Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 18 dekabr 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. 

İclasda çıxış edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov cari ildə görülən işlərlə bağlı Rəyasət Heyətinin üzvlərinə ətraflı məlumat verib, onların sullarını cavablandırıb. İclasda gələn ilin iş planı təsdiqlənib, habelə, həyata keçiriləcək layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

2024-12-18 14:48:34
3098 baxış

Digər xəbərlər

“Ali Baş Komandanın Şuşada qaladığı Novruz tonqalı ordumuzun tarixi zəfərinin təntənəsidir”

Cəlil Xəlilov: “Bu tonqal xalqımızın sabaha olan inamını, mübarizə və qalibiyyətini əks etdirir”   Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşada, Cıdır düzündə Novruz bayramı münasibəti ilə yandırdığı tonqal, ölkəmizin mədəniyyət paytaxtından verdiyi yeni mesajlar Azərbaycan xalqı tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanıb.   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisə ilə bağlı maraqlı fikirlər səsləndirib:   “Cənab prezidentin Şuşa şəhərinə səfəri, bu səfər əsnasında səsləndirdiyi bəyanatlar Azərbaycan xalqının hər bir nümayəndəsində böyük fəxr və qürur hissi doğurmaqdadır. 28 ildən sonra Şuşada, Cıdır düzündə qalanan Novruz tonqalı xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Çünki biz uzun illərdir ki, məhz bu günü, bu anı gözləmişik. Uzun illərdir ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə keçirmək bizim ən böyük arzumuz olub. Sevindiricidir ki, biz 28 ildən sonra bu böyük, tarixi günə şahidlik edirik. Bu baxımdan Ali Baş Komandanın Cıdır düzündə qaladığı tonqal sadəcə Novruz tonqalı deyil. Bu, həm də xalqımızın tarixi qələbə tonqalı, şanlı Azərbaycan ordusunun zəfər tonqalıdır. Bu tonqal Azərbaycan xalqının tarixi zəfərinin təntənəsidir. Bizim builki Novruz bayramını əvvəlki bayramlarımızdan fərqləndirən ən başlıca amil məhz budur.   Məlum olduğu kimi, istər ulu öndər Heydər Əliyev, istər prezident İlham Əliyev hər zaman erməni işğalında qalan topaqlarımızın azad ediləcəyinə dərin inamlarını ifadə edib, bunun üçün həm hərbi, həm diplomatik, həm də digər sahələrdə mühüm işlər həyata keçiriblər. Azərbaycan xalqı da işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanıb, heç vaxt buna inamını itirməyib. Prezident İlham Əliyevin Novruz bayramı günlərində Şuşada qaladığı tonqal ölkə başçısının və eləcə də Azərbaycan xalqının ordumuzun gücünə, onun qəhrəmanlığına olan inamının təntənəsidir.   Mən bu bayram günlərində bizə bu böyük sevinci bəxş edən şəhidlərimizi də ehtiram hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirəm. Hər kəs əmin ola bilər ki, Azərbaycan xalqı əsrlər sonra da ordumuzun, şəhid və qazilərimizin qəhrəmanlığını unutmayacaq, hər zaman onları dərin minnətdarlıq hissi ilə yad edəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Hərbi prokurora müavin təyin edildi

Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyinat olub. Veteran.gov.az-ın məlumatına görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib. Bununla bağlı Baş Prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb.  

Hamısını oxu
Şəhid olan 23 yaşlı müstəntiqin SON DÖYÜŞÜ

Vətən müharibəsi şəhidlərindən biri də prokurorluq müstəntiqi Əlizadə Yüksəl İlqar oğludur. Publika.az xəbər verir ki, prokuror oğlu oan 23 yaşlı Yüksəlin qardaşı da prokurorluq sistemində çalışır. Yaxınlarının bildirdiyinə görə, o, savadlı bir hüquqşünas idi: " "Önündə gözəl bir gələcək var idi. Ancaq buna baxmayaraq, Yüksəl müharibə başlayan kimi ailəsinə belə xəbər etmədən vəzifəsini, işini, kariyerasını ataraq könüllü olaraq cəbhəyə, döyüşə getdi. Müharibənin bitməsinə 1 gün qalmış 8 Noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə Kəşfiyyatçı olan əsgərimiz 12 nəfərlik kəşfiyyatçı əsgər yoldaşları ilə (Mübariz kimi) düşmənin içinə sızaraq düşmən postunu ələ keçirmiş, daha sonra düşmən mühasirəsinə düşmüşdülər. Düşmənə təslim olmayaraq son gülləsi bitənə qədər düşmənlə savaşmışlar və düşmənə təslim olmayaraq şəhid olmağı seçmişlər. Şəhidin bədənində 19 güllə var idi. Yaralı olduğu halda yenə də son damla qanına qədər döyüşmüşdür. Hansı şücaətlə döyüşdüyünü təsəvvür etmək mümkündür. Bu gün biz qələbə sevinci yaşayırıqsa bu sənin kimi igid oğulların sayəsindədir Yüksəl. Sən nəyinki Qazaxın, Gəncənin, sən bütün Azərbaycanın fəxrisən".

