Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, “Benilüks” Azərbaycanlıları Konqresi və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş silsilə tədbirlər keçirilib. “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Təşkilatının Rəhbərliyi ilk öncə I Fəxri Xiyabana gedərək Zərifə xanım Əliyevanın və Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Daha sonra “Benilüks” Azərbaycanlıları Konqresinin, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının və “Yüksəliş” Gənclər Hərəkatının rəhbərləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya Müharibəsi iştirakçısı, İstiqlal ordenli, 101 yaşlı Fatma Səttarova ilə görüş keçirmişdir. Görüş zamanı “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən birgə və səmərəli əməkdaşlığa görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və Cəlil Xəlilov fəxri fərmanla təltif edilmişdir. Eyni zamanda “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tərəfdaşlığı ilə Şəhid ailələri və Qazilərlə görüş keçirildi. Görüş zamanı 100-dən çox Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinə “Benilüks” Azərbaycanlıları Konqresinin dəstəyi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə bayram sovqatları çatdırılmışdır.
Hamısını oxu
“Sağ olsun dövlətimiz, mənim yoxluğumda valideynlərimə arxa-dayaq çıxıb”. Bunu qazi Nurlan Quliyev Baku TV-yə müsahibəsində qeyd edib. Azərbaycan dövləti daim əsgərinin yanındadır. Ötən ay Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxibat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev də istisna deyil. O, Tovuzun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə yaralansa da, həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşub. N.Quliyevin müalicə aldığı müddətdə ailəsinə baş çəkən rəsmilər evlərinin əsaslı təmirə ehtiyac olduğunu görüb.
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında 44 günlük Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib. Tədbirdən öncə vətən uğrunda şəhid olan hərbçilərimizin ruhui bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun cəmi 44 gün içində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları, gücləndirilmiş müdafiə xəttini yarıb keçdiyinə diqqət çəkən Cəlil Xəlilov, hərbçilərimizin sərgilədiyi peşəkarlığın dünyanın ən qabqcıl dövlətlərini də heyrətləndirdiyini vurğulayıb. Prezident İlham Əliyevin şəhid ailələrinə, qazi və veteranlara böyük diqqət və qayğı göstərdiyini qeyd edən Respublika Veteranlar Təşkilatının sədr müavini, Vətən müharibəsində olduğu kimi, bundan sonra da cəmiyyətimizin, o cümlədən onun bir hissəsi olan veteran və qazilərin ölkə başçısına dəstək verməsinin, onun ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. Həmçinin, sədr müavini bildirib ki, Respublika Veteranlar Təşkilatı hər bir veteran və qazini narahat edən, onları maraqlandıran məsələ və problemlərin həllinə dəstək verməyə, onlarla əlaqədar dövlət qurumları arasında koordinasiya yaratmağa hazırdır. Polkovnik Respublika Veteranlar Təşkilatı və onun yerlərdəki şöbələrinin qapısının bugünə qədər olduğu kimi, bundan sonra da qazi və veteranların üzünə açıq olduğunu bildirib. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova öncə Böyük Vətən Müharibəsində xalqımızın faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkib: “Azərbaycan xalqı digər sovet xalqları ilə birlikdə 1941-1945-ci illərdə faşizmə qarşı müharibədə aktiv iştirak edib, bu müharibədə böyük qəhrəmanlıqlara imza atıb. 44 günlük müharibədə isə Azərbaycan xalqının qeyrətli oğulları müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardı. Bu müharibədə iştirak edən hər bir qazi, hər bir veteran bizim üçün əziz və dəyərlidir. Onları dəyərli edən isə vətənimiz, xalqımız, bayrağımız uğrunda vuruşmasıdır. Mən qazilərimiz önündə, onların göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm. Vətən müharibəsində Ali Baş Komandan 44 gün ərzində hərbi mundiri əynindən çıxarmadı. İlham Əliyev dünyada yeganə prezidentdir ki, bütün müharibə boyu əsgəri ilə çiyin-çiyinə döyüşdü, onunla bir yerdə oldu, hərbçi paltarını əynindən çıxarmadı. Biz Ali Baş Komandanımızla fəxr edir, qürur duyuruq”. Daha sonra çıxış edən Vətən müharibəsi qaziləri Namiq Rufullayev və Elçin Əhmədov müharibə ilə bağlı xatirələrini danışıb, dövlətin qazilərə olan dəstəyindən bəhs edib. Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev təşkilatın hüquqi və digər məsələlərdə qazilərə dəstək verməyə hazır olduğunu qeyd edib. Tədbirin sonunda qazilərin bir qismi təşkilata üzv qəbul edilib, xatirə şəkli çəkilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Tədbir "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir baş tutub Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib. Tədbirin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Mərkəzin nümayəndəsi Gülər Ellazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edib, cəmiyyətin gələcəyinin gənclər olduğunu hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən yeganə bir insan Heydər Əliyev olduğunu diqqətə çatdırıblar. Tədbir Heydər Əliyev Mərkəzinin bələdçiləri tərəfindən gənclərə Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunması ilə davam edib. Həmçinin, tədbirdə gənclərə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunub. Sonda Ulu Öndər Heydər Əliyevin abidəsi önündə kollektiv xatirə şəkli çəkilib.
Hamısını oxu