Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“DTX cinayətlərin qarşısını planlaşdırma mərhələsində almaqla yüksək peşəkarlıq sərgiləyir”

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Məlum olub ki, cinayət qruplaşmasının üzvləri mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Dövlət Təhlükəsizliyi Xidmətinin ekstrekmist qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində atdığı bu addımı yüksək qiymətləndirib:

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşmanın ifşası dövlətçiliyimizin, onun əsaslarının müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından son dərəcə mühm əhəmiyyətə malikdir. Bu əməliyyat hər şeydən öncə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığından, hədsiz çevikliyindən xəbər verir.

Qruplaşmanın cinayət əməlinin qarşısının planlaşdırma mərhələsində alınması da Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir. Qeyd edək ki, bütün dünyada çox az sayda xüsusi xidmət orqanları var ki, onlar planlaşdırılan cinayətlərin qarşısını elə planlaşdırma mərhələsində ala, təhlkəni elə ilkin mərhələdə ortadan qaldıra bilir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti də bu cür peşəkar xüsusi xidmət orqanlarından biridir.

Mən bu uğuruna görə Dövlət Təhlükəsizliyi Xidməti təbrik edir, ona bu çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram. Eyni zamanda, bütün vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlarda şübhə doğuran istənilən məsələ ilə bağlı güc orqanlarımızı dərhal məlumatlandırmağa səsləyirəm.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zərərsizləşdirilən ekstremist qruplaşma ilə bağlı baş verənlər bir daha göstərdi ki, bu gün də dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını pozmağa, ölkədə xaos, qarışıqlıq yaratmağa çalışan qüvvələr var. Doğrudur, onların bu cəhdlərinin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti və digər güc orqanalrı tərəfindən qətiyyətlə alınır. Lakin bu məsələdə hər bir vətəndaşın hüquq-mühafizə orqanlarına informasiya dəstəyi verməsi, dövlət qurumları ilə sıx əməkdaşlıq həyata keçirməsi zəruridir. Yalnız bu halda biz bütün təhlükələrdən sığortalana bilərik”.

 

