən məlumata, təsəvvürə malik olur, bundan bəlli nəticələr çıxarır. İnanıram ki, Səbinə xanımın Özbəkistan KİV-nə verdiyi müsahibələr, açıqlamalar bütövlükdə Orta Asiya ictimaiyyətinin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumata sahib olmasına kömək edəcək, erməni vandalizminin dünya mqiyasıdna ifşasına təkan verəcək. Mən Səbinə xanıma bu mühüm fəaliyyətdə uğurlar arzulayıram”.  Seymur ƏLİYEV

Hamısını oxu