Hamısını oxu
Qüruru Vətən İnsan

Tanrı müdrik dövlət xadimlərini Azərbaycan xalqından əsirgəməyib. Əslində onların sayının o qədər çox olduğunu söyləmək mümkünsüzdür. Ancaq bu xalq öz dövlət adamlarını sanki zamanın tələbinə uyğun şəkildə yetişdirir. Zaman isə bizdən böyüməyi tələb edir.   Əslində bu tələbat, bir növ, yox olmamaq üçün böyümək, güclənmək zərurəti kimi meydana çıxır. Müstəqilliyimizin ilk illərindəki durumu yada salaq. Min bir çətinliklər bahasına başa gəlmiş, müəyyən mənada həm də tarixin hədiyyəsi kimi meydana çıxmış dövlətçiliyimizin yenidən itirilməsi təhlükəsi yaranmışdı. O zaman Ulu öndər Heydər Əliyev olmasaydı, kim bilir, indiki Azərbaycan var idi ya yox. Var idisə də bu varlıq hansı görkəmdəydi?..   Bəli, Heydər Əliyev bizə tarixin lütfü kimi meydana çıxmış şəxsiyyətdir. Onun baxış bucağı, dünyagörüşü, hadisə və proseslərə yanaşma tərzi, hətta liderlik keyfiyyətlərinin özü də bizim düşüncə və baxışlarımızı aşırdı. Heydər Əliyev Azərbaycandan böyük idi, çox yüksəkdəydi və obrazlı desək, Azərbaycanı da o yüksəkliyə dartıb çıxarmaq istəyirdi. O, əvvəl yolun yoxuşundakı alaq otlarını təmizlədi. Bunu məharətlə bacardı və düzən yaratdı. Düzən liderlikdə varislik prinsipini diqtə edirdi. Heydər Əliyev şəxsiyyəti bu diqtəni də reallıqla uzlaşdırmağı bacardı.   İlham Əliyev idi bu prinsipin adı. Bu, elə bir prinsip idi ki, formalaşmış düzənə mütəhərriklik gətirməliydi, gücə güc qatmalıydı. Başqa cür mümkün də deyildi. Bu dəfə Azərbaycanın miqyasını çox böyük anlamda aşmağa ehtiyac yaranmışdı. Qlobal inkişaf, transformasiyalar, neft amili, gözümüzün önündə viran qalan dövlətlər və ayaqda qalmaq. Dimdik qalmaq. Dimdik qalaraq dünya ilə bərabər addımlamaq. Dünyanın ayrılmaz parçasına çevrilmək. Geridə qalan atların güllələndiyi bir dünya düzənində ayaqda qalmaq, dünya boyda olmaq.   Prezident İlham Əliyevin miqyasının böyüklüyü imkan vermədi ki, güllələnək. Onun şəxsində Heydər Əliyev kursunun müdrikliyi qəribə bir mistika qazandı. Qarabağ atı. Düşünün ki, Heydər Əliyev çıxışlarında Azərbaycan xalqının mütləq və mütləq Qarabağa sahib olacağını vurğulayırdı. Bunu az qala hər nitqində dilə gətirirdi. İlham Əliyevin gücləndirdiyi Azərbaycan Qarabağ atının güllələnməsinə yol verməməklə gücümüzə təntənə qazandırdı. Biz xalq olaraq qeyrətimizin, namusumuzun güllələnməsinin qarşısını aldıq. Bütün güllələyənlərə tarixi dərs verdik. İlahi, Heydər Əliyev bu günləri görürmüş və bu günlərə hamımızdan çox İlham Əliyev inanırmış. Dövlət və dövlətçilik baxışı da elə budur.   İlham Əliyev ona görə böyük liderdir ki, dövlətçiliyə ideoloji obraz qazandırıb. Prezidentin baxışları müstəqilliyimizə dönməzlik libası geyindirib. Ona çətinliklərdən, təlatümlərdən müdafiə, təbii müqavimət instinkti verib. Bir sözlə dövlət kimi dövlət olmuşuq.   Azərbaycan tarixinin heç bir dövründə indiki qədər güclü və qətiyyətli olmayıb. Bir lider ömrünün 60 ilinə baxanda bunlarla fəxr etməzmi, qürur duymazmı? Bəli qətiyyətlə demək mümkündür ki, 60 ilin hesabatı qüdrətli Azərbaycandır! İlham Əliyevin qüdrətləndirdiyi Azərbaycan! Bu Azərbaycana görə hamımız qürur duyur, fəxarət hissi keçiririk. Və bu hissimizdir ən böyük yubiley təbrikimiz.   Azərbaycandan böyük Lider, mən də Sizə ünvanlanmış təbriklərə qoşulmaqdan məmnunam. Azərbaycan həmişə ucalsın, onu görün! Görün, onunla və özünüzlə daim qürur duyun! Qüruru Vətən olan insan kimi yaddaşımızda əbədisiniz! Uca Tanrı yar və yardımçınız olsun!   Əflatun Amaşov Mətbuat Şurasının sədri

Hamısını oxu