2024-12-17 12:10:05
3148 baxış

Digər xəbərlər

“Güclü lider, güclü dövlət” adlı tədbir keçirilib

Modern İnkişaf və Ailə İctimai Birliyi tərəfindən 4 noyabr 2025-ci il tarixində  erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümü münasibətilə “Güclü lider, güclü dövlət” adlı tədbir keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdən öncə Azərbaycan Respbublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva 8 Noyabr zəfərinin önəmindən danışıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə sərgilədiyi fədakarlığa diqqət çəkib: “8 Noyabr Azərbaycanın hərb tarixində ən böyük uğur, ən parlaq qələbədir. Düz 5 il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni faşizmi üzərində qəti qələbə qazanaraq işğaldakı torpaqları düşməndən azad etdi. Bizi zəfərə qovuşduran cənab Prezidentimiz olsa da, bu siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu heç kimə sirr deyil. Ümummilli ldier vaxtiylə deyirdi ki, biz hökmən Füzuliyə də, Laçına da, Kəlbəcərə də qayıdacağıq. Heydər Əliyevin bütün müsahibə və açıqlamalarında Azərbaycanın tarixi zəfərinə olan dərin inam ifadə olunurdu. 2020-ci ilin 8 noyabr tarixində xalqımızın əldə etdiyi tarixi zəfər sübut etdi ki, Ulu öndər inamında haqlı imiş. Azərbaycan xalqı öz böyük sərkərdəsi, cəsur Prezidenti, şəhid və qazilərinin qəhrəmanlığı sayəsində tarixdə misli-bərabəri olmayan zəfərə imza atdı. Bu böyük sevinci bizə yaşatdığı üçün şəhidlərimizin, qazilərimizin qarşısında baş əyir, Müzəffər Ali Baş Komandanımıza sonsuz sevgi və minnətdarlığımızı bildiririk”. Tədbirdə çıxış edən millət vəkili Vüqar İsgəndərov 8 Noyabr zəfərinin sadəcə Azərbaycan deyil, türk-islam dünyası baxımından böyük qələbə olduğunu bildirib. Müharibə zamanı bütün xalqın Prezident İlham Əliyevin ətrafında sıx biləşdiyini vurğulayan millət vəkili, xalqımızı və dövlətimizi gələcək bəlalardan qorumaq, uğur və qələbələrimizi davam etdirmək üçün Vətən müharibəsi dönəmindəki birlik və bərabərliyi qoruyub saxlamağın vacibliyinə toxunub. Şəhid anası Mehriban Abdurrəhmanova çıxışında Ordumuzun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlğından danışıb: “Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdı. Hərbçilərimiz  şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldı. Bir nəfər də olsun mülki erməniyə xətər yetirmədi. Bu müharibə bir daha sübut etdi ki, xalqımız qəhrəman olduğu qədər də mərhəmətlidir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov da çıxışında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində tarixi rəşadət göstərdiyini söyləyib: “44 günlük Vətən müharibəsi xalqımızın bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcəyini sübut etdi. Azərbaycan xalqı sübut etdi ki, o, özünü, öz torpağını qorumağa qadirdir və bundan sonra da  Prezidentinin ətrafında sıx birləşməkdə davam edəcək”. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova, Qarabağ əlili Hüseyn Tahiroğlu da Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın Vətən müharibəsində göstərdiyi fədakarlğın bütün dünyanı heyrətə saldığını qeyd edib. Tədbirdə çıxış edən vəkil Şəfiqə Nağıyeva Prezident İlham Əliyevin hər bir azərbaycanlının arzusunu reallığa çevirdiyini bildirib. O, qeyd edib ki, “Qarabağ Azərbaycandır” ifadəsi hər zaman səslənsə də, bu ifadə praktikada öz yerini məhz 2020-ci ilin 8 Noyabr zəfərindən sonra tutub. Şəhid anası Lətifə Novruzova, Vətən müharibəsi qazisi Elçin Əhmədov, vəkil Lətifə Əliyeva, şəhid anası Alimə Cəfərova da çıxışlarında 8 Noyabr zəfərinin önəminə toxunub, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqları yüksək qiymətləndiriblər. Daha sonra Modern İnkişaf və Ailə İctimai Birliyinə yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Tədbirin sonunda tanınmış müğənnilərin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, xatirə şəkli çəkilib və 100-dən çox şəhid ailə üzvünə, qazilərə ziyafət verilib.

Hamısını oxu
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

Hamısını oxu
“31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 29 mart 2024-cü il tarixində Yasamal rayonunda tədbir keçiriblər. Tədbir 31 mart soyqırımına həsr olunub. Tədbir Yasamal rayonu Heydər Əliyev Mərkəzində  baş tutub. ”31 Mart - Azərbaycanlıların Soyqırım Günüdür” adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, RVT-nın üzvü Esmira Orucova, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva, Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin birinci kurs kursantları iştirak ediblər. Tədbiri Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva açıb, 1onaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ərazi bütövlüyümüzü uğrunda  canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri, Böyük Vətən Müharibəsi iştirakçısı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxışında bildirib ki, ermənilər 1905-ci və 1907-ci illərdən başlayaraq zaman-zaman xalqımıza qarşı cinayətlər törədib: “1918-ci ildə törətdilmiş qırğınların coğrafiyası daha geniş olub. Belə ki, 25000 min Bakıda, 8000 min Zəngəzurda, 8000 min Göyçayda,7000 min  Şamaxıda, 3000  min Naxçıvanda, 2000 min  Qubada və digər ərazilərdə soydaşlarımızı qətlə yetiriliblər. 1988-ci ildən başlayaraq Azərbaycanın sərhədlərində və Qarabağda törədilən cinayətlər bir   dahaha sübut etdi ki, düşmən hər zaman öz məkirli siyasətini həyata keçirmək üçün fürsət gözləyir. Biz buraxılan səhvlərimizdən nəticə çıxarmalı və Ali Baş Komandanımız İlham Əliyevin ətrafında  bir yumruq kimi sıx birləşməliyik. Düşmən hər zaman öz başı üzərində Prezidentin göstərdiyi “Dəmir Yumruğu” hiss etməlidir”. Daha sonra Vaqif Məmmədov və